Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə69/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   65   66   67   68   69   70   71   72   ...   90

işləyib, həbs edildiyi son dövrlərdə isə maarif naziri olub, ali təhsil 
və  mədəniyyət  sahəsinə  rəhbərlik  edib...  XX  əsrin  əvvəllərində 
böyük  bir  ziyalılar  dəstəsi  yetişmişdi.  Onlar  xalqa  fədakarlıqla 
xidmət  edirdilər  və  xeyli  ardıcılları  vardı.  1937-ci  ildə  mənim 
fikrimcə,  Azərbaycan  xalqına  qarşı  əsl  soyqırımı  tətbiq  edildi. 
Adamlar  məhv  olundular,  ailələr  dağıdıldı,  uşaqları  internat 
məktəblərə verdilər, çünki qohumlar onları öz yanlarında saxlamağa 
qorxurdular.  Mənim  atamı  əvvəlcə  1930-cu  ildə  həbs  etdilər, 
güllələmək  istəyirdilər,  sonra  sürgünə  göndərdilər.  Sürgündən  o, 
1935-ci  ildə  qayıtdı,  ona  şəxsən  M.Bağırov  partiya  sıralarına 
keçməyi  təklif  etmişdi,  o,  etiraz  etmişdi  -  vicdanına  qarşı  çıxmaq 
istəməmişdi. Buna görə cavab verməli oldu, onu yenidən, il yanm 
sonra  Alma-atada  həbs  edib  Bakıya  gətirdilər.  Burada  onu 
M.Bağırov şəxsən özü güllələmişdi. Bu onun məhkəməsində sübut 
olundu.  Həmin  dəhşətli  illərdə  cəmiyyətin  qaymaqlarmm  məhv 
edildiyi  dövrdə  bizim  ziyalılara  ağır  zərbələr  dəydi...  İndi  əsl 
mə’nada ziyalılar yoxdur. Yazıçılar, alimlər, pedoqoqlar var. Ancaq 
həqiqi  ziyalılar  tək-təkdir.  Bu  ayrı  anlayışdır.  Mənim  fikrimcə, 
ziyalıda  aşağıdakı  keyfiyyətlər  olmalıdır:  ağıl,  təhsil,  mədəniyyət, 
ensiklopedik bilik və ən başlıcası bu şəxs gərək xalqa şəxsi mənfəət 
güdmədən təmənnasız, həm də özünü gözə soxmadan xidmət etsin. 
Təəssüf  ki,  belələri  bizdə  azdır.  Bu  bizim  mədəniyyətin  inkişafı 
yolunda  ciddi  maneədir.  Dərsliklər  elə  dildə  yazılıb  ki,  onlar 
əsasında oxuyub,  yazmaq tamamilə mümkün deyil.  Bütün  hər şey 
onda məhv olur ki, ilk müəllim rüşvət alır.” 
Sevda  xanım  müxbirin  “Siz  gələcəkdən  nə  gözləyirsiniz” 
sualına  cavab  verərək  deyir;  “Vəziyyət  son  dərəcədə  çətindir.  O, 
dövrün adamlannda əqidə, inam var idi. İnam insanı saxlayır. Onu 
sındırdılar, əvəzində isə heç nə vermədilər. Bu iflasa gətirib çıxardı. 
Mənə elə gəlir ki, əgər biz tövbə etməsək, 30-cu illərdə başımıza nə 
gəldiyini  düşünməsək,  gələcəyimiz  olmayacaq.  Bütün  ölkədə  bir 
dənə  də  olsun  repressiya  qurbanlarına  abidə  qoyulmayıb.  Ancaq 
mən  yenə  də  düşünürəm,  ola  bilər  ki,  bizim  nəvələrimiz  və 
nəticələrimiz başqa cür olacaqlar. Cəmiyyət dəyişməlidir”. 
221 


Bizdə bu gün xüsusi maraq doğuran Ə.Pepinovun həyatının 
1920-ci il 27 aprel işğalına qədərki dövrüdür. Əslində bu illər onun 
həyatının hər baxımdan ən məhsuldar və sözün əsl mənasında qızıl 
dövrüdür. 
Əhməd  bəyin  məhz  bu  illərə  aid  fəaliyyəti  ilə  əlaqədar 
24.02.1956-cı  ildə  DTK-da  Müsavat  hökuməti  xarici,  daxili  işlər 
nazirliklərinin  arxiv  fondlarmdakı,  həmçinin  himayə  nazirliyi 
tərəfindən  1920-ci  ildə  buraxılmış  Azərbaycan  Respublikasının 
“Ünvan-təqvim”indəki  məlumatlara  istinadən  tərtib  edilmiş  arxiv 
arayışında göstərilirdi: 
l.
 
Ə.Pepinov (Cövdət) sosialist  fırqəsinin  Zaqafqaziya 
Seyminin 28 fevral 1918-ci ildəki iclasmda təsdiq edilmiş siyahıda 
Seymin  tərkibinə  daxil  olub!  2.Zaqafqaziya  Seyminin  16  fevral 
1918-ci  il  iclasında  Türkiyə  ilə  sülh  danışıqlan  aparılması  üçün 
xüsusi  nümayəndə  heyəti  yaradılıb.  Həmin  tərkibə  siyasi 
partiyalannkatibləri,  o  cümlədən  Ə.Pepinov  salınıb.  3.Ə.Pepinov 
Azərbaycan Milli Şurasının üzvü kimi 13 iyun 1919-cu ildə Tiflis 
şəhərində  keçirilən  Milli  Şuranın  6-cı  müşavirəsində  iştirak  edib. 
4.Ə.Pepinov  22  dekabr  19!9-cu  ildə  Nazirlər  Kabinetinin  yeni 
tərkibində Toıpaq, dövlət əmlakı və əmək naziri olub. 5.Ə.Pepinov 
19  yanvar  1920-ci  ildə  əksinqilabi  (zamanın  tələbinə  uyğunlaşan 
arxiv  işçisi  bu  sözü  tarixi  sənədlərə  əlavə  edirdi  -  L.Ş.)  Müsavat 
parlamentinin  üzvü  olub.  6.Pepinov  (adı,  soyadı  göstərilməyib)  4 
may  1920-ci  ildə  Xalq  Xarici  İşlər  komissarlığının  informasiya 
idarəsinin.kargüzarı olub. ” 
Yenə  həmin  “Ünvan-təqvim”inə  istinadən  onun  parlament 
üzvü olması faktı ilə bağlı onu da dəqiqləşdirək ki, Ə.Pepinovun adı 
parlamentin sosialist fırqəsində 7-ci № ilə qeyd olunub. 
Ə.Pepinov  fəal  bir  siyasətçi  kimi  parlament  iclaslarında 
mühüm  məsələlərlə  bağlı  müntəzəm  çıxışlar  etmiş,  təmsil  etdiyi 
fırqənin adından bir çox hallarda son söz demək səlahiyyətinə malik 
olmuşdur. 
Belə  çıxışlarından  birini  Ə.Pepinov  20  dekabr  1918-ci  il 
iclasında  general  Tomsonun  Azərbaycan  hökumətinə  proklama- 
siyası  barədə  müzakirə  aparılarkən  etmişdir:  "...  Genaral  Tomson 
müttəfiqlərin nümayəndəsi olaraq, xalqların öz müqəddəratını 
222 


tə’yin etməsi prinsipini etiraf etməyə bilməz və özünü Azərbaycanın 
müstəqilliyinin əleyhdarı saya bilməz. General Tomsona ingilis və 
dünya  demokroatiyası  tərəfindən  məhz  belə  tapşırıq  verilmişdir. 
Buna  görə  də,  biz  ingilis  və  dünya  demokratiyasını  alqışlayırıq.” 
“Azərbaycan” qəzeti 1 yanvar 1919- cu il. 
Həmin  iclas  ərəfəsində  yeni  təşkil  edilmiş  parlamentin 
fövqəladə  iclasında  qonşu  Gürcüstan  və  Ermənistan  arasındakı 
münaqişənin  müzakirəsini  gündəliyə  çıxarmaq,  diqqəti  regional 
problemlərin həllinə yönəltmək istəyən Sosialist firqəsi bu məsələni 
Ə.Pepinova tapşırmış və o, belə bir sorğu ilə çıxış etmişdi: “Teleqraf 
məTumatlarından  göründüyü  kimi  son  vaxtlar  iki  qonşu  ölkə  - 
Gürcüstan və Ermənistan arasında münaqişə silahlı qanlı toqquşma 
şəkli almışdır^ Bu vəziyyət ümumqafqaz demokratiya maraqlarına 
toxunduğu  və  onu  ciddi  təhlükə  altında  qoyduğu  üçün  müsəlman 
Sosialist bloku firqəsi adındatl parlamentə bu məsələni müzakirəyə 
çıxarmağı  və müvafiq  qərar qəbul  etməyi  təklif edirəm.” Onun bu 
təklifini  Sosialist  blokunun  digər  üzvü  A.Səfıkürdski  də  müdafiə 
etmişdir. 
Parlamentin 18 avqust 1919-cu il iclasında sosialist fırqəsitiin 
üzvləri  “Denikin  təhlükəsi”,  respublikanın  daxili  düşmənləri  və 
ümumiyyətlə  xarici  siyasətlə  bağlı  hökumət  qarşısında  məsələ 
qaldınimış və xarici işlər naziri M. Y.Cəfərov bu məsələ ətrafında 
hökumətin  mövqeyini  bildirsə  də,  sorğu  müəllifləri  raZi 
qalmamışdılar. Buna görə də həmin ilin sentyabr ayında bu məsələ 
yenidən  qaldırılmış  və  “Hümmət”  firqəsi  adından  mövqenin^ 
açıqlanması Ə.Pepinova həvalə olunmuşdu; “Üç həftə əvvəl bİ2r bu 
məsələni qaldıranda, vəziyyət indikindən fərqlənirdi. Onda ingilislər 
hələ  Bakıda  idilər...  Yarandığı  ilk  gündən  etibarən  respublikamız 
üzərində  daim  xarici  güc  hiss  olunub  -  birinci  türklər,  soma  isə 
ingilislər. Budur indi də, siyasi həyatda yeni şərait yaranması ilə biz 
və bütün ölkə bu yüksək tirbunadan respbulikanın vəziyyəti barədə 
eşidib,  bilmək  istəyirik.  Vətəndaşların  dinc  yaşayışı  üçün  bütün 
xarici  və  daxili  tədbirlər  görülmüşdür,  xarici  müdaxilə  təhlükəsi 
qarşısında  respublikanın  ərazi  bütövlüyü  tə’min  edilmişdirmi? 
Dənizdən və qurudan 
223 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə