Fuad İskəndərov


partiya, hökumət rəhbərlərinə qarşı terror törətməkdən



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   60   61   62   63   64   65   66   67   ...   90

törətmək və partiya, hökumət rəhbərlərinə qarşı terror törətməkdən 
ibarət idi. 
Camo bəy Hacmski Bakı şəhərində fəaliyyət göstərən və öz 
qarşısına  silahlı  üsyan  yolu  ilə  sovet  hakimiyyətini  devirmək, 
ziyankarhq,  təxribat  aksiyaları  və  partiya,  hökumət  rəhbərlərinə 
qarşı terror törətmək məqsədi qoymuş eser təşkilatının üzvü olmaqla 
Az.CM-in  21/64,72/73-cü  maddələri  ilə  nəzərdə  tutulan  cinayətlər 
törədib. Özünü günahkar saymır. Xoxrov və Bobminin ifadələri ilə 
ifşa edilir. 
İstintaq-həbs  işi  hərbi  prokurorluq  vasitəsilə  baxılmaq  üçün 
4-cü şöbənin 3-cü bölməsinin rəisi leytenant Martirosovun və 4- cü 
şöbənin rəisi kapitan Rasskazçikovun imzası ilə Zaqafqaziya Hərbi 
Dairəsinin Hərbi Tribunalına göndərilir”. 
1938-ci il sentyabr ayının 9-da Camo bəy Hacmskinin işi ilə 
barəbər  10  məhbusun  işi  də  Zaqafqaziya  Hərbi  Dairəsinin  Hərbi 
prokuroru  tərəfindən  Hərbi  Tribunalın  sədri  briqada  hərbi 
hüquqşünası Stelmaxova göndərilir. 
15 sentyabr 1938-ci ildə Tbilisi şəhərində Zaqafqaziya Hərbi 
Dairəsinin Hərbi Tribunalının sərəncam verici yığıncağı keçirilir və 
tam  məxfi  protokol  tərtib  edilir:  Hərbi  Tribunala  sədrlik  edən 
Stelmaxoviç,  hərbi  hüquqşünas  Şirinyan,  2-ci  dərəcəli  hərbi 
hüquqşünaslar  Kapustin  və  Mixaylovskidən  ibarət  heyət  ittiham 
üzrə  işə  baxaraq,  leytenant  Martirosovun  ittihamedici  qəranna 
əsasən  müəyyən  edir;  1...  8.Camo  bəy  Hacmski  Az.SSR  CM-in 
21/64,  72/73-cü  maddələri  ilə  ...  işə  qapalı  məhkəmə  iclasında 
ittihamçı  və  müdafiənin  iştirakı  olmadan,  Xoxrov,  Mezqisser  və 
Razutov barəsində işə SSRİ MKİ-nin 14 sentyabr 1937-ci il tarixli 
qəran  əsasında  baxılsın.  Bütün  müttəhimlərə  qarşı  seçilmiş  həbs 
altında saxlanılmaq qəti imkan tədbiri dəyişdirilməsin. 
Sədr Stelmaxoviç, katib Mixaylovski. 
İttihamın  elan  olunması  haqqında  müttəhimlərdən  kağız 
alınır. 
Zaqafqaziya Hərbi Dairəsi  Hərbi Tribunalının  səyyar qapalı 
məhkəmə iclası dövlət ittihamçısı və müdafiə olmadan 2-3 dekabr 
1938-ci ildə saat 20.10-da işə baxır. 
205 


Ordubadski dindiriləndə sədr ona belə bir sual verir: Haemski 
də sizin əksinqilabi təşkilata daxil idimi? 
Ordubadski: Bu Haemski daxil deyildi, onun famildaşı daxil 
idi. 
Müttəhim Hacmskinin ifadəsindən: 
Sədr:  Müttəhim  Haemski,  ibtidai  istintaqda  siz  ifadə 
vermisiniz  ki,  1917-ei  ildə  bitərəf  eserlərin  və  menşeviklərin 
blokuna qoşulmusunuz? 
Haemski: Bəli. 
Sədr: Sonra siz müsavat hökumətində parlament üzvü və poçt 
və teleqraf naziri olmusunuz. 
Haemski: Bəli. 
Sədr:  1919-cu  ildə  isə  siz  eser  partiyasına  daxil  olmuş  və 
Azərbayean sovetləşənə qədər onun üzvü olmusunuz? 
Haemski: Bəli. 
Sədr: Bu təşkilat kommunistlərlə mübarizə aparırdı? 
Haemski: Xeyr, aparmırdı. 
Sədr: Siz sovet hakimiyyəti əleyhinə mübarizə apannaqda öz 
günahınızı etiraf edirsinizmi? 
Haemski: Yox, etiraf ehnirəm. 
Məlıkəmənin üzvü:  Parlamentin  bolşeviklərə qarşı  mövqeyi 
neeə idi? 
Haemski: Parlament kommunistlərlə mübarizə aparırdı, mən 
isə aparmırdım. 
Sədr: Bu necə parlament idi? 
Haemski:  Millətçi-burjua,  ancaq  mən  baxmayaraq  ki,  bu 
parlamentin üzvü idim, sovet hakimiyyəti əleyhinə heç bir mübarizə 
aparmırdım. 
Sədr: Bobmini tanıyırsmızmı? 
Haemski:  Bəli,  biz  onunla  Tbilisidə  bir  yerdə  işləmişik. 
(Şahid  Bobminin  Hacmskinin  cəlb  edilməsi  ilə  bağlı  ifadəsi 
oxunur). 
Sədr: Bu düzdünuü? 
Haemski:  Xeyr,  düzgün  deyil,  belə  ki,  mən  oradan  çoxdan 
getmişdim. 
Sədr: Siz Xoxrovla çoxdan tanışsınız? 
206 


Hacınski; Biz onunla 1922-ci ildə birlikdə həbsdə yatmışıq. 
Sədr:  Mütthəhim  Hacınski  sizə  son  söz  verilir,  nə  demək 
istərdiniz? 
Hacınski:  İbtidai  istintaq  mənim  eser  təşkilatına,  yaxud 
hansısa  əksinqilabi  təşkilata  məxsusluğumu  sübuta  yetirə  bilmədi. 
Mən burada məhkəmədə qəti bəyan edirəm ki, heç bir əksinqilabi, 
yaxud düşmən partiyanın təşkilatına daxil olmamışam, ziyankarhqla 
məşğul  olmamışam.  Eser  təşkilatına  mən  hələ  inqilaba  qədərki 
dövrdə  daxil  olmuşam,  ancaq  bu  təşkilatla  əlaqəni  çoxdan 
kəsmişəm. 
Stelmaxoviçin  sədrliyi  ilə  3  dekabr  1938-ci  ildə  Hökm 
çıxarılır.  1905-ci  ildən  eser  partiyasının  üzvü,  Azərbayean 
sovetləşənə  qədər  müsavat  hökumətində  işləmiş,  keçmiş  Poçt  və 
teleqraf naziri olmuş C.Hacınski sovet hakimiyyətinə qarşı düşmən 
mövqedə  durmaqla  Bakıda  fəaliyyət  göstərən  əksinqilabi  eser 
təşkilatının üzvü olduğuna görə, Az.SSR CM-in 21, 64-cü maddələri 
ilə  günahkar  sayılaraq  8  il  müddətinə  ciddi  rejimli  islah  əmək 
düşərgəsində  saxlanılmaqla  və  4  il  siyasi  hüquqlardan  məhrum 
edilmək, əmlakının yarısı müsadirə olunmaqla azadlıqdan məhrum 
edilir.  Hacmskinin  həbsdə  olma  vaxtı  ibtidai  istintaq  altında 
saxlandığı 23 oktyabr 1937-ci ildən hesablanır. 
C.PIacmski  eəzasmı  çəkmək  üçün  Vyatlaq  3-cü  həbs 
düşərgəsinə göndərilir. 
SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyası 27.12.1938-ci ildə 
bu hökmə baxaraq, Hacmskinin onun işinə yenidən baxılması üçün 
göndərilməsi xahişini əsassız sayaraq rədd edir və hökmü qüvvədə 
saxlayır. 
C.Hacmskinin  sonuncu  müraciəti  isə  Zaqafqaziya  Hərbi 
Dairəsi  Hərbi  Tribunalının  Azərbaycan  üzrə  prokuroruna 
ünvanlanır.  Həmin  ərizəsində  özünü  “Hərbi  Tribunal  tərəfindən 
ittiham  olunmuş  hazırda  XDİK  Vyatlaq  3-cü  həbs  düşərgəsində 
saxlanılan” kimi təqdim edən Camo bəy Hacınski  yazır: “Zaq.HD 
Hərbi  Tribunalının  hökmü  ilə  mən  şəxsi  əmlakımın  yarısının 
müsadirə  olunması  ilə  8  il  azadlıqdan,  4  il  siyasi  hüquqlardan 
məhrum  edilmişəm.  1939-cu  ilin  mart  ayının  sonunda  mənzilimə 
gələn məhkəmə icraçısı mənim bütün paltarımı ən kiçik 
207 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə