Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə77/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   73   74   75   76   77   78   79   80   ...   90

“Böyük  qardaşım  Ə.Pepinovu  yüksək  mədəniyyətli  şəxs  kimi 
tanıyıram. O, bütünlüklə öz ömrünü dövlətimizin maarif işinə həsr 
edib. Ə.Pepinovu uşaqlıqdan tanıyan şəxs kimi əminəm ki, o, heç bir 
cinayət  törədə  bilməzdi  və  1938-ci  ildə  əsassız  həbs  edilib.  O, 
Ulyanovskda  yaşayış  müddətini  başa  çatdırdıqdan  sonra  Bakıya 
qayıtdı və istəyirdi ki, öz işini davam etdirsin. Həmin vaxt o, şəxsən 
mənə  dedi  ki,  burada  işləyə  bilməz,  çünki  bir  çox  məsələlərdə 
Azərbaycana rəhbərlik edən və keçmiş DSİ-də məs’l vəzifə tutmuş 
Bağırovla  razılaşmır.  Ə.Pepinov  dedi  ki,  o,  Bağırovla  bir  yerdə 
işləyə bilməz və onun təklifini qəbul etməyib. Ə.Pepinov Bakıdan 
Ulyanovska getməyə məcbur oldu və mən bir daha onu görmədim.” 
Ə.Pepinovla  birgə  işləmiş  Rəhman  Hüseynov,  Olqa 
Calalbəyova, Əlibəy Əlibəyovdan da şahid qismində dindirilirlər. 
Nəhayət,  1955-ci  il  avqust  ayının  8-də  Zaqafqaziya  Hərbi 
dairəsi  hərbi  prokurorunun  mühüm  işlər  üzrə  köməkçisi  ədliyə 
podpolkovniki  Maksimov  Ə.Pepinovun  ittiham  edilməsi  ilə  bağlı 
10497/267349  №-li  arxiv-istintaq  işinə  baxaraq  müəyyən  edir: 
“1893-cü  ildə  Gürcüstan  SSR-in  Axaltsixi  r-nun  Belojir  kəndində 
anadan olmuş, 1938-ci il iyul ayının 3-də Az.SSR CM-in 64,69,70, 
73-cü  maddələri  ilə  SSRİ  Ali  Məhkəməsinin  Hərbi  Kollegiyası 
tərəfindən güllələnməyə məhkum edilmiş və həmin gün güllələnmiş 
Ə.Pepinovun hərəkətlərində cinayət tərkibi olmadığına görə, SSRİ 
Ali  Məhkəməsinin  Hərbi  Kollegiyasının  1938-ci  il  iyul  ayının 
3-dəki  qərannm  ləğv  edilməsi  barədə  Baş  Prokurorluq  qarşısında 
vəsatət  qaldırılsın.  Zaqafqaziya  Hərbi  dairəsi  hərbi  prokurorunun 
mühüm işlər üzrə baş köməkçisi ədliyyə podpolkovniki Çesnokov 
11 avqustda qərarı təsdiq edir. 
Beləliklə,  30  yanvar  1957-ci  ildə  hərbi  pro^ror  Lazurenko- 
nun  hazırladığı  və  4  fevral  1957-ci  ildə  Baş  hərbi  Prokurorun 
müavini  ədlİ3'yə  polkovniki  Terexovun  təsdiq  etdiyi  və  SSRİ  Ai 
Məhkəməsinin  Hərbi  Kollegiyasına  göndərilən  qərarla  Ə.Pepinov 
haqqındakı cinayət işi xətm edilir. 
14  sentyabr  1957-ci  ildə  SSRİ  Ali  Məhkəməsinin  Hərbi 
Kollegiyası  ədliyyə  polkovniki  Lixaçevin  sədrliyi  ilə  işə  baxır  və 
Ə.Pepinova bəraət verir. 
245 


özlərini  ədalətin  bərpaçılan  kimi  göstərməyə  çalışanlar  24 
yanvar 1958-ci ildə həbs edilərkən Ə.Pepinovdan müsadirə olunmuş 
85 rubl pul və 625 mbl dəyərində qiymətli kağızların pulu, həmçinin 
Ə.Pepinovun Ulyanovskdakı  əmanət  bankında saxlanılan 450 rubl 
pulun qızı Sevda xanıma qaytarılması barədə sərancam verirlər. 
...1938-ci  ilin  iyul  ayı  idi.  Qatı  millətçi,  əksinqilabçı 
pantürkist  Əhməd  bəy  Pepinova  ən  ağır  cəza  -  güllələnmə  cəzası 
kəsilmişdi.  Əhməd  bəy  ölüm  kamerasında  onu  bu  dünya  ilə 
bağlayan son bağın qırılacağı anı gözləyirdi. Və bu anı yaxınlaşdıran 
zaman  məsafəsi  qısaldıqca  onun  yaddaşında  heyatının  müxtəlif 
illərinin xatirələri sürətlə bir-birini əvəzləyirdi, doğma simalar, tanış 
üzlər keçirdi gözünün önündən. Ölümünü təmkinlə gözləyən Əhməd 
bəyin  zərrə  qədər  korşalmamış  yaddaşının  süzgəcindən  uşaqlıq, 
gənclik  illəri  keçirdi.  İlk  təhsil  aldığı  məktəbi,  sonra  Moskvada 
oxuduğu illəri xatırlayırdı. O günlərdə hər şey necə də sadə, necə də 
təmizdi. Sonra onun siyasətə qoşulduğu, özünü qaynar bir mühitin 
içərisinə  atdığı  illər  gəlirdi.  Artıq  cəmiyyətdə  kifayət  qədər  nüfuz 
qazanmış  Əhməd  Pepinov  müxtəlif  təşkilatlarda  təmsil  olunur, 
orqanlara  seçilir,  mühüm  dövlət  vəzifələri  tutmağa  hazırlaşırdı. 
Sonra siyasi mühitin rəngləri daha da tündləşəcək, gənc hüquqşünas 
cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirəcək və  günlərin 
birində  müstəqil  Azərbaycanın  naziri,  parlamentin  üzvü  və  fırqə 
lideri  olacaqdı.  Milli  mənafe  naminə  öz  həyatını  əsirgəməyən  bir 
insan bəzi  siyasi  addımlarında  yanılacaq, bolşevizmin və bolşevik 
hökumətinin  mahiyyətini  ilk  dövrlər  o  qədər  də  düzgün 
qiymətləndirməyəcək və aprel çevrilişinə dəstək verən şəxslərlə az 
qala  həmfikir  olacaqdı.  Yanıldığını  aydın  görüb,  Azərbaycan 
uğrunda  mücadiləyə  qalxanda  isə  rejimin  amansız  repressiya 
tədbirləri ilə üzləşəcəkdi. 
Əhməd  bəy  gözləyirdi.  Tək  təsəllisi  olan  ümiddən  asılmış 
xatirələrinin işığına sığınıb ölümünü gözləyirdi. Dünyada insanın öz 
ölümünün yaxın olduğunu bilə-bilə onu hər an gözləməsindən daha 
dəhşətli  bir  duyğu  olmadığını  bilə-bilə,  doğmalarının  və  Vətənin 
taleyindən nigaran-nigaran gözləyirdi. Yəqin bütün 
246 


bunların bir sonu olacaq və onun sonuncu ümidi də yarımçıq arzuları 
kimi  çilik-çilik  ediləcəkdi.  Ancaq  Əhməd  bəy  həmin  o  ən  talesiz 
günündə də milyonları sosial ədalət şüurları ilə aldatmış bir rejimin 
sonu  çatacağına  inanırdı.  Və  daxilində  bu  inamla,  o  ümidsizliyin 
haçalanmasmdan  doğan  bir  qeyri-müəyyənliklə,  laübəli  bir  halda 
Əhməd bəy iyul ayının 3-də bitəcək o sonuncu anı gözləyirdi... 
Əhməd  bəy  qardaşı  M.Pepinovun  barəsində  çıxarılmış 
sonuncu  1952-ci  ilin  23  fevralına  aid  sürgün  qərarının  da  əsassız 
sayılaraq ləğv edildiyindən xəbərsiz qaldı. 
247 


Ona bəraəti zaman verdi 
1931-ci  il  mart  ayının  8-də  Tiflisdə  Dövlət  Siyasi  İdarəsinə 
məxsus  həbsxanada  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 
müxtəlif tərkiblərində üç dəfə nazir postu tutmuş, aprel çevrilişindən 
sonra  Zaqafqaziya  Federativ  Respublikası  Dövlət  Plan  komitəsi 
sədrinin birinci müavini işləmiş Məmmədhəsən Hacınski vəfat etdi. 
Bəzi  mənbələrdə  onun  öldürüldüyü  göstərilirdi.  Əslində  sonuncu 
ifadənin işlədilməsi kütləvi cəza orqanının ağır ittihamları ilə həbs 
olunaraq, dəmir barmaqlıqlar arasında özü barəsində çıxarılacaq qəti 
hökmü  gözləyən  bir  şəxsin  düşdüyü  vəziyyəti  mahiyyətcə  daha 
dolğun əks etdirirdi. Bəli, M.Hacınski öz əcəli ilə ölməmiş, rejimin 
amansız basından sonucunda həyatla vidalaşmışdı. 
M.Hacınski ilə bolşevik rejiminin ilk ixtilafı 1921-ci ildə baş 
vermişdi. Ancaq bu ixtilaf çox qısa bir müddətdə yoluna qoyulmuş, 
onun 27 aprel  ərəfəsindək! fəaliyyəti və mövqeyi nəzərə alınaraq, 
istintaq  işi  yarımçıq  saxlanmış,  həbsdən  azad  edilmişdi.  8  mart 
1921-ci  ildə  11-ci  ordu  yanında  hərbi  şuranın  xüsusi  şöbəsi 
tərəfindən  həbs  edilən  M.Hacınski  cəmi  iki  günlüyə  Pankratov 
kantorasınm “qonağı” olsa da, bu cəza orqanının hansı qanunlarla 
idarə edildiyini yaxşı başa düşmüşdü. 
MTN arxivində saxlanılan cəmi 8 səhifəlik PR 25562 saylı iş 
əvvəlcə 359 saylı iş kimi qeydiyyata alınmışdır. Materiallardan 
248 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə