Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   77   78   79   80   81   82   83   84   ...   90

öz  tərəddüdlərimin,  çərənçiliyimin  qurbam  olmuşum.  Heç  kimi, 
hətta ifadələri düzüb-qoşanları da ittiham etmək istəmirəm. Hər şey 
menə  uyğun  gəlir.  Qəbirdə  də  yalvaracağam  ki,  menim  işimə  işıq 
salın,  heç  olmasa  mənim  rüsvayçılığımm  bir  hissəsini  üstümdən 
götürün.” Məmmədhəsən Hacınski. 
Söhbət  onun  AMM-dəki  fəaliyyətindən  və  yuxanda  qeyd 
olunan ittihamlai'dan gedirdi. Bəlkə bütün bunlarla Məmmədlıəsən 
Hacınski  özünə  bəraət  qazanmaqdan  daha  çox  başqalarına  qarşı 
yönəldiləcək  ittihamlarda  baiskar  olmaq  istəmirdi.  Bəlkə  əwəl 
məlum  təzyiqlər  altında  məcburən  alınmış  ifadələrindən  bu  yolla 
imtina edirdi. Nə deyək. Ancaq artıq gec idi. nə kiçik detallan böyük 
iş  kimi  təqdim  etməyə  qadir  Beriyanın  birbaşa  diktəsi  ilə  tərtib 
olunmuş istintaq materiallarında Azərbaycan ziyalılarının çoxsaylı 
bir  qrupunu  gedər-gəlməzə  göndərmək  üçün  kifayət  qədər 
məlumatlar toplanmışdı. Bunlar həqiqət idimi, yoxsa, bir sıra işlərdə 
olduğu kimi müstəntiq diktəsinin bəhrələri idi? Azərbaycan xalqının 
sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq, öz milli dövlətinin 
süqutu ilə heç vaxt, xüsusilə də 20-30-cu illərdə razılaşmadığına dair 
kifayət qədər faktlar öyrəndiyimə və buna qəti inandığıma görə mən 
birinci  versiyanı,  yəni  ziyahlanmızın  qanlı  rejimi  devirmək  üçün 
təşkilat yaradaraq mübarizə aparmağa çalışdığının həqiqət olduğunu 
qəbul edirəm”. 
AMM-in üzvü Firuz Ordubadski və başqalan ikinci dəfə həbs 
edilərkən  dindirildikdə  (25  fevral  1938-ci  il)  yenə  də  başlıca 
məsələlərdən biri kimi bu təşkilatın fəaliyyətinə aid suallar verilməsi 
də  göstərirdi ki.  Milli  Mərkəz həqiqətən də mövcud olmuş, ancaq 
bəlkə də o başqa ad altında fəaliyyət göstərmişdir: 
Sual:  Siz  əksinqilabi  millətçi  təşkilata  kim  tərəfindən  cəlb 
edilmisiniz? 
Cavab:  Əksinqilabi  millətçi  təşkilata  mən  Tiflis  şəhərində 
1926-cı  ildə  onda  keçmiş  Zaqafqaziya  Federasiyası  Dövlət  Plan 
komitəsi  sədrinin  birinci  müavini  olan  Məmmədhəsən  Hacınski 
tərəfindən cəlb edilmişəm. 
Sual: Məmmədhəsən Hacınski sizi hansı şəraitdə cəlb etdi? 
Cavab:  Mən  Məmmədhəsən  Hacınski  ilə  hələ  1922-ci  ildən 
tanış idim. Onunla məni Azəçrbaycan Dövlət Plan Komitəsinin, onu 
Zaqafqaziya Federasiyası Dövlət Plan Komitəsi sədrinin 
258 


müavini  tə’yin  edəndən  sonra  daha  da  yaxınlaşdım.Biz  xidməti 
vəzifə borcu ilə əlaqədar tez-tez Bakıda və yaxud mənim müntəzəm 
olaraq  ezamiyyətlərə  getdiyim  Tiflisdə  görüşürdük.  Hacmski  ilə 
söhbətdə  biz  hər  ikimiz  millətçi  söhbətlər  edirdik  və  Kommunist 
partiyasının milli siyasətini əksinqilabi tənqidə məruz qoyurduq. Biz 
Azərbaycanı 
Sovet 
İttifaqından 
ayırmaq 
və 
müstəqil 
burjua-demokratik  tipli  dövlət  yaratmaq  mövqeyində  dururduq. 
1926-cı  ildə  M.H.Hacmski  söhbətlərdən  birində  mənə  məlumat 
verdi  ki,  Azərbaycanda  qarşısına  Azərbaycanı  Sovet  İttifaqından 
ayıırnaq  və  müstəqil  milli  respublika  qurmaq  məqsədi  qoymuş 
əksinqilabi  millətçi  təşkilat  yaranıb.  Hacmski  dedi  ki,  bu  təşkilata 
onun tərəfindən bir xeyli millətçi ovqath şəxs cəlb edilib və mənə 
təklif etdi ki, bu təşkilata keçim. Mən onda Hacmskiyə öz razılığımı 
verdim və bizim on^a Azərbaycan millətçi partiyası adlandırdığımız 
(AMP) əksinqilabi partiyaya daxil oldum. 
Sual: AMP-nin sizə məlum olan tərkibini deyin. 
Cavab:  Məmmədhəsən  Hacmskinin  dediyindən  bilirəm  ki, 
AMP-yə  aşağıdakı  şəxslər  daxil  idi:  l.Xudadat  Məlikaslanov  - 
AKNİ-nin  professoru;  2.Əhməd  Pepinov  -  Maarif  nazirliyinin 
kollegiya üzvü; 3.Zeynal Tağıyev - “Lenin” fabrikinin direktoru
4.
 
Riza Şabanov - Plan Komitəsinin kənd təsərrüfatı bölməsinin 
sədri; 5.Məmməd Xəlilov - Azipəyin rəisi. 6.Mən. 
Mən  Tiflisdən  gələrkən  Hacmskinin  tapşırığı  ilə 
Məlikaslanov, Əhməd Pepinov və Rza Şabanovla əlaqə yaratdım. 
Sual:  Əksinqilabi  təşkilat  qarşısına  hansı  məqsədlər 
qoymuşdu? 
Cavab:  Azərbaycanı  Sovet  İttifaqından ayırmaq  və müstəqil 
milli  Azərbaycan  respublikası  yaratmaq  üçün  AMP  aşağıdakı 
vəzifələri  öz  qarşısına  qoymuşdu:  1.Kapitalist  ölkələrin  xarici 
müdaxilə edəcəyi təqdirdə sovet hakimiyyətinə qarşı silahlı üsyana 
hazırlaşmaq  üçün  Azərbaycanın  rayonlarında  əksinqilabi  ilk 
təşkilatlar  yaratmaq.  2.Əksinqilabi  millətçiliyi  təbliğ  etmək  və 
əksinqilabi təşkilata millətçi ovqath şəxsləri cəlb etmək. 3.0 zaman 
mövcud  gizli  partiyalarla  blok  yaratmaq.  4.Sənayedə  və  kənd 
təsərrüfatında ziyankarhq törətmək. 
Sual:  Hansı  kapitalist  ölkələri  tərəfindən  müdaxilə 
gözləyirdiniz və həmin ölkələrlə kim əlaqə saxlayırdı? 
259 


Cavab:  Biz  müdaxiləni  Fransa  və  İngiltərə  tərəfdən 
gözləyirdik. Məmmədhəsən Hacınski mənə demişdi ki, qeyd olunan 
kapitalist  ölkələri  ilə  o,  şəxsən  xarici  mühacirət:  Parisdə 
Ə.Topçubaşov  və  Kanistantinapolda  Məmməd  Əmin  Rəsulzadə 
vasitəsi ilə əlaqə saxlayır”. 
AMM-in  (yaxud  AMP-nin  -  L.Ş.)  fəaliyyətini  araşdıran 
istintaq  başlıca  diqqəti  təşkilatın  xariclə,  mühacirət  dairələri  ilə 
əlaqəsinin  aşkarlanmasına  yönəltmişdi.  Çünki  bir  tərəfdən  sovet 
imperiyasını  qəbul  etməyən  Qərb  dövlətlərinin  onun  süqutuna 
çalışması təbii hal idi və sözsüz ki, bu məqsədin reallaşmasında həm 
bu  gün  mühacirətdə  yaşayan  Azərbaycanın  keçmiş  milli 
hökumətinin  nümayəndələrindən,  həm  də  daxildəki  müxalif 
qüvvələrdən  istifadə  ediləcəkdi.  İkinci  tərəfdən  isə  cəmiyyətdə 
tutduğu  mövqedən  asılı  olmayaraq,  istənilən  şəxsi  xarici  ölkələrə 
casusluq etmək ittihamı ilə damğalamaqla məhv etmək daha asan idi. 
Sovet  hakimiyyətinin  M.H.Hacınskiyə inamsızlığına gəlincə 
isə,  bu  yalnız  onun  son  dövrlərdəki  fəaliyyəti  ilə  bağlı  deyildi. 
Cümhuriyyətin daxili işlər naziri olarkən onun ən azı vəzifə borcunu 
yerinə  yetirmək  məcburiyyəti  ilə  əlaqədar  bolşevik  təbliğatına  və 
qanunsuz  hərəkətlərinə  qarşı  mübarizə  aparması  da  öz  təsirini 
göstərmişdi. Belə hallardan biri ilə əlaqədar Zaqatala qubernatoru 1 
yanvar 1920-ci ildə daxili işlər naziri M.H.Hacınskiyə quberniyada 
bolşevik təbliğatı haqqında aşağıdakı məlumatı verirdi: 
“Zaqatala  şəhər  pristavı  və  quberniya  polis  mühafizəsi 
təlimatçısı  mənə  məlumat  vermişlər  ki,  Tah  kənd  sakini  Zəkəriyə 
Ramazan Ağa oğlu Balaxlinski Bakıdan böyük miqdarda pul alaraq
quberniyada  əhali  arasında  bolşevizm  ideyalarının  yayılması 
məqsədilə  güclü  bolşevik  təbliğatı  aparır.  Bu  işdə  həmin  kənd 
sakinləri  Hafiz  Əfəndi  və  Hacı  Şaban  yaxından  köməklik  edirlər. 
Sonuncu  iki  nəfərin  məqsədi  yerli  qarnizonun  dağıdılması,  yerli 
hökumətin nüfuzdan salınması və bununla da quberniyada anarxiya 
yaratmaqdır...” ARDA, f 894, s.2, iş 41, v.27. 
Belə məlumatların müqabilində isə əksər vaxtlarda hökumət 
səviyyəsində tədbirlər görülməsi isə bolşeviklərə yaxşı məlum idi. 
260 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə