Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə74/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   70   71   72   73   74   75   76   77   ...   90

fəaliyyəti barəsində mənə professor Çobanzadə 1923-24-cü illərdə 
demişdi.  Dağıstanla  əlaqələri  bizim  milli  mərkəz  Əhməd  Cavad 
vasitəsilə həyata keçirirdi.” 
Ə.Pepinovun  1937-ci  ildə  həbsə  alınmasından  qabaq  onun 
barəsində hazırlanan gələcək ittihamların arasında görkəmli dövlət, 
elm  xadimlərinin,  yaradıcı  ziyalıların  ifadələrinin  mühüm  yer 
tutması da təsadüfi deyildi. Vaxtilə çar rejiminin hərtərəfli sınaqdan 
çıxardığı, daha sonra isə sovet sisteminin sevimli metodlarından olan 
millətlər  və  insanlan  bir-birinə  qarşı  qoymaqla  onlar  arasında 
qarşılıqlı  inamsızlıq  yaratmaq,  cəmiyyəti  total  xof  təzyiqi  altında 
saxlamaq metodları yenidən işə salınmışdı. Bir çox hallarda isə heç 
bir  əlacı  qalmayan  müttəhimlər  müstəntiqlərin  diktə  etdikləri 
ifadələri  yazmaq  məcburiyyətində  idilər  və  bu  gün  belə  ifadələrin 
əsasında kimlərisə qınamaq, yaxud cəsarətsizlikdə təqsirləndirməklə 
təhqir etmək əsla doğru olmazdı. Əksinə zamanın hər cür sınağına 
dözmüş  şəxsiyyətlər  bəzən  fiziki  zorakılıqla  elə  vəziyyətə 
gətirilirdilər ki, hansı sənədə, nə üçün qol çəkdiklərindən xəbərləri 
də olmurdu. Bu barədə kifayət qədər yazıldığı, danışıldığı üçün əlavə 
faktlar gətinnəyə məncə, lüzum yoxdur. Ennəni quldur dəstələri ilə 
Zəngəzurda  aparılmış  qanlı  mübarizələrin  təşkilatçı  və 
qəhrəmanlarından  biri,  folklorşünas,  din  tarxinin  tədqiqatçısı 
,Azərbaycan  ədəbiyyatşünaslığında  özünəməxsus  yeri  olan  Bəhlul 
Əfəndi  Behcət  belə  tale  yaşamış  şəxsiyyətlərdən  biri  idi.  Onun 
keçmişindən  yaxşı  xəbəri  olan  ermənilər  özləri  və  başqa 
əməkdaşlann əli ilə zindanda Bəhlul Əfəndiyə ən dəhşətli üsullarla 
işgəncələr  vermiş,  huşunu  itirənə  qədər  vəhşicəsinə  döyərək 
istədikləri sənədə imza atdınmşdılar (bax. E.Qoca “Cəllad chtirafı” 
Bakı,  “Şuşa”  nəşriyyatı,  1999.).  Belə  günlərdən  birində,  26  iyul 
1937-ci  ildə  Bəhlul  Əfəndi  yenidən  “dindirilmiş”,  “Əksinqilabi 
təşkilata kim rəhbərlik edirdi?” kimi suallara istintaqın istədiyi “Bu 
təşkilata  mənim  1931-32-ci  illərdə  həbsxanada  tanış  olduğum 
Ə.Pepinov  rəhbərlik  edirdi”  cavabını  vermişdi.  Necə  deyərlər 
sonrası məlum idi. 
“Sual: Siz hansı şəraitdə bu təşkilata daxil oldunuz? 
Cavab:  1936-cı  ildə  mənim  yanıma  gələn  R.Nəcəfov 
Ə.Pepinovun mənimlə görüşmək istədiyini bildirdi və bir neçə 
236 


gün  sonra  onunla  evimdə  gömşdük.  Ondan  bir  qədər  sonra  Əmin 
Abid, Hüseyn Cavid, Səid Mir-Qasımov, Məzahir Hüseynov mənim 
evimə 
gəldildər. 
Ə.Pepinov 
azərbaycanlı 
kadrların 
sıxışdırıldığından  və  “qovulduğun”dan  danışdı  və  nümunə  kimi 
T.Əliyevi 
və 
M.Quliyevi 
göstərdi. 
Sonra 
H.Cavid 
ədəbiyyatçılarımızın çətin vəziyyətdə yaşamalarından danışdı. 
Sual: Belə çıxır ki, Ə.Pepinov sizin mənzilinizdə əksinqilabi 
yığıncaq keçirib. Daha harada belə gizli yığıncaqlar keçirilib? 
Cavab:  Mənim  mənzilimdə  cəmi  bir  dəfə  yığışmışıq,  qalan 
vaxtlarda  Ə.Pepinovun  bacısı  evində  və  dayısı  Ömər  Faiq 
Nemanzadənin mənzilində belə yığıncaqlar olduğunu bilirəm. 
Sual: Həmin yığıncaqlarda kimlər iştirak edib? 
Cavab:  Şəxsən  mən  iştirak  etməmişəm.  R.Nəcəfovun 
dediklərinə görə, həmin yığıncaqlarda Səməd Vurğunun, H.Cavidin, 
Ə.Pepinovun  dayısı  Ömər  Faiqin  və  Abdulla  Şaiqin  iştirak 
etdiklərini bilirəm. 
Sual:  Siz  axıradək  etiraf  edin,  təşkilatda  sizin  əksinqilabi 
işiniz nədən ibarət idi? 
Cavab:  Azərbaycanın  sərhəd rayonlarında, konkret  Cəbrayıl 
və  Zəngilan  rayonlarında  antikolxoz  və  antisovet  təbliğatı  aparan, 
kəndli kütlələr arasında müridizm yayan, təxribatlarla məşğul olan 
və  üsyançı  kadrlar  hazırlayıb  həyata  keçirən  əksinqilabi  üsyançı 
təşkilat fəaliyyət göstərir.” 
Bundan 5 gün əvvəl isə məşhur türkoloq, dünya şöhrətli dilçi 
alim  professor  B.Çobanzadənin  dilindən  (20-21  iyul  1937-ci  il) 
Ə.Pepinovun ittiham edilməsi üçün əsas olacaq təqribən eyni ifadə 
alınmışdı:  “Müsavat  gizli  təşkilatı  dağıdıldıqdan  sonra  blok  öz 
qarşısına əksinqilabi işi gücləndirmək və gizli fəaliyyəti bərpa etmək 
vəzifəsi qoymuşdu. Müsavat gizli fəaliyyətinin bərpasında 1927-ci 
ildən sonra öz ətrafında möhkəm müsavat kadrları yığıb Bakıda və 
Azərbaycanın rayonlarında əksinqilabi işi genişləndirən Ə.Pepinov 
mühüm  rol  oynadı.  Ə.Pepinov  və  Xəlil  Səid  Xocayevin  dediyinə 
görə.  Xan  Tahşınski  keçmiş  Lənkəran  dairəsində  üsyançı  ilk 
təşkilatları  birləşdirməyə  nail  olub.  Əli  Səbri  Qasımov  və  b.  isə 
deyirdilər  ki,  M.Şahsuvarov  Laçında  bu  işi  görüb  və  Xosrov  bəy 
Sultanovla əlaqə yarada bilib.” 
237 


B.Çobanzadənin  14  fevral  1937-ci  ildə  istintaqa 
dediklərindən isə belə məlum olurdu ki, türk birliyi uğrunda əzrnkar 
mübariz,  dilçi,  ədəbiyyatşünas  Qubaydulin  1925-ci  ildə  Bakıya 
gəldikdən  sonra  məhz  Ə.Pepinovun  məktubundan  sonra  onu 
Universitetə  müəllim  düzəldibmiş.  Bu  faktın  özü  B.Çobanzadə  ilə 
Əhməd bəy arasında əqidə yaxınlığından, əlavə bir dostluq, ünsiyyət 
olduğunu  da  göstərirdi.  Bunlan  deməkdə  məqsədimiz  odur  ki,  bu 
insanlar arasında düşmənçilik yox idi, əksinə yaxşı münasibət vardı 
və bütün qeyd edilənlərin az, ya çox dərəcədə Qubaydulinə də aid 
edilə bilərdi. 
Bakıda  məhz  Ə.Pepinovun  köməyi  ilə  işə  düzəlmiş,  siyasi 
istiqamətinə uyğun mühitə zəmanət almış Qubaydulin 1937-ci ilin 
avqustunda  fiziki  təzyiq  vasitələrindən  başqa  hansı  metodlarla 
aşağıdakıları  deməyə  məcbur  edilə  bilərdi  ki:  “Ə.Pepinovla 
görüşlərimizdən  birində,  təqribən  1926-cı  ilin  yanvarında  mənə 
Bakıda  fəaliyyət  göstərən  üç  əksinqilabi  millətçi  təşkilatın 
birləşməsindən  ibarət  koalisiyalı  blok  haqqında  danışdı. 
Kommunistlər-millətçilər  (əsasən  Nerimanovçular),  müsavatçılar, 
yeni  millətçilər.  Bunlar  öz  aralannda  hansısa  taktiki  məsələlərdə 
aynisalar da, sovet hakimiyyətinə qarşı mübarizədə vahid  cəbhədə 
çıxış edirdilər. Ə.Pepinov özäinü yeni millətçilərdən hesab edirdi... 
Azərbaycanda 
üsyanın 
yatırılmasından, 
Ə.Pepinovun 
və 
başqalannm  həbsindən  sonra  mən  Azərbaycanda  yolüstü  olurdum. 
V.Xuluflu  1935-ci  ilin  noyabrında  Sovet  Ensklopediyasına 
Abbasilər  sülaləsi  haqqında  məqalə  yazmaq  adı  altında 
Ensklopediyanın  binasına  də’vət  etdi  və  məndən  Tatanstandakı 
millətçi  fəaliyyət  və  mühacir  dairələrdəki  əlaqələrim  barədə 
mə’lumat verməyi xahiş etdi... 1929-cu ilin əvvəllərində Ə.Pepinov 
və  V.Xuluflu  mənə  bildirdilər  ki,  Azərbaycanın  rayonlarında 
kollektivləşmədə  əyintilərə  yol  verilməsi  ilə  əlaqədar,  xüsusilə 
Gəncə və Nuxa rayonlaroında silahlı üsyana hazırlıq görülür. Onlann 
fikrinə  görə,  bizim  pantürkçü  mərkəz  Krımda,  Tatarıstanda  və 
Özbəkistanda  bu  cür  üsyanlar  təşkil  etməklə  bu  üsyanı  müdafiə 
etməli idi. Alman-türk casusu Şəfiyev Əbdül Rəhman oraya gələrək 
mənə  qeyd  edilən  yerlərdə  üsyanın  təşkili  üçün  60.  000  rubl  pul 
verdi. O, üsyanla bağlı bildirdi ki. 
238 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə