Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə68/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   64   65   66   67   68   69   70   71   ...   90

Sual: Bu şəxslər əksinqilabi millətçi təşkilatın üzvü kimi Sizə 
haradan məlumdur? 
Cavab:  Məmməd  Həsən  Hacmski,  Firuz  Ordubadski,  mən, 
Xudadat bəy Məlikaslanov, Rza Şabanov mənə əksinqilabi millətçi 
təşkilatın üzvü kimi şəxsən tanışdırlar. Məhəmməd Xəlilov, Çingiz 
İldırımın bu təşkilatın üzvü olduqlarını M.Hacınskinin, qalanları isə 
Ordubadskinin sözlərindən bilirəm. 
Sual:  Əksinqilabi  millətçi  təşkilatın  rəhbər  bey’ətinin 
tərkibinə kimlər daxil idi? 
Cavab:  Məmməd  Həsən  Hacmski,  mən,  Xudadat  bəy 
Məlikaslanov, Şamo Naxçıvanski və Çingiz İldınm. 
Sual:  Gürcüstandakı  və  Ermənistandakı  təşkilatlar  barədə 
Sizə nə mə’lumdur? 
Cavab: Bu təşkilatların tərkibi barədə mənə heç nə mə’lum 
deyil. 
Sual:  Azərbaycanın  hansı  rayonlarında  təşkilatın  ilk 
təşkilatlan yaradılmışdı? 
Cavab: Bakıda, Gəncədə və Nuxada. 
Sual:  Əksinqilabi  millətçi  təşkilat  mühacir  dairələrlə  kimin 
şəxsində əlaqə saxlayırdı? 
Cavab: Təşkilat Parisdə Topçubaşovla əlaqə saxalyırdı, o isə 
İstanbulda  M.Ə.Rəsulzadə  ilə.  Topçubaşov  ilk  dəfə  1928,  yaxud 
29-cu  illərdə  mühacirətdən  qayıdan  Yaqub  Vəzirov  vasitəsilə 
M.Hacmski  ilə  əlaqə  yaratmışdı.  Sonra  Topçubaşovla  əlaqə 
İstanbulda  ticarət  nümayəndəliyində  işləyən  M.Xəlilov  vasitəsilə 
yaradıldı.  Azərbaycanda  əksinqilabi  işin  genişləndirilməsi  barədə 
göstərişlər əvvəl Vəzirov, sonra Xəlilov vasitəsilə əldə edilirdi.” 
Və ona qarşı irəli sürülən ittihamı təsdiq edəcək dəlil-sübutlar 
artıq hazır idi. 
Vaxtilə  “Azərbaycan  Milli  Mərkəzinin  işi”  (PS-7525)  və 
“Əksinqilabi  Azərbaycan  Milli  Mərkəzinin  işi  üzrə  yekun 
ittihamnaməsi”  (PF-56  saylı)  işlərində  bir  qrup  millətçi  şəxslərlə 
bərabər  ağır  cəzaya  layiq  görülmüş  Ə.Pepinov  sözsüz  ki,  bu  dəfə 
güllələnmədən  başqa  bir  hökm  gözləyə  bilməzdi  və  bu  hökmün 
1932-ci ildəki kimi dəyişdiriləcəyinə heç bir ümid yox idi. 
218 


Birinci dəfə həbs olunarkən “Təhsil komissarlığının kollegiya 
üzvü kimi sovet hakimiyyətinə düşmən olan Pepinov Əhməd Ömər 
oğluna qarşı” 6 maddədən ibarət ittiham sürülmüşdür: 
a.
 
qarşısına  sovet  hakimiyyətini  devirmək  və  milli-müstəqil 
Azərbaycan  qurulması  məqsədi  qoymuş  AMM-in  əksinqilabi 
mərkəzi komitəsinin üzvü olmaqda
b.
 
AMM-in 
əsas 
rəhbərlərindən 
biri 
kimi 
Təhsil 
komissarlığında  tutduğu  vəzifədən  sui-istifadə  etməklə  ideoloji 
cəbhədə praktiki ziyankarhq törətməkdə; 
V. əksinqilabi mühacir mərkəzlə birbaşa əlaqədə və onlardan 
gizli ədəbiyyat almaqda; 
q.  ədəbiyyat,  incəsənət,  həmçinin  təhsil  müəssisələrində 
gənclər arasında millətçi ovqatın yeridilməsində; 
d.
 
öz  nüfuzu  və  yüksək  vəzifəsi  ilə  təşkilatın  tədbirlərinin 
həyata keçirilməsində keçmişdə ilhamlandmcı olmuşdur
e.
 
təşkilatın digər üzvləri ilə birlikdə üsyanın hazırhnmasında 
iştirak etmişdir. 
Günahını  “boynuna  almadığına  baxmayaraq,  digər  ifadələrə 
əsasən bütün ittihamlarda günahkar olduğu ifşa edilmiş” AR CM- in 
64, 65, 66-eı maddələri ilə mühakimə edilmişdir 
Yeri gəhnişkən, xatırladaq ki, 1930-cu ildə Az. XDİK yanında 
Dövlət  Siyasi  İdarəsinin  həbs  etdiyi  Ə.Pepinov  barəsində  30 
sentyabr  1931-ci  ildə  Azərbaycan.SSR  DSİ  kollegiyasının 
məhkəməsi tərəfindən Milli Mərkəzin üzvü kimi Azərbaycan SSR 
DSİ  kollegiyasının  məhkəməsi  tərəfindən  güllələnmə  qərarı 
çıxarılmışdır.  Aneaq  təqribən  4  ay  sonra  Zaqafqaziya  DSİ 
kollegiyası  yanında  məhkəmə  “Azərbaycan  Milli  Mərkəzin  işi”nə 
yenidən baxmış, onun eəzasını 10 il işlə əvəz etmişdir. 
Adı  Azərbayean  Xalq  Cümhuriyyətinin  ən  yüksək  məqam 
sahibləri  ilə  bir  sırada  çəkilən  Ə.Pepinovun  sovet  cəza  sistemində 
ciddi-cəhdlə əksinqilabçı-millətçi olmasını sübuta yetirməklə ondan 
intiqam  aldıqlarını  düşünənlər  özləri  də  duymadan  onu  gələcək 
nəsillərin  gözündə  daha  da  yüksəldirdilər.  Belə  şərəfə  layiq 
görülməyin  isə  arxasında  mütləq  milli  mənafe  yolunda  göstərilən 
xidmətlər dayana bilərdi. Biz Əhməd bəyin bu 
219 


 
 
.M -■ 
f:.
 •
 
i' "■' 
   
)i<^ i> 
r-- 
xidmətləri ilə bağlı nə bilirik? Əlbəttə, indiyədək onun barəsində 
Azərbaycan mətbuatında az söhbət açılmayıb və sonra 
yazacaqlarımıza da körpünü məhz belə mətbu çıxışlardan biri ilə 
salacağıq. Ancaq bir həqiqət də var ki, başqa dövlət xadimlərimiz 
kimi onunla əlaqədar da hələ çox tədqiqatlar aparılmalı, çox 
məqalələr yazılmalıdır. 
“Günay” qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında 
Ə.Pepinovun qızı Sevda xanımla 
“Ziyalılar və zaman” adlı müsahibə 
dərc olunub. Həmin müsahibədə 
Sevda xanım atası ilə bağlı 
aşağıdakılara deyir: “Mənim atam 
milliyətcə məshəti türküdür. 
Baxmayaraq ki, o, Axaltsixi 
rayonunda anadan olub, ancaq onun 
uşaqlığı Şamaxıda və Tiflisdə 
məşhur dayısı Ömər Faiq 
Nemanzadənin himayəsi altında 
keçib. Əhməd bəy Tbilisidə 
gimnaziyada oxuyub və oranı qızıl 
medalla bitirib. Onun dayısı ilə 
yaşadığı binanın birinci 
'I 
mərtəbəsində mətbəə yerləşib, 


ikinci mərtəbədə isə onlar Cəlil 
Məmmədquluzadə ilə qonşu olublar. 
M.Cəlil  mənim  atama  ağır  xəstə  olan  böyük  Azərbaycan  şairi 
Sabirə  qayğı  göstənnəyi  tapşırıb.  Sabir  onun  gözü  qarşısında,  az 
qala  qollan  arasında  həyatla  vidalaşıb.  Gimnaziyanı  bitirdikdən 
sonra atam oxumaq üçün Moskvaya gedib və orada eyni vaxtda iki 
fakültədə ali təhsil alıb - hüquq və iqtisadiyyat. O, poliqlot idi, çoxlu 
dil  bilirdi.  Moskvadaca  da  o,  eser  partiyasına  daxil  olub. 
Azərbaycan  Xalq  Cümhuriyəti  elan  ediləndə  Əhməd  bəy,  mənim 
babam, Zaqafqaziya Seyminin üzvü Həsən bəy Ağayevlə birlikdə 
əvvəl Gəncəyə, sonra isə Bakıya gələrək 1918-ci ildə Parlamentin 
Rəyəsət  Heyətinin  katibi,  sonra  isə  əmək  və  torpaq  naziri  təyin 
edilib. Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə 
 
M. 
■.
 
 
 
 
 
 
 

 
 
220 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə