Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   50   51   52   53   54   55   56   57   ...   90

fikirlər  söyləməmək  barədə  danışıqlar  apamıış,  general  Erdeli  və 
Tomsonun  yanına  belə  qəzetlərin  bağlanması  xahişi  ilə  getmişdir. 
Vasili  Kravçenko  “Slavyan-rus  cəmiyyəti”nə  1918-ci  il  dekabr 
ayının 5-də daxil olmuşdur. Həmin il də Azərbaycan parlamentinə 
üzv seçilmiş və sovet qoşunlannın  gəlişinə qədər orada qalmışdır. 
Parlamentdə  özünün  sağçı  fikirlərini  yayaraq  “Slavyan-rus 
cəmiyyəti”nin  bəyannaməsini  tamamilə  həyata  keçirməyə 
çalışmışdır.  Sovet  hökuməti  əleyhinə  təbliğat  aparmış  və  son  ana 
qədər  sovet  hakimiyyətini  və  onun  partiyasını  soyğunçular  kimi 
xarakterizə  etmiş,  Onüllü  ordu  və  Müttəfiq  qoşunları  ilə  əlaqə 
saxlamışdır.  Qərar  alıram:  Lizqar  ən  ağır  cəzaya  layiq  görülsün, 
Ki'avçenko  müharibənin  tam  qurtarmasına  qədər  məcburi  əmək 
evində saxlanılsın.” Qəran təsdiq edirəm: Pankratov. 16 may 1920- 
ci il. 
Və Kostantin Lizqar 11-ci ordu xususi şöbəsinin 15 may 
1920-ci il qərarı ilə güllələndi. 
173 


Daşnak gülləsinin qurbanı 
Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçdüyü günün 
səhəri,  17  iyun  1918-ci  ildən  etibarən  fəaliyyətə  başlayan  ikinci 
hökumətdə  ən  mühüm  postlardan  biri  -  daxili  işlər  naziri  vəzifəsi 
ixtisasca dağ-mə’dən mühəndisi olan 32 yaşlı Behbudağa Cavanşirə 
həvalə edilmişdi. Çar dövründə heç bir polis orqanında işləməmiş, 
hərbi  çinə,  bu  işdə  xüsusi  təhsil  və  təcrübəyə  malik  olmayan  bir 
şəxsin  birdən-birə  belə  yüksək  və  son  dərəcə  məsul  sahəyə  təyin 
edilməsi nə ilə bağlı idi. Ölkədə hərc-mərcliyin baş alıb getdiyi, yeni 
hökumətin  yerlərdə  kifayət  qədər  möhkəm  dayağının  olmadığı, 
idarəetmə  strukturlarının  təzə-təzə  foromalaşdırılmağa  başlandığı 
bir  vaxtda  bu  mürəkkəb  və  taleyüklü  vəzifələrin  həyata 
keçirilməsinə ən çox cavabdehlik daşıyan bir qummun rəhbərliyinin 
Behbudağaya tapşırılması nə dərəcədə düzgün qərar sayıla bilərdi? 
Burada  belə  bir  cəhət  də  xüsusi  nəzərə  alınmalıdır  ki, 
Azərbaycandan  kənarda  təşkil  edilmiş  birinci  hökumətdə  bu 
vəzifənin icrası Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin özünə 
həvalə olunmuşdu. Ancaq əsl həqiqətdə digər nazirliklərdən fərqli 
olaraq,  başlıca  fəaliyyəti  ölkənin  daxili  həyat  məsələləri  ilə  bağlı 
olan 
bu 
nazirliyin  hansısa  başqa  dövlətin  ərazisində 
formalaşdıniması  və  səlahiyyəti  ilə  bağlı  işlər  görməsi  mümkün 
deyildi. Bu baxımdan Behbudağa Cavanşir respublikanın ilk daxili 
işlər naziri hesab edilə bilərdi və onun 
174 


qarşısında  təsəwürəgəlməz  dərəcədə  ağır  vəzifələr  dururdu.  O,  bir 
yandan rəhbərlik etdiyi qurumun bütün stmkturlannm təşkili və bu 
strukturlar  arasında  düzgün  funksional  vəzifə  bölgüsünün 
aparılması, kadrların seçilib yerləşdirilməsi kimi məsələlərlə məşğul 
olmalı, digər tərəfdən isə nazirlik sistemində gündəlik işin qüsursuz 
yerinə  yetirilməsi  üçün  müvafiq  tədbirlər  görməli  idi.  Bütün 
bunların müqabilində hökumətin daxili işlər naziri kimi məhz onun 
namizədliyi üzərində dayanılması təsadüfi idimi? 
Əlbəttə,  bu  təyinatın  Fətəli  Xan  kimi  bir  dövlət  xadimi  və 
şəxsiyyət  tərəfindən  müdafiə  edilməsi  faktını  qeyd  etməyin  özü 
məsələyə müəyyən aydınlıq gətirir, necə deyərlər əlavə şərhə ehtiyac 
qalmır. Behbudağa Cavanşirin nə dərəcədə uğurlu namizəd olmasına 
gəlincə  isə,  onun  həyatı  və  fəaliyyəti  haqqında  qismən  də  olsa 
məlumata malik olanların hamısı bunu təsdiq edə və qəti əminliklə 
deyə  bilərlər  ki,  belə  bir  məsul  dövrdə  həmin  vəzifəyə  məhz 
Behbudağanın  təyin  olunması  heç  də  təsadüfi  deyildi,  əksinə  çox 
düzgün və müdrik bir qərar idi. 
Behbudağa  Cavanşir  1886-cı  ildə  Tərtər  nahiyyəsinin  Azad 
Qaraqoyunlu  kəndində  anadan  olmuşdur.  Orta  təhsilini  Tiflis  real 
məktəbində  almış,  sonra  dünyada  ilk  ali-texniki  məktəb  olan 
Frayberq Dağ-mə’dən Akademiyasını (Almaniya) bitirmişdir. O, bu 
Akademiyanın  ilk  azərbaycanlı  məzunu  idi.  Behbudağa  Cavanşir 
Almaniyada  təhsilini  başa  vurduqdan  sonra  İngiltərəyə  gedərək 
təkmilləşdirmə  kurslarında  oxumuş,  alman,  ingilis,  fransız,  rus  və 
gürcü  dillərini  mükəmməl  öyrənmişdir.  1916-cı  ildə  Azərbaycana 
qayıdan  Behbudağa  Bakının  bir  sıra  neft  müəssisələrində  baş 
mühəndis vəzifələrində çalışmışdır. Doğma xalqının maariflənməsi, 
dünyanın tərəqqi etmiş xalqları ilə eyni mərtəbəyə yüksəlməsi və öz 
tarixi haqlanna sahib çıxması uğrunda mübarizə aparan Behbudağa 
Cavanşir  tezliklə  “Müsəlman  xeyriyyə  cəmiyyəti”nin  rəhbərliyinə 
seçilmişdir. Onun coşqun fəaliyyəti çar xəfıyyələri tərəfindən ciddi 
izlənilirdi. 1920-ci ildə Bakıda rusca çap edilmiş “Zaqafqaziyada rus 
siyasətinə  dair  sənədlər”  (digər  adı  “Qara  kitab”dır)  bu  barədə 
mə’lumat vardır. Həmin kitabdan aydın olur ki, Behbudağa Cavanşir 
Ə.Ağayevin  1905-ci  ildə  gizli  şəkildə  yaratdığı,  qarşısma  milli 
ideyalann həyata 
175 


keçirilməsi kimi ali bir məqsəd qoymuş “Difai” partiyasının 
Mərkəzi Komitəsinə daxil olmuşdur. O, həmçinin “Nicat” 
cəmiyyətinin və “Rus texniki cəmiyyəti”nin Bakı şöbəsinin üzvü 
seçilmişdir. Təsadüfi deyildi ki, Texniki cəmiyyətin elmi 
əsərlərində Behbudağa Cəvanşirin xeyli elmi və elmi-kütləvi 
səpkili məqaləsi çap olunmuşdur. 
Siyasi fəaliyyətlə getdikcə daha geniş şəkildə məşğul olmağa 
b a ş l a y a n  
Behbudağa fevral- 
buıjua inqilabından 
sonra yaranmış 
Milli Müsəlman 
Şurası Müvəqqəti 
i c r a i y y ə  
K o m i t ə s i n i n  
tərkibinə seçilir. 
İndi artıq o, məhdud 
bir dairədə deyil, 
Azərbaycanın milli 
istiqlalı uğrunda 
m ü b a r i z ə y ə  
qoşulmağa hər an 
hazır olan Vətən 
f ə d a i l ə r i n i n ,  
z ə m a n ə s i n i n  
'   g ö r k ə m l i  
şəxsiyyətlərinin 
yaxından tanıdığı, 
hörmət və nüfuz sahibi hesab etdiyi bir ziyalı idi. Behbudağa bu 
höiTnət və nüfuzu yüksək intelleekti, millətsevərliyi və yorulmaz 
fəaliyyəti ilə qazanmışdı. Belə bir faktı qeyd etmək kifayətdir ki
1918-ci ildə bolşeviklərin himayədarlığı ilə ermənilərin Bakıda 
törətdikləri mart qırğınının qarşısını almağa çalışanlardan biri də 
məhz Behbudağa Cəvanşir idi. O, həmin hadisələrin qarşısının 
alınması, milli münaqişələrin daha bÖ5dik miqyas almasına yol 
verilməməsi üçün yaradılmış barışıq komitəsinin üzvü idi. 
'* 
i.« y, 
' f. ; J 

-1.1, 
176 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə