Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə70/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   66   67   68   69   70   71   72   73   ...   90

müdafiənin tə’min olunması üçün bütün tədbirlər görülmüşdürmü? 
Gürcüstanla  müdafiə  müqaviləsi  bağlanmışdır.  Birgə  qüvvələrdən 
biz istifadə edəcəyikmi?” 
Hökumət  başçısı  N.Yusifbəyli  Ə.Pepinova  cavabında 
demişdi:  “Dənizdən  və  qurudan  müdafiə  üçün  bütün  tədbirlər 
görülmüşdürmü?  Biz  Gürcüstanla  müqavilənin  imkanlarından 
istifadə  edirikmi?  Belə  suallara  mən  bir  sözlə  cavab  verə  bilərəm 
“bəli”...  Biz  müstəqil  yaşaya  bilərikmi?  Bəli,  artıq  4  gündür  ki, 
ingilislər  gedib  və  bu  4  gündə  biz  sözün  tam  mə’asında  müstəqil 
yaşamışıq  və özümüzün müstəqil  yaşamağa haqqımız çatdığını və 
bunu bacardığımızı sübut etmişik... Şimaldan gözlənilən təhlükəyə 
gəlincə,  burada  da  hökumət  qan  tökülməsindən  qaçmağa  cəhd 
göstərir... Sülhün tə’minatçısı, əlbəttə, güclü ordudur, güclü olmaqla 
çox məsələləri asanlıqla həll etmək olar.” 
Əhməd  bəyin  ölkə  əhalisi  və  ümumən  dövlətin  taleyi  üçün 
narahatlıq hiss edilən bu çıxışından parçanı nahaq gətirmirik. Çünki 
bu  çıxış  onun  siyasi  və  vətəndaş  mövqeyinin  üst-üstə  düşdüyü 
məqamlardan  biri  olmaqla  yanaşı,  həm  də  natiqlik  qabiliyyətinə 
malik olduğunu aydın nümayiş etdirir. Doğrudur, “Hümməf’ fırqəsi 
adından  danışan  Əhməd  bəy  gənc  respublikanın  kifayət  qədər 
düşməni olduğunu nəzərə almaqla bərabər, onun hansısa dövlətdən 
yardım  görməsini  qəbul  etmir  və  faktiki  surətdə  Azərbaycanı  bu 
ciddi  təhlükələr  qarşısında  müdafiəsiz  qoymaq  mövqeyi  tutanlara 
qoşulurdu. Çünki  əvvəl  türklərin,  sonra ingilislərin getməsi  həmin 
mərhələdə vəziyyəti rusların xeyrinə dəyişmiş, daxildə bolşeviklərə, 
onlara  yaxın  və  loyal  fırqələrə,  o  cümlədən  sosialistlərə 
arxalanmaqla  Azərbaycam  işğal  etmələri  üçün  kifayət  qədər 
əlverişli şərait yaratmışdı. 
Əhməd  bəyin  parlament  fəaliy>'əti  yalnız  belə  sorğular  və 
çıxışlarla  məhdudlaşmırdı.  O,  fəal  bir  deputat  kimi  bu  mülıüm 
dövlət  orqanında  daim  diqqət  mərkəzində  olmuş  və  Parlamentin 
katibi 
seçilmişdi. 
Azərbaycanın 
bir 
sıra 
qanunlarının 
hazırlanmasında hüquqşünas kimi yaxından iştirak edən Ə.Pepinov 
20 oktyabr 1919-cu ildə parlament tərəfindən qəbul edilən “Nəşrlər 
istehsalı haqqında” Qanuna parlamentin katibi kimi Əhməd Cövdət 
(Pepinov) qol çəkib (ARDA, f 895, s.3, iş.86, v.l8). 
224 


Qızğın ictimai fəaliyyətinin və bütün fırqələr tərəfindən qəbul 
edilməsinin  nəticəsi  idi  ki,  Ə.Pepinov  Azərbaycan  Müəssislər 
Məclisinə  seçkilər  üzrə  komissiyanın  iclasında  sədr  müavini 
seçilmişdi 
(M.Ə.Rəsulzadə 
sədr, 
M.Vəkilov 
katib, 
H.Məmmədbəyov  xəzinədar  seçilmişlər  (“Azərbayean”  qəzeti  28 
avqust 1919-eu il). 
28 may 1919-cu ildə Azərbaycanın müstəqillik əldə etməsinin 
birinci  ildönümü  bayramının  keçirilməsi  ilə  əlaqədar  məsələ 
müzakirəyə  çıxarılarkən  parlamentdə  “Hümmət”  partiyasının 
mövqeyini  ifadə  etmək  Ə.Pepinova  həvalə  olunmuşdu:  Çıxışları 
daim konkretliyi və məntiqi ilə seçilən Əhməd bəy: 
“Hümmət”  partiyası  bayramda  iştirak  edəeəkdir,  çünki 
keçmiş  sosialist  blok  Milli  Şurada  Azərbaycanın  müstəqilliyinin 
e’lan olunmasında iştirak etmişdi... Bu günlərdə “Hümməf’ partiyası 
Azərbaycanın  müstəqilliyinin,  demokratiyanın  həqiqi  müdafiəçisi 
möqeyində  dayanmaqla  bayramda  iştirak  edəcək  və  mitinq  və 
yığıncaqlarda bu müstəqilliyi başqa partiyalardan fərqli olaraq necə 
gördüyümüzü  izah  edəcəkdir.  Çarizmin  ağır  yükündən  xilas 
olmaqla,  Azərbaycanın  demokratiyası  xarici  imperialistlərin  daha 
dözülməz  istismarı  altına  düşməyəeəkdir.  Buna  görə  də  bu 
müstəqilliyi biz yalnız xaricdən gələn əksinqilabçılardan deyil, həm 
də Avropa imperializminin təzyiqlərindən qorumalıyıq”, demişdir. 
Əlbəttə, Ə.Pepinov Sosialist blokunun üzvü kimi parlamentdə 
təmsil etdiyi fırqənin mənafeyini nəzərə almaya bilməzdi və təbii ki, 
bu  mənafe  bəzi  hallarda  milli  hökumətin  mölıkəmləndiril-  məsi 
istiqamətində müsavatçıların götürdüyü xətlə kəskin ziddiyət təşkil 
edirdi. Ölkə daxilində siyasi plüralizm nümunəsi kimi tam normal və 
məqbul  sayılan  fırqələrarası  ixtilaflar  bəzən  taleyüklü  məsələlərin 
həllinə  ciddi  əngəllər  törədir,  yaxud  mənfi  təsir  göstərirdi. 
Azərbaycan  Milli  Şurasının  parlamentin  təşkili  ilə  bağlı 
müzakirələrin  keçirildiyi  16  noyabr  yığıncağında  Əhməd  bəyin: 
“Sosialist  bloku  həqiqi  hökumətin  yaradılmasında  iştirak  etmədiyi 
üçün,  o,  parlamentin  təşkili  barədə  “Müsavaf  ’  tərəfindən  təklif 
edilən formulun səsə qoyulmasında da iştirak etməyəeək”, deməsi 
225 


əslində  dolayısı  ilə  dövlətin  mühüm  siyasi  addımlarına  maneçilik 
törətməkdən başqa bir şey deyildi. 
Yəqin  diqqətli  oxucu  Əhməd  bəy  haqqında  həm  eser,  həm 
menşevik,  həm  “Hümməf’çi  kimi  söhbət  açıldığının  fərqinə 
varmışdır.  Həqiqətəndəmi  o,  siyasi  mövqelərinə  görə  bir-birindən 
əsaslı şəkildə fərqlənən bu üç partiyanın üzvü olmuşdurmu? 
Artıq yuxarıda isnad edilən etibarlı mənbələrin Əhməd bəyin 
siyasi  mənsubiyyəti  ilə  bağlı  suallara  nə  dərəcədə  aydınlıq 
gətirdiyini  oxuculann  mühakiməsinə  buraxaraq,  bu  məsələ  ilə 
əlaqədar  əldə  etdiyimiz  digər  məlumatları  da  çatdırmaq  istəyirik. 
“İskra”  qəzeti  4  oktyabr  1919-cu  il  tarixli  sayında  Ə.Pepinovun 
mə’ruzəsini dərc  edib  və xüsusi olaraq bu məruzənin  menşeviklər 
adından edildiyi bildirilib: “Dinləyiciləri hökumətin təşkili ilə bağlı 
vəziyyətlə tanış edən natiq deyir: Bizdə demokratik respublika e’lan 
edilib, bu inqilabın qiymətli nailiyyətidir, onun əldə edilməsi üçün 
ən  dəyərli  insanlar  və  apancı  ölkələrin  demokratlan  mübarizə 
apanblar. Bizdə deməli, xalq hakimiyyəti forması qəbul olunub, belə 
ki,  xalq  özü-özünü  idarə  edir,  siz  özünüzü  idarə  edirsiniz,  özünüz 
qanunları müəyyənləşdirir, hökuməti təşkil edirsiniz (Bütün bunlar 
müsavat  parlamenti  və  hökuməti  haqqında  deyilir)”.  Sonra  natiq 
Gürcüstan  menşevik  hökumətinin  nümunəsindən  istifadə  etməyə 
çağırır:  Gürcüstanın  təcrübəsi  sizin  qarşınızdadır,  orada  xalq 
aldanmayacaq, 
onlar 
öz 
xalq 
sosialist 
təşkilatlarını 
möhkəmləndirirlər,  öz  hökumətlərini  təşkil  edib  və  zəhmətkeş 
xalqın maraqlarını tə’min edən qanunları həyata keçirirlər. 
Əhməd  bəyin  sosial-demokratların  menşevik  qanadına 
məxsusluğunu Azərbaycan milli hökumətində, daha sonra isə sovet 
hakimiyyəti  dövründə  onunla  çiyindaşlıq  etmiş  Məmməd  Həsən 
Hacınskinin  29  dekabr  1930-cu  ildə  Tiflis  həbsxanasında  verdiyi 
ifadə də təsdiq edir: “Pepinov məncə menşevik olmaqda davam edir. 
Ona görə bu fikrə gəlirəm ki, o mənimlə söhbət zamanı bir neçə dəfə 
Azərbaycan mühacirlərinin həyatından söz saldı, görünürdü ki, bu 
yay xəbəri var. O, mənə dedi ki, Bakıda şübhələnirlər ki, Şabanov 
DSİ-nin agentidir və bizi izləyir. Mən Şabano\oı əvvəlki kimi qəbul 
edirdim. O məni bir dəfə 1920-ci ildə nahara dəvət etmişdi, orada 
Türk konsulu ilə görüşdüm, o da 
226 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə