Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   44   45   46   47   48   49   50   51   ...   90

tale qisməti idi və Rəsul-Nigar məhəbbəti qanlı repressiya illərindən 
keçib, bütün sonrakı kompaniyalara da mətanətlə dözdü. Vətənin bir 
addımlığında  isə  Əyyub  bəy,  Səməd  bəy  kimi  say-  seçmə  oğullar 
mühacirət həyatı yaşamaqda idilər. Qanlı rejimin ömrü bitmirdi ki, 
siyasi mühacir adıyla KQB-nin qara siyahılarına düşən bu insanlar 
heç olmasa ölüm ayağında geriyə - Azərbaycana dönsünlər. İçində 
Vətən  boyda  qürbət  gəzdirən  bu  insanlar  “Azərbaycan,  mənim 
tacım,  taxtım,  oy!”  (Almas  İldınm),  deyərək  həyata  gözlərini 
yumdular. Əksərinin nə əlləri Vətənə çatdı, nə ünlərini eşidən oldu. 
Qanlı rejimin ömrü bitəndə artıq onlar həyatda deyildilər. 
Ancaq  tək  təsəlli  budur  ki.  Vətən  fədailərinin  illərlə 
qəlblərində  gəzdirdikləri  ən  ümdə,  ən  müqəddəs  arzuları, 
Azərbaycanı hürr və müstəqil arzulan doğruldu. Nə xoş ki, bu gün 
Vətəndə  qalmış  nəvə-nəticələri,  qohum-əqrabaları  onların 
məzarlarını  ziyarət  edə,  lap  yanlarında  dayanıb,  qəbriniz  nurla 
dolsun, artıq rahat uyuya bilərsiniz, arzunuz çin olub deyə bilirlər. 
Vətəndə  bu  gün  çəkinmədən  Sizlərin,  həqiqi  millət  və  azadlıq 
fədailərinin adları rəğbət, minnətdarlıq hissləri ilə anılır. 
Bu  yazını ömrünün cəmi iyirmi ilini Vətəndə, doğmalan ilə 
birlikdə keçirmiş, sonra qardaş Türkiyədə mühacirətdə yaşamış və 
gözlərini  əbədi  yumduğu  günədək  doğma  yurdun,  əzizlərinin 
həsrətindən  dərdli-dərdli  qovrulan  Kamil  Arranın  anası  Cəvahir 
xanımın  ölümünə  yazdığı  və  1955-ci  il  fevralın  21-də  Əlaziqdə 
çıxan  “Turan”  qəzetində  dərc  etdirdiyi  “Ağlaya  bilməzsən”  adlı 
rekviyemindən  kiçik  bir  parça  ilə  tamamlamaq  istəyirəm:  “Xeyr, 
əzəz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz 
yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım, 
səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə 
məhkum  saralmış  bir  yarpağı  olduğum  üçün  kimsəni  rahatsız 
etməməyim  lazımdı.  Yalnız  sənin  həsrətinlə  və  bir  daha  o  gözəl, 
nurlu üzünü görmək ümidimin qmldığı üçün için-için ağladım... 
Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır. 
Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə 
ağladım, bunlara görə ağlayıram, əziz ana! 
154 


Bunlan niyə yazdıra? Bir şey yazraış olmaq üçün deyil, xatirə 
və xəyallan əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin 
üçün  yazdım.  Əlifbanı  yanlış  yazdığım  zaman  ufacıq  əllərimə 
vurduğun  günlərin  xatirəsini  unutmamaq  üçün  yazdım.  Çəkik 
gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım. 
Mənə  öyrətmiş  olduğun  bu  sənəti  yenə  sənə  ithaf  etmək  üçün 
yazdım”. 
155 


Azərbaycan naziri, yoxsa, vahid Rusiya 
uğrunda mübariz 
“Əziz  ata.  Məktubunuzu  alıb,  ünvanıma  deyilən  tərifdən 
utandım. Tezliklə gələeəyəm, onda iş barəsində danışarıq. Gedəndə 
bütün səlahiyyətlərimi diktaturanın işlərini idarə edən şəxslərə təhvil 
vermişdim.  Buna  görə  də  həmin  şəxslərin  qanunsuz  qərarlarına 
təəcüblənirəm. Mən öz enerjisinə hədsiz inanan adam olduğum üçün 
cəmiyyətin tərəqqisinə və rifahına yönəlmiş iradəmlə oynanılmasına 
icazə vemıərəm. Buna görə də Sizə, şəxsən diqqət yetirməyiniz üçün 
deyirəm. - Mənimlə və mənim baxışlarımla hesablaşasınız. İngilis 
nümayəndəsi Tomsonun yanında olarkən mən aşağıdakı məzmunda 
bəyanat  aldım:  Sizin  şəxsinizdə  bizim  üçün  doğma  olan  Vahid, 
böyük  Rusiyanın  bərpasına  can  atan  “Slavyan-ms  cəmiyyəti”ni 
salamlayıram. Əmin olun ki, bütün mümkün vasitələrlə sizi və sizin 
koalisiyanızla  yaradılan  hakimiyyəti  müdafiə  edəcəyəm.  Tiflisdə 
qüvvələr  toplandıqda  mən  onlara  sizin  arzularınız  barədə 
çatdıracam.  Sizə  bütün  cəhdlərinizdə  və  gördüyünüz  işlərdə 
köməklik göstərəcəyəm.” Bax biz belə bir yoldayıq. Sizin Tiflislilər 
ancaq hay-küy salırlar və mənim üzərimə ləkə atmaq istəyirlər. Qəti 
bəyan edirəm: qorxuda bilməzsiniz, heç nə məni əziz vahid, böyük 
vətənimə xidmətdən, əziz anam Rusiyanın sabahına aparan yola 
156 


mane ola bilməz. Məktubumu Ermakova oxuyun və çatdırın ki, ona 
hər şeyə görə minnətdarlığımı bildirirəm və çalışacağım onu Bakıya 
gətirim.  Özünü  sizin  dualanmza  tapşıran  və  sizi  sevməkdə  davam 
edən K.Lizqar.” 
Bu  sətirlərin  müəllifi  K.Lizqar  kimdir,  onun  Azərbaycanla, 
Bakı ilə bağlılığı nə ilə əlaqədar olmuşdu və bütün bunlann kitaba 
salınmasına  nə  dərəcədə  ehtiyac  var?  Yə’qin  ki,  sualın  sonuncu 
hissəsi  istisna  olunmaqla  birinci  iki  hissəyə  çoxları  cavab  verə 
bilməzlər. Sualın sonuncu hissəsinə gəlincə isə, buna daha məntiqi 
və ədalətli cavabı tarixin özü verib. Bizə unutdurulmasına çahşılan, 
milli dövlətçiliyimizin ən şərəfli dövrlərindən birinin yaşandığı - hər 
bir səhifəsi iftixar və qürur doğuran Cümhuriyyət tarixi. K.Lizqann 
adı bu tarixin silinməz bir parçasına yazıldığı ərəfədə Azərbaycanın 
müstəqilliyinin elan olunmasından 6 ay keçirdi. 
Yuxarıdakı  məktubda  adı  çəkilən  “Slavyan-rus  cəmiy- 
yəti”nin  sədri  Konstantin  Nikolayeviç  Lizqar  həmin  məktubu 
atasına  göndərəndə  artıq  Fətəli  Xan  Xoyskinin  1918-ci  ilin  22 
dekabrında  təşkil  etdiyi  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
koalisiyalı  üçüncü  hökumətində  ərzaq  naziri  idi.  1919-cu  il  aprel 
ayının  14-nə  qədər  fəaliyyət  göstərmiş  bu  hökumət  kabinəsi  milli 
dövlət  quruculuğunda  daha  çəx  idarəetmə  strukturlarının 
yaradılması,  hərbi  nazirliyin  təsis  edilməsi  və  müdafiə  işlərinin 
təşkilinin  başa  çatdırılması,  həmçinin  xarici  siyasət  sahəsindəki 
diplomatik uğurlarla əlamətdar olmuşdur. 
K.Lizqar  barəsində  danışarkən  “Slavyan-rus  cəmiyyəti”nin 
onun  taleyində  və  Azərbaycanın  siyasi  həyatında  oynadığı  rola 
xüsusi  yer  ayırmaq  lazımdır.  Çünki  sözün  açığı  o,  məhz  bu 
cəmiyyətin hesabına belə yüksək vəzifə postuna yiyələnə bilmişdi. 
Əslində  Konstantin  Lizqar  gimnaziya  mərhələsi  istisna  olunmaqla 
kifayət qədər təhsil almamışdı və Azərbaycanın siyasi mühitində az 
müddətdən bəri tanınan şəxs kimi hansı mənadasa, siyasi  çəkisinə 
bel  bağlaya  bilməzdi.  Lizqan  ölkənin  çox  ali  məqam  sahibləri 
sırasına  çıxaran,  əslində  səviyyəsinə  görə  layiq  olduğundan  daha 
artıq hörmət və nüfuz qazandıran “Slavyan-rus cəmiyyəti”nin sədri 
olması idi və bunu təbiətən ayıq, diribaş olan Lizqarm özü də yaxşı 
başa düşürdü. 
157 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə