Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə62/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

Səfıkürdski  Aslan  bəy  Ağalar  oğlunun  həbs  müddəti  -  8  apreldə, 
Anoşin Nikolay Pavloviç və Hacınski Camo Süleyman oğlunun həbs 
müddətləri isə - 11 apreldə başa çatır”. Buna görə də o, 1925-ci il 
aprelin  25-dən  sonra  həmin  məhbusların  hara  göndərilməsi  barədə 
vaxtında məlumat verilməsini xahiş edir. 
4 aprel  1925-ci  ildə  Korostinin  teleqramına Moskvadan belə 
bir  cavab  gəlir:  “DSİ  Çelyabinsk  quberniya  şö’bəsinin  rəisinə: 
“Səfıkürdski  və  Hacmskiyə  aprelin  3-də  BDSİ  yanında  Xüsusi 
müşavirə  tərəfindən  Zaqafqaziyada,  Şimali  Qafqazda,  sərhədyanı 
ərazilərdə, Moskva və Leninqrad qubemiyalannda yaşamaq qadağan 
edilmişdir”. 
Aprel  ayının  13-də  Moskvaya,  Andreyevaya  vurduğu 
“Səfıkürdski  və  Hacınskinin  Krıma  Feodosiyaya  getməsinə  icazə 
vermək olarmı” teleqramına isə Korostin aşağıdakı cavabı alır: “DSİ 
Çelyabinsk quberniya şöbəsinin rəisinə: “Səfıkürdski və Hacınskinin 
Feodosiyaya  sərhəd  quberniyasına  getməsinə  icazə  vermək  olmaz. 
14 aprel 1925-ci il”. 
Eserlərin  öz  daimi  yaşayış  yerlərinə  qayıtmalarının 
doğuracağı narahatlıqlarla bağlı bütün bu qənaətlər 26 mart 1925- ci 
ildə qəbul edilən Yekun qərarda da öz əksini tapmışdı: “ Mən BDSİ 
xüsusi  şöbə  3-cü  bölməsinin  əməkdaşı  Xoroşkeviç  Bakı  eserləri 
prosesi üzrə 10.12.22-ci ildə 3 il həbs cəzası alaraq Çelyabinsk siyasi 
təcridxanasmda saxlanılan Hacınski Camo Süleyman bəy oğlunun, 
Səfıkürdski Aslan bəy Ağalar oğlunun işi üzrə materiallara baxaraq 
müəyyən etdim: 
Hacınski və Səfikürdski 1921-ci ilin avqust-sentyabr aylarında 
Sosialist İnqilabçılar “Xalqçı” partiyasının üzvü olmuşlar və SİP-in 
Bakı təşkilatı ilə sıx əlaqəyə girmişlər. Hacınski SİP-in Bakı təşkilatı 
üçün  ədəbiyyat,  məktub  və  pul  almışdır.  Onların  həbs  müddəti 
1925-ci  ilin  aprelində  başa  çatır.  Qafqazda  SİP-in  fəal  üzvləri  ilə 
geniş əlaqələrini nəzərə alaraq, onlara həbs müddəti başa çatdıqdan 
sonra azad yaşamağa icazə vermək olmaz. Təklif edirəm ki, onların 
işini  məhdudlaşdırma  ilə  əlaqədar  BDSİ  yanında  Kollegiyanın 
Xususi  müşavirəsinə  baxılmaq  üçün  təqdim  edib,  sonra  arxivə 
verəsiniz.” Sənədin aşağısında qeyd var: “ Razıyam. 
199 


Təklif edirəm üç il müddətinə Qafqazda, cənubi-şərqdə, Moskva və 
Leninqrad quberniyalarında yaşamaq qadağan edilsin.” 
BDSİ yanında Xüsusi müşavirə tərəfindən aprelin 3-də həmin 
qarar  təsdiq  edilməklə,  Səfikürdski  və  Hacmskiyə  Zaqafqaziyada, 
Şimali  Qafqazda,  sərhədyanı  ərazilərdə,  Moskva  və  Leninqrad 
quberniyalarında yaşamaq qadağan edilir və bir gün sonra bu barədə 
Çelyabinsk quberniyası şöbəsinə bildirilir. 
Camo bəy Hacınski növbəti dəfə həbsdən buraxıldıqdan 12 il 
sonra, 1937-ci ilin oktyabr ayında həbs olundu. Bu müddət ərzində 
onun  həyatında  hansı  dəyişikliklərin  baş  verməsi,  ictimai-  siyasi 
fəaliyyətinin  bütün  təfərrüatları  barədə  geniş  məlumat  verməyə 
yəqin ki, ehtiyac yoxdur. Yalnız onu demək kifayətdir ki, sovet cəza 
orqanlarının  təzyiq  və  sıxışdırmalarına  baxmayaraq,  həbsdən 
buraxıldıqdan bir müddət sonra Bakı  şəhərinə qayıtmış  Camo  bəy 
Azərbaycanın  tərəqqisi,  maariflənməsi  yolunda  əzmkarhqla 
fəaliyyət  göstərməkdə  davam  edirdi  və  heç  bir  qüvvə  onu 
əqidəsindən  döndərə  bilməmişdi.  Millətə  məhz  onun  həqiqi 
mənafeyinə  uyğun,  həm  də  sədaqətlə  xidmət  göstərmək 
niyyətlərindən xəbərdar olduqları üçündü ki, cəza orqanları növbəti 
dəfə  Camo  bəyi  Az.SSR  CM-in  72,73-cü  maddələri  üzrə 
məsuliyyətə  cəlb  etdilər.  Bu  barədə  tərtib  olunmuş  arayışda 
yazılmışdı:  “Camo  bəy  Hacınski  48  yaş,  Bakı  şəhər  sakini, 
azərbaycanlı,  bitərəf,  müəyyən  bir  məşğuliyyəti  yoxdur.  Keçmiş 
sosialist  inqilabçılar  partiyasının  üzvü  kimi  əksinqilabi  eser 
mövqeyində  qalmaqda  davam  edir  və  fəal  əksinqilabi  iş  aparır. 
Yuxanda  göstərilənlər  əsasından  Camo  bəy  Hacınski  həbs  edilib, 
cinayət  məsuliyyətinə cəlb  olunmalıdır. 4-cü şöbə 2-ci  bölməsinin 
rəisi  leytenant  Qalstyan,  21  oktyabr  1937-ci  il,  4-cü  şöbənin  rəisi 
Sinman bunu təsdiq edir”. 
3-cü  dərəcəli  DT  komissarı  Sumbatovun  imzaladığı  ittiham 
irəli  sürülməsi  və  imkan  tədbirinin  seçilməsi  Qərarı  və  Az.SSR 
Prokuroru müavinin razılığı ilə ilə (2040 №-li orderlə) 23 oktyabr 
1937-
 
ci ildə Camo bəy Hacınski Qalstyan tərəfindən həbs edilir. 
24  oktyabr  1937-ci  ildə  DT  serjantı  Xaçaturov  və  2-ci 
bölmənin əməkdaşı Qrekin tərəfindən Camo bəy Hacınskinin Bakı 
şəhər Krasnaya küçəsi bina 23-də yerləşən mənzilində axtarış 
200 


aparılır  və  protokol  tərtib  edilir.  Axtarış  prosesində  Camo  bəy 
Hacınskinin özü, Hacınski Mariya Lvovna və Qədimov Lətif Şirin 
oğlu  da  iştirak  edirlər.  Nəticədə  onun  mənzilindən  -  549217№-li 
pasport, 314636 №-li həmkarlar bileti, 1 ədəd qrup fotoşəkil, şəxsi 
yazışmalar və kitab müsadirə edilir. 
Camo  bəy  Hacınskinin  FK  əməkdaşı  Cəfərov  tərəfindən 
doldurulmuş  həbs  anketində  aşağıdakılar  qeyd  olunmuşdur: 
“iqtisadçı,  qulluqçu  ailəsindən,  ali  təhsilli,  1922-ci  ildə  ÜFK 
orqanları  tərəfindən  həbs  edilib,  3  il  müddətinə.  Həyat  yoldaşı  40 
yaş, oğlu Camal 11 yaşında, qızı Nelli 2 aylıq”. 
Camo  bəy  Hacınski  bu  dəfə  həbsdə  olarkən  ilk  dəfə  25 
oktyabr 1937-ci ildə Martirosov tərəfindən dindirilir: “Sual: Siz nə 
vaxtdan SİP-in üzvüsünüz? 
Cavab:  Mən  1905-ci  ildən  1920-ci  ilə  qədər  SPİ-nin  üzvü 
olmuşam. 
Sual: SPİ-də siz hansı məsul vəzifəni yerinə yetirmiisiniz? 
Cavab:  1917-ci  ilin  fevral  inqilabına  qədər  mənim  SPİ-də 
iştirakım  oxuduğum  məktəb  və  ali  təhsil  ocaqlarında  siyasi 
dərnəklər təşkil etməkdən ibarət idi. 1917-ci ilin aprel ayında mən 
Tiflisə  getdim  və  Müvəqqti  hökumətin  Xüsusi  Zaqafqaziya 
komitəsinə  işə  girdim.  Mən  onda  SPİ-nin  Tiflis  təşkilatına  daxil 
oldum və Zaqafqaziya Kəndli deputatlar Soveti İcraiyyə komitəsinin 
üzvü  oldum.  Onda  mən  xüsusi  eser  partiyası  tapşırıqlarını  yerinə 
yetirmirdim. Sentyabr ayında müəssislər məclisinə seçkilər zamanı 
mən  eser  təşkilatından  çıxdım  və  eser-  menşeviklərin  müsəlman 
sosialist blokuna daxil oldum. Bu blokda olmaqla mən 1918-ci ildə 
Zaqafqaziya Seyminin, 1919-cu ildə isə Azərbaycan Parlamentinin 
tərkibinə 
daxil 
oldum. 
Parlamentin 
üzvlüyünə 
mən 
eser-menşeviklərin sosialist bloku firqəsinin tərkibində daxil oldum. 
1919-cu  ilin  sonlarında  eserlərin  Azərbaycan  partiyası  “xalqçı” 
yaradıldı  və  mən  eser  mövqeyində  duran  şəxs  kimi  onun  üzvü 
oldum.  Bu  partiyanın  mən  1920-ci  ilin  aprelinə,  Azərbaycanın 
sovetləşməsinə qədər qədər üzvü oldum. 
Sual:  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  siz  hansı 
əksinqilabi iş aparmısınız? 
201 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə