Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   49   50   51   52   53   54   55   56   ...   90

yaş, təhsili orta, ixtisası zabit, neft sənayesi sahəsində işləyir, ailəli” 
deyə isnad edilən K.Lizqar həbs edildi. 
Elə  həmin  gün  K.Lizqarın  Qorçakovsk  küçəsində  14  saylı 
evində  axtarış  aparan  Çeka  əməkdaşları,  Petrosyan  və  Vikentyev 
aşağıdakıları götürürlər: 21 min rubl pul, 2 brilyanth boyunbağı, 1 
ədəd qızıl boyunbağı, gümüş kəmər və xəncər, 12 ədəd gümüş giliz
3 ədəd metal  saat,  qızıl sancaq 5 daşla, 1 ədəd qızıl boyunbağı,  1 
ədəd qızıl qolbağ, 1 ədəd gümüş pul qabı, 1 ədəd almazla işlənmiş 
qızıl xaç, ftıtlyarda gümüş qələm və karandaşlar, gümüş çaynik və 
11  ədəd  qaşıq,  gümüş  desert  qaşığı  11  ədəd,  gümüş  bıçaq  və 
çəngəllər və s. 
Müstəntiq  Qubinin  tərtib  etdiyi  anketdə  o,  belə  təqdim 
olunurdu  “ictimai  mənşəyinə  görə  mülkədar  olan,  kommersiya 
müəssisəsində  işləyən,  ailəli,  bitərəf,  hazırkı  vaxtda  bolşeviklərin 
hakimiyyətini tanıyan, 1882-ci il təvəllüdlü, orta təhsilli, 1914-cü ilə 
qədər  Bakıda  və  Vladiqafqazda  mağazaları  olan,  1914-cü  ildə 
praporşik  rütbəsi  ilə  orduya  çağrılan  499-cu  səhra  hospitalının 
nəzarətçisi,  Tiflis  avtomobil  komandasının  poruçiki  Lizqar 
Konstantin  Nikolayeviç”  1917-ci  ilin  fevralına  qədər  Türküstanda 
xidmət  edib.  Xüsusi  Zaqafqaziya  komitəsində,  yollar  üzrə 
komissiyanın  kargüzarı,  yollar  komissarlığında  xüsusi  tapşınqlar 
məmuru,  1918-ci  ildən  “Slavyan-rus  cəmiyyəti”ndə.  Torpaq 
nazirliyinin  xüsusi  tapşırıqlar  üzrə  məmuru,  Azərbaycan 
Respublikasının ərzaq naziri, (Rılskinin kantorunda işləyib). 
Sona qədər oxumağa adamın nəfəsi çatmır. 
Nəhayət K.Lizqar dindirilir: 
Sual:  “Slavyan-rus  cəmiyyəti”  siyasi  sahədəki  çıxışları  ilə 
hansı məqsədlər güdürdü? 
Cavab: Bu suala “Slavyan-rus cəmiyyəti”nin 1918-ci ilin 10 
dekabrında  işlənib  hazırlanmış  və  bizim  siyasi  fəaliyyətimizin 
əsasında duran bəyannamə cavab verə bilər. 
Sual: Bu bəyannaməni kim hazırlamışdı? 
Cavab:  Viktor  Viktoroviç  Klenovski  hazırlamış  və  təsdiq 
üçün  M.N.Vinoqradov,  V.V.Klenovski,  V.K.Oloqrop,  V.Krav- 
çenkov,  S.M.Mixaylovdan  və  məndən  ibarət  olan  “Slavyan-rus 
cəmiyyəti”nin rəyasət heyətinə təqdim etmişdi. 
170 


Sual:  “Slavyan-rus  cəmiyyəti”nin  Könüllü  ordu  ilə  əlaqəsi 
vardımı? 
Cavab:  Könüllü  ordu  ilə  siyasi  əlaqə  yox  idi,  ancaq  oraya 
nümayəndələr  göndərilmişdi  ki,  Könüllü  ordu  Bakıya  hücum 
etməsin. 
Sual:  “Slavyan-rus  cəmiyyəti”nin  ingilis  komandanlığı  ilə 
əlaqəsi vardımı və bunda hansı məqsədlər güdülürdü? 
Cavab:  Əlaqə  1924-cü  ilə  qədər  Azərbaycan  hökumətinin 
Rusiyanın bütövlüyü çərçivəsində yaradılması sahəsində vardı. 
Sual: Zaxarvin və Kravçenkov cəmiyyətdə hansı işləri yerinə 
yetirirdilər? 
Cavab:  Zaxarvin  barəsində  yalnız  onu  deyə  bilərəm  ki,  o, 
cəmiyyətin  katibi  və  Parlament  üzvü  idi,  Kravçenkov  parlament 
üzvü idi. Zaxarvinin siyasi fəaliyyəti barədə bilmirəm, Kravçenkov 
Könüllü  ordunun  ondan  yayman  hər  hansı  rusun  hərbi  sərha 
məhkəməsinə  veriləcəyi  barədəki  əmrinə  əhəmiyyət  verməməyi 
məsləhət görürdü”. 
Bolşevik  müstəntiqin  diqqətindən  heç  nə  yayınmırdı.  O,  ən 
kiçik,  əhəmiyyətsiz  sayılacaq  detalları  da  işə  əlavə  edir  və 
Cəmiyyətin  antibolşevik  fəali}^ətini  bütün  çılpaqlığı  ilə  sübuta 
yetirməyə çalışırdı. Əslində müttəhimin nəinki inkar etmədiyi, hətta 
tamamilə  boynuna  aldığı  bir  ittihamı  əlavə  dəlillərlə 
zənginləşdirilməsinə heç bir ehtiyac da yox idi. 
İstintaq  üçün  nə  dərəcədə  əhəmiyyətli  olduğu  bilinməyən, 
ancaq materiallara əlavə edilmiş sənədlərdən birində göstərilir ki, 10 
dekabr  1918-ci  ildə  Himayə  nazirliyi  kargüzarlığmın  kargüzarı 
Yevgeniya  Ştamm  “Slavyan-rub  cəmiyyəti”nin  üzvlüyünə  qəbul 
olmaq barədə ərizə verib. 
Yəqin Lizqarın “ 1924-cü ilə qədər Azərbaycan hökumətinin 
Rusiyanın  bütövlüyü  çərçivəsində  yaradılması”  ifadəsi  əziz 
oxucunun da diqqətindən yayınmadı. Bu ifadə açıq-aydın göstərir ki, 
Bakıda  yerləşmiş  müttəfiq  qoşunlar  komandanlığını  da  general 
Denikin, 
“Slavyan-ms 
cəmiyyəti” 
kimi 
Azərbaycanın 
müstəqilliyindən  daha  çox  vahid,  bölünməz  Rusiya  düşündürüb. 
Həmin  planların  həyata  keçirilməsinə  isə  yalnız  bolşeviklərin 
nəzərdə tutulan müdaxiləni dörd il tez reallaşdırmaları olub. Əslində 
nəticə 
171 


etibarı  ilə  Rusiya  imperiyasının  başqa  formada  bərpasına  xidmət 
göstərən  bolşeviklər  mahiyyətcə  rusiya  millətçilərindən  az 
fərqlənirdilər.  Ən  azı  ona  görə  ki,  hər  iki  qüvvə  vaxtı  ilə  çar 
Rusiyasının  tərkibində  olmuş  başqa  xalqların  müstəqil  yaşamaq 
istəklərinə qarşı çıxırdılar. 
Ancaq hələlik yollar aynimışdı və bir-birinə düşmən kəsilmiş 
bu  qüvvələr  vahid  məqsədə  müxtəlif  siyasət  yeritməklə  çatmaq 
məcburiyyətində idilər. Gələcək Rusiyanın qarşısıda hansı yarlığın, 
çar,  yaxud  bolşevik  yarlığı  asılması  o  qədər  əhəmiyyəti  deyildi. 
İndilik isə yollar ayıridığı və bolşeviklərin diktə etməsi səbəbindən 
K.Lizqar  və  cəmiyyətlə  hansı  şəkildəsə  bağlı  olan  bütün  şəxslər 
yoxlamalara,  izlənmələrə  məruz  qalır,  bölünməz  Rusiya  ideyasını 
bolşeviklərə  qarşı  mübarizə  ilə  eyniləşdirənlər  isə  dərhal  həbs 
olunurdular. 
9 dekabr 1918-ci ildə “Slavyan-rus cəmiyyəti”nin üzvlüyünə 
daxil olmaq barəsində ərizə yazan Kotilevski yalnız ona görə həbs 
edilməli  idi  ki,  o,  ərizəsində  “mövcud  siyasi  vəziyyətlə  əlaqədar 
tezislərlə  tanış  olduqdan”  ifadəsi  işlədib  və  onun  namizədliyi 
V.Klenovski  tərəfindən  irəli  sürülüb.  Buna  görə  Kotilevski 
ərizəsinin arxasında Lizqann işi ilə əlaqədar həbs edilməlidir qeydi 
edilib. 
Cəmi  iki  həftədən  az  müddətdə  istintaqı  başa  çatdıran 
müstəntiq  belə  bir  Qərar  çıxarır:  “Mən  FK-nm  müstəntiqi  Qubin 
1920-ci il mayın 15-də əksinqilabi fəaliyyətdə ittiham olunan Lizqar 
və  Kravçenkonun  işlərinə  baxaraq,  müəyyən  etdim:  Azərbaycan 
Respublikasının  keçmiş  ərzaq  naziri  Kosnstantin  Lizqar  1917-ci 
ildən  özünün  əksinqilabi  fəaliyyətinə  başlamış,  Beynəlmiləlin 
yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə “Slavyan- rus cəmiyyəti”ni 
yaratmış  və  sədr  kimi  onun  Sovet  Rusiyasına  qərşı  fəal  mübarizə 
sahəsindəki  işinə  rəhbərlik  etmişdir.  Bütöv,  vahid,  bölünməz 
Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü ordu, İngiltərə 
və  Amerikanın  nümayəndələri  ilə  əlaqəyə  girmişdir.  Özünün 
əksinqilabi ideyalarını geniş surətdə yaymaq üçün Lizqar qəzet nəşr 
etməyə başlamış və Könüllü ordunu, general Denikini, “Slavyan-rus 
cəmiyyəti”ni  tənqid edən qəzetlərlə bolşeviklərlə mübarizə aparan 
bu şəxslərə qarşı tənqidi 
172 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə