Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   48   49   50   51   52   53   54   55   ...   90

mühəndis Vinoqradovla tanış oldum. O biləndə ki, mənim mənzilim 
yoxdur, onunla və Lizqarla bərabər qalmağı təklif etdi. Mən onların 
yaşadığı Telefon küçəsindəki Musa Nağıyevin evinə köçüb onlarla 
çox tez yaxınlaşdım. Lizqar dəfələrlə mənə AR hökumətində nazir 
işləmək arzusunu bildirmişdi. Onun arvadı Tamara Aleksandrovna 
məni də özününkü sayaraq, deyirdi ki, Lizqara qardaşı Stepan Rılski 
də  bu  işdə  köməklik  göstərir,  çünki  onun  bu  vəzifəyə  gəlməsi 
firmanın işlərində gərək ola bilər. O, yeni adam kimi mənə izah etdi 
ki,  onlar  müharibəyə  qədər  çox  varlı  yaşayırmışlar  və  Vorontsov 
küçəsində  şəxsi  evləri  varmış.  Hökumət  formalaşdırılanda  Lizqar 
ərzaq  naziri  oldu.  Vəzifəyə  gələn  kimi  öz  yaxınlarını  ən  mühüm 
ştatlara  təyin  etdi.  O,  Rılskilərin  firmasında  müdir  işləyən 
Suxarjevskini  hüquq  məsləhətçisi  təyin  etdi.  Mən  bu  barədə 
Klenevski  ilə  fikir  mübadiləsi  apararkən  o,  “görək  axırı  nə  ilə 
qurtanr”  dedi.  Lizqar  Rılskilərlə  buğda  gətirilməsi  ilə  bağlı 
sövdələşməyə girmişdi, arvadı deyirdi ki, əgər bu iş baş tutsa, o, öz 
payını alacaq. Bir dəfə mənim yanımda Lizqar Stepan Rılskiyə bir 
neçə  sistem  kerosini  Tiflisə  aparmasını  necə  təşkil  etdiyi  barədə 
Vinoqradova danışmışdı. Tezliklə onun buğda gətirilməsi ilə bağlı 
hökumətin  xeyrinə  olmayan  10  milyon  rubldan  yuxan  miqdarda 
formal bankla sövdələşməyə girdiyi məlum oldu.” 
“Slavyan-rus  cəmiyyəti”nin  sədri  K.Lizqar  21  iyul  1919-cu 
ildə  AR  parlamentinin  mandat  komissiyasına  müraciətlə  hansısa 
(çox  güman  ki,  bu  araşdırma  ilə  əlaqədar)  məsələ  barəsində 
müzakirənin  onun  müvafiq  sənədləri  göndərməsinə  qədər 
yubadılmasını xahiş edir. 
Ancaq bütün bu təhqiqatların nə ilə nəticələndiyi barəsində nə 
istintaq işində, nə də arxiv materiallan arasında ikinci bir sənədə rast 
gəlmədik.  Göıiinür,  K.Lizqarm  sədri  olduğu  cəmiyyətin  nüfuzu, 
ölkə  daxilində  və  xaricində  yaranmış  vəziyyət,  həmçinin  digər 
amillər nəzərə alınmaqla bu araşdırmalar dayandırılmış, ona heç bir 
cəza verilməmişdir. 
Azərbaycanın  4-cü  hökumət  kabinəsi  təşkil  edilərkən 
Cəmiyyətin parlament fırqəsi K.Lizqarm eyni posta namizədliyini 
167 


yenidən  irəli  sünnək  qərarında  olmuş  və  bu  barədə  ona  aşağıdakı 
məktubu göndərmişdir: 
“Əziz  Konstantin  Nikolayeviç,  “Slavyan-rus  cəmiyyəti”nin 
Azərbaycan şöbəsinin parlament fırqəsi Sizdən fırqənin səhər (ikinci 
gün 25 mart) keçiriləcək iclasında iştirak etməyi xahiş edir. Günorta 
saat 1-də fırqənin tapşırığı ilə (Parlamentdə) Sizin Ərzaq naziri kimi 
namizədliyinizin irəli sürülməsi ilə hağh məlumat xarakterli məruzə 
olacaqdır. Hörmətlə Vinoqradov. 24 mart 1919- cu il.” 
K.Lizqarın Bakıda Müttəfiq qoşunlann komandanı Şatevorta 
yazdığı  məktubdan  aydın  olur  ki,  yeni  hökumətin  təşkili  həvalə 
olunmuş  N.  Yusifbəyli  bu  təklifi  qəbul  etməmişdir:  “Bu  ilin  21 
aprelində Sizin dəvətinizlə “Slavyan-rus cəmiyyəti”nin Parlamentdə 
elan olunmuş bəyanatı ilə bağlı danışıqlar aparmaq üçün yanınızda 
olmuşduq.  Danışıqlar  vaxtı  Siz  qeyd  etdiniz  ki,  Hökumətin  Sədri 
Sizə  bizim  cəmiyyətlə  birgə  işləmək  istəmədiklərini  bildirib. 
Bununla əlaqədar cəmiyyətin Şurası özünün aşağıdakı qərarı barədə 
Sizə  məlumat  vermək  istəyir:  Parlamenti  müsəlman  çoxluğundan 
ibarət  yaratmaq  istədiklərinə  görə,  ermənilərə  21,  ruslara  10, 
“Slavyan-rus cəmiyyəti”nə cəmi 5 yer təklif olunmuşdur.” 
Görünür  bu  amilləri  nəzərə  alan  Cəmiyyət  sədrinin  özü  də, 
onun  nazir  vəzifəsinə  namizədliyinin  irəli  sürülməsi  təklifinin 
müzakirəyə  çıxarılmasını  məsləhət  bilməmiş,  yaxud  təklif 
keçməmişdir.  N.Yusifbəyli  tərəfindən  formalaşdırılan  yeni 
hökumətdə  nazir  portfeli  almayan  K.Lizqar  bir  müddət,  təqribən 
may-iyul  aylarında  Azərbaycandan  kənarda  yaşamış  və  bu  vaxt 
ərzində respublikala baş verən proseslər barəsində cəmiyyətin Şura 
üzvləri vasitəsilə məlumat almışdır. 
Parlament və Cəmiyyətin üzvü M.Vinoqradova:  “Bu il iyun 
ayının  5-də  parlament  iclasında  Könüllü  ordu  haqqında  məsələ 
müzakirə  edilib.  Bu  məsələ  barəsində  bu  vaxta  qədər  cəmiyyət 
Şurasına məlumat vermədiyiniz üçün, həmin məsələ ilə bağlı ancaq 
qəzet məqaləsindən öyrənmək mümkün oldu. Bununla yanaşı Şiz bu 
vaxta qədər cəmiyyət Şurasına həmin məsələ ilə bağlı nəyə görə səs 
vermədiyiniz barəsində izahat verməmisiniz 
168 


və  nə  üçün  Parlament  iclasında  fraksiyanın  qalan  üzvləri  iştirak 
etməyiblər. Bundan sonra Şuranın 5-i və 14-ü iyun iclasları olub və 
Siz  onlardan  heç  birinə  gəlməmisiniz.  Xahiş  edirəm  ən  qısa 
müddətdə  Şuranın  yığıncağında  aydınlaşdırılmaq  üçün  öz 
izahatınızı təqdim edəsiniz. Sizin tərəfinizdən izahatın verilməməsi 
bu məsələnin Şuranın qərarı ilə təyin edilmiş 27 iyunda keçiriləcək 
ümumi yığıncağa çıxarılması məcburiyətini yaradacaq.” 
Şura  üzvü  N.Dubrovskiyə:  “Şuranın  qərarı  ilə  Siz 
Azərbaycanda siyasi vəziyyət barəsində informasiya toplamaq üçün 
general Erdelinin qərargahına ezam olunursunuz. Qayıdanda ətraflı 
məruzə təqdim etməlisiniz. Sədr K.Lizqar, 5 iyun 1919-cu ü”. Eyni 
gündə  Şuranın  digər  üzvü  V.Ollenqren  də  general  Erdelinin 
qərargahına eyni məqsədlə ezam olunur. 
Eyni  zamanda  Rusiya  daxilində  və  Azərbaycana  qonşu 
ərazilərdə baş verən hadisələr və həyata keçirilməsi nəzərdə tutulan 
tədbirlər  barəsində  Cəmiyyət  üzvlərinə  xəbər  çatdırılır,  onların 
qarşısında  duran  vəzifələr  bildirilirdi.  Belə  məlumatlardan  biri  10 
avqust  1919-cu  ildə  Cəmiyyət  Şurasmm  üzvü  Vinoqradova 
ünvanlanmışdır.  “Şuraya  onun  Moskva  nümayəndələri  tərəfindən 
Qafqaza Bütün Rusiyanın patriarxı müqəddəs Tixonun müraciətinin 
göndərildiyi barədə məlumat çatdırılmışdır”. 
Təbii ki, bu müraciətdə söhbət məhz Rusiyanın bütövlüyü və 
bölünməzi  iyindən,  bu  yolda  mübarizə  aparmaq  zərurətindən 
danışılırdı.  Həmin  çağrışlar  ilk  növbədə  bolşeviklərin  əleyhinə 
yönəlsə də, “böyük vətəndə - Rusiyada” bu işlər yerinə yetirildikdən 
sonra  məqsəd  Zaqafqaziya  respublikalarının,  o  cümlədən 
Azərbaycanın  müstəqilliyinə  son  qoymaqdan  ibarət  idi  və  bunun 
üçün Könüllü ordu qüvvələri də tam hazır idilər. Bütün bunlardan 
kifayət  qədər  hali  olan  bolşeviklər  hakimiyyəti  ələ  alan  kimi  ilk 
növbədə  Cəmiyyətin  ən  radikal  nümayəndələrini  axtanb,  həbs 
etməyə  başladılar  və  sözsüz  ki,  bu  siyahılarda  birinci  yerdə  sədr 
K.Lizqar  gəlirdi. Ona heç vəchlə aman verilə bilməzdi  və belə də 
oldu. 
2  may  1920-ci  il  11-ci  ordunun  İnqilabi  Şurasının  yanında 
xüsusi şöbə tərəfindən 292 saylı həbs vərəqi imzalandı və “38 
169 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə