Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   56   57   58   59   60   61   62   63   ...   90

Eserlərin  fəaliyyətinin  ciddi  nəzarət  altında  saxlanıldığını, 
onlann hakimiyyət üçün təhlükəli qüvvə hesab olunduqlarını belə bir 
fakt  da  sübut  edir.  1922-ci  il  iyun  ayının  4-də  RXP  MK-nın  AKP 
MK-ya teleqramına əsasən və yol. Bareykis tərəfindən yol. Kirova 
çatdırılmış  yol.  Buxarinin  şəxsi  xahişi  ilə  Azərbaycan  FK 
Sosialist-inqilabçılar  partiyasının  istintaq  işi  üzrə  126  səhifədən 
ibarət  materialları belə bir qeydlə, RKP  MK-ya, Eserlərin işi üzrə 
komissiyaya  və  şəxsən  yol.  Dzerjinskiyə  göndərib:  “İstintaq 
materialının bir hissəsi əvvəllər ayrılmış və DSİ-yə yol. Menjinskiyə 
göndərilmişdir.  İstintaq  davam  etdirildiyi  üçün  material  dərc edilə 
və açıqlana bilməz. FK sədrinin müavini və SOO rəisi, məxfi bölmə 
rəisi.” 
1922-ci ilin noyabr ayının 1 -də Az.MKİ yanında Ali İnqilabi 
Tribunal tərəfindən Zaqafqaziya təşkilatlarının işi ilə bağlı eserlərə 
qarşı Yekun ittiham irəli sürülür. Həmin ittihamda deyilirdi: “Rusiya 
burjuaziyası kapitalist üsul-idarəsini saxlamaq uğrunda proletariata 
qarşı  mübarizəsində  yalnız  darmadağın  edilmiş  rus  mülkədarları 
sinfinə deyil, keçmiş hakimiyyət pilləsində yer tutmuş meşşanlara, 
qolçomaqlara  və  ziyalılara  arxalanmağa  başlayıb.  Bu  kiçik 
burjuaziyanın  böyük  bir  hissəsinin  ideoloji  rəhbəri  sosialist 
inqilabçılar  partiyası  oldu.  Özünün  əksinqilabi  məqsədlərinə 
demokratik rəng vermək üçün iri burjuaziya bu partiyadan inqilabın 
əvvəlində  bir  neçə  dəfə  istifadə  etdi  və  siyasi  hakimiyyəti  ələ 
keçirdi.  ICrasnov,  Skoropatski,  Kolçak,  Denikin,  Vrangel  və  b. 
eserlərin  dostu  və  yolgöstərənləri  idilər.  Eserlər  Bakının  mühüm 
mərkəz  olduğunu  nəzərə  alaraq,  buraya  ingilislərin  gəlişini  təbliğ 
ehuəyə başladılar. Eser Evoyan, Doronin bu cür təbliğat aparıblar. 
Digər  müttəhim  Ter-Ohanyan  etiraf  edir  ki,  eser  partiyasının 
göstərişi  ilə  Ənzəliyə  gedib  və  oradan  ingilis  qoşunlarını  gətirib. 
Eyni vaxtda eserlərin cəhdləri ilə Sentrokaspi diktaturası yaradılab 
və Osintsevin şahidliyinə görə, bütün işlərə faktiki surətdə leytenant 
Yemıakov rəhbərlik edib. Bu diktatura Zaqafqaziya proletariatının 
26  nəfər  məşhur  nümayəndəsini  başda  Şaumyan  və  Çaparidze 
olmaqla  həbs  edib,  ingilis  qərargahının  və  Biçcraxovun  əmri  ilə 
onları eserlərin və ingilislərin əli ilə öldürüblər. Öz fəaliyyətinə görə 
həmin dövrdə Osintsev aviasiya 
193 


proporşiki  kimi  Biçeraxov  tərəfindən  Vladimir  ordeni,  qılınc  və 
bantla  mükafatlandırılıb.  Bolşeviklərin  gəlişindən  sonra  eserlər 
Ştemin  yazdığı  kimi  sovet  hakimiyyəti  ilə  silahlı  mübarizə  apara 
bilmədikləri  üçün  gözləmə  mövqeyi  tutublar.  Xaricdə  nəşr  olunan 
“İnqilabi Rusiya” jurnalının 15 aprel 1921-ci il sayında “Bakıdakı 
yoldaşlar kommunist partiyası ilə silahlı mübarizə fikrinə gəliblər” 
məqaləsi  dərc  olunub.  Bu  məqalə  sübut  edir  ki,  Bakı  təşkilatı 
Osintsev,  Fonşteyn,  Pletnevin  və  b.  rəhbərliyi  ilə  1921-ci  ilin 
yanvarında  sovet  hakimiyyəti  ilə  silahlı  mübarizə  haqqında  qərar 
çıxarıb.  Təqribən  bu  vaxtlar  müsəlman  eserlər  qrupu  “Xalqçı” 
partiyasını  yaradırlar.  Sovet  hökuməti  tərəfindən  Ədliyyə 
nazirliyinin kollegiya üzvlüyünə buraxılmış Səfıkürdski müsəlman 
eserlər qrupu gizli komitəsinin sədri, Qaraşarh sədr müavini olur. Bu 
komitənin Lənkəran və Salyan qəzalarında təşkilatları var. Kronştadt 
qiyamı,  Tambovda  1921  -ci  ilin  yayında  Antonov  üsyanı  və  kənd 
təsərrüfatmdakı  dağıntılar  eserlər  qarşısında  yaxın  vaxtlarda  sovet 
hakimiyyətini  devirmək  üçün  silahlı  üsyan  etmək  məsələsi  qoyur. 
Bu  şəraitdə  Moskvada  sosialist  inqilabçı  partiyalann  Zaqafqaziya 
təşkilatlarının  10-cu  Şurası  keçirilir.  Bakı  təşkilatı  vasitəsilə 
ədəbiyyat Gürcüstan və Enuənistanda yayılır. Nəhayət, 1921 -ci ilin 
sentyabrının son günlərində Bakı təşkilatının bütün üzvləri bir yerə 
yığışırlar.  Ancaq  Bakıda  əksinqilabi  çıxış  başqa  yolla  aparılır. 
1922-ci  ildə  sovet  hökumətinin  əlinə  Parisdə  məsul  eserlər 
tərəfindən  rəhbərlik  edilən  “İnzibati  mərkəz”in  həqiqi  “Xaricdə 
eserlərin işi” adı altında kitabça şəklinə salınmış yazışmaları keçir. 
Eserlərin  rəhbəri  Çemov  Kronştad  qiyamını  müdafiə  üçün  təcili 
vəsait və adamlar göndərməyi tələb edir. İnzibati Mərkəz tərəfindən 
polkovnik Maxinə məktub göndərilir ki. Birləşmiş komitə adından 
Şimali  Qafqaza  nümayəndə  kimi  göndərilən  polkovnik  Nelidovun 
dediyinə görə. Şimali Qafqazda üsyana tam hazırlıq gedir, nəzərdə 
tutulan  126  qərargahdan  artıq  73-ü  yaradılıb,  110  min  nəfər  çıxış 
etməyə hazırdır. Üsyan 1921- ci ilin oktyabrından gec olmamalıdır. 
Məktubda  sonra  göstərilir  ki,  yazışmanı  eser  Parisdə  Kerenskinin 
adına  aparsınlar  və  üsyan  günü  Qafqazdakı  çıxışları  Şimali  qərbi 
Rusiya  ilə  əlaqələndirsinlər...  Bir  çox  müttəhimlərin  ifadələrindən 
görünür 
194 


ki,  Vrangel  təşkilatının  Bakıda  ağqvardiyaçı  zabitlərdən  ibarət 
qərargahı  olub.  Bu  qərargah  Şimali  Qafqazdakı  hətta 
Konstantinapolla əlaqəsi olan silahlı üsyançı qruplara rəhbərlik edir. 
Konstantinapoldan  göstəriş  alınıb  ki,  Novorossiysk  mühüm  liman 
şəhəri  kimi  silah,  texnika  və  canlı  qüvvə  ilə  təminatın 
mürnkünlüyünə şərait yaradılması üçün ələ keçirilsin. Vrangelçilər 
eserlərin  mənəvi  dəstəyinə  ehtiyac  duyub,  üsyanın  müsəlman 
fəhlələr tərəfindən müdafiə edilməsi üçün Səttarbəy və Əhməd Şükri 
bəy  adlı  şəxslərlə  danışıqlar  aparmış,  ancaq  sonuncunun  ruslara 
inamsızlığına görə bu danışıqlar baş tutmamışdır. Vrangel üsyanına 
hazırlıqda  müsəlman  qrupların  roluna  gəldikdə  Krestovskinin 
ifadəsinə  əsasən,  SəfıMrdski  və  Hacınskinin  iştirak  etdiləri  bu 
qrupun yığıncağında o, bütün bildikləri haqqında məlumat verib. Bu 
iki  şəxs  silahlı  üsyanın  keçirilməsində  Vrangelçilərə  vasitəçilik 
ediblər.  1921-ci  ilin  qışında  Bakı  təşkilatında  sovet  hakimiyyətinə 
münasibətlə  bağlı  müzakirələr  başa  çatır.  Partiya  Şurasının 
kommunist  partiyası  diktaturasının  devrilməsi  barədəki  qərarının 
həyata  keçirilməsi  tələb  olunur.  Zaytsevin  mənzilində  1922-ci  ilin 
yanvarında Bakı təşkilatının geniş iclasında Zaytsev Tiflisə getməsi 
və  Tiflisdə  Zaqafqaziya  təşkilatlarının  gözlənilən  qurultayı  barədə 
məruzə  edir.  Tiflisdən  qayıdan  Bakı  nümayəndələri  martın  5-də 
Krestovskinin mənzilində geniş iclas keçirir və sovet hökumətini zor 
gücü  ilə  devirməyə  çağıran  Tiflis  qətnaməsini  qəbul  edirlər. 
Hacmski,  Səfıkürdski  və  Qaraşarlı  zəhmətkeşlərin  inamından  və 
vəzifə  səlahiyyətlərindən  istifadə  edirək,  əksinqilabi  məqsədlər, 
sovet  hakimiyyətini  devirmək  üçün  gizli  surətdə  müsəlman  eser 
təşkilatı  “Xalqçı”  partiyasını,  qəzalarda  bölmələr  yaratmış  və 
tərəfdarlar  cəlb  etmiş,  SİP-in  Bakı  təşkilatı  və  Ştem  vasitəsilə 
Moskva təşkilatı ilə əlaqəyə girmişlər. SİP Zaqafqaziya təşkilatının 
işi  üzrə  istintaq  komissiyasının  üzvü  Tarasov-Rodionov.  Təsdiq 
edilib:  Az.  MİK  yanında  Ali  Tribunal  Kollegiyasının  sərancamçı 
müşavirəsi. 1 noyabr 1922-ci il.” 
Ali İnqilabi Tribunalın eserlərin işi ilə bağlı çıxardığı hökmdə 
əksinqilabi  fəaliyyətdə  təqsirləndirilən  bu  şəxslərə  müxtəlif 
müddətlərdə həbs cəzası kəsilir. Bizim üçün xüsusi maraq doğuran 
195 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə