Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   57   58   59   60   61   62   63   64   ...   90

şəxslər  -  Səfıkürdski  və  Hacmski  həmin  hökmə  əsasən  üç  il 
müddətinə  azadlıqdan  məhrum  ediliblər.  Hökmdə  deyilirdi: 
“Səfıkürdski,  Hacmski,  Qaraşarh  və  Feyzullayev,  birinci  üç  nəfər 
məsul  sovet  vəzifələri  tutmaqla.  Sovet  hökumətinin  etimadından 
istifadə  etməklə  eyni  zamanda  SİP-in  “Xalqçı”  partiyasının  üzvü 
olmuş və 1921-ci ilin avqust-sentyabr aylarında SİP-in Bakı təşkilatı 
ilə  sıx  əlaqə  saxlamışlar.  Bu  təşkilatla  əlaqəli  işləməklə  qarşılıqlı 
informasiya  əldə  etmək  üçün  birgə  yığıncıqlar  keçirmiş  və  Bakı 
təşkilatına, onun ayrı-ayrı üzvlərinə müxtəlif xidmətlər göstərmişlər. 
Hacmski  bundan  əlavə  Ştemdən  Bakı  təşkilatı  üçün  ədəbiyyat, 
məktub, pul çatdırmışdır. Qaraşarh Osintsev və Fonşteynin Az.FK 
tərəfindən  izləndiyini  bilə-bələ  vəzifəsindən  istifadə  edərək  onları 
öz yanında işə götürmüş, onlara uydurma adlarla sənəd düzəltmiş, 
ezamiyyətlərə  göndərmiş,  həbsdən  yayınmaları  üçün  şərait 
yaratmışdır.  Feyzullayev  müsəlman  “Xalqçı”  partiyası  ilə  SİP 
arasında vasitəçilik etmişdir.” 
Sol partiyalar üzrə Az.FK-nm müvəkkili Bakı eserlərinin işı 
haqqında  istintaqa  aydınlaşdırıcı  qeydiyyatında  Səfıkürdski  və 
Hacmskinin müsəlman eserlər qrupuna aid olduqlarını və bu qrupun 
SİP-in Bakı təşkilatı ilə qarşılıqlı əlaqə yaratdığını bildirmişdir. 
C.Hacmskinin  arxiv-istintaq  işində  birinci  dəfə  həbs 
olunduğu  dövrlə  əlaqədar  maraq  doğuran  sənədlər  arasında  biri 
diqqətimi  xüsusilə  cəlb  etdi.  Sosialist  inqilabçılar  partiyası 
Zaqafqaziya  təşkilatının  işi  üzrə  məhkum  edilmiş  və  Butırsk 
həbsxanasında  saxlanılan  12  nəfər  məhbus  tərəfindən  yazılmış 
həmin  Ərizə  bu  şəxslərin  ən  ağır  şəraitdə  belə  öz  hüquqlarını 
müdafiə  etməkdən  çəkinmədiklərini  göstərməklə  yanaşı  sovet 
rejiminin demokratik düşüncə tərzinə malik insanlara qarşı hər cür 
təzyiq  üsullarına  əl  atdığını  üzə  çıxarmaq  baxımından  da 
əhəmiyyətlidir: “10 dekabr 1922-ci ildə biz Azərbaycan Ali İnqilabi 
Tribunalı  tərəfindən  müxtəlif  müddətlərə  sərt  təcridetmə  tətbiq 
olunmadan azadlıqdan məhrum edilmişik. 11 aprel 1923- cü ildə biz 
doğma  şəhərdə  verilmiş  müddəti  başa  çatdırıb  ailələrimizdən 
ayırılıb  Moskvaya  Butırsk  həbsxanasına  göndərildik.  Burada 
həbsxananın müdriyyəti mövcud rejimin 
196 


onsuz da sərt olmasına baxmayaraq, bizə münasibətdə göstərilən sərt 
mövqeni  gündən-günə  daha  da  sərtləşdirməkdədir  və  bunu  guya 
həbsxananın  istintaq  üçün  nəzərdə  tutulduğu  ilə  izah  edir.  Bizə 
bayırdan heç bir barat çatdırılmır. Bizə iki həftədir ki, verilməli olan 
ərzaqlar  belə  çatdınimır,  halbuki  müəyyən  olunmuş  qaydaya  görə 
hər beş gündən bir ərzaq verilməlidir, həm də həmin ərzaqların öz 
vəsaitimizlə  alınması  üçün  şərait  yaradılmır.  Yalnız  həkimin 
xəstələrin  vəziyyəti  ilə  bağlı  yoxlamasından  sonra,  özü  də  təkcə 
xəstələrə  şəxsi  vəsaitləri  ilə  ağ  çörək  almağa  icazə  verildi.  Bizə 
az-çox 
yararlı  yemək  verilməli  olduğu  halda,  çoxsaylı 
bəyanatlarımıza  baxmayaraq  bu  sahədə  heç  bir  dəyişiklik  baş 
verməyib. 22 gündür ki, heç bir yağlı yemək almınq, halbuki bizim 
üçün  mətbəxdən  yağ  ayrılır.  Sizdən  aşağıdakı  məsələlərin  yerinə 
yetirilməsini xahiş edirik: l.Uzun müddətə məhkum edilmiş şəxslər 
kimi bizi hər birimizin məşğul olmasının mümkün olduğu və quru 
kameralarda  yerləşdirsinlər,  indi  hamımız  nəm  kamerada 
saxlanılırıq.  2.Biz  burada  saxlanılan  sosialist  yoldaşlarımızla 
birləşdirilməyi tələb edirik. 3.Gəzinti müddəti uzadılmalıdır, indiki 
1  saat  kifayət  deyil.  4.Ərzaq  təminatının  yaxşılaşdırılmasını  tələb 
edirik.  5.Həbsxana  müdriyyətinin  bizimlə  nəzakətlə  davranmasını 
tələb edirik. 6.Tamamilə yolverilməz və qəzəbləndiricidir ki, zəruri 
ehtiyacların  ödənməsi  üçün  çıxmağa  da  icazə  vermirlər.  7.Bizə 
həqiqi  tibbi  xidmət  göstərilməsini  tələb  edirik.  8.Məktub,  baratın 
ayda  bir  dəfə  göndərilməsi  bizi  qane  etmir,  büna  görə  də  onların 
sayının artırılması arzu olunur. Bütün bu tələblərin yerinə yetirilməsi 
ona görə vacibdir ki, iki il ərzində bu həbsxanada sağlamlığını xeyli 
dərəcədə  itirmiş  bizlər  əlil  olmayaq.  Bizim  11  may  1923-cü  il 
bəyanatımıza  cavab  olaraq  bizə  baş  çəkəcəyinizə,  qeyri-müəyyən 
vəziyyətimizi aydınlaşdıracağınıza vəd vermişdiniz, ancaq vədinizi 
yerinə yetirmədiniz. Mayın 15-nə qədər də gəlmədiniz. Buna görə də 
bu  gün  səhərdən  (15  may)  biz  tələblərimizin  yerinə  yetilmədiyi 
vaxta qədər aclıq elan edirik. 12-ci dəhliz, otaq 52.” 
Bu şəxslərin arasında Hacmski və Səfıkürdski də vardı. 
Məhbusların bu hərəkətindən guya ehtiyat edən komendant müvafiq 
tədbirlər görməsə də, lazımi yerləri xəbərdar edir: 
197 


“MQPO-ya, surəti DSİ məxfi şöbəyə yol.Andreyevaya: “Bu il aprel 
ayında Bakı islah əmək evindən DSİ-nin sərancamma göndərilmiş 
19 nəfər siyasi məhbusdan 12 nəfəri bu ilin 16 mayından aehq elan 
etmişdir. Aclığın səbəbi 8 müxtəlif tələbdir. Butırsk həbsxanasının 
komendantı, 16 may 1923-cü ü”. 
Bu hadisədən bir qədər sonra eser məhbuslann saxlandıqlan 
yer dəyişdirilir və onlar həbs müddətinin qalan hissəsini Çelyabinsk 
quberniyasında keçirməli olurlar. Ancaq DSİ Xüsusi Şöbəsinə tam 
məxfi  qrifı  ilə  göndərilmiş  bir  sənəddən  aydın  olur  ki,  bu  barədə 
Zaqafqaziya  FK  həmin  vaxt  məlumatlandınimayıb.  Əks  halda 
altında  Zaq.FK  sədrinin  müavini  Kvantaliani,  SOÇ  rəisi  Beriya, 
SEKO  rəisi  Valikin  imzaları  dayanan  28  fevral  1925-ci  il  tarixli 
sənədi  necə  izah  etmək  olar:  “Zaq.FK  xahiş  edir,  1922-ci  ildə 
mühakimə edilmiş türk eserləri Hacmski və Səfıkürdskinin harada 
yerləşdikləri barədə məlumat verəsiniz”. 
Eserlərin həbsdən buraxıldıqdan sonra da hakimiyyət uğrunda 
mübarizə  aparmaq  yolundan  dönməyəcəklərini  güman  edən  və 
onlann gələcək fəaliyyətlərinin qarşısına hər vasitə ilə sədd çəkməyi 
planlaşdıran orqanlar əl-ayağa düşürlər. Onlar arasında Hacmski və 
Səfikürdskinin 
Azərbaycana 
qayıtması 
təhlükə 
yaratmaq 
baxımından xüsusi narahatlıq doğururdu. 
Moskva  DSİ-nin  Xüsusi  Şöbəsinə  tam  məxfi  qrifı  ilə 
29.01.24-cü  il  tarixdə  göndərilmiş  240782  saylı  sorğuya  cavab  da 
bunu  sübuta  yetirir:  “Bildiririk  ki,  Anoşin,  Hacmski,  Osintsev, 
Sorokin,  Sizov,  Səfikürdski,  Tarxanov,  Fionkin,  Fonşteyn, 
Feyzullayev, Çvanov və Ştem əvvəllər SİP-in  Bakı  təşkilatının  ən 
fəal üzvləri olublar. Azərbaycan Respublikasına qayıtdıqdan sonra 
heç  bir  təminat  vermək  olmaz  ki,  onlar  yeni  bir  eser  qrupu 
yaratmayacaqlar.  Az.FK  bu  fikirdədir  ki,  yuxarıda  göstərilən 
şəxslərin  həbs  müddəti  başa  çatdıqdan  sonra  onların  Azərbaycan 
Respublikasına  gəlmələrinə  imkan  verilməsin.  Az.FK  sədrinin 
müavini Qaber-Kom, SOÇ rəisi Nikolayev, SEKO rəisi Quliyev. 24 
02.24-cü il”. 
DSİ Çelyabinsk quberniyası şöbəsinin rəisi Korostin 13 mart 
1925-ci ildə Moskva DSİ-yə, Andreyevaya göndərdiyi məlumatdan 
aydın olur ki, “Çelyabinsk təcridxanasmda saxlanılan 
198 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə