Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   41   42   43   44   45   46   47   48   ...   90

onun  tərəfindən  təyin  edilirdilər  və  onların  adları  Qaraçinar 
dəstəsinin  Bakıda  yerləşən  keçmiş  rəisi  podpolkovnik  Pnakadzeyə 
yaxşı  tanışdır.  1917-ei  ildə  Türkiyə  cəbhəsindən  qayıdan  rus 
eşolonlarını  güllələyən  müsəlman  quldur  dəstəsinin  başında 
Rəfıbəyov dayanmışdı. Rəfıbəyovun fəaliyyəti haqqında daha ətraflı 
məlumatı  onun  dəftərxanasının  keçmiş  rəisi  Konstantin 
Vladimiroviç Qrabovski verə bilər.” 
Həmin  ittihamla  bağlı  münasibətini  bildirən  Xudadat  bəy 
bunların  haradan  qaynaqlandığını,  nə  məqsədlə  deyildiyini  yaxşı 
başa  düşürdü  və  ona  görə  də  özünü  az  da  olsa,  müdafiə  etməyə 
çalışırdı:  “Mənim  fəaliyyətlərim  barəsində  rəy  və  xasiyyətnaməni 
isə  yalnız  ermənilər  deyil,  mslar,  almanlar,  gürcülər,  yəhudilər  və 
digər  millətlərdən  olanlar,  həmçinin  Həmkarlar  ittifaqı,  Gəncə 
həkimlər ittifaqı. Qızıl Xaç kimi təşkilatlar da verə bilər. 
Qatı  daşnak  olduğu  üçün  dəfələrlə  türməyə  salınmış 
Babakevxyansm ərizəsinə gəlincə, o tamamilə vecsizdir və həqiqətə 
uyğun deyildir.” 
Ancaq onu da yaxşı başa düşürdü ki, müstəntiq Safıkyana və 
onun  kinlilərin  himayəçisi  olan  bolşevik  hakimiyyətinə  bütün 
bunların heç bir təsiri ola bilməzdi, çünki Gəncə valisini ən yüksək 
cəzaya  məhkum  etmək  qərarı  artıq  bu  proses  başlanmazdan,  həbs 
qərarı qəbul olunan andan verilmişdi. Bu qərarı ən yaxşı halda bir 
neçə  gün  və  uzağı  bir-iki  həftə  uzatmaq  olardı.  Sonra  isə  Gəncə 
üsyanı  gəlirdi  və  bu  üsyanın  başlanması  Xudadat  bəyin  ölüm 
hökmünü  mütləqləşdirməklə,  onu  bolşevik  məntiqi  ilə  tamamilə 
ədalətli  bir  qərara  çevirirdi.  Onun  vali  olduğu  şəhərdə  üsyana 
hazırlıq işləri gedibsə və o, bu hadisədən cəmi iki həftə əvvəl həbs 
olunubsa,  daha  hansısa  dəlil-sübut  toplanmasına  ehtiyac  qalmırdı. 
Ancaq  hələ  mayın  24-ü  gəlib  çatmamışdı  və  düşmən  obrazını 
yaratmaq üçün bu ittihamların yerinə başqalarını düzüb- qoşurdular. 
Sovet  hakimiyyətinin  lap  sonrakı  on  illiklərində  də  qüvvədən 
düşməyən bir prinsip özünə yaşamaq hüququ qazanırdı: “Təki insan 
olsun, maddə tapmaq asandır”. 
8-ci  xüsusi  bölmənin  rəis  müavini  Kobsev  Xudadat  bəy 
Rəfıbəyovun  mənzilində  axtarış  apannaq  barədə  125  saylı  order 
imzalayır. Bu orderlə elə həmin gün (12 may 1920-ci il) Xudadat 
145 


bəy  Rəfıbəyovun  mənzilində  Qriqoryan  və  Kobsev  tərəfindən 
İsmayılzadə,  Əsgərbəyov,  Əmirovun  iştirakı  ilə  axtarış  aparılır. 
Nəticədə  bir  neçə  silah,  o  cümlədən  türk  mauzeri  №  44  677,  rus 
tüfəngi  №  17715,  ordu  şaşkası,  rus  tüfəngi  №  97852,  rus  tüfəngi 
№18838,  Kolt  pulemyotunun  lüləsi,  patrondaş,  tapança,  naqan 
№59287,  naqan  sistemli  tapança  №18950,  Brauninq  sistemli 
tapança №09732, rus naqanı üçün 26 güllə, Brauninq kiçik həcmli 
№40658, onun üçün 25 ədəd güllə, 6 ədəd başqa güllə və müxtəlif 
yazışmalar tapılıb müsadirə edilir. 
Gəncə  qubernatorunun  həbsində  ermənilərin  xüsusi 
canfəşanlıq  nümayiş  etdirmələri,  onun  barəsində  yeni  hökumətə 
dalbadal donoslar ötürmələri, hətta mənzilində axtarışın Qriqoryanın 
rəhbərliyi altında aparılması və onlarla bu sayaq faktlar da Xudadat 
bəyin  həbsinin  hər  şeydən  əvvəl  siyasi  motivlərlə  bağlı  olduğunu 
inkar  etməyə  əsas  vermir.  Ermənilərin  ona  qarşı  açıq  düşmənçilik 
bildirmələrinə, hər vasitə ilə məhv edilməsinə çalışmalarına gəlincə 
isə,  bu  sadəcə  doğma  xalqının  erməni  daşnakları  və  başqa 
tör-töküntülərdən  müdafiəsi  yolunda  qeyrət  göstərmiş  bir  türk 
oğluna  qarşı  patoloji  nifrətdən,  milli  ədavət  hisslərindən  başqa  bir 
şey deyildi. İndi bolşeviklərlə əlbir olmuş ermənilər birincilərin daha 
çox  siyasi,  özlərinin  isə  milli  məqsədlərinin  reallaşması  naminə 
gələcəkdə  böyük  sovet  imperiyası  yaradacaq  qüvvələrin  əlində 
vasitəyə 
çevrilməyə 
razılaşmaqla 
intiqam 
planlarını 
gerçəkləşdirməyə  başlamışdılar.  Xudadat  bəy  kimi  şəxslər  məhv 
edilməyə məlıkum idilər, çünki onlar Azərbaycanın müstəqilliyinə 
xidmət  göstərməklə  həm  Qafqaz  xalqlarına  azadlıq  vədlərindən 
başqa  heç  nə  vermək  fikrində  olmayan  bolşeviklərin,  həm  də 
Azərbaycanı parçalamaqla yeni-yeni torpaqlar ələ keçirmək istəyən 
daşnakların arzulan əleyhinə çalışmışdılar. Baxmayaraq ki, Xudadat 
bəy  heç  bir  siyasi  partiyanın  üzvü  deyildi  və  milli  mənafelərə 
xəyanət  etməyəcək  hər  hansı  milli  qüvvə  tərəfindən  təşkil  olunan 
hökumətdə  bir  çox  vəzifəni  tutmağa  həm  savadı,  həmtəcmbəsi 
imkan verərdi, yəqin ki, belə təklifdən özü də imtina etməzdi. Ancaq 
bütün bunlara baxmayaraq, o, yenə də siyasi düşmənlər cərgəsinin 
önündə  dayananlar  arasında  idi,  çünki  yeni  hökumət  milli 
ideyalardan 
146 


tamamilə  uzaq  məqsədlərə  xidmət  edirdi.  Məhz  bu  səbəbdən  də 
istintaq qovluğunda deyilən kimi “Gəncədə yaşayan, ailəli, üç uşaq 
atası,  evi  və  bağı  olan,  bitərəf.  Universitet  qurtarmış,  43  yaşlı 
Rəfıbəyov Xudadat bəy ... qatı düşmən idi.” 
“Qatı  düşmən  idi”,  çünki  bir  vaxtlar  milli  hökumət 
quruculuğuna  mane  olan  hər  cür  düşmən  hərəkətlərinin  qarşısını 
qətiyyətlə  almışdı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövlətinin 
möhkəmləndirilməsi və tərəqqisi naminə vicdanla, sədaqətlə xidmət 
göstərmişdi. 
“Cənab Hərbi nazirin 21 aprel 1919-cu il № 1663 məktubunu 
bununla bərabər göndərir Zati alilərinizə bu məsələyə xüsusi diqqət 
yetirmənizi,  ordunun  bolşeviklərin  zərərli  təbliğat  və  siyasətindən 
qorunması,  həmçinin  bu  bəlanın  qarşısının  alınmasında  hərbi 
rəislərə  hərtərəfli  köməklik  göstərilməsində  ən  qəti  tədbirlər 
görmənizi  təklif  edirəm.”  Bunlar  Daxili  İşlər  naziri  əvəzi 
Ağabəyovun  Xudadat  bəy  Rəfıbəyova  17  may  1919-  cu  ildə 
göndərdiyi  118  saylı  məxfi  məktubda  qeyd  olunub.  Bolşeviklərin 
əlində  nəinki  bu  cür  məxfi  hökumət  sənədləri,  həm  də  həmin 
tapşırıqların  bu  gün  ittiham  edilən  şəxs  tərəfindən  necə  yerinə 
yetirilməsi  barədə  müfəssəl  məlumatlar  var  idi  və  Xudadat  bəyin 
həbsinə  fənnan  verilməsi  üçün  başqa  bir  dəlil-sübuta  ehtiyac 
qalmırdı. 
15 may 1920-ci ildə 32-ci diviziyanın nəzdindəki 8-ci xüsusi 
bölmə  1087  saylı  məktubla  bərabər  “nömrəsiz  işi,  həbs  edilən 
keçmiş qubernator Xudadat bəy Rəfıbəyovla birlikdə” 11-ci ordunun 
inqilabi  şurası  yanındakı  xüsusi  şöbənin  sərancamına  göndərir.” 
Mayın 17-də ünvanda qeydİ5^atdan keçirilmiş sənədi bölmənin rəisi 
və katibi imzalayıb. 
İşdə  saxlanılan  materiallar  arasında  Çaykənd  kənd 
cəmiyyətinin sədrinin adından 32-ci diviziya yanında 8 №-li xüsusi 
şöbənin rəis müavininə 13 may 1920-ci ildə yazılmış bir sənəd ətraf 
ərazilərin erməni sakinlərinin Xuxadat bəyi özlərinə həqiqi düşmən 
hesab etdiklərini və onun həbsi üçün dəridən qabıqdan çıxdıqlarını 
bir daha təsdiqləyir: “Məlumat verirəm ki, (hansısa kəndin) xristian 
əhalisinin rəhbərliyi və inkişafı barədə tapılan 
147 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə