Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə76/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   72   73   74   75   76   77   78   79   ...   90

müəyyən edilmişdir ki, keçmiş müsavat hökumətinin xadimlərindən 
olmuş  Ə.Pepinov  1920-ci  ildən  həbs  edilənə  qədər  Azərbaycanda 
sovet  hökumətinin  devrilməsi  və  burjua  tipli  dövlət  yaradılması 
üçün  müntəzəm  surətdə  sovet  hakimiyyəti  əleyhinə  əksinqilabi 
mübarizə  aparmışdır.  Beləliklə,...  1930-cu  ildə  5  illiyə  sürgün 
edilmiş  Ə.Pepinov  64,69,70  və  73-cü  maddələrlə  günahkar  hesab 
edilir. İstintaq-həbs materialları 1934-cü il 1 dekabr qanununa görə
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilir”. 
Yekun ittihamın məhkəmə hökmünə çevrilməsinə 4 aydan az 
vaxt  qalırdı.  Bu  müddət  ərzində  nələr  baş  verdi.  Əhməd  bəy 
dünyanın  daha  hansı  əzablarına,  ağnlanna  dözməli  oldu?  Bütün 
bunlara  soyuq  məzar  divarları,  təkadamlıq  həbsxana  kamerasının 
dəmir  barmaqlıqlan  şahidlik  etdi.  Üzücü  günlərin  sonunda  2  iyul 
1938-ci  il  gəlib  çatdı  və  ...  SSRİ  Ali  Məhkəməsi  Hərbi 
Kollegiyasının  hazırlıq  yığıncağında  6  saylı  protokol  tərtib 
edildi:“!.Yekun  ittihamla  razılaşmalı  və  işi  icraata  götürməli.  2. 
Ə.Pepinovu 64, 69,70, 73-cü maddələrlə məhkəməyə vermək. 
3.
 
İŞƏ 
qapalı  məhkəmə  iclasında  ittihamçı  və  müdafiə 
tərəflərinin  iştirakı  olmadan  baxmalı.  4.Qəti  imkan  tədbiri,  həbs 
altında saxlamalı. Sədr hərbihüquqşünas Kolpakov və Kulik, katib 
hərbi 3-cü dərəcəli hərbi hüquqşünas Kozlov. Bakı şəhəri.” 
Elə  həmin  gün  Ə.Pepinova  itihamın  surətini  aldığına  imza 
atdırıldı. Və səhəri gün onun fiziki yaşım baxımından dünyanın son 
gününü  təyin  edən  qərar  çıxarıldı.  3  iyul  1938-ci  ildə  SSRİ  ALİ 
Məhkəməsi  Hərbi  Kollegiyasının  səyyar  sessiyasının  qapalı  iclası 
Kolpakov  və  Kulikin  sədrliyi  altında  saat  21,40-da  işə  başladı  və 
cəmi 15 dəqiqə ərzində, 21,55-də Ə.Pepinovun ən ağır cəzaya layiq 
görülməsi ilə əlaqədar mühkimə edilməsi qərarı hazırlandı. 
Sonra  XDİK  Xüsusi  arxivinin  1-ci  xüsusi  şö’bə  12-ci 
bölmənin rəisi le3denant Şevelyevin imzaladığı məxfi arayışa əsasən 
Ə.Pepinovun  barəsində  hökm  elə  həmin  gün  yerinə  yetirilmişdi. 
Bunu  şöbədə  8-ci  cild,  səh.  44-də  qeyd  alınmış  arayış  və  eyni 
səhifədə saxlanan hökmün yerinə yetirilməsi aktı da sübut edir. 
242 


o məşum gündən təqribən 17 il keçdikdən sonra, 21  yanvar 
1955-ci  ildə  Əhməd  bəyin  qızı  Sevda  xanım  Pepinova  DTK  sədri 
Quskova  atasının  əvf  edilməsi  ilə  bağlı  ərizə  ilə  müraciət  edir; 
“Mənim  atam  ixtisasca  iqtisadçı  1937-ci  ilin  sentyabr  ayında 
Ulyanovsk  şəhərində  DİN  orqanlan  tərəfindən  həbs  edilib  və 
1938-ci  ilin  may  ayına  qədər  orada  qalıb.  1938-ci  ilin  mayında  o, 
yazışma  hüququ  olmadan  sürgün  edilib.  Onun  haraya,  hansı 
müddətə,  nə  üçün  sürgün  edildiyi  barədə  öyrənmək  sahəsindəki 
bütün cəhdlərim nəticəsiz qalıb. O vaxtdan atam haqqında heç bir 
məTumatım  yoxdur.  Dönə-dönə  xahiş  edirəm,  atamın  işini  təhqiq 
edib,  mənə  onun  nədə  günahkar  olduğu,  neçə  illiyə  sürgünə 
göndərildiyi  və  hazırda  sağ  olub-olmadığı  barədə  mə’umat 
verəsiniz. Cavabı xahiş edirəm aşağıdakı ünvana göndərəsiniz. Bakı 
şəhəri, Ostrovski küçəsi ev 23.” 
İllərlə ata həsrəti çəkmiş Sevda xanıma indi onun barəsində 
bircə kəlmə quru söz də böyük təsəlli idi. Bununla bir vaxt xırdaca 
əlləri  ilə  elə  bil  itirəcəyindən  qorxduğu  üçün  bərk-bərk  boynuna 
sarıldığı,  doyunca  üzünü  görmədiyi  atasının  qarşısında  övladlıq 
borcunu  verəcək,  onun  adına  vurulmuş  “xalq  düşməni”  ləkəsini 
təmizləyəcəkdi. Axı xalq yolunda fədakarcasına çalışmış bir insan 
necə ona düşmən sayıla bilərdi? O illərdə Sevda xanımın bu suallara 
axıradək cavab tapması, yaxud əsl həqiqətləri dilinə gətirməsi heç 
mümkün də deyildi, istədiyi də əslində elə bu idi. Ona dərdini az da 
olsa,  ovudacaq  atalı  günlərinin  xatirəsini  kiməsə  danışmağına, 
ürəyini  boşaltmağına  qoyulan  qadağalar  aradan  qaldırılsın.  Ağız 
dolusu  “mənim  atam  Əhməd  bəy...”  deyə  bilsin.  Ancaq  öz 
sələflərinin  yolu  ilə  gedən  DTK  müstəntiqlərini  onun  taleyindən, 
istəklərindən  daha  çox  zamanın  siyasi  sifarişləri  maraqlandırırdı. 
Əhməd  bəyə  bəraət  verilməsi  də  atılacaq  bu  addımın  həmin 
sifarişlərə uyğunluğundan asılı idi. 
Artıq dəyişmiş zamanda rejimi Əhməd bəy düşündürmürdü. 
Dəyişmiş  zamanda  rejim  törətdiyi  cinayətlərdən  bəraət  yollan 
arayırdı. İndi Bağırovu ittiham etmək lazım idi və yuxarıdan göstəriş 
almış  istintaq  nəyin  bahasına  olsa,  bu  şəxsin  xalq  düşməni 
olduğunu, dövlətin yeritdiyi siyasətdə kənarlaşmalara yol vennəklə 
ona ağır zərbələr vurduğunu sübuta yetirməliydi. Bu 
243 


gün  ittihamların  dünənki  ilhamçısının  özü  müstəntiqlər  qarşısında 
ifadə  verirdi.  Öz  ömrünü  uzatmaq  xatirinə  Ə.Pepinova  bəraət 
verməyə  hazır  olan  rejim  yeridəcəyi  yeni  siyasətin  ilk  əsaslarını 
formalaşdırmaq üçün şəxsiyyətə pərəstişi  pisləyir, bütün  günahları 
tək-tək rəhbərlərin adı ilə bağlayırdı. Xalqa zidd mahiyyətli rejimin 
növbəti  mərhələdə  oynanılacaq  tamaşalar  üçün  yeni  dekorasiyalar 
hazırlamasından  başqa  bir  şey  olmayan  bu  bəraətlər  milli  şüurun 
oyanmasına qarşı tamamilə yeni səciyyəli təxribat idi. 
1955-ci il iyun ayının 1-də ədliyyə podpolkovniki Maksimov 
Ə.Pepinovun  kiçik  bacısı  ixtisasca  həkim  Cavadova  Kəbirə  Ömər 
qızım  (1905-ci  il  təvəllüdlü)  Ə.Pepinovun  işi  ilə  bağlı  şahid 
qismində dindirir: “Pepinov Əhməd bəy Ömər oğlunu mən və böyük 
bacım  Vidadi  küçəsi  50-də  yaşayan  Mirzəbəyova  Nəzirən 
uşaqlıqdan  yaxşı  tanıyırıq.  Mənim  qardaşım  Ə.Pepinovun  1930, 
yaxud 1931 -ci ildə keçmiş DSİ tərəfindən niyə tutulduğu və 1932- 
ci ilə qədər DSİ təcridxanasmda istintaq altında olduğunu bilmirəm. 
1933-cü  ildə  mən  sevimli  və  yeganə  qardaşımla  tək  bir  dəfə 
görüşdüm.  Ə.Pepinov  onda  mənə  dedi  ki,  günahsızdır  və  mənim 
birgə  işdən  onu  yaxşı  tanıyan  Mikoyanla  tə’cili  görüşməyimə 
ehtiyac var. Mən Moskvada y.Mirzəyanla görüşüb, ona qardaşımın 
yazdığı ərizəni çatdırdım. Tədbir görülmüşdü, mən Bakıya gələndə 
artıq qardaşım həbsdən buraxılmışdı. Ancaq mənə məlum deyil.ki, 
o, nəyə görə yaşamaq üçün Ulyanovsk şəhərinə göndərildi. Birinci 
dəfə  həbs  edilənə  qədər  Ə.Pepinov  Xalq  maarif  komissarının 
müavini  işləyirdi.  Sürgün  yerindən  Bakıya  qayıtdıqdan  sonra, 
1935-ci  ildə  o,  artıq  Az.SSR-də  rəhbər  vəzifədə  olan  Bağırov 
tərəfindən  çağırıldı.  Bağırov  Ə.Pepinova  keçmiş  XDİK-də  məs’ul 
vəzifə  təklif  etmiş,  o,  isə  imtina  etmişdi.  Onlar  Bağırovla  siyasi 
görüşlərinə  görə  kəskin  surətdə  ayrılmışdılar.  Yuxarıdakı 
göstərilənlərlə  bağlı  Ə.Pepinov  mənə  dedi  ki,  o,  Bağırova  görə 
Azərbaycanda  qala  bilməz,  getməyə  məcburdur.  Elə  həmin  il  də 
Ə.Pepinov  Ulyanovsk  şəhərinə  getdi.  O,  1935-ci  ildə  Bakıdan 
getdikdən sonra mən onu gömrəmişəm və bilmirəm haradadır.” 
İki gün sonra, iyun ayının 3-də isə Ə.Pepinovun ikinci bacısı 
Mirzəbəyova Nəzirədən (1901) şahid qismində ifadə alınır: 
244 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə