Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   40   41   42   43   44   45   46   47   ...   90

etmək  bacarığını  sübut  üçün  neçə-neçə  belə  tutarlı  dəlil  tapmaq 
mümkündür. 
Ölkənin taleyi ilə bağlı problemlərdən əslində başı açılmayan 
X.Rəfıbəyovun Gəncənin mədəni həyatında yaxından iştirakına da 
qibtə etməmək olmur. Müəllimlər İttifaqı idarə heyəti sədrinin ona 
yazdığı  məktubdan  aydınlaşır  ki,  o,  belə  tədbirlərdən  heç  vaxt 
kənarda  qalmırdı.  Həmin  məktubda  sədr  acizanə  xahiş  edir  ki, 
Müəllimlər  İttifaqının  oğlan  gimnaziyasının  zalında  26  fevralda 
tamaşaya qoyulmuş Naydyonovun “Vanyuşinin uşaqları” pyesində 
iştirak etməsi ilə onları şərəfləndirsin. 
Xudadat  bəyin  istintaq  işində  Ədliyyə  nazirliyi  üzrə  4  iyun 
1919-cu il tarixli əmrin surəti saxlanılır. Bu əmrdən aydın  olur ki. 
Ədliyyə naziri A.Səfıkürdlünün 1 iyun 1919-cu il, 2694 saylı əmri 
ilə 1 yanvar 1919-cu ildən etibarən aşağıda adları çəkilən bir qrup 
şəxs  Gəncə  dairəsi  Dairə  məhkəməsinin  fəxri  hakimləri  təyin 
ediliblər və həmin əmrin surəti məlumat üçün Gəncə dairəsi Dairə 
məhkəməsinin  fəxri  hakimi  doktor  Xudadat  bəy  Rəfıbəyova 
göndərilib. 
Təyin  edilənlər  arasında  bu  gün  də  adları  Azərbaycanın 
tanınmış şəxsiyyətləri, görkəmli dövlət, elm, mədəniyyət xadimləri 
arasında fəxrlə çəkilən unudulmaz insanlar var: 
1 .Böyük bəy Ağasıbəyov; 
2.
 
Gəncə qubernatoru ibrahim ağa Vəkilov 
3.
 
Torpaq işləri üzrə rəis İsmayıl bəy Hacıyev 
4.
 
Cavad bəy Cuvarlinski 
5.
 
Gəncə xəstəxanasında həkim Həmzə bəy Zeynalov 
6.
 
Məmməd Xan Ziyadxanov 
7.
 
Gəncə kişi gimnaziyasında direktor İoseliani 
8.
 
Volqa-Kama bankının müdiri A.Kolakovsk 
9.
 
Qafqaz bankının müdiri A.A. Kələntərov 
10.
 
Mirzə bəy Qazıyev 
11.
 
Himayə nazirliyi, səl. nüm. Həsən bəy Fəttahov 
12.
 
Doktor Xudadat bəy Rəfıbəyov 
13.
 
Qarşılıqlı kredit üzrə kommersiya cəmiyyətinin sədri 
Məşədi Əli Rəfiyev 
14.
 
Gəncə dairə məhkəməsinin baş notariusu Rıbin 
142 


15.
 
Doktor Ağalar bəy Səfıkürdski 
16.
 
Gəncə  qubernatorunun  köməkçisi  Hüseynqulu  Xan 
Xoyski 
17-Mirovoy hakim ehtiyat. Mürsəl bəy Şahmahyev 
IS.Nuxa qəzasının mülkədarı Adil Xan Yesaullu 
19.
 
Nuxa kişi gimnaziyasının direktoru Məmməd bəy 
Rəşid bəy oğlu Əfəndiyev 
20.
 
Doktor Məmməd Rza Vəkilov 
21.Seminariyanın direktoru Firudin bəy Köçərli 
Zənnimcə,  Xudadat  bəylə  yanaşı  Azərbaycan  ədəbiyyat 
tarixinin  ən  böyük  tədqiqatçısı,  ədəbiyyatşünaslığımızın  banisi 
Firudin  bəy  Köçərlinin,  görkəmli  generallarımız  və  dövlət 
xadimlərimiz ilk müstəqil respublikamızın Daxili İşlər naziri işləmiş 
İbrahim  ağa  Vəkilovun  və  Gəncə  qubernatorunun  köməkçisi 
Hüseynqulu Xan Xoyskinin, dövlət və ictimai xadim. Aslan bəyin 
qardaşı Ağalar bəy Səfıkürdskinin adlarını çəkmək kifayətdir. 
Xudadat bəy Vətənin hansı bölgəsində baş verməsindən asılı 
olmayaraq,  daim  ümummilli  problemlərin  həllinə  çalışdığı,  bu 
sahədə  əsl  vətənpərvərlik  nümunəsi  göstərdiyi  üçün  nəinki 
qubernator olduğu Gəncədə, bütün Azərbaycanda hörmət və nüfuz 
sahibi  idi.  Müvəqqəti  Naxçıvan  hökumətinin  adından  həmin 
hökumətin  sədri  5  iyul  1919-cu  ildə  Xudadat  bəy  Rəfıbəyova 
yazırdı:  “Naxçıvan,  Şərur  və  Ordubadın  bütün  əhalisi  Naxçıvan 
hökumətində  həqiqi  xidmətdə  hesab  edilirlər.  Siyasi  və  hərbi 
mülahizələrlə onların hamısı təcili vətənə qaytarılmalıdırlar. Həmin 
rayonları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab 
edərək  və  Zati  alilərinizə  müraciətlə  aşağıdakıları  xahiş  edirəm: 
yuxarıda  göstərilən  rayonların  Bakı-Batum  istiqamətində  hərəkət 
edən bütün sakinlərini istisnasız saxlamaq üçün Gəncə stansiyasında 
xüsusi məmur tə’yin edəsiniz, onlardan bütün sənədləri və yaşayış 
vasitələrini  almaq,  qaçmağa  hər  hansı  cəhdin  qarşısının  kəsilməsi 
üçünsə onlarda olan pullan cüzi xərclik saxlanılmaqla, qol çəkərək 
təhvil  götürmək.  Naxçıvan  rayonları  sakinlərinin  tanınması  üçün 
Naxçıvan Milli Komitəsinin üzvü Məşədi Məmmədəli Rəhimzadəni 
Zati alilərinizin sərancamına 
143 


göndərirəm.  4-5  gün  ərzində  özüm  Siz  Zati  alilərinizin  yanına 
gəlmək və  yuxandakı  məsələlərlə bağlı şifahi  danışmaq istəyirəm. 
Sədaqət və dərin hönnətlə Hacı Mehdi Bağırov.” 
Xudadat bəyin həbs və ən ağır cəzaya məlikum edilməsi ilə 
bağlı 158 səhifəlik arxiv-istintaq işi. Bu iş  Azərbaycan Fövqəladə 
Komissiyasının  298  saylı  cinayət  arxiv  işi  kimi  1920-ci  ilin  may 
ayında  başlanıb  və  hazırda  MTN  arxivində  PR  36409  saylı  iş 
qovluğunda  saxlanılır.  İşin  üzərində  belə  bir  dərkənar  var: 
“Yol.Pobelyansk aydınlaşdırın nəyə əsasən arxivə düşmüşdür. 512.” 
İşi  birinci  dəfə  4.04.1922-ci  ildə  FK  əməkdaşı  Tvanov  qeydə 
almışdır. 
X.Rəfıbəyov  1920-ci  il  may  ayının  12-də  11-ci  ordunun 
inqilabi şurasının yanında 8-ci xüsusi bölmənin əməkdaşı tərəfindən 
həbs  edilərək  elə  oradaca  saxlanıb.  Həmin  qeydlər  olan  kağızın 
üstündə  dərkənar  qoyulub:  “Dindirilmədən  11-ci  ordunun  xüsusi 
şöbəsinə göndərmək. 14.05.20.” 
Xudadat  bəyin  həbsə  alındığı  gün  Nikolay  Qriqoryeviç 
Babakevxyants adlı Gəncə şəhərində yaşayan bir nəfər eiTnəni şahid 
kimi  11-ci  ordunun  xüsusi  şöbəsinin  müstəntiqi  tərəfindən 
dindirilərkən aşağıdakılan bildirir: “Rəfıbəyovu  mən keçmiş sakin 
kimi tanıyıram. O, əvvəllər eərrah həkim idi. Gəncə şəhər müsəlman 
əhalisinin  və  onların  böyüklərinin  israrlı  xahişlərindən  sonra 
müsəlmanların  əsl  müdafiəçisi  kimi  Azərbaycan  hökumətinin 
qubernator  vəzifəsini  qəbul  etmişdi.  Özünün  qubematorluğu 
dövründə  o,  qeyri-müsəlman  əhaliyə  qarşı  tam  dözümsüzlük 
nümayiş etdinniş və onu keçmiş quldurlar vasitəsilə müdafiə edən 
Gncə  quberniyasında  məşhur  olan  Qəmbər  və  Sarı  Ələkbər 
İmamqulu oğluya arxalanaraq (bu şəxslərin hər ikisi məşhur Gəncə 
üsyanında  iştirak  etmişdilər  -  L.Ş),  sonuncu  şəhər  jandarmasınm 
başçısı  təyin  edilərək  quberniyada  qanunsuzluqlar  törədilməsində 
qubernatorun  yardımçısı  olmuşdur.  Rəfıbəyov  qubernator  təyin 
edildiyi  gündən  xristianlara  qarşı  törədilmiş  bir  cinayət  də 
açılmayıb.  Şikayətlərlə  bağlı  Rəfıbəyova  müraciətlər  bir  qayda 
olaraq  yerinə  yetirilmirdi.  Son  vaxtlar  Gəncə  qəzasının  erməni 
kəndləri  Rəfıbəyov  tərəfindən  təşkil  edilmiş  müsəlman  quldur 
dəstələri tərfındən talan olunur və yandırılırdı. Dəstələrin başçıları 
144 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə