Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

Ancaq bütün bunların heç biri olmadı və K.Lizqar hökumətdə nazir 
vəzifəsini tutmağa layiq görüldü. 
Məhz 22 dekabr 1918-ci ildən 1919-cu ilin 14 aprelinə qədər 
ona  ünvanlanan  və  “Çox  hörmətli  Konstantin  Nikolayeviç” 
müraciəti  ilə  başlayan  məktub  və  teleqramlarda  yalnız  eəmiyyətin 
fəaliyyəti,  yaxud şəxsi məsələlər barəsində deyil,  həmçinin  torpaq 
nazirliyinipn  fəaliyyəti  ilə  bağlı  problemlərdən  də  söhbət  açılırdı. 
Ancaq  nədənsə,  istintaq  materiallarında  əsasən  birinci  qrup,  yəni 
cəmiyyətin  gündəlik  işlərinə  aid  olan  yazışmalara  yer  ayrılıb. 
Əslində  burada  təəecüblü  bir  şey  yoxdur,  çünki  Lizqar  tutduğu 
vəzifə postundan bolşeviklər əleyhinə mübarizə məqsədilə istifadə 
etməmişdi və edə də bilməzdi. Cəmiyyət sədri kimi isə o. Könüllü 
ordu  və  müttəfiq  qoşunlar  komandanlığı  ilə  sıx  əlaqələr  yaratmış, 
Rusiyanın çar hakimiyyəti dövrü əraziləri də daxil olmaqla əvvəlki 
üsul-idarəsinin  bərpası  uğrunda  çalışmışdı.  Bu  yazışmalarda 
söhbətin  cəmiyyət  üzvlərindən  kimlərinsə  harasa  ezam  olunması, 
qəzet çıxarılması və s. istintaq üçün əhəmiyyətli, hətta əhəmiyyətsiz 
məsələdən  bəhs  edilməsindən  asılı  olmayaraq,  Lizqann  ittihamı 
prosesində bu yazışmalara istinad olunmuş, onlar diqqət mərkəzində 
saxlanılmışdır. 
Belə məktublardan birində Tiflis ali qadın  kurslarının tarix- 
dil  fakültəsinin  dekanı  N.Dubrovin  “Çox  hörmətli  Konstantin 
Nikolayeviç”ə  müraeiəti  ilə  onun  Tiflis  şöbəsinə  təsir  göstərmək 
üçün  buraya  gəlməsi  zərurətindən  danışır  və  cəmiyyət  üçün  qəzet 
çıxarmaq məsələsinin nə yerdə qaldığını soruşur (24 dekabr 1918- ei 
il). 
Lizqara  E.Kleynin  29.12.1918-ci  ildə  yazdığı  məktubda  da 
söhbət  həmin  qəzetin  yaradılmasından  gedir.  Elə  bir  qəzet  ki: 
“...məşhur rus qəzeti olsun, məqsədi bir tərəfdən Zaqafqaziyada rus 
əhalisinin  maraqlarına  xidmət  etmək,  digər  tərəfdən  Rusiya 
dövlətçiliyi  maraqlarını  həyata  keçirmək  və  müdafiə  etmək 
olmalıdır... Mənə elə gəlir ki, elə bir orqan lazımdır ki, müstəqil və 
cəsarətli  olaraq  bu  platformada  dayansın  və  Yeni  Qafqazın 
əsaslarının  yaradılıb,  möhkəmləndirilməsinə  xidmət  etsin.  Belə 
orqan  bizdə  yoxdur.  Nə  “Qafqazskoe  slovo”,  nə  “Yedinaya 
Rossiya”, nə də “Tiflisskiy vestnik” belə orqan deyil. Onu elə 
161 


hazırlamaq lazımdır ki, təkcə yuxarı siyasi dairələr tərəfindən deyil, 
həmçinin “siyasi kütlə” tərəfindən də oxunsun. Buna görə də qəzet 
məşhur,  faktik  məlumatlarla  zəngin  olmalıdır,  əlbəttə,  “Kəndli 
qəzeti” sayağı yox. İndi mən keçmiş Ədliyə naziri A.A.Demyanovla 
birlikdə  Rusiyanın  dirçəlişi  ittifaqının  Zaqafqaziya  şöbəsinin 
yaradılması ilə məşğuluq”. 
K.Lizqann  bütün  məsələlərdə  “vahid,  bölünməz  Rusiya”nın 
mövqeyindən  çıxış  etdiyini,  cəmiyyət  tərəfindən  atılacaq  hər  bir 
addımın  bu  mövqenin  süzgəcindən  keçirilməsinə  xüsusi  diqqət 
yetirdiyini  onun  1918-ci  ilin  7  dekabrında  Müttəfiq  qoşunların 
komandanına  yazdığı  315  saylı  məktubdan  ayıdın  görünür: 
“Slavyan-rus  cəmiyyəti”nin  Qafqaz  Şurası  Qafqazın  bütün  milli 
təşkilatları  ilə  dostluq  şəraitində  işləməyə  can  ataraq,  özünün  beş 
üzvünü bu gün açılan Azərbaycan parlamentinə göndərməyi vacib 
hesab  edir.  Vahid,  bölünməz  Rusiya  uğrunda  müttəfiq  dövlətlərlə 
razılıqla  öz  fəaliyyətini  davam  etdirmək  arzusunda  olan  Şura  Siz 
Zati Alilərindən xahiş edir, Azərbaycan parlamenti üzvlüyünə bizim 
rus  nümayəndələrin  daxil  olmasının  Müttəfiq  Dövlətlər  tərəfindən 
elan  olunmuş  vahid,  bölünməz  Rusiyanın  qurulmasına  zərbə  vura 
bilməz ki.” 
Digər  tərəfdən  Parlamentdə  təmsil  edilməyi  vacib  saydığı 
halda, guya məsləhət üçün müttəfiqlərə üz tutan cəmİ3^ət sədrinin 
bu  müraciəti  əslində  bir  diplomatik  addım  da  hesab  oluna  bilər. 
Bununla  müttəfiqlərdən  Rusiya  dövlətinin  bərpasında  ümumi 
maraqlara  işarə  edilir,  bu  gün  Azərbayeanın  müstəqillik  yolunda 
atdığı  hər  hansı  addımın  gələcəkdə  bu  maraqlarla  ziddiyyət  təşkil 
etməyəcəyinə  sanki  qarantiya  alınmasına  dolayısı  ilə  cəhd 
göstərilirdi. 
Parlamentdə  isə  cəmiyyətin  işləri  çox  rəvan  gedirdi.  Bu 
gedişdən  tamamilə  məmnun  qalan  Cümhuriyyətin  3-cü 
hökumətində xalq səhiyyəsi naziri postunu tutmuş Gindes yazırdı: 
“Çox  hörmətli  Nikolay  Alekseyeviç!  Sizə  “Slavyan-rus 
cəmiyyəti”nin Azərbaycan parlamentində elan olunmuş bəyanatmı 
göndərirəm. Biz tam razılıqla parlamentə daxil olduq. Mən Könüllü 
ordu  və  İngiltərənin,  ABŞ-ın  təmsilçiləri  ilə  əlaqəyə  girdim  və 
onlarla vahid, bölünməz, böyük Rusiyanın xilası üçün 
162 


tam  həmrəyliyə  gəldik.  İndi  hakimiyyətin  konstruksiyası  prosesi 
gedir.  Xalq  maarifi  naziri  vəzifəsinə  mənimlə  bərabər  sizin 
namizədliyiniz də irəli sürülüb. Burada öz orqanının çapı ilə məşğul 
olarsan. Əgər 400-500 min toplaya bilsən bu da çoxdur. Hələlik 300 
000 rubl var. Bu miqdarla qəzet çap etməyə dəyərmi. Artıq bir illik 
kağız, mətbəə və yığım üçün lazım olan avadanlıq var”. 
K.Lizqarın Könüllü ordunun və Müttəfiq Dövlətlərin Fransa 
ordusunun  nümayəndəsinə  göndərdiyi  məktublarda  cəmiyyətin 
Qafqaz  respublikalarının  müstəqilliyinə  münasibətdəki  mövqeyini 
bütün çılpaqlığı ilə ortaya qoyur: “Zati Alilərinizin arzusunu nəzərə 
alaraq,  “Slavyan-rus  cəmiyyəti”nin  Qafqazdakı  hazırkı  tezislərini 
Sizə  göndərir  və  bu  prinsiplər  Rusiyanın  bütövlüyünün  bərpa 
edilməsinin  və  xalq  kütlələri  tərəfindən  dəstəklənən,  möhkəm 
hökumətin yaradılmasının yeganə imkanı kimi təklif edilir. Ümumi, 
vahid  dövlət  orqanının  bərpası  Ümumrusiya  Müəssislər  Məclisi 
vasitəsilə baş verə bilər. 23 noyabr 1918-ci il.” 
Müttəfiq  Dövlətlərin  Fransa  ordusunun  nümayəndəsinə: 
“Slavyan-rus cəmiyyətinin Şurası sizin şəxsinizdə Rusiyanın keçmiş 
səmimi  müttəfiqi  Fransa  qoşunlarının  Rusiya  ərazisinə  gəlməsini 
alqışlayır və ümid edir ki, siz rus maraqlarını və onun Qafqazdakı 
hüquqi  vəziyyətini  müdafiə  etməklə  qardaşlıq  bağlarım  daha  da 
möhkəmləndirəcəksiniz. 4 dekabr 1918-ci il”. 
Yəqin  oxucu  da  razılaşar  ki,  artıq  K.Lizqarın  kimliyi 
barəsində bir qədər də geniş məlumat vermək məqamı çatıb. Əslində 
taleyini  müəyyən  mənada  Azərbaycanla  bağlamış,  milli 
hökumətimizin  üzvü  olmuş  bir  şəxsin  barəsində  nisbətən  geniş 
informasiya verilməsinə haqqı da çatır. 
MTN  arxivində  saxlanılan  PR  12174  saylı  istintaq  işində 
Lizqar  Konstantin  Nikolayeviçin  tərcümeyi-hal  ilə  əlaqədar 
aşağıdakılar qeyd olunub: “ 1882-ci ildə anadan olub. Orta təhsilli, 
1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazaların sahibi olub, 
1914-cü  ildə  praporşik  rütbəsi  ilə  orduya  çağrıhb.  499-cu  səhra 
hospitalının  nəzarətçisi,  Tiflis  avtomobil  komandasında  poruçik 
rütbəsində  xidmətdə  olmuş,  sonra  isə  1917-ci  ilin  fevralına  qədər 
Türküstanda xidmət etmişdir. Xüsusi Zaqafqaziya 
163 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə