Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   54   55   56   57   58   59   60   61   ...   90

bərpası  ilə  məşğul  olub.  “Milli  nəğmələr”  kitabında  şerləri  dərc 
edilib (1919-1920-ci illər)” 
Kütləvi cəza tədbirlərinə görə, bir sıra şəxsləri ittiham etmiş, 
guya həmin cəllad hərəkətlərinin yalnız ayrı-ayrı adamların əməlləri 
olduğunu  göstərmiş rejim  öz əsl mahiyyətini  gizlədə bilmir, tarixi 
şəxsiyyətlərimiz  barəsində  həqiqətlərin  bir  sıra  mühüm  faktlarım 
yenə də onların mənsub olduqları xalqdan gizlədirdi. Ensiklopediya 
kimi  ciddi  bir  nəşrdə  Camo  bəy  Hacmskinin  Cümhuriyyət 
hökumətinin.  Parlamentinin  üzvü  olduğu,  1922-26-cıvə  1937-ci 
illərdə  sovet  hakimiyyəti  tərəfindən  repressiyalara  məruz  qaldığı 
göstərilmir,  hətta  onun  doğum  tarixi  və  avtobioqrafıyası  ilə  bağlı 
digər  faktlar  təhrif  edilirdi.  Müqayisə  üçün  başqa  bir  mənbəyə 
müraciət edək: 
“Camo  bəy  Süleyman  oğlu  Hacmski  (1888-1942)  -  AR-in 
dövlət və siyasi xadimi. Peterburq Universitetinin hüquq fakültəsini 
bitirib (1914). “Kaspi” qəzetinin müxbiri olub (1907). 1914-1915- ci 
illərdə Batumda və Bakıda qaçqın müsəlmanların işi üzrə komitənin 
səlahiyyətli  nümayəndəsi  olub.  1917-ci  ilin  aprel-iyul  aylarında 
OZAKOM-un  səlahiyyətli  nümayəndəsi.  Zaqafqaziya  seymində 
Müsəlman sosialist blokunun və Azərbaycan parlamentində sosialist 
fırqəsinin  üzvü.  F.Xoyski  kabinetində  Dövlət  nəzarətçisi  (iyun 
1918), N.Yusifbəylinin birinci və ikinci hökumət kabinəsində poçt 
və teleqraf naziri (aprel 1919 - mart 1920). Sovet Azərbaycanında 
xalq  ədliyyə  komisarhğında  işləyib,  “Köybirliyi”,  “Azərittifaq”da. 
20-30-cu  illərdə  siyasi  motivlərə  görə  həbs  olunub.  Həbsdə  ölüb. 
(“Azərbaycan  Cümhuriyyəti  sənədlər  və  materiallar  1918-1920-ci 
illər” məcmuəsi) 
Azərbaycanda  müstəqil  dövləti  devirdikdən  sonra  öz  zorakı 
hakimiyyətini hər vasitə ilə möhkəmləndirməyə çalışan bolşeviklər 
bütün  potensial  siyasi  əleyhdarlarını  tədricən  məhv  etmək  yolunu 
tutdular. İlk zərbə milli ideyaların daşıyıcısı, müstəqil Azərbaycanın 
ideoloji dayağı olan “Müsavat” partiyasına endirildi. “Müsavatf’m 
ardınca isə vaxtilə onlara münasibətdə loyal və hətta müttəfiq olmuş, 
indi isə nisbətən təhlükəli sayılan partiyalara, o cümlədən eserlərə 
qarşı müvafiq tədbirlər görüldü. Siyasi rəqiblərini məhv etmək üçün 
cəza tədbirlərindən tutmuş. 
187 


ən müxtəlif vasitələrə əl atan bolşeviklərin sevimli üsullarından biri 
həmin qüvvələrin yeni quruluşa düşmən olduqları barəsində ictimai 
rəy  formalaşdınnaq  və  guya  qəti  addımlara  xalqın  onları  məcbur 
etdiyini göstərməkdən ibarət idi. Eserlərə qarşı məhz bu yol tutuldu. 
Onların həbs olunması prosesi mətbutdabu partiyanın düşmən elan 
edilməsi ilə paralel aparılırdı. 
14 may 1922-ci ildə “Bakinski raboçi” qəzetinə məktub yazan 
S.Evoyan adlı bir erməni SİP-in 1903-cü ildən üzvü olduğunu, indi 
bu  partiyanın  başqa  yol  tutduğu,  şəxsi  qərəzlik  hissi  ilə  mübarizə 
metodlarına  fərq  qoymadan  özünün  mənafeyi  naminə  Vrangelin 
zabitləri ilə sövdələşərək cinayətkar şüarlarla çıxış etdiyi üçün onu 
ölmüş  saydığını  və  bu  partiyadan  çıxdığını,  başqalarını  da  onunla 
əlaqəni kəsməyə çağırdığını bildirir. Həmin qəzetə 11 may 1922-ci 
ildə  məktub  yazan  partiyanın  Tiflis  təşkilatının  üzvü  M.Latkin  və 
iyun  ayında  məktub  yazan  Bakı  təşkilatının  üzvü  F.Pletnev  də 
partiya sıralarından çıxdıqlarını bildirir, eserləri ittiham edən digər 
şəxslərə qoşulurdular. 
Eserlər 
partiyasının 
Bakı 
təşkilatının 
istintanq 
materiallarından aydın olur ki, “1922-ci il aprelin 7-dən 8-nə keçən 
gecə  Bakıda  51,  başqa  yerlərdə  17  nəfər  eser  həbs  edilib.  Həbs 
olunanlardan  15  nəfəri  dindirilib,  onların  etiraflarından  Bakı 
təşkilatının fəaliyyəti barədə aydın təsəvvür  yaranır. Təşkilatın bir 
sıra  digər  xadimlərinin  heç  bir  dəlilə,  üzləşdirməyə,  başqalanmn 
ifadələrinə  baxmayaraq,  inad  göstənnəsi  SİP-in  bütün  siyasi 
cinayətlərini açmağa imkan vermir. Əlavə edilən materiallar əsasən 
aşağıdakılara  aiddir:  l.SİP  Bakı  bürosunun  Konstan-  tinapoldan 
sənayedə işləmək üçün köçürülən vrangelçi zabitlərlə Bakıda silahlı 
üsyan  təşkil  etmək  barədə  danışıqları.  2.Eserlərin  həbsinə  cavab 
olaraq.  Ramana,  Suraxanı  və  Bibi-heybət  neft  mə’dənlərində 
yanğınlar  törətmək.  3.Eserlərin  hərbi  drujinalari  üçün  rəsmi 
şəxslərin köməyi ilə tüfənglər yığmaq. 4.SİP-in partiya məqsədləri 
ilə  digər  cinayətlər  törətmək.  5.Eserlərin  kilsə  Şuralarına  daxil 
olması.” 
Camo bəy Hacınski ilk dəfə 29 may 1922-ci il Az.SSR FK- 
nın  müvəkkili  Valik  tərəfindən  dindirilir:  “Sual:  Ötən  il  sentyabr 
ayında Səfikürdskinin mənzilində SİP-in Bakı təşkilatının 
188 


nümayəndələri  ilə  sizin,  Feyzullayevin,  Səfıkürdskinin  iştirakı  ilə 
yığıncaq olubmu? 
Cavab;  Bəli,  biz  Səfıkürdskinin  mənzilində  Krestovski, 
Osintsev və soyadını bilmədiyim bir nəfərlə görüşmüşük. Mən oraya 
gələndə artıq bütün adı çəkilənlər oturub çay içirdilər. Mənə qədər 
nə  barədə  danışmışdılar,  bilmirəm.  Mənim  yanımda  SİP-  də 
təmayüllər barədə söhbət getdi. Bizdən, ümumiyyətlə Azərbaycanın 
qəzalarında  əhalinin  ovqatı  barədə  somşdular.  Dedilər  ki,  fəhlələr 
arasında  vəziyyət  eserlərin  xeyrinədir,  ancaq  onlar  indi  adamlar 
çatışmadığı  üçün  işləyə  bilmirlər.  Konkret  iş  barəsində 
danışmadılar, çünki bizə inanmırdılar. Onlar bizə ədəbiyyat təqdim 
etdilər. 
Sual:  Bundan  sonra  toxunulan  məsələlər  barəsində  ancaq 
müsəlmanların ayrı yığıncağı keçirildimi? 
Cavab: Bəli, Qaraşarlının mənzilində biz dördümüz toplaşdıq. 
Mənə və Feyzullayevə həvalə edildi ki, eserlərin konkret nə təklif 
etmək  istədiklərini  aydınlaşdıraq.  Mən  Feyzullayevə  dedim 
Krestovskiyə  çatdırsın  ki,  hələlik  onunla  görüşmək  istəmirəm. 
Görünür  Feyzullayev  çatdırmışdı  və  daha  heç  kim  mənə  müraciət 
etmədi. 
Sual: Sizin müsəlman qrupu yaratmaq niyyətiniz olubmu? 
Cavab:  Azərbaycanın  iki  sosialist  partiyasının  çoxdan 
mövcud  olmasını  nəzərə  alaraq  vahid  partiyanın  yaradılmasını 
məqsədəuyğun  hesab  etdilər.  Deyəsən  bu  barədə  Pepinov  və 
Ağamalıoğlu danışdılar. 
Sual: Sizə Lənkəranda müsəlman eserlər qrupunun fəaliyyət 
göstərdiyi məlumdunnu? 
Cavab: Mən Feyzullayevdən eşitmişdim ki, Krestovski orada 
hansısa müsəlmanlarla əlaqəyə malikdir.  Orada  hansı  işləri, kimin 
bayrağı altında görüblər mən bilmirəm. 
Sual: Siz Moskvadan ədəbiyyatı necə əldə etmisiniz? 
Cavab;  Təqribən  1921-ci  ilin  sentyabr-oktyabr  aylarında 
yanıma komissarlığa türk təbəəsi Behcət Abaşidze adlı birisi gəlib, 
məni  tapmamışdı.  İşdə  mənə  bu  barədə  dedilər  və  mən  onun 
mənzilinə getdim. O, qəzetə bükülmüş zərf, Şterninin mənə yazdığı 
şəxsi məktubu, Olqa Stepanovnanın adma iki məktub. 
189 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə