Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

əvvəldən başlanmışdı və milli hökumətin devriləcəyi təqdirdə məhz 
Gəncədə  həyata  keçiriləcək  belə  kütləvi  etiraz  aksiyasının 
planlaşdırılması Xudadat bəydən gizli saxlana bilməzdi. Əksinə vali 
kimi sözsüz ki, o, bütün bunlar barəsində ən birinci və daha müfəssəl 
şəkildə məlumatlandırılmışdı. 
Nağı bəy Şıxzamanh xatirələrində yazırdı: “Bir həftə Gəncə 
ətrafındakı  kəndlərdə  dolaşdıq.  Hər  yerdə  qızğın  hazırlıq  gedirdi. 
Gəncə  şəhəri  və  kəndləri  bolşeviklərə  qarşı  üsyana  hazırlaşırdılar. 
Böyük  toplantı.  Hər  kəs  fikrini  söyləyir,  qərarlar  qəbul  edilirdi. 
Şəhərdəki  Gəncə  alayının  komandiri  mərhum  Cahangir  bəy  də 
yığıncaqda iştirak edirdi.” 
Xudadat bəy haqqında 298 saylı cinayət işinin 1990-cı il iyul 
ayının 2-də Az.SSR prokurorluğu tərəfindən ləğvində, onun bəraət 
almasında  qohumu,  əməkdarvhüquqşünas  Akif  Rəfiyevin  gərgin 
zəhməti olub. 
Xudadat  bəyin  özü  kimi  bu  nəslin  neçə-neçə  başqa 
nümayəndəsi  də  Azərbaycan  istiqlalı  yolunda  sədaqətlə  xidmət 
etmiş,  müstəqilliyimizə  düşmən  kəsilən  qüvvələrə  qarşı  banşmaz 
mövqe tutmuşlar. Onlardan böyük bir hissəsi azadlıq və millətsevər 
Rəfibəylilər nəslinin axırına çıxmaq istəyən rejim tərəfindən vətəndə 
repressiyalara  məruz  qalmış,  bir  hissəsi  isə  həbsdən  canmı  güclə 
qurtarıb  xaricə  mühacirət  etmişdir.  Sonuncu  qrupa  aid  şəxslərdən 
ikisi,  Xudadat  bəyin  əmisi  oğlanları  -  Əyyub  bəy  və  Səməd  bəy 
haqqında  xüsusi  bəhs  etmək  istərdik.  Ömürlərinin  daha  böyük 
dövrünü  qardaş  Türkiyə  dövlətində,  mühacirətdə  keçirmək 
məcburiyyəti qarşısında qalmış bu iki mücahid vətəni Azərbaycanda 
milli hökumətin devrildiyi aprel çevrilişi baş verəndə tərk etmişdilər. 
Onda Əyyub bəyin 30, Səməd bəyin isə 28 yaşı vardı. Ancaq xeyli 
gənc  olmalarına  baxmayaraq,  onların  hər  ikisi  artıq  ölkədaxili 
mürəkkəb siyasi-ictimai proseslərdə kifayət qədər bərkimiş və bütün 
Gəncə quberniyasında ad-san qazanmış şəxsiyyətlər idilər. 
Əyyub  bəy  Məşədi  bəy  oğlu  Rəfibəyov  -  Əyyub  Sayqm 
(1890-1979)  1920-ci  il  Gəncə  üsyanının  fəal  iştirakçılarından  biri 
olmuşdur.  İlk  təhsilini  rus  dilli  litseydə  alan  Əyyub  qubernatorun 
1909-cu il 17 sentyabr tarixli 116 saylı əıiıri ilə Yelizavetpol 
151 


şəhərinin  3-cü  hissəsinin  pristav  köməkçisi  işləyib  və  bir  müddət 
müvəqqəti  olaraq  şəhər  pristavı  vəzifəsini  icra  edib.  Möhkəm 
xarakterli  və  iradəli  şəxs  olan  Əyyub  bəy  1917-ci  ilin  sonlarında 
artıq Yelizavetpol şəhər polisinin pristavı, 1920-ci ilin aprelində isə 
Nuxa  qəzasının  rəisi  idi.  Aprel  çevrilişinin  arzularını  yarımçıq 
qoyduğu  Əyyub  bəy  Gəneə  üsyanında  iştirak  etmiş  və  yeni 
hökumətin təqiblərindən qaçmağa macal taparaq, 1920-ci ilin iyun 
ayında  bir  qrup  silahdaşı  ilə  bərabər  Ermənistandan  keçməklə 
Türkiyə  ərazisinə  getməyə  nail  olmuş,  ömrünün  qalan  hissəsini 
siyasi  mühacir  kimi  yaşamışdır.  Ermənistan  ərazisindən  keçərkən 
həbs olunan Əyyub bəyi qardaşı.  Qarabağdakı  keçmiş 1-ci  piyada 
Cavanşir alayının komandiri, polkovnik Səməd bəy xislas edib. Bu 
işdə  ona  Türkiyə  ordusunun  Şərq  cəbhəsinin  komandam  Kazım 
Qarabəkir  paşa  köməklik  göstərib.  Səməd  bəyin  müraciətindən 
sonra Ermənistanla danışıq aparan paşa erməni tərəfini Əyyub bəylə 
bir  neçə  enuəni  əsirini  dəyişməyə  razı  salıb.  1920-ci  ildə  Gəncə 
üsyanında  axıradək  rus-erməni  qüvvələrinə  qarşı  mərdliklə 
döyüşmüş Qaffar bəylə, Gəncə üsyanının rəhbərlərindən olan Sarı 
Ələkbərlə, Xudadat bəyin oğlu Kamil Arran bəylə, qardaşı Səməd 
bəylə və başqalan ilə bərabər Türkiyədə mühacirət həyatı yaşayan 
Əyyub  bəyə  Sayqm  adı  nüfuz  sahibi  olmasına,  sayılıb-seçildiyinə 
görə  verilmişdir.  Əyyub  bəy  sonralar  Türkiyənin  xüsusi  xidmət 
orqanlarında  fəaliyyət  göstəraıiş,  bu  ölkənin  əks-kəşfiyyatının 
bacarıqlı  simalarından  biri  kimi  bolşcvizmə,  SSRİ-yə  qarşı 
mübarizəsini davam etdinuişdi. Bütün bu keyfiyyətlərinə görə idi ki, 
1941-ci  ildə  onu  Türkiyə  Kəşfiyyat  İdarəsinin  Qars  filialının  rəis 
müavini  təyin  etmişdilər.  Ə.Rəfibəyov  Ankarada  1979-cu  il 
yanvarın 19-da vəfat etmişdir. 
General-mayor  Səməd  bəy  Məşədi  bəy  oğlu  Rəfıbəyov 
1892-ci  ildə  Gəncədə  anadan  olmuşdur.  1919-1920-ci  illərdə 
polkovnik  Səməd  bəy  Milli  Ordunun  Qarabağdakı  1-ci  Cavanşir 
piyada alyının komandiri idi və orduda kifayət qədər tanınan bir şəxs 
sayılırdı.  1920-ci  ilin  aprel  ayının  3-15-də  məşhur  Əsgəran 
davasında qiyam qaldıran enuənilərin darmadağın edilməsində onun 
mühüm  rolu  olub.  Azərbaycanın  müstəqilliyinin  itirilməsi  ilə 
razılaşmayan Səməd bəy 1920-ci ilin may ayında Gəncə 
152 


üsyanında  iştirak  etmiş  və  həmin  ilin  iyun  ayında  üsyan 
məğlubiyyətə  uğradıqdan  sonra  Türkiyəyə  keçmişdir.  Bu  zaman 
Türkiyədə bÖ3dik Atatürkün başçılıq etdiyi milli qurtuluş qüvvələri 
gənc respublikanı yaşatmaq uğrunda ölüm-dirim savaşı apanrdılar. 
Bir sıra döyüşlərdə iştirak edən Səməd bəyin sərkərdəlik qabiliyyəti 
Qars və Sarıqamışda gedən vuruşmalar zamanı bütün parlaqlığı ilə 
üzə çıxır. Onunla tanış olan Atatürk: “Bu cür gənc yaşda polkovnik 
almaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən 
götürməlidir”, deyir. Hərbi şücaətlər göstərdiyini nəzərə alaraq, ona 
paşa rütbəsi verilir və Səməd bəy İstanbulda süvari dəstəsinin 2-ci 
şöbəsinin rəisi təyin edilir. Bu igid sərkərdəni böyük Atatürk tanıyır 
və çox sevirdi. Təsadüfi deyildi  ki.  Səməd bəy  Türkiyənin  birinci 
dərəcəli  ordeni  “İstiqlaf’la  təltif  edilmişdi.  1948-ci  ildə  isə 
Türkiyənin ali Hərbi Şurası Səməd bəyi hərbi xidmətlərinə görə türk 
ordusunun  paşası  (tam  generalı)  rütbəsi  ilə  təltif  etmişdi.  Çox 
sayıldığı və nufuz sahibi olduğu üçün Səməd bəy Əbdülsəməd bəy 
Sayqm adı almışdı. Səməd bəy qardaşından düz bir il sonra - 1980-ci 
ilin eyni günündə - yanvarın 19-da vəfat etmişdir. 
Bir vaxtlar Səməd bəy Bərdədən Gəncəyə əmisi oğlu Xudadat 
bəy  Rəfıbəyova  teleqram  vurub  Saranın  səhhətini  və  Cəmilənin 
vəziyyətini  soruşurdu.  Onun  həssas  ürəyi  öz  doğmalan  ilə  bağlı 
narahatlıq keçirirdi. Ancaq tale elə gətirdi ki, o da, qardaşı Əyyub 
bəy də Vətəndən, istəkli qohumlardan və dostlardan aynidılar və bir 
daha  Azərbaycana  dönmək  onlara  qismət  olmadı.  On  illərlə 
Azərbaycandan  bir  xəbər  öyrənə  bilmədilər.  Xudadat  bəy 
güllələndikdən sonra uzun illər onun iki övladının, başqa simsarların 
və  dostların  taleyindən  bixəbər  qaldılar.  Onlar  Vətən  həsrəti  ilə 
qovruldular,  vətəndə  isə  bir  çox  yaxın  qohumlar  kütləvi 
repressiyalara  məruz  qaldılar.  Xudadat  bəyin  qızı  Nigar  xanım, 
başqa  yaxın  qohum-əqraba  isə  sovet  rejiminin  təqibləri,  nəzarəti 
altında  yaşamağa məcbur edildilər.  Bu əzab-əziyyətlərdən, sıxma- 
boğmalardan şairə Nigar xanımla yanaşı, böyük şair Rəsul Rzanın 
da payına az düşmədi. Şair ömrünün bəlkə də bir on ili bahasına başa 
gəldi Rəfıbəyovlarla bu qohumluq. Ancaq bu adi seçim yox. 
153 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə