Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə67/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   63   64   65   66   67   68   69   70   ...   90

Ona  görə  də  Əhməd  bəy  millətçi  olduğunu  danmadığı  kimi 
əksinqilabçı  olduğunu  da  etiraf  etməli  idi.  Məhz  bu  məqsədlə 
Qriqoryan  Qubaydulinin  20  aprel  1937-ci  ildə  verdiyi  ifadəyə 
istinad  edir,  əksinqilabi  millətçi  təşkilatın  11-ci  üzvü  kimi 
əksinqilabi  iş  aparan  Ə.Pepinovun  həbs  olunmasını  və  Az.SSR 
CM-in 72-73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini 
vacib  saymışdı.  Bu  barədə  DTİ  8-ci  şöbəsini  və  XDİK  işlərinə 
nəzarət edən prokuroru xəbərdar etmək zərurətini də unutmamışdı. 
Əks-halda DT komissan Sumbatov 7 iyul  1937-ci  ildə “1892-ci  il 
təvəllüdlü,  Azərbaycan  Milli  Mərkəzinin  fəal  üzvü  Ə.Pepinovun 
həbs  edilməsi”  ilə  bağlı  Qriqoryan  və  4-cü  şöbənin  rəisi  kapitan 
Sinmanın imzaladıqlan qərarı hansı əsasla imzalayıb təsdiq edərdi. 
Həmin “zərurəti”n nəzərə alınması erməninin kiçiyinə də, böyüyünə 
də lazım idi. 
8 dekabr 1937-ci il dindirməsi də elə bu zərurətdən doğurdu: 
“Nəzərə alın ki, bizdə sizə qarşı irəli sürülən ittihamı sübut etmək 
üçün  kifayət  qədər  dəlillər  var  və  bu  dəlil-sübutlardan  ancaq  bir 
hissəsindən  istifadə  etmişik.  Biz  üzləşdiiTnələr  daxil  olmaqla  sizi 
ifşa  etmək  üçün  bütün  vasitələrdən  istifadə  edəcəyik  və  əgər 
əksinqilabi  fəaliyyətiniz  barədə  həqiqəti  deməsəniz  sizin  qeyri- 
səmimiliyiniz üzə çıxacaq. 
Və bu hədə-qorxuya qədər nələr baş verdiyini başa düşmək 
üçün  böyük  ağıl  sahibi  olmağa  ehtiyac  qalmadığını  göstərən  bir 
cavab.  Növbəti  daha  dəhşətli  fiziki  təzyiqlərə  açıq  işarə  edildiyini 
hiss  edən  Əhməd  bəy:  “Mən  əmin  oldum  ki,  istintaq  mənim 
əksinqilabi  fəaliyyətim  barədə  kifayət  qədər  məlumata  malikdir, 
qərara  gəldim  ki,  tam  tərksilah  olaraq  öz  əksinqilabi  fəaliyyətim 
barədə istintaqa hərtərəfli danışam”, deyir və sonrası artıq oxucuya 
keçmiş  ssenarilərdən  məlumdur.  İnsanlar  dəyişsə  də,  istintaq 
metodları, “etiraf’ qoparmaq üsulları təkrarlanırdı. 
“Yaxşı, indi cavab verməzdən əvvəl, deyin, nəyə görə 1930- 
cu ildə Az. DSİ tərəfindən həbs edilərkən əksinqilabi fəaliyyətinizi 
gizlətmişdiniz? 
Cavab: Etiraf edirəm ki, 1930-31-ci ildə DSİ tərəfindən həbs 
edilərkən mən əksinqilabi təşkilatın fəaliyyət göstərdiyini inkar 
215 


etmişdim. Mən də başqa iştirakçılar kimi ümid edirdim ki, beləliklə 
DSİ orqanlan tərəfindən ittiham olunmaqdan yaxa qurtara bilərəm. 
Sual: Yalnız bu səbəbə görəmi gizlətmişsiniz? 
Cavab:  Əlbəttə,  başqa  səbəblər  də  var  idi.  Biz,  əksinqilabi 
təşkilatın  üzvləri  bir  sıra  məsul  şəxslərin  köməyinə  ümid 
bəsləyirdik.  Zaqafqaziya  Xalq  Komissarları  Sovetinin  sədri 
Q.Musabəyov,  Azərbaycanın  keçmiş  Xalq  Komissarları  Sovetinin 
sədri  D.Bünyadzadə  kimi  şəxslərə.  Bizim  təşkilatın  üz\ni  Firuz 
Ordubadskinin Q.Musəbəyovla, Hacınskinin isə D.Bünyadzadə ilə 
yaxşı münasibətəlri var idi. 
Sual:  Q.Musabəyov,  D.Bünyadzadə  millətçi  əksinqilabi 
təşkilatın mövcudluğundan xəbərsiz idilər? 
Cavab: Mənə bu şəxsən məlum deyildi və bu barədə heç kim 
mənimlə söhbət etməmişdi. 
Sual:  İstintaqa  məlumdur  ki,  sizin  təşkilata  Q.Musabəyov, 
D.Bünyadzadənin  və  b.  rəhbərlik  etdikləri  yaxşı  təşkil  edilmiş 
paralel gizli mərkəz rəhbərlik edib. 
Cavab:  Paralel  gizli  mərkəzin  fəaliyyət  göstərdiyi  barədə 
mənə heç nə mə’lum olmayıb. 
Sual: Siz hansı şəraitdə və kim tərəfindən əksinqilabi təşkilata 
cəlb edilmisiniz? 
Cavab:  Mən  AMP-yə  keçmiş  Zaqafqaziya  Plan  komitəsi 
sədrinin müavini Məmmədhəsən Hacınski tərəfindən 1930-cu ildə, 
Tiflis şəhərində cəlb edilmişəm. Kasıb ailədən çıxdığım üçün mən 
universitet təhsili alana qədər fərdi dərs verməklə məşğul olmuşam. 
Fevral inqilabı başlanarkən Tiflisdə “Hümmət” sosialist təşkilatına 
keçdim.  Ancaq  orada  menşevik  gömşlərinin  üstünlük  təşkil 
etməsinə görə, bu mənim sorakı fəaliyyətimdə və həyatımda əsaslı 
rol oynadı. Mənim əsas işim 1930-cu ilə qədər inqilabın ilk illərdə 
keçmiş  millətçi  kadrların  mühüm 
yer  tutduğu  təhsil 
nazirliyində'oldu. Menşevik-millətçi bazam da öz rolunu oynadı və 
mən  millətçi  siyasətin  yeridilməsi  ilə  məşğul  oldum.  Qubaydulin, 
Çobanzadə, İsmayıl Hikmət, Cavad Axundzadə, Mədinə Qiyasbəyli 
kimi şəxslərin köməyi ilə mən gənc millətçi kadrlann hazırlanması 
ilə məşğul oldum. Dövlət nəşrkomun müdiri olarkən gəncləri milli 
ruhda tərbiyələndimıəyə xidmət edən 
216 


dərsliklərin  nəşrinə  geniş  imkan  yaratdım.  Onda  maarif 
komissarlığının  rəhbər  işçiləri  R.Axundov,  A.  Sultanova,  Hənəfi 
Zeynallı, Eminbəyli tərəfindən nəinki müqavimət görmədim, əksinə 
tam  müdafiə  edildim.  İşimlə  bağlı  Ordubadski,  Məlikaslanov, 
M.Hacınski  ilə  görüşdüm.  Partiya  və  hökumətin  kənddə 
kollektivləşdirmə  haqqında  qərarı  bizdə  daha  böyük  narazılıq 
doğurdu.  Bizim son fikrimiz bu idi ki,  bu siyasət  düzgün deyil və 
kənd təsərrüfatının dağılmasına gətirib çıxaracaq. 
Sual:  Əksinqilabi  təşkilat  qarşısına  hansı  vəzifələri 
qoymuşdu? 
Cavab:  Əksinqilabi  təşkilat  qarşısına  Azərbaycanı  Sovet 
İttifaqından ayırıb, Dağıstanla birləşdirərək milli-burjua respublikası 
yaratmaq vəzifəsi qoymuşdu. 
Sual:  Təşkilat  bu  məqsədə  hansı  yollarla  çatmağı  nəzərdə 
tutmuşdu? 
Cavab:  Təşkilat  Sovet  İttifaqına  qarşı  aşağıdakı  üsullarla 
mübarizə aparmaq fikrində idi: 1 .Kapitalist ölkələri SSRİ-yə qarşı 
müharibə  elan  edəndə  sovet  hökumətinə  qarşı  silahlı  üsyan  təşkil 
etmək.  2.Sənaye  və  kənd  təsərüfatında  təxribatlar,  ziyankarhqlar 
törətməklə. Sovet hökumətinə qarşı bu mübarizə metodları haqqında 
mənə birinci dəfə M.Hacınski bizim gizli əksinqilabi yığıncağımızda 
məlumat vermişdi. 
Sual:  Əksinqilabi  təşkilat  hansı  respublikaların  millətçi 
əksinqilabi təşkilatları ilə əlaqə saxlayırdı? 
Cavab: Tiflis şəhərində M.Hacmskinin yanında keçirilən gizli 
əksinqilabi  yığıncaqlardan  birində  o,  dedi  ki,  bizim  təşkilat  gərək 
Sovet  hakimiyyəti  əleyhinə  mübarizədə  qüvvələri  birləşdirmək 
məqsədilə  Gürcüstan  və  Eımənistandakı  millətçi  əksinqilabi 
təşkilatlarla  əlaqə  yaratsın.  Azərbaycanda  millətçi  əksinqilabi 
təşkilat Dağıstandakı təşkilatla da əlaqə yaratmışdı. 
Sual:  Əksinqilabi  millətçi  təşkilatın  Sizə  məTum  olan 
üzvlərini sayın. 
Cavab:  Məmməd  Həsən  Hacmski,  Firuz  Ordubadski,  mən, 
Xudadat  bəy  Məlikaslanov,  Rza  Şabanov,  Şamo  Naxçıvanski, 
Məhəmməd Xəlilov, Çingiz İldınm, Mahmudbəyov, Bilyarbəyov. 
217 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə