Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   75   76   77   78   79   80   81   82   ...   90

olmadı  və  mən  avtomatik  surətdə  üzv  oldum.  Azərbaycandan 
kənarda yaşadığım üçün partiyanın işində iştirak etmirdim. Partiya 
üzvlərindən ancaq  yuxarı dairələri  tanıyırdım. Mən özümü  həmişə 
müstəqil aparırdım və müsavat üzvü kimi Trapczunda, sonra Parisə 
gedəndə  də  komitəyə  deyirdim  ki,  ondan  heç  bir  göstəriş  qəbul 
etmirəm,  işi  ancaq  özüm  bildiyim  kimi  aparacağam.  Əlbəttə,  bu 
komitəni təmin etmirdi, ancaq onlar mənim kimi məşhur bir adamı 
itirmək  istəmirdilər  və  məni  əvəz  etməyə  adam  yox  idi.  Mən 
partiyadan  1920-ci  ildə  niyə  kənarlaşdım.  Mən  bu  zaman  ziyalı- 
millətçi  idim.  Avropada  bir  illik  qalmağım  nəyisə  öyrətmişdi. 
Birincisi,  əmin  olmuşdum  ki,  bizim  əsrdə  Azərbaycan  kimi  kiçik 
dövlətlərin  müstəqilliyindən  danışmaq  mümkün  olmayacaq.  O, 
kiminsə orbitində mümkündür. Sual budur ki, kimin. Mən Avropa 
dövlətlərinin  siyasəti  ilə  yaxından  tanış  olmuşdum,  onların  öz 
orbitlərinə aid kaloniyalara, “müstəqil” ərazilərə münasibətini yaxşı 
bilirdim. Bu mənim  gözümü  açmışdı.  Sonra mən başa düşdüm ki, 
heç bir dövlət Azərbaycana, iqtisadi asılılıq deyilən iri kompensasiya 
olmadan  köməyə  gəlməyəcək  və  bu  asılılığa  görə  xalqın  mədəni 
inkişafı  ləngidiləcək.  Bu  dövrdə  orbitlər  siyahısına  kommunist 
Rusiyası  daxil  deyildi,  çünki  hamı  onun  tezliklə  çökəcəyini 
gözləyirdi. Ancaq mən Bakıya gələndə inqilabi Rusiyanın uğurlanm 
görüb,  müsavat  hökumətinin  qarşısında  təcili  surətdə  RSFSR  ilə 
saziş məsələsini qoydum. Nə üçün? Çünki mən bolşeviklərin milli 
siyasətini  bilir  və  inanırdım.  Tam  bərabərlik,  mədəni  inkişafa  tam 
azadlıq,  geri  qalmış  xalqların  müdafiəsi  və  onlara  köməklik 
göstərilməsi...” 
Ancaq  onun  da  nəniki  Bakıda  tanınması,  ümumzaqafqaziya 
arenasına  çıxması  Rusiyada  fevral-burjua  inqilabının  baş 
verməsindən  sonrakı  dövrə  aiddir.  Bu  dövrdə  1917-ci  il  15 
noyabrında yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye 
komissarının  müavini  və  1918-ci  ilin  22  aprelində  yaranmış 
Zaqafqaziya  Federativ  hökumətində  həmin  sahələr  üzrə  nazir 
postları tutan. Seymin üzvü olan M.H.Hacınski Tiflisdə Azərbaycan 
Cümhuriyyətini  elan  edən  vətənpərvərlər  arasında  dövlət 
idarələrində  iş  təcrübəsinə  görə  ən  çox  fərqlənənlərdən  biri  idi. 
Təsadüfi deyildi ki, o, 1917-ci ilin mart ayında Milli 
252 


Müsəlman  şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin  sədri  olmuşdur 
(sədr  müavini  M.Ə.Rəsulzadə  idi).  Həmin  ilin  aprelində  Qafqaz 
müsəlmanlannm 
Bakı 
qurultayında, 
mayda 
isə 
Rusiya 
müsəlmanlarının  Moskvada  keçirilən  qumltaymda  iştirak  edən 
Hacınski  açılması  nəzərdə  tutulan  Rusiya  parlamentinə 
Azərbaycandan  millət  vəkili  seçilmişdir.  Bunlar  hamısı  onun  bir 
siyasətçi və ictimai xadim kimi kifayət qədər tanınmasının, cəmiyyət 
arasında nüfuza malik olmasının nəticəsi idi. 
1917-ci ilin 26-31 oktyabnnda Bakıda keçirilən “Türk ədəmi- 
mərkəziyyət  partiyası”nm  (“Müsavat”)  birinei  qurultayında 
M.Hacınski Mərkəzi Komitənin üzvü seçilmişdir. 
M.Hacmskinin  istedadlı  mühəndis  kimi  Bakı  şəhərinin 
abadlaşdınimasında böyülc rolu olub. Onun rəhbərliyi altında 1911- 
ci  ildə  Bakıda  Dənizkənarı  bulvarın  tikintisi  başa  çatdırılmışdı. 
1912-ci  ildə  onun  redaktəsi  ilə  şəhər  bələdiyyəsi  Bakı  küçələrinin 
abadlaşdırılması haqqında bir kitab buraxmışdır. 1913-cü ildə isə o, 
şəhər  upravasmın  rəisi  olarkən  Bakıda  Şirvanşahlar  sarayının 
qorunub saxlanılması və bərpası haqqında təşəbbüs irəli sürmüşdür. 
Bunları  sadalamaqda  məqsədimiz  M.Haemskinin  həqiqətən 
də,  dövlət  işində  müəyyən  təcrübəyə  malik  olduğunu  bir  daha 
göstəmıəkdir. 
MTN arxivində saxlanılan “Azərbaycan Milli Mərkəzinin işi” 
(RS-7525)  və  “Əksinqilabi  Azərbaycan  Milli  Mərkəzinin  işi  üzrə 
yekun ittihamnaməsi” (RF-56) saylı işlərdən aydın olur ki, 1930-eu 
ildə Az. XDİK yanında Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilmiş 
və  “Zaqafqaziya  Dövlət  Plan  komitəsi  sədrinin  müavini,  sovet 
hakimiyyətinin  düşməni  olan”  M.Haeınskiyə  qarşı  aşağıdakı 
ittihamlar irəli sürülmüşdür: 
a.
 
əksinqilabi  Azərbaycan  Milli  Mərkəzinin  (AMM) 
yaradıcısı,  onun  MK-sınm,  sonra  isə  təşkilatın  Zaqafqaziya 
komitəsinin üzvü olmuşdur
b.
 
AMM-in  rəhbəri  olmaqla  əksinqilabi  mühacir  dairələrlə 
əlaqə saxlamış, onlardan təşkilatın işi üzrə göstərişlər almışdır; 
v.Gürcüstan  və  Ermənistanın  millətçi  təşkilatları  ilə  birgə 
təşkilatın ziyankarhq işlərini koordinasiya etmiş, təşkilatın ittifaq 
253 


üzrə  sənaye  və  kənd  təsərrüfatında  ziyankarlıq  işlərini 
məyyənləşdiraıiş,  üsyançı  təşkilatlara  ümumi  rəhbərlik  etmiş,  onu 
gözlənilən xarici müdaxilə üçün hazırlamışdır; 
q.  AMM-in  xarici  mərkəzinin  eksinqilabi  göstərişlərini 
birbaşa  yerinə  yetirmiş  və  təşkilatın  millətçi  tədbirlərinin 
ruhlandıncısı olmuşdur. 
Bunları  nəzərə  alan  istintaq,  25  sentyabr  1931-ci  ildə 
M.Hacınskini  Az.SSR  CM-in  64,  65,  66  və  68-ci  maddələri  üzrə 
cinayət  məsuliyyətinə  cəlb  etmək  barədə  qərar  çıxarmış,  ancaq 
M.Hacınski  istintaq  prosesində  öldüyü  üçün  qərar  yerinə 
yetirilməmişdir. Az.DSİ SPO rəisi Qoryaçev və SOÇ rəisi Qulvisin 
imzaladığı  qərarda  həmçinin  onun  təşkilatçılıq  məqamlanna  qəti 
etiraz  etməsi,  günahının  yalnız  bir  hissəsini  boynuna  aldığı, 
başqalarının  ifadələrinə  əsasən  ifşa  olunduğu  göstərilmişdir. 
Beləliklə,  ölümü  ilə  əlaqədar  “1924-cü  ildə  sovet  hakimiyyətinə 
qarşı düşmən mövqedə dayanan millətçi əhval-ruhiyyəli ziyahlann 
bazası” əsasında  yaranmış Milli Mərkəzin üzvləri arasında ittiham 
edilən Məmməd Həsən Hacınskinin işi ləğv edilmişdir. Azərbaycan 
Milli Mərkəzinin işi ilə əlaqədar hökm çıxarılmasından təqribən 4 ay 
sonra  1932-ci  ilin  fevral  ayında  Zaqafqaziya  DSİ  kollegiyası 
yanında  məhkəmə  “Azərbaycan  Milli  Mərkəzin  işi”nə  yenidən 
baxmış və onunla bağlı hökm dəyişilməz qalmışdır. 
Ümumilikdə AMM-in işi üzrə ümumilikdə 53 nəfər ittiham 
olunmuş  və  müxtəlif  müddətlərdə  həbs  cəzası  almışdır. 
Məmmədhəsən  Hacınski,  Şamo  Naxçıvanski,  Rzaqulu  Nəcəfov, 
Məhəmməd  Xəlilov,  Cəfər  bəy  Rüstəmbəyovun  işlərinə 
Zaqafqaziya DSİ tərəfindən baxılmışdır. 
13  fevral  1931-ci  ildə  Zaqafqaziya  DSİ-nin  sədr  müavini 
Beriya  və  iqtisadi  şöbə  rəisi  Pumis  Az  DSİ  sədrinin  müavini 
Aqrbaya 
4939 
saylı 
məktub 
ünvanlayırlar: 
“Mühəndis 
Məmmədhəsən  Hacınskinin  özünü  günahkar  saydığı  Azərbaycan 
Milli  Mərkəzinin  işi  ilə  bağlı  öz  əliylə  yazdığı  ifadələri  sizə 
göndəririk.” 
Bu  sənəddə  göstərildiyinə  görə,  ona  qarşı  5  bənddən  ibarət 
müxtəlif  ittihamlar  irəli  sürülmüşdür.  M.Hacınskinin  ifadələri  və 
məktubları toplanmış adı çəkilən 191 vərəqdən ibarət olan PF - 
254 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə