Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   51   52   53   54   55   56   57   58   ...   90

Nəhayət Behbudağa Cavanşirin tərcümeyi-halında xüsusi yer 
tutan bir hadisə. Qeyd edildiyi kimi, o, 1918-ci il iyun ayının 17- də 
Gəncədə  F.Xoyskinin  təşkil  etdiyi  ikinci  hökumət  kabinəsində 
Daxili İşlər naziri vəzifəsini tutur. Bu elə bir dövr idi ki, Azərbaycan 
hökuməti  Gəncə  quberniyasından  və  daha  bir  neçə  qəzadan  başqa 
respublikanın  digər  qanuni  ərazilərində  real  hakimiyyətə  malik 
deyildi.  Bir  yandan  xarici  müdaxilə  təhlükəsi,  bir  yandan  daxili 
sabitliyin  olmaması  vəziyyəti  həddən  artıq  gərginləşdirmiş, 
antiazərbaycan  qüvvələrini  fəallaşdırmışdı.  Belə  bir  şəraitdə 
ümumən  gənc  respublikanın  taleyi  ciddi  təhlükə  altında  idi  və 
yeganə xilas yolu hökumətin qətiyyətli addımlar atmaqla, ölkədaxili 
proseslərə  nəzarət  imkanları  əldə  etməsindən,  əhalinin  müdafiəsi, 
əmin-amanlığın bərpasına qadir olduğunu sübuta yetirməsindən asılı 
idi. İyun, iyul, avqust və sentyabr ayları bu baxımdan xüsusilə gərgin 
keçmişdi.  Ancaq  nə  qədər  çətin  də  olsa,  B.Cavanşirin  rəhbərlik 
etdiyi  qurumun  da  gündəlik  gərgin  fəaliyyəti  nəticəsində  gənc 
Azərbaycan  hökuməti  qarşısına  qoyduğu  ilkin  məqsədlərin  həyata 
keçirilməsinə,  ölkə  daxilində  sabitlik  yaratmaqla  yerlərdə 
hakimiyyətin  dayaqlarının  möhkəmləndirilməsinə  nail  oldu. 
Aəzərbayeanın  əksər  ərazilərində  yerli  polis  və  digər  hakimiyyət 
orqanlarının  fəaliyyətə  başlaması  ilə  əhalidə  gənc  Cümhuriyyətin 
özünü  müdafiə  etmək  qüdrətinə  malik  olduğuna  əhalidə  inam 
yaradıldı.  Artıq  hökumətin  qəbul  etdiyi  hər  hansı  qərarın  yerinə 
yetiriləcəyinə  nə  mərkəzi,  nə  də  yerli  orqanlarda  azacıq  da  olsa, 
şübhə  qala  bilməzdi  və  xalq  müstəqil  dövlətin  vətəndaşı  olmaqla 
qürur  duyduğunu  çəkinmədən  ifadə  edirdi.  Hökumət  isə  bütün 
məsələlərin  həllində  xalqın  mənafeyini  əsas  götürdü3dinü  hər 
addımda sübuta yetirir, bir çox hallarda atılacaq addımlar barəsində 
ölkə vətəndaşlarına tam aydınlığı ilə hesabat verilirdi. Və sözsüz ki, 
bu qarşılıqlı etimad da ölkədaxili vəziyyətin yaxşılaşmasına, dövlət 
quruculuğu kimi  mürəkkəb bir prosesin  sürətlənməsinə öz müsbət 
təsirini göstərirdi. 
17 noyabr 1919-cu il Nazirlər Şurasının sədri F.X.Xoyski və 
daxili işlər naziri B.Cavanşir Bakı şəhər əhalisinə müraciət edirlər: 
“Azərbayean hökuməti ilə müttəfiq qoşunların 
177 


nümayəndəsi Ənzəlidə olan general Tomsonla əldə edilmiş razılığa 
əsasən, noyabnn 17-də səhər Azərbaycanın paytaxtı Bakı şəhərinə 
general  Tomsonun  başçılığı  altında  müttəfiq  qoşunlarının  dəstəsi 
daxil olacaqdır. Bu dəstənin gəlişi Azərbaycanın müstəqilliyinə və 
ərazi toxunulmazlığına xələl gətirəcək düşmənçilik aktı deyil. Bütün 
dövlət  və  ictimai  təşkilatlar  əvvəlki  kimi  normal  fəaliyyət 
göstərəcək.  Hökumət  tərəfindən  qayda-qanun  gözlənilməsi  üçün 
bütün müvafiq tədbirlər görülmüşdür. Höloımət bütün vətəndaşları 
sakitliyi  və  qayda-qanunu  gözləməyə,  müttəfiq  qoşunlarının 
dəstəsini dostcasına qarşılamağa çağırır”. 
Azərbaycanın  müstəqilliyinin  tanınmasında  bir  sıra  məlum 
amillərlə  bərabər,  Avropanın  aparıcı  xarici  dövlətləri  qarşısında 
respublikanın  imicinin  yüksəldilməsi  də  az  rol  oynamamışdı  və 
rəhbərliyin ölkədə xarici missiyasının mövcud olduğu bütün müddət 
ərzində  əhali  tərəfindən  onlara  qarşı  çox  böyük  səbr  və  təmkin 
nümayiş  etdirilməsinə  çalışması  heç  də  təsadüfi  deyildi.  Əlbəttə, 
Cümhuriyyət  hökumətinin  başçıları  yaxşı  bilirdilər  ki,  müttəfiq 
qoşunları  komandanlığının  Azərbaycana  gəlməkdə  məqsədi  daha 
çox öz iqtisadi və siyasi maraqlarını güdməkdən ibarətdir və onlar 
öz mənafelərinə azacıq uyğun gəlməyən məsələlərdə ən yaxşı halda 
neytral  mövqe  tuta  bilərlər.  Ancaq  bütün  bunlara  baxmayaraq, 
respublikanı şimaldan gözlənilən Könüllü Ordu və bolşeviklər kimi 
real təhlükələrdən qorumağın hələlik yeganə vasitəsi birinci dünya 
müharibəsinin qaliblərinə üz tutmaq idi. 
Müstəqilliyin ilk dövrlərində Daxili İşlər Nazirliyinin ölkənin 
ən  mühüm  dövlət  strukturlarından  biri  kimi  spesifik  fəaliyyət 
istiqamətləri ilə yanaşı, müxtəlif ərazilərdə yerli idarəçilik, müdafiə 
məsələləri, sərhəd mühafizəsi ilə məşğul olmaq funksiyalanm da öz 
üzərinə 
götürmüşdü. 
Azərbaycan 
ərazisindəki 
mövcud 
qubernatorluqlar və general-qubernatorluqların fəaliyyətinin əsasən 
bu  nazirlik  tərəfindən  istiqamətləndirilməsi  və  koordinasiya 
edilməsi  onun  üzərinə  həqiqətən  də  böyük  vəzifələr  düşdüyünü 
göstərir. Məlız buna görə də, daxili işlər naziri kimi belə məsul bir 
vəzifənin  öhdəsindən  gəlmək  üçün  şəxsi  insani  keyfiyyətlər  də 
bəzən kifayətləndirici sayılmırdı. Behbudağanın 
178 


təyinatı  onun  respublikada  yuxarıda  qeyd  etdiyimiz  kimi  həm  də 
böyük hörmət, nüfuz sahibi olması ilə əlaqədar idi. 
Təsadüfi  deyildi  ki,  bitərəf  B.Cavanşir  Azərbaycan 
Parlamentinə  çox  asanlıqla  üzv  seçilmiş  və  parlamentin  hərbi 
komissiyanın  tərkibinə  daxil  edilmişdi.  “Difai”  partiyası  istisna 
edilməklə  ömrünün  sonunadək  heç  bir  siyasi  qurumda  təmsil 
olunmayan  B.Cavanşir  də  müasirləri  olan  bir  sıra  dövlət 
xadimlərimiz  kimi  vətənə,  millətə  təmənnasız  xidmət  üçün  siyasi 
mənsubiyyətin  bəzilərinin  düşündüyünün  əksinə,  əsaslı  rol 
oynamadığını  bir  daha  sübuta  yetimıişdi.  “Azərbaycan”  qəzeti  22 
oktyabr 1919-cu il tarixli sayında “Parlament xronikasf’nda yazırdı: 
“Parlament  kluarlarmda  “Bitərəflər”  fraksiyasının  dağılacağı 
müzakirə edilir. Söhbətlərə görə, onların bir hissəsi lider F.X.Xoyski 
ilə  “Müsavat”  partiyasına  meyl  edir,  Ləmbəranski  və  Axundov 
“İttihada”a keçiblər, B.Cavanşir partiyadan kənar qalıb”. 
Behbudağa  Cavanşirin  müstəqil  respublikanın  daxili  işlər 
naziri kimi bu gün iftixar hissi doğuran xidmətlərindən danışarkən 
onun  müavini  general-mayor  Sadıq  bəy  Ağabəyovun  fəaliyyətini 
qeyd  etməmək  ədalətsizlik  olardı.  Sadıq  bəy  İsmayıl  bəy  oğlu 
Ağabəyov  1865-ci  ildə  martın  15-də  Bakı  quberniyasının  Göyçay 
qəzasında  anadan  olub.  1882-ci  ildə  Bakı  realm  məktəbini  bitirib. 
1886-cı  ildə  Peterburq  hərbi  piyada  və  artilleriya  məktəbinə  daxil 
olub.l899-cu  ildə  Peterburqda  Hərbi  nazirliyin  Baş  Qərargahının 
şərq  dilləri  kursunu  qiyabi  bitirib.  1886-cı  ildə  Qafqaz  artilleriya 
hissəsində,  sonra  isə  1913-cü  ilə  qədər  Türküstan  vəZakaspi 
vilayətlərində çalışıb. Pləmin ildə təqaüdə çıxıb və Göyçaya qayıdıb. 
Birinci  dünya  müharibəsi  başlananda  hərbiçilərin  səfərbərliyə 
alınması  ilə  əlaqədar  Sadıq  bəy  də  xidmətə  çağrıhr  və  Rusiya 
müharibədən  çıxana  qədər  müharibədə  iştirak  edir.  O,  1918-20-ci 
illərdə  milli  hökumətdə  hərbi  və  daxili  işlər  nazirlərinin  müavini 
olmuş, daxili işlər nazirini əvəz etmişdir. Hökumətin qərarı ilə “23 
oktyabr  1918-ci  ildə  formalaşmış  və  təsdiq  olunmuş  dövlət 
strukturunda  daxili  işlər nazirini  əvəz  etmək  və xidməti  vəzifəsini 
yerinə yetinuə”yin general-mayor Sadıq bəy Ağabəyova tapşırılması 
da göstərirdi ki, onun peşəkarlığı və xidmətləri 
179 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə