Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə66/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   62   63   64   65   66   67   68   69   ...   90

silmirdi.  Bir  gün  sonra  Azərbaycan  sülh  nümayəndə  heyətinin 
Avropaya səfərə yola düşdüyünü xəhər verən “Azərbaycan” qəzeti 
mərasimdə  M.Ə.Rəsulzadə  və  Ə.Pepinovun  çıxış  etdiklərini 
bildirmişdi. 
Yaddaşın  həmişəsolmaz  yarpaqlanndan  başqa  biri  haqqında 
da yenə həmin qəzet məlumat verəcək və bildirəcəkdi ki, “Gəncədə 
23  mart  1919-cu  ildə  qoşun  hissələrinin  paradı  keçirilmişdir. 
Paradda F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri, 
o cümlədən Sosialist fırqəsinin üzvü Ə.Pepinov, parlamentin hərbi 
məsələlər üzrə komissiyasının üzvü C.Hacınski iştirak etmişlər”. 
Bunlar  adi  hadisələr  deyildi.  Bunlar  gənc  dövlətin  müstəqil 
yaşamaq  haqqının  bütün  dünyaya  nümayiş  etdirilməsi,  xalqın 
iradəsinin  doğruldulması  yolunda  atılan  uğurlu  addımlar  idi  və 
həmin  günlər  Vətənin  say-seçmə  oğulları  ilə  çiyindaşhq  etmək 
qisməti onun - Əhməd bəy Pepinovun da taleyinə yazılmışdı. 
Qəfildən  rənglər  tündləşir,  yaddaşına  dərin  iz  salmış  qara 
günlər peyda olurdu. 
Ulyanovsk  şəhər  şöbəsinin  3-cü  bölməsinin  rəisi  leytenant 
Andronov, 1893-cü il təvəllüdlü, ali təhsilli, 1931-ci ildə əksinqilabi 
fəaliyyətə  görə  mühakimə  edilmiş,  Ulyanovsk  şəhərində  yaşayan, 
1933-cü ildən indiyədək şəhərdə SSRİ-nin daxili vəziyyəti ilə bağlı 
şayiələr  yaymaqla  hökumətə  qarşı  inamsızlıq  yaradan  Əhmədbəy 
Cəfər  oğlu  Peipnovun  (atasının  adı  səhv  göstərilib  -  L.Ş.)  58-ci 
maddənin  1-ci  hissəsi  ilə  məsuliyyətə  cəlb  edilərək  Ulyanovsk 
həbsxanasında  mühafizə  altında  saxlanılması  barədə  1937-ci  il 
sentyabr ayının 7-də qərar çıxarır. 
Elə  həmin  gün  Ulyanovsk  şöbəsinin  Kuybuşev  üzrə 
əməliyyat  müvəkkili  vəzifəsini  icra  edən  serjant  Xudyakov 
Ə.Pepinovun  həbs  edilməsi  ilə  əlaqədar  Bakıdan  göndərilən 
teleqrama  əsasən,  Ulyanovsk  şəhərində  Krasnoqvardeysk  küçəsi 
bina  24,  mən  1-də  yaşayan.  Sənaye  həmkarlar  ittifaqında  plan- 
iqtisadçı işləyən Pepinov Əhməd Ömər oğlunun həbs edilməsini və 
Bakıya  XDİK-in  sərancamına  göndərilməsi  barədə  şöbənin 
teleqramını  alır  və  buna  müvafiq  qərar  çıxarır.  İki  ay  sonra,  17 
noyabr 1937-ci ildə 2894 saylı order imzalanır. Ancaq Ə.Pepinovun 
212 


həbs edilməsi bu orderdən əwəl Ulyanovsk şö’bəsi tərəfindən 
273 saylı orderlə Xudyakova həvalə edilir. 
7 sentyabr 1937-ci ildə Xudyakov və Avdeyevin iştirakı ilə 
Ə.Pepinovun mənzilində axtarış aparılır və 8 ədəd müxtəlif 
yazışma, alman-rusca lüğət, Kazax-rus lüğəti, 12 ədəd müxtəlif 
fotoşəkil və bir ədəd kitab müsadirə edilir. 
Taleyin onunla oyun oynadığı belə qara günlərdən birində 
enkevede dindirmə protokolunda “Əhəlkələk qəzasında Bolojar 
kəndində anadan olub, kəndli ailəsindən, 1917-ci ildən 1920-ci 
ilə qədər “Hümmət” partiyasının üzvü, sonra bitərəf 1930-cu ildə 
Az.DSİ tərəfindən millətçi təşkilata məxsus olduğuna görə həbs 
edilib” kimi 
səciyyələndirilmiş 
Əhməd bəy 
s o r ğ u - s u a l a  
t u t u l m u ş d u .  
1937-ci ilin 19 
noyabrı idi. 
E r m ə n i  
m ü s t ə n t i q  
özündən razı 
şəkildə qalib 
t
o
n
l
a
 
h ü n d ü r d ə n :  
“ İ s t i n t a q  
müəyyən  edib  ki,  siz  uzun  illər  açıq  əksinqilabi  iş  aparmısınız  və 
Azərbaycanda  əksinqilabi  millətçi  təşkilatın  məsul  rəhbərlərindən 
biri olmusunuz”, deyirdi. 
Əhməd  bəy  isə  təmkinin  pozmadan:  “Mən  əksinqilabi 
təşkilatın üzvü olmamışam və heç bir əksinqilabi iş aparmamışam”, 
cavabını  verir,  ancaq  ürəyində  məqsədlərinə  çatmadıqlarına  görə 
acı-acı təəssüflənirdi. 
İndilik  4-cü  şöbənin  6-cı  bölməsinin  rəisi  baş  leytenant 
Qriqoryan da məqsədini çatmamışdı və dörd gün sonra o, dindinuəni 
yenidən davam etdirəcəkdi: 
 
 
213 


-  Siz  bu  gün  öz  əksinqilabi  fəaliyyətiniz  barədə  danışmaq 
fıkrindəsinizmi? 
Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam. 
Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi 
tanıyırsınız? 
Cavab: Heç kimi tanımıram. 
Sual:  Professor  Bəkir  Çobanzadə  sizə  əksinqilabçı  millətçi 
kimi tanışdırmı? 
Cavab: Professor Bəkir Çobanzadəni mən ancaq millətçi kimi 
tanıyıram. 
Sual: Daha kimi tanıyırsınız? 
Cavab: Professor Qubaydulin və Kazımovdan başqa daha heç 
kimi tanımıram. 
Sual:  Onlar  öz  əksinqilabi  millətçi  görüşləri  barədə  sizə 
danışırdılarmı? 
Cavab:  Professor  Çobanzadənin  millətçi  görüşləri  mənə 
onunla  şəxsi  söhbətlərdən  məlum  idi,  Qubaydulini  onun 
əsərlərindən, Kazımovun fəaliyyətini isə universitetdən bilirdim. 
Sual: Siz onların əksinqilabi görüşləri ilə şərik idinizmi? 
Cavab:  Mən  ayn-ayrı  məsələlərdə  onların  millətçi  görüşləri 
ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə 
şərik idim. 
Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin 
əleyhinə idi? 
Pepinov  şantaj  xarakterli  olan  bu  suala  cavab  verməkdən 
imtina edir.” 
Bütün  sorğu-sual  zamanı Qriqoryanın “əksinqilabi  millətçi” 
yarlığı  yapışdırdığı  fikirlərə  Əhməd  bəy  sadəcə  millətçi  deməklə 
qənaətlənirdi. Təsadüfi idimi? Əsla! Yüz illərdən bəri türkün nəfəs 
aldığı  milli  ideyalar  ermənilər  üçün  əksinqilabi,  antidünyəvi 
ideyalar  kimi  qiymətləndirilmişdi  və  bu  ennəninin  hansı  dövlətə 
qulluq  göstərməsindən,  hansı  rejimin  quluna  çevrilməsindən  asılı 
olmayaraq belə idi. Milli deyilən hər şey türkə yad olmalı idi, çünki 
milli ideyalarla yaşayan türk özünü tanıya, özünə dönə bilərdi. Onda 
türkün qarşısında heç bir qüvvə dayana bilməzdi. 
214 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə