“Doktor”a məktub və içində pul olan məktub verdi. Həbs ediləndən
sonra bildim ki, Olqa Stepanovna elə Samorodovadır.
Sual: Sizə eserlərin həbs ediləcəyi məlum idimi və bunu
haradan bilirdiniz?
Cavab: Mən Feyzullayevə dedim ki, Krestovskiyə görüşdən
imtina etdiyimi və eserləri həbs edilə biləcəklərini çatdırsın ki, qoy
onlar ehtiyatlı olsunlar.”
Növbəti dindirməni isə Az.SSR FK-nın müvəkkilləri
Doxnoviç və Sosnin aparırlar. C.Hacmski 1917-ci il fevral burjua
inqilabından sonrakı fəaliyyəti barədə belə deyir: “Fevral inqilabının
əvvəlində, təqribən 1917-ci ilin mayında, yaxud iyununda o zaman
Tiflisdə olan və müvəqqəti hökumətin Xüsusi Zaqafqaziya
komitəsində və fəhlə kəndli deputatların diyar mərkəzində işləyən
bir qrup şəxs Müəssislər məclisinə öz siyahımızı təqdim etmək
məqsədilə qeyri-partiya sosialist qmpu yaratmaq fikrinə düşdük. Bu
qrup “müsəlman sosilist bloku” adı altında yaradıldı və seçkidə
müstəqil siyahı ilə iştirak etdi və Müəssislər məclisinə iki deputat
keçirdi. Bu qrupun tərkibinə Ə.Pepinov, İbrahim Heydərov, Aslan
Səfıkürdski, Rza Qaraşarh, A.Qantəmirov, Məmməd Məhərrəmov,
Bağır Rzayev və bir neçə nəfər daxil idi. Zaqafqaziya Seymi təşkil
ediləndə bizim qrupdan 7 nəfər Seymin tərkibinə daxil olub,
“Müsəlman sosialist bloku” adı altında fraksiya yaratdılar. Seymin
buraxıldığı 26 may 1918-ci ilə qədər bu blok fəaliyyət göstərdi.
Bundan sonra qrup fəaliyyətini dayandırdı və onun üzvləri Tiflisdə
qaldılar. 1918-ci ilin dekabnnda Azərbaycan Parlamentini çağırmaq
qərara alındı və keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman
üzvləri Bakıya dəvət edildi. Bakıya gəlib Azərbaycan Parlamentinin
tərkibinə daxil olan Seymin keçmiş iki bloku - “Müsəlman sosialist
bloku” və “Hümmət” “Sosialist firqəsi” adı altında birləşdilər və
parlamentin buraxılmasına qədər bir yerdə işlədilər. Firqənin
tərkibinə Ağamalıoğlu, Ə.Pepinov, B.Rzayev, C.Hacmski,
Ə.Qarayev,
İ.Abdinov,
A.Səfikürdski,
İ.İsmayılzadə,
K.Camalbəyov, R.Qaraşarh və b. daxil idilər. Təqribən 1919-cu ilin
payızında sosial-demokrat platformasında dayanan fırqə üzvləri
“Azərbaycan SDFP”ni yaratdılar. Bu partiyaya mən, A.Səfıkürd-
190
ski, R.Qaraşarlı və İ.İsmayılzadə daxil olmadıq. Bizim başlıca fikir
ayrılığımız məhz həmin vaxt müzakirə olunması gözlənilən aqrar
məsələyə görə idi. Azərbaycan Müəssislər Məclisinə seçkilər
yaxınlaşırdı. Seçkilər zamanı işsiz qalmamaq üçün 4 nəfərdən ibarət
həmin qrup 1919-cu ilin noyabr, yaxud dekabrında Azərbaycan Sİ
(“Xalqçı”) partiyasını yaratdılar. Pul vəsaiti və işçilər olmadığı üçün
biz partiyanın işini genişləndirə bilmədik. Sovet hakimiyyəti
qumlduqdan sonra qrup üzvlərindən əksərİ3^əti Kommunst
partiyasına keçdilər və beləliklə partiya öz fəaliyyətini dayandırdı.
Təqribən 1921-ci ilin sentyabr ayında mən təsadüfən komissarlıqda
keçmiş yoldaşım İ.Ter-Oqanovla rastlaşdım. Müəssislər Məelisinin
Paris müşavirəsinin iştirakçılarının təsiri altında, eserləri 5 illik
inqilab dövründə Rusiya ərazisindəki xalqların tələblərini başa
düşməməkdə qınayaraq o dedi ki, müşavirədə söylənən fikirlər
partiyanın deyil, ayrı-ayrı şəxslərin fikridir və tələsdiyi üçün bu
barədə mənə gələn dəfə bildirəcəyini söylədi. Bu danışıqda iştirak
edən Səfıkürdski də onu dinləmək istədiyini bildirdi. Axşam
Ter-Oqanov heç birimizin tanımadığı bir şəxslə Səfıkürdskinin
mənzilinə gəldi və çay içib tezliklə getdilər. O, SİP daxilində
müxtəlif təmayüllər yarandığı barədə danışdı və bildirdi ki, partiya
Paris müşavirəsinin fikri ilə razı deyil. Bundan xeyli keçmiş
Səfıkürdski məni evinə dəvət etdi. Onun mənzilinə gələndə mən orda
Feyzullayevi, Krestovskini və daha iki nəfəri (sonralar bildim ki,
Osintsev və Sizovdur) gördüm. Məndən qabaq nə danışdıqlarını
bilmirəm, mənim yanımda Osintsev SİP-də təmayüllər. Kommunist
partiyasının gözlənilən qurultayqabağı partiyanın fəaliyyətinin
leqallaşması barədə danışıb, hazırkı vəziyyətdə işləməyin mümkün
olmadığından şikayətləndi və əhalinin sovet hakimiyyətinə
münasibəti barədə soruşdu. Sonra Krestovski ilə görüşdə o, mənə
“İnqilabi Rusiya” jurnalının iki sayını verdi. Həmin şəxsləri bir də
təqribən 1922-ci ilin yanvar ayında Rza Qaraşarhnm yaşadığı evin
yanında gördüm. Sonra dəfələr vaxtımın olmadığını deyərək mən
onlarla görüşdən imtina etdim.”
Belə dindirmələrdə istintaqa lazım olan ifadələri ala bilməyən
müstəntiqlər SİP üzvlərini bir-biri ilə üzləşdirir, müxtəlif
191
üsullara əl atırlar. Eyni məqsədlə 24 aprel 1922-ci ildə Pletnev, 28
may 1922-ci ildə isə Feyzullayev dindirilir və onların hər ikisinə SİP
üzvlərinin,
o
cümlədən
Hacmskinin
günahlarının
“müəyyənləşdirilməsi” barədə suallar verilir.
Pletnev: Siz Müsəlman sosialistlərindən kimləri tanıyırsınız
sualına, “Səfıkürdski, Hacınski və Şabanovu həbsxanada tanıdım”,
deyə cavab verir.
Feyzullayevlə isə aşağıdakı sorğu-sual aparılır: “Siz
Krsetovskidən hansı işlə əlaqədar Placınskinin yanına getməyi xahiş
etmişdiniz?
Cavab: Krsetovski mənim yanıma gəlib xahiş etdi ki,
Hacmskiyə çatdırım ki, Osintsev xəstədir, qoy o, Osintsevin ailəsinə
köməklik göstərsin.
Sual: Siz Hacmskidən hansısa eser, yaxud menşevik
ədəbiyyatı almısınızmı?
Cavab: Hacınski bir dəfə mənə “Sosialist xebərləri”nin
əlavəsi olan “Vyanada sosialist Konqresi”ni verdi. Mən onu xalq
komissarı Belousova verdim.”
Bu qəbildən növbəti cəhd 31 may 1922-ci ildə Hacmskinin
Qaraşarh ilə üzləşdirilməsi olur: “Sual: Qaraşarlimn mənzilində
sizin, Səfıkürdskinin və Feyzullayevin iştirakı ilə SİP Bakı təşkilatı
ilə bağlı söhbət olubmu və Siz hamınız onun işi ilə tanış olmağa
həvəs göstərmisinizmi?
Cavab: Qaraşarlimn mənzilində yuxarıda göstərilənlərin
hamının iştirakı ilə Feyzullayevə bildirilib ki, Krestovski bizim
birimizlə görüşmək istəyir. Görüşün məqsədi barədə heç nə
deyilmədi. Məndən Krsetovski ilə danışmağı xahiş etdilər.
Sual: Siz olduğunuz vaxt Qaraşarh hansı vəzijryətdə idi?
Cavab: O, xəstə idi, yerdə yatırdı, bizimlə danışmadı.
Sual: (Qaraşarhya) Sizin mənzilinizdə belə söhbət olubmu?
Cavab: Mən nəinki bu söhbəti xatırlamıram, hətta onların
gəlişini güclə yadıma salıram, çünki mən o zaman ağ ciyər
xəstəliyinin ağır formasını keçirirdim, təəssüf ki, həmin söhbəti
eşitməmişəm, əgər mənim yanımda belə söhbət edilsəydi, mənim
üçün çox maraqsız olardı.”
192
Dostları ilə paylaş: |