Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə75/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   71   72   73   74   75   76   77   78   ...   90

S.M.Əfəndiyevə  türklər  tərəfindən  Azərbaycanda  üsyanın  təşkili 
məqsədilə  xeyli  pul  verilib.  Həqiqətən  də,  1930-cu  ilin  iyununda 
Bakıya  gəldikdən  sonra  M.Quliyev  mənə  dedi  ki,  üsyan  barədə 
qərarı S.M.Əfəndiyev verib.” 
17  mart  1938-ci  ildə  Az.SSRCM-in  204-cü  maddəsinə  görə 
istintaqın  bitdiyi  barədə  əməliyyat  müvəkkili  M.Məmmədov 
tərəfindən  yazılan  protokolda  göstərilirdi  ki,  Ə.Pepinovun  10497 
saylı işi üzrə 74 nəfərin ifadəsi alınıb və adı keçib. Bir işlə əlaqədar 
bu qədər adamın istintaqa cəlb edilməsi yeni-yeni siyahılann tərtib 
olunması zərurətindən doğurdu. Artıq elə bir dövr gəlmişdi ki, zorla 
yıxılmış Azərbaycan milli hökumətinin sağ qalmış bütün kadrları və 
müstəqillik  ideyasının  digər  potensial  daşıyıcısı  hesab  edilən 
ziyalılar ucdantutma məhv edilməli idilər. NKVD repressiyaları elə 
kütləvi həddə çatdırmışdı ki, vəziyyət ÇK dövründəkindən də betər 
olmuşdu.  Moskvada  Stalinin,  Bakıda  Bağırovun  adı  ilə  bağlanan 
total  qorxu,  əslində  qanunsuz  rejimin  qəsdən  formalaşdırdığı  və 
özünü  yaşatmanın  yeganə  vasitəsi  kimi  cəmiyyətin  başı  üstündən 
asılmış  Demokl  qılıncı  idi.  Kütlədən  ayrılan,  onun  idarə  edilməsi 
üçün  cızılmış  xətlərdən  ayrılanlan  eyni  tale,  qaranlıq  məhbəs, 
sürgün, cəmiyyətdən digər üsullarla təcridolunma gözləyirdi. 
Əhməd  bəy  bütün  bunların  nə  demək  olduğunu,  yeni 
quruluşun  mahiyyətini  gözəl  başa  düşürdü.  Buna  görə  də  onu  nə 
yaxın  silahdaşlarının  hansı  şəraitdə  alındığı  yaxşı  məlum  olan 
ifadələri,  nə  də  müəyyən  adamlar  tərəfindən  qəsdən  təşkil  edilən 
ittihamlar çaşdıra bilməzdi. Hətta indiki vəziyyətində o, bir vaxtlar 
qorxaqlıqda qınadığı adamlan da bağışlamışdı. Çünki əsl günahkar 
onlardan  hər  dövrdə  müəyyən  vasitə  kimi  istifadə  edib,  sonra 
müqəssirə,  düşmənə  çevirən  quruluşda  idi.  Azərbaycana  11-ci 
qırmızı  ordunun  süngüləri  üstündə  zorla  gətirilmiş  bu  hakimiyyət 
azərbaycanlılar  üçün  deyildi  və  ona  da  milli  olan  heç  nə  lazım 
deyildi. 
Ə.Pepinov düşünürdü... 
Yadına  Məhəmməd  Qasımovla  aralarındakı  üzləşdirmə 
düşmüşdü. 2 dekabr 1937-ci il: O, “Xəlilovu Azərbaycan əksinqilabi 
millətçi mərkəzin üzvü kimi tanıyrsmızmı?” sualına 
239 


“xeyr” cavabı verəndən sonra M.Qasımov “düz danışmır”, demişdi: 
“Mən  güman  edirdim  ki,  Ə.Pepinov  artıq  istintaqa  özünün 
əksinqilabi  fəaliyyəti  haqqında  hər  şeyi  bildirib.  Təəccüb  edirəm, 
bunu  gizlətməyin  nə  mə’nası  var.  Xüsusilə  1930-cu  illə  bağlı 
əksinqilabi  fəaliyyəti  barədə.  Onda  da  və  hətta  həbsdən  azad 
edildikdən  sonra  da  Ə.Pepinov  hər  şeyi  gizlətmiş  və  təşkilatın 
keçmiş  üzvlərindən  bir  neçəsini  qorxaqlıqda,  DSİ-yə  Əksinqilabi 
millətçi  mərkəzin  fəaliyyəti  barədə  məTumat  verdikləri  üçün 
qınamışdı. Mən Ə.Pepinova təklif edirəm müqavimət göstərmədən 
bütün  həqiqəti  etiraf  etsin. 1937-ci  ildir, bütün sənədlər və  faktlar 
istintaqın  əlindədir.  Onun  əksinqilabi  fəaliyüyətinə  gəlincə 
Ə.Pepinov mənə əksinqilabi millətçi mərkəzin fəal üzvlərindən biri 
kimi  məlumdur.  Biz  Azərbaycan  əksinqilabi  millətçi  mərkəzinin 
üzvləri dəfələrlə Tiflisdə M.Hacınqskinin mənzilində yığışmışıq. Bu 
gizli  yığıncıqlarda  Ə.Pepinov  həmişə  iştirak  edib  və  əksinqilabi 
fəaliyyətin genişləndirilməsi ilə bağlı müzakirələrdə daim fəal olub. 
Sual: Pepinov, indi nə deyirsiniz? 
Cavab:  Mən  1930-cu  ildə  Tiflisdə  M.Hacınskinin  evində 
olmağımı inkar etmirəm, ancaq orada heç bir əksinqilabi yığıncaq 
keçirilməyib və bu cür söhbətlər aparılmayıb. 
Sual: Ə.Pepinova oradakı əksinqilabi söhbətləri xatırladın. 
Cavab: Həmin gizli əksinqilabi yığıncaqlarda Azərbaycanda 
silahlı  üsyan  qaldıniması  və  bu  yolla  hakimiyyətin  ələ  alınaraq, 
burjua-millətçi dövlət yaradılması məqsədilə üsyançı dəstələr təşkil 
edilməsinin  zəruriliyi  barədə  söhbətlər  aparılırdı.  Biz  həmçinin 
sovet  hökumətinin  gücünün  zəiflədilməsi  və  kütlələr  arasında 
narazılıq  doğurmaq  üçün  xalq  təsərrüfatının  bütün  sahələrində 
təxribat və ziyankarhq hərəkətləri törətmək barədə də danışırdıq. Bu 
yığıncaqlarda Türkiyənin kəşfiyyat orqanları ilə əlaqə, Türkiyədən 
müvafiq  köməklik  alınması  məsələləri  ilə  bağlı  da  müzakirələr 
aparılırdı. 
Sual:  Müttəhim  Xəlilov  M.Hacınskinin  evində  apanimış 
əksinqilabi söhbətlər barəsində hər şeyi dedi. Məsləhət görürük ki, 
doğru ifadə verəsiniz. 
240 


Cavab:  Xəlilov  doğru  demir,  biz  M.Hacınskinin  evində  heç 
bir əksinqilabi söhbət aparmamışıq.” 
Ə.Pepinov dövrünün hərtərəfli inkişaf etmiş bir ziyalısı idi və 
o  da  əksər  müasirləri  kimi  mətbuatda  müntəzəm  çıxışlar  edir, 
müxtəlif  problemlərin  qaldırılmasında  bu  səmərəli  vasitədən 
məharətlə  bəhrələnirdi.  Onun  mətbuatla  yaxınlığı  yalnız  bununla 
bitmirdi.0,1919-cu  ildə  “Zarya”  qəzetinin  redaksiya  kollegiyasının 
üzvü  olmuş,  vəzifə  postunda  olduğu  illərdə  qəzet  çıxarmaq 
təşəbbüslərinə qoşulmuşdur. 
Əhməd  bəy  Ömər  oğlu  Pepinov  (1893-1938)  haqqında 
“Azərbaycan  Cümlıuriyyəti  sənədlər  və  materiallar  1918-1920-  ci 
illər” məcmuəsində Azərbaycanın “siyasi dövlət xadimi” kimi bəhs 
edilməklə  Moskva  universitetinin  hüquq  fakültəsində  oxuduğu, 
1918-ci ildə Zaqafqaziya Seyminin üzvü olub, “Müsəlman sosialist 
bloku” 
fırqəsinə 
daxil 
olduğu, 
1918-ci 
ilin 
yayında 
M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə bey’ətinin tərkibində 
İstanbula getdiyi, Azərbaycan parlamentinin üzvü, N.Yusifbəylinin 
təşkil  etdiyi  ikinci  kabinetdə  (dekabr  1919  -  mart  1920)  Torpaq 
naziri  olduğu  və  1934-cü  ildən  Qazaxıstan  SSAxalq  komissarları 
sovetinin  müavini  vəzifəsini  tutduğu  qeyd  edilməklə  yanaşı  bu 
daxüsüslə  vurğulanıb  ki;  “Azərbaycanın  sovetləşməsindən  sonra 
publisist kimi fəaliyyət göstərib”. Onun publisistlik fəaliyyəti barədə 
aynca bir materialda söhbət açmaq gərəkliyini nəzərə alaraq, indilik 
onu xatırlatmaqla kifayətlənirik. 
...Əhməd bəy düşünürdü. Uzaq keçmişi ilə bağlı hadisələrdən 
lap  dünən  baş  veiTnişlərə  qədər  hamısını  göz  önünə  gətirirdi.  10 
mart  1938-ci  il  idi.  DTI  4-cü  şö’bənin  rəisi  kapitan  Rasskazçikov 
Yekun ittiham çıxarmışdı. XDİK müavini mayor Borşovun və Baş 
Hərbi Prokurorun müavini 1-ci dərəcəli hüquqşünas Şultsun təsdiq 
etdikləri  bu  ittihamda  deyilirdi;  “1936-cı  ilin  sonlarında  Az.SSR 
XDİK  Bakıda  qarşısına  silahlı  üsyana  hazırlıqla,  casusluq, 
ziyankarlıq  və  partiya,  hökumət  rəhbərlərinə  terror  tətbiq  etməklə 
Azərbaycanı  SSRİ-dən  aymuağı  məqsəd  qoymuş  millətçi  terrorçu 
təşkilat aşkarlanıb və ləğv edilib.” Özünün əksinqilabi fəaliyyətində 
millətçi  təşkilat  trotskiçi-zinovyevçi-terrorçu  mərkəzlə  və  sağların 
mərkəzi ilə əlaqədə olub. İstintaq tərəfindən 
241 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə