Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   61   62   63   64   65   66   67   68   ...   90

hissələrinə  qədər  siyahıya  aldı  və  dərhal  müsadirə  etdi.  Bununla 
Hərbi Tribunalın hökmünə baxmayaraq, məhkəmə icraçısı vətəndaş 
Musəvi  mənə  qarşı  yüz  faizli  müsadirə  həyata  keçirdi.  Vətəndaş 
prokuror  sizdən  vət.  Musəvi  tərfmdən  qanunsuz  müsadirə  edilmiş 
əmlakımın  qaytarılmasını  xahiş  edirəm.  Sizin  qərarınız  haqqında 
məni,  həmçinin  Bakıda  Krasnı  küçədə  23  saylı  binada  yaşayan 
arvadım  Mariya  Lvovna  Hacınskayanı  xəbərdar  etmənizi  xahiş 
edirəm. 30.03.1939.” 
Həmin biabırçı və alçaldıcı müsadirə prosesi isə 27 mart 
1939-
 
cu ildə həyata keçirilmiş Hacmskinin mənzilindən götürülən 
əşyalar may ayında 1890 rubla satılaraq pulu dövlətə keçirilmişdir. 
Ancaq  bu  dəfə  həbsdən  doğma  Bakıya  qayıdıb,  millət 
yolundakı fədakar fəaliyyətini davam  etdirmək Camo bəyə qismət 
olmadı.  0,1942-ci  ildə  vətəndən  çox  uzaqlarda,  həbsxana  divarlan 
arasında  keçməkeşli  həyatını  başa  vurdu.  Bütün  ömrünü  doğma 
xalqının  tərəqqisinə  sərf  etmiş  bir  qaynar  ürək  də  sovet  cəza 
orqanlarının amansız təzyiqi nəticəsində döyünməkdən qaldı. 
Camo bəyin qardaşı Əhməd Süleyman oğlu Hacmski də sovet 
cəza orqanlarının repressiyasına məruz qalmışdır. O, 1928- ci ildə 
RSFSR CM-in 58-1, 58-2, 58-10 maddələri ilə ittiham olunmuş və 
10  il  müddətinə  azadlıqdan  məhrum  edilmişdir  (MTN  arxivi 
PR-41065, 1-ci cild). 
1955-ci il aprelin 27-də Bakı şəhər sakini Camo  Camo oğlu 
Hacmski atasına bəraət verilməsi ümidi ilə DTK-nm sədri polkovnik 
Quskova ərizə yazır: “Mənim atam Camo Süleyman oğlu Hacmski 
1937-ci  ilin  oktyabnnda  XDİK  orqanları  tərəfindən  təcrid  edilib. 
Mən keçmiş deniz zabitiyəm, 1941-ci ildən 1949-cu ilə qədər HDQ 
sıralannda  xidmət  edib,  xəstəliyə  görə  (ağciyər  vərəmi)  tərxis 
edilmişəm.  İkinci  qrup  əliləm.  Anamın  sözlərindən  mənə  məlum 
olduğuna  görə,  mənim  atam  Bağırov  tərəfindən  təqib  olunub  və 
uzun  müddət  həbs  edilənədək  işə  düzələ  bilməyib.  Orqanlar 
tərəfindən  Bağırova  sui-qəsddə  ittiham  olunub.  Atamın  həbsinin 
Bağırovun  ona  şəxsi  qərəzliyilə  bağlı  olduğuna  inandığıma  görə, 
xahiş edirəm bu məsələni Azərbaycan DTK-da təhqiq edərək onun 
bəraət alması imkanlanm aydınlaşdırasınız.” 
208 


1955-ci  il  24  sentyabrda  Zaq.  HD  Hərbi  Prokurorluğunun 
köməkçisi 
ədliyyə 
podpolkovniki 
Danilbəyin, 
Hərbi 
Prokurorluğunun baş köməkçisi ədliyyə podpolkovniki Çcsnokovun 
imzalan ilə təsdiq olunmuş Yekun qərarla eser partiyasının 10 nəfər 
üzvünə  bəraət  verilir.  1956-cı  il  fevral  ayının  4-də  isə  Hərbi 
Prokurorun  müavini  ədliyyə  polkovniki  B.Viktorov  həmin  10 
nəfərin işində einayət tərkibi olmadığı üçün işin bağlandığım təsdiq 
edir  və  həmin  şəxslər  SSRİ  Ali  Məhkəməsinin  sədri  ədliyyə 
polkovniki Stuçekanın imzaladığı 23 may 1956-cı il qərarı ilə bəraət 
alırlar. C.C.Hacınskiyə atasının bəraət alması barədə arayış 13 iyun 
1956-cı ildə təqdim edilib. 
209 


18 illik təzyiq və təqiblərin sonu 
MTN arxivi. PR 28006 saylı 255 səhifəlik istintaq işi. Tarixi 
faciəmizin əks olunduğu minlərlə, on minlərlə işlərdən biri. Əhməd 
bəy Ömər oğlu Pepinovun faciəli taleyinin qara kağızı. Bu qovluq 
müxtəlif ittihamedici sənədlərlə doldurulmazdan qabaq Əhməd bəy 
sovet cəza orqanları tərəfindən 10 il həbsə məhkum edilmiş, digər 
millətçi  həmfikirləri  ilə  yanaşı  barəsində  RS-7525,  RF-56  saylı 
istintaq işləri açılmışdı. Bir insan, üç cinayət-arxiv işi. Bir ömrün ən 
son  akkordlannm  vumlduğu  ağır  günlərdən  xəbər  verən  dilsiz 
materiallar.  Dövlət  Siyasi  İdarəsi,  enkevede  cəlladlarının  rejimin 
sifarişlərini  yerinə  yetirmək  naminə  göstərdikləri  canfəşanlığın 
bariz  nümunələri,  insanlığa  qarşı  törədilmiş  ən  qatı  cinayətlər 
xronikasının  qanla  yazılmış  növbəti  səhifələri.  Dilləri  olsa,  onlar 
daha nələrə şahidlik etməz, saralmış, zaman adlanan sınağın möhnət 
yükündən  canı  üzülmüş  vərəqlər  nələr  danışmazdılar.  Bu  işlərin 
birincisi  tərtib  ediləndə  Əhməd  bəy  cəmi  37,  axırıncısı  ittihama 
çevrilib, ən ağır cəza tələbi ilə sonuclananda isə 55 yaşında idi. Və 
artıq 18 ildən bəri təqiblərdən, təzyiqlərdən, təhqirlərdən yorulmuş 
Əhməd  bəy  üçün  müstəntiq  Qriqoryan  soyadh  erməninin  nələr 
düzüb-qoşduğunun  heç  bir  əhəmiyyəti  yox  idi.  Əhməd  bəy 
yorulmuşdu,  gördüyü  dəhşətli  işgəncələrdən  bezikmişdi.  Bir  də 
millətçi olduğu üçün 1931-ci 
210 


ildə ağır cəza almış bir şəxs 1938-ci ildə özünə düşmən saydığı və 
onu qatı düşmən hesab edən bir rejimdən aman gözləmirdi. 
Ümidi yerdən, göydən üzülən Əhməd bəyin  yeganə təsəllisi 
içində  yaşatdığı,  indi  saf-çümk  etməyə  imkan  tapdığı  keçmişi  idi. 
İndi Əhməd bəy dərin-dərin düşünüb, dalğın-dalğın köks ötürürdü. 
Ömrün qürub çağında, ölümlə üzbəüz, gözbəgöz dayandığı o məşum 
dəqiqələrdə enkevede zindanında Əhməd bəy çox şeylər barəsində 
düşünürdü.  İlahi,  belə  dar  macalda  insan  ötənləri  necə  aydın,  ən 
kiçik  detallarına  qədər  xatırlaya  bilərmiş.  Yadına  gah  dünyaya 
gəldiyi qədim Borçah mahalı, doğma Əhəlkələk, Bilcəri kəndi, gah 
taleyindən  nigaran  qaldığı  qızı  Sevada  düşürdü.  Hərdən  də  ilk 
gənclik ehtirası ilə qaynayıb coşduğu günləri xatırlayıb dərdli-dərdli 
köks ötürürdü. Gah da müstəqil Azərbaycanın süqutuna aparan  və 
onun  da  müəyyən  qədər  rolu  olduğu  sapıntılar  barəsində  düşünüb 
özünü  qınayırdı,  yaranmış  imkandan  lazımınca  istifadə 
edilmədiyinə  görə  xalqın  yenidən  imperiya  boyunduruğuna 
salındığına  yanıb-yaxılırdı.  Məhdud  fırqə  mövqelərindən  dolayı 
ümummilli  maraqlara  vurulmuş  ağır  zərbələrdən,  taktiki  gedişlər 
zənniylə düşmən dəyirmanına tökülən sulardan yana qəlbi ağrıyırdı. 
Azərbaycan adlanan yaşıl bir budağa çalınmış sapı özümüzdən olan 
baltaların xəyanəti parçalayırdı ürəyini. Kaş belə olmayaydı, ancaq 
nə  yzıq  ki,  olan-olmuş,  keçən-keçmişdi.  Müstəqil  Azərbaycanın 
süqutundan sonra milli ziyalılar üçün başlayan məhşər günləri onun 
da taleyinə öz qara kölgəsini salmış, onu da gedər-gəlməz ünvanlı 
repressiya girdabına )mvarlatmışdı... 
İndi bu gümanlann saysız-sonsuz çoxluğunda yelkənsiz qayıq 
kimi çırpınmaqdan, hissin axanna düşüb getməkdən başqa bir şeyə 
nail olmaq şansımız yoxdur. Bizim tək təsəllimiz yenə Əhməd bəyə 
qoşulub, onun ömür yolunu xəyalən də olsa, birgə vərəqləməkdir. 
...Və Əhməd bəyin həmişə oyaq yaddaşında 1919-cu il yanvar 
ayının  10-u  idi.  “Tiflis-Batum-Poti  yolu  ilə  dövlət  nəzarətçisi 
M.H.Hacınski,  parlament  üzvləri  Ə.Ağayev,  A.Şeyxülislamovdan 
ibarət  Azərbaycan  sülh  nümayəndə  heyəti”  F.Xoyskinin  başçılıq 
etdiyi  hökumət  və  parlament  üzvləri  tərəfindən  Bakı  dəmiryol 
vağzalından Avropaya səfərə yola 
211 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə