Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   52   53   54   55   56   57   58   59   ...   90

Azərbaycan  hökuməti  tərəfindən  yüksək  qiymətləndirilmişdir 
(ARDA, f.894, s.l,iş 50). 
1918-ci il oktyabr ayının 6-da hökumətdə bəzi dəyişikliklərlə 
əlaqədar  B.  Cavanşir  bir  müddət  eyni  zamanda  ticarət  və  sənaye 
naziri  funksiyalarım  da  yerinə  yetirmişdir.  O,  yerli  sənayenin 
inkişafına,  Azərbaycanın  xarici  ölkələrlə  ticarət  əlaqələrinin 
qurulmasına  ciddi  səy  göstənnişdir.  1919-cu  ildə  xarici  ölkələrlə 
ticarət  əlaqələrinin  yaradılması  məqsədilə  Behbudağa  Cəvanşirin 
yaxından iştirakı ilə Bakıda “Dəyanət” şirkəti yaradılmışdır. 1918- 
1920-ci illərdə Bakıda təntənəli “Azərbaycan gecələri” konsertinin 
və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır. 
28  noyabr  1918-ci  ildə  Azərbaycan  Respublikası  və  Şimali 
Qafqazın  Dağlı  Xalqlar  İttifaqı  Respublikası  arasında  müqavilə 
bağlanır. Həmin müqaviləni Azərbaycan hökuməti aldından ticarət 
və sənaye naziri B.Cavanşir və maliyyə naziri M.H.Hacınski, qarşı 
tərəfdən  isə  Bahadur  bəy  Molaçaxi  və  İbrahim  bəy  Heydərov 
imzalayırlar.  Müqavilədə:  “1.  Qafqazın  Dağlı  Xalqlar  İttifaqı 
Respublikası  Azərbaycan  Respublikasından  noyabr  ayının  1-dən 
hesablanmaqla  iki  illiyə  qaytarmaqla  faizsiz  10  milyon  rubl 
götüri’məsi nəzərdə tutulur, bu iki dövlət arasında iqtisadi əlaqələrin 
möhkəmləndirilməsi  üçün  gələcəkdə  də  zəruri  tədbirlərin 
görüləcəyinə  dolayısı  ilə  işarə  edilirdi  (ARDA,  f  894,  s.lO.  iş  40, 
vA-2).
 
B.Cavanşirin ticarət və sənaye naziri kimi imzaladığı digər bir 
müqavilə  Azərbaycan  və  Gürcüstan  arasında  1918-ci  ilin  dekabr 
ayının  26-da  bağlanmışdır.  Azərbaycan  hökuməti  adından 
B.Cavanşir,  Gürcüstan  hökuməti  adından  Azərbaycan  hökuməti 
yanında diplomatik nümayəndə Nikolay İotamoviç Karçivadzenin 
üçün  möhkəm  zəmin  yaradılmasında  vacib  sayılan  bir  məsələyə  - 
istehlak  baxımından  ciddi  ehtiyac  duyulan  malların  rüsumsuz 
daşınması məsələsinə toxunulmuşdu. Müqavilənin şərtlərinə uyğun 
olaraq; 1 .Azərbaycandan Gürcüstana və əksinə yüklərin dəmiryolu 
ilə  rüsumsuz  daşınmasına;  2.Azərbaycan  hökuməti  neft  və  neft 
məhsullarının,  qarşı  tərəf  isə  daş  kömür  və  meşə  materiallarının 
daşınmasına icazə verirdilər. 19 maddədən ibarət 
180 


olan  bu  müqavilənin  bağlanması  müəyyən  dövrdə  əhalinin  zəruri 
mallarla təminatında yaranmış probelmələrin aradan qaldınimasına 
imkan  verməklə  hər  iki  respublikada  ölkədaxili  gərginliyin 
azalmasına  səbəb  olmuşdu.  Yeri  gəlmişkən,  bu  müqaviləyə  görə, 
Gürcüstan  tərəfi  yalnız  çörəyin,  qəndin  və  dərinin  rüsumsuz 
keçirilməsinə  icazə  verməmişdi,  digər  mal  və  materiallar  isə 
Azərbaycana heç bir rüsum ödənilmədən keçirilə bilərdi. 
B.Cavanşirin sənaye məsələləri ilə bağlılığına gəlincə isə, hər 
şeydən əvvəl onun yüksək sənaye mütəxəssisi olmasını, bu sahədə 
uzun  müddət  işləməsi  nəzərə  alınmışdı.  Ancaq  bu  təyinatı 
şərtləndirən bir sıra digər amillər də vardı. Hələ çarizm dövıündən 
böyük neft aksiyalarına malik şəxs kimi neft sənayeçiləri arasında 
yaxşı  tanınan  B.Cəvanşir  dəfələrlə  neft  sənayeçiləri  qurultayının 
İcraiyyə  Komitəsinin  sədri  seçilmişdi.  O  zaman  neft  mədənlərini 
müdafiə  edən  Bakı  Qradonaçalnikliyinin  polis  işçilərinin  və  şəhər 
polisinin bir sıra digər sahələrdə çalışan əməkdaşlarının əmək haqqı 
neft sahibkarlarının öz gəlirlərindən ayırdıqları 3 faiz gəlir hesabına 
ödənilirdi. Bu isə neft sahibkarları və bu sahədə nüflız sahibi olan 
şəxslərin həm də polis işindən müəyyən qədər xəbardar olmalarına 
şərait  yaradır  və  onları  bu  dairədə  az  da  olsa  tanıdırdı.  Təsadüfi 
deyildi, 1920-ci il 27 aprel işğalından sonra milli hökumətdə yüksək 
post  tutmuş  Behbudağa  Cavanşir  kimi  mütəxəssislərə  qəti  etibar 
etməyən bolşeviklər ilk dövrlər bu cür yüksək ixtisaslı və təcrübəli 
kadrlardan  istifadə  etməklə  yeni  hakimiyyətin  iqtisadi  dayaqlarını 
möhkəmləndirməyə  çalışırdılar.  B.Cavanşirin  1920-ci  ilin 
aprelindən  sonrakı  dövr  ərzində  neft  sənayesi  sahəsində  işləməsi 
həm də bununla izah edilə bilər. 
B.Cavanşir  sənaye  məsələlərindən  hərtərəfli  baş  çıxardığım 
sübuta yetirən başqa bir fakt. O, Parlamentin 27 noyabr 1919-cu il 
tarixli  iclasında  çıxış  edərək  hökumətin  maliyyə  və  sənaye 
fəaliyyətini tənqid edib, N. Yusifbəyli hökumətinin 8-10 ay ərzində 
özünü  heç  nədə  göstərə  bilmədiyini,  qaçaqmalçılara  qarşı  iqtisadi 
vasitələrlə 
mübarizə 
aparılmadığını, 
şəhərdə 
vəziyyətin 
yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməməsini qeyd edirdi. Ona 
görə,  qaçaqmalçılığın  yayılmasına  şərait  yaradan  səbəblərdən  biri 
ölkədə mövcud olan iqtisadi qadağanlar sistemidir. Bu sistemin 
181 


ucbatından istehsalçılar istehsal etdikləri  mallan  əhaliyə çatdınnaq 
əvəzinə anbarlarda yatızdırır və beləliklə zay olmuş xeyli məhsullan 
atmalı olurlar. Bundan isə hər iki tərəf ziyan görürdü. 
1918-ci ilin dekabrında F.Xoyskinin kabinəsi istefaya çıxdığı 
üçün Behbudağa Cavanşir tutduğu hökumət vəzifələrini tərk etmiş, 
həmin  dövrdən  sonra  Azərbaycan  Parlamentində  fəaliyyət 
göstərməklə yanaşı, həm də “Dəyanət” fərdi xarici ticarət birliyinin 
təsisi və onun işinin təşkili ilə bağlı məsələlərlə məşğul olmuşdur. 
Ancaq  hansı  sahədə  çalışmasından,  hansı  problemlərin  həllinə 
girişməsindən  asılı  olmayaraq,  o,  gəncliyindən  seçdiyi  yolla  - 
Vətənə, millətə təmənnasız xidmət yolu ilə gedirdi və nə qədər sağ 
idi heç bir qüvvə onu bu amalından döndərə bilməzdi. 
Behbudağa  Cavanşir  haqqında  bir-iki  məqalə  və  ayrı-ayn 
kitablara  salınmış  müəyyən  tərcümeyi-hal  xarakterli  qeyd  istisna 
olunmaqla,  başqa  heç  nə  yazılmayıb.  Belə  mənbələrdən  birində, 
“Azərbaycan  Cümhurİ3^əti  sənədlər  və  materiallar  1918-1920-  ci 
illər”  məcmuəsində  Behbudağa  haqqında  aşağıdakı  məlumatlar 
verilmişdir: “Behbud xan Azad oğlu Cəvanşir (1886-1921) - AR-in 
dövlət  və  siyasi  xadimi.  Almaniyada  və  İngəltərədə  oxumuşdur. 
1912-ci ildə Freyberqdə (Almaniya) Dağ Akademiyasını bitirmişdir. 
Neftayırma müəssisələrində baş mühəndis işləmişdir, “Rus texniki 
cəmiyyəti”nin  üzvü  olmuşdur.  Elmi  məqalələrin  müəllifidir. 
Maarifçilik  fəaliyyəti  ilə  məşğul  olmuş,  “Müsəlman  xeyriyyə 
cəmiyyəti”nin  rəhbərliyinə  seçilmişdir.  Fevral  inqilabından  sonra 
(1917)  Bakı  müsəlman  cəmiyyətləri  təşkilatları  komitəsinin  üzvü 
olmuşdur.  Bakıda  mart  (1918)  hadisələri  zamanı  razılaşdırıcı 
komissiyanın  heyətinə  daxil  edilmişdir.  1918-ci  ilin  iyun-dekabr 
aylarında ADR-in daxili işlər naziri, (1918-ci ilin oktyabnndan isə) 
eyni  vaxtda  ticarət  və  sənaye  naziri  olmuşdur.  Azərbaycan 
Parlamentinin  üzvü.  1919-cu  ildə  “Dəyanət”  fərdi  xarici  ticarət 
birliyinin  təsisçilərindən  biri.  1920-  ci  ilin  aprelindən  sonra  neft 
müəssisələrində çalışıb. N.Nərimanov tərəfindən avadanlıq alınması 
üçün  xaricə  göndərilib  və  İstanbulda  “Daşnakstyun”un  üzvü 
tərəfindən öldürülüb. 
Azərbaycan  hökumətinin  bir  sıra  digər  görkəmli 
nümayəndələri kimi Behbudağa Cavanşirin həyatının və həqiqətən 
də 
18
:
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə