Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə63/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   59   60   61   62   63   64   65   66   ...   90

Cavab;  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra 
mən əksinqilabi iş aparmamışam. 
Sual: SPİ-nin sizə məlum olan üzvlərinin adlarını deyin. 
Cavab: İndi eserlərdən heç birini mən tanımıram. 
Sual: Siz yalan danışırsınız. Müstəntiqə yaxşı məlumdur ki, 
siz bir neçə eserlə tanışsınız və əksinqilabi iş aparırsınız. Ona görə 
də bunlan gizlətməyib, eserlərlə əlaqələriniz barədə danışın. 
Cavab:  Mən  eserlərlə  heç  bir  əlaqəyə  malik  deyiləm  və 
əksinqilabi iş aparmamışam. 
Sual:  Müstəntiqə  məlumdur  ki,  siz  həbs  edilənə  qədər 
əksinqilabi  eser  möqeyində  qalmasınız  və  əksinqilabi  iş 
aparmısmız. Məsləhət görürük, özünüz düzgün ifadə verəsiniz. 
Cavab:  İnkar  edirəm.  Mən  əksinqilabi  eser  mövqeyində 
dayanmamışam və əksinqilabi iş aparmıram. 
Sual:  Müqavimət  göstərməyi  dayandırın  və  düzgün  ifadə 
verin. Müstəntiq sizin əksinqilabi fəaliyyətiniz barədə kifayət qədər 
məlumatlara malikdir. 
Cavab: Mən müqavimət göstənnirəm və doğru deyirəm. Mən 
heç bir əksinqilabi iş aparmamışım. 
- Siz səmimi deyilsiniz və qəti surətdə düzgün ifadə vermək 
istəmirsiniz,  xəbərdar  edirəm  ki,  konkret  məlumatlarla  ifşa 
olunacaqsınız. 
21 may 1938-ci il. C.Hacmski yenidən dindirilir. 
Sual:  Siz  Bakıda  1919-cu  ildə  əksinqilabi  müsavat 
hökumətində hansı vəzifəni tutmuşunuz? 
Cavab:  1919-cu  ildə  Bakıda  Müsavat  hökumətində  mən 
parlamentin  üzvü  və  1920-ci  ilin  28  aprelinə,  Azərbaycan 
sovetləşənə qədər Poçt və teleqraf naziri olmuşam. 
Sual: Siz onda hansı partiyanın üzvü idiniz? 
Cavab:  Mən  onda  Azərbaycan  sosialist  inqilabçılar  (xalqçı) 
partiyasının üzvü idim. 
Sual:  Buradan  görünür  ki,  siz  Azərbaycan  sovetləşəndən 
sonra  da  eser  mövqeyində  qalmaqda  davam  etmisiniz  və  eser 
təşkilatına  üzv  olmusunuz.  Təklif  edirik  mahiyyətcə  doğru  ifadə 
verəsiniz. 
202 


Cavab:  İnkar  edirəm.  Azərbaycan  sovetləşəndən  sonra  mən 
eser işini bərpa etməmiş və əksinqilabi təşkilata daxil olmamışam. 
Sual: Siz Babınini tamyırsınızmı? 
Cavab:  Bəli,  mən  Nikolay  Nikolayeviç  Babınini  yaxşı 
tanıyıram.  O aqronomdur. Mən onunla 1930-31-ci  illərdə Tiflisdə 
Zaqkəndtəsrrüfatında bir yerdə işləmişəm. 
Sual: Onun siyasi mövqeyi barədə sizə nə məlumdur? 
Cavab:  Mənə  məlumdur  ki,  Babınin  keçmiş  eserdir.  Bu 
barədə o, mənə şəxsən deyib. 
Sual: Babıninlə əksinqilabi əlaqəniz barədə danışın. 
Cavab: Mənim Babıninlə əksinqilabi əlaqəm olmayıb. 
Sual: Siz düz danışmırsınız. 
Cavab:  İnkar  edirəm  Babıninlə  mən  əksinqilabi  təşkilatın 
üzvü kimi əlaqədə olmamışam. 
Sual:  Sizə  Babıninin  sizin  ona  şəxsən  əksinqilabi  təşkilatın 
üzvü olduğunuz və ona da təşkilata daxil olmağı təklif etdiniz, aneaq 
onun mən artıq eəlb edilmişəm deyə imtina etdiyi barədə dediyiniz 
4-5  fevral  1938-ci  ilə  aid  ifadəsi  təqdim  olunur.  Siz  indi  də  inkar 
edəeəksiniz? 
Cavab: Babıninin ifadəsini mən inkar edirəm. Mən heç vaxt 
onunla əksinqilabi təşkilat barədə söhbət etməmişəm. 
Sual: Müstəntiq yenə sizin qeyri-səmimiliyinizi qeyd edir. Siz 
Ordubadskini tanıyırsımzmı? 
Cavab:  Bəli,  mən  Ordubadskini  tanıyıram,  onunla  şəxsən 
tanışım. 
Sual: Ordubadski ilə əksinqilabi əlaqəniz barədə danışın. 
Cavab: Mən Ordubadski ilə əksinqilabi əlaqədə olmamışam. 
Sual:  Siz  düz  demirsiniz,  Ordubadski  ilə  siz  əksinqilabi 
təşkilat  üzvü  kimi  əksinqilabi  əlaqədə  olmusunuz.  Düzgün  ifadə 
verin. 
Cavab: İnkar edirəm. 
Güreüstan  XDİK  3  aprel  1938-ei  ildə  Az.SSR  XDİK  DTN 
4-cü şöbənin rəisi kapitan Rasskazçikova məlumat verir: “Haemski 
və  digər  şəxslərin  N.Bobıninlə  əksinqilabi  əlaqələri  barədə  yeni 
məlumatlar alınmayıb. Bobınin ittiham olunub. 3-eü şöbənin rəisi 
203 


baş  leytenant  Berişvili,  3-cü  şöbənin  1-ci  bölməsinin  rəisi  kiçik 
leytenant Qorxmazyan”. 
1938-
 
ci il may ayının 20-də leytenant Martirosov qarşısına 
sovet  hakimiyyətini  devirmək  məqsədi  qoymuş  əksinqilabi  eser 
təşkilatının  üzvü  olmuş  Camo  bəy  Hacmskinin  irəli  sürülən 
ittihamlardan  əlavə  Az.SSR  CM-in  21,  64-cü  mddalər  üzrə  də 
ittiham olunması qərarını qəbul edir. Bu qərardan təqribən iki həftə 
sonra, 5 iyun 1938-ci ildə isə Az.SSR Daxili İşlər xalq komissarı baş 
mayor  Rayevin  təsdiq  etdiyi  Yekun  ittiham  irəli  sürülür;  “AzSSR 
CM-in 21, 64, 69, 70, 73-cü maddaləri üzrə cinayət məsuliyyətinə 
cəlb  edilən  10  nəfərin  6140  saylı  istintaq-  həbs  işi  ilə  əlaqədar 
Az.SSR  XDİK  DTİ  4-cü  şö’bəsi  tərəfindən  sosialist  inqilabçılar, 
trotskiçilər və millətçi təşkilatlarla blokda öz qarşısına silahlı üsyan 
yolu  ilə  Sovet  hakimiyyətini  devirmək  və  ziyankarlıq  törətmək, 
partiya və hökumət rəhbərlərinə qarşı terror etmək məqsədi qoymuş 
Bakı  şəhərində  fəalijryət  göstərmiş  gizli  əksinqilabi  eserçi  təşkilat 
aşkarlanmış  və  ləğv  olunmuşdur,  istintaq  müəyyən  etmişdir 
əksinqilabi  eser  təşkilatına  Sosialist  inqilabçılar  partiyasının  eser 
mövqeyində duran fəal üzvləri: 
1  .Xoxrov  Mixayil  Semyenoviç;  2.Dyakov  Feodor 
Vasilyeviç;  3.Varlaşov  Polikarp  Petroviç;  4.Mezqisser  Matvey 
İzraileviç;  S.Mazutov  Aleksandr  Vasilyeviç;  6.Kondakov  Pyotr 
İvanoviç;  7.0rdubadski  Firuz  Mehdi  oğlu;  8.Hacınski  Camo  bəy 
Süleyman  oğlu;  9.Smirnov  Vladimir  Vasilyeviç;  lO.Evseev  İvan 
Mixayıloviç daxil olublar. 
Eser  təşkilatı  Bakıda  1933-cü  ildə  Moskvadan  gəlmiş  fəal 
eser Osintsev tərəfindən yaradılıb. Xoxrovun 1937-ci il 22 noyabrda 
verdiyi  ifadəyə  görə  guya  Camo  bəy  Hacınskini  təşkilata 
Ordubadski cəlb edib. Əksinqilabi işdə eser təşkilatı trotskiçilər və 
millətçi  təşkilatlarla  əlaqədə  olub.  Trotskiçilərlə  əlaqəni  müttəhim 
Dyakov  saxlayıb.  Millətçilərlə  əlaqəni  isə  Xoxrov  millətçi 
təşkilatların üzvü Fərəczadə vasitəsilə həyata keçirib. 
Eser  təşkilatı  öz  qarşısına  sovet  hakimiyyətini  devirmək, 
kolxoz  quruluşunu  ləğv  etmək  və  şəhərdə  və  kənddə  kapitalist 
elementlərini  bərpa  etmək  vəzifələrini  qoymuşdu.  Təşkilatın  iş 
metodları ziyankarlıq, tətillər təşkil etmək, təxribat aksiyaları 
204 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə