Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   38   39   40   41   42   43   44   45   ...   90

bacarıqlı olmasına (3 illik iş yerindən aldığı zəmanət) verilən qiymət 
deyildi,  hansı  ailədən  çıxması  da  öz  rolunu  oynamışdı.  Ancaq 
Xudadat bəy ömrünün sonuna qədər bu və ona göstərilən başqa daha 
böyük  etimadlardan  sui-istifadə  etmədi,  əksinə  nə  qazandığı 
biliklərlə,  nə  təcrübə  ilə  kifayətləndi,  infkan  düşdükcə  öz  elmi 
səviyyəsini,  tibbi  və  başqa  sahələrdəki  təcrübəsini  yüksəltməyə, 
soyadına  layiq  olmağa  çalışdı.  Tibbi  təcrübəsini  artırmaq 
imkanlarından  birindən  o,  1912-13-cü  illərdə  Sankt-  Peterburqda 
İmperator Kliniki  İnstitutunda 6 ay məşhur professorların apardığı 
12 ixtisas kursunun dinləyicisi olarkən bəhrələnmişdir. O zaman öz 
dinləyicilərinə  dünya  cən'ahlıq  elminin  ən  qabaqcıl  təcrübəsinin 
mənimsədilməsinə cəhd göstərilən bu institutda çox məşhur alimlər, 
cərrah həkimlər mühazirələr oxuyurdular. 
Xudadat bəy sevimli sənəti ilə məşğul olmaqla yanaşı, şəhərin 
və  ümumən  quberniyanın  ictimai  həyatından  da  geri  qalmırdı. 
Üzərinə  tale  tərəfindən  çətin  ziyalı  missiyası  qoyulmuş  bu 
millətsevər  insan  doğma  atasından  əxz  etdiyi  tükənməz  eneıjisi, 
coşub-qaynayan  fəallığı  ilə  xalqın  maariflənməsi,  tibbi  savadının 
yüksəldilməsi  üçün  müxtəlif  tədbirlərə  əl  atır,  əhalinin  sağlamlığı 
keşiyində durmaqla öz vəzifə borcunu bitmiş hesab etmirdi. Xudadat 
bəyin  yaxından  iştirakı  ilə  Gəncədə  dünya  ədəbiyyatının  korifeyi, 
dahi şair Nizami Gəncəvinin məqbərəsinin bərpası məqsədilə xüsusi 
bir  cəmiyyət  yaradılmışdı.  Eyni  zamanda  həmin  illərdə  Gəncədə 
fəaliyyət göstərən “Aktyorlar cəmiyyətf’nin rəhbərlərindən biri olan 
Xudadat bəyin dövrü mətbuatda şəhərin mədəni, ictimai həyatına aid 
çoxlu məqalələri dərc edilmişdir. Nəhayət, onun ictimai xadim kimi 
xüsusi  yer  ayırmaq  istədiyimiz  xidmətlərindən  biri  də  1914-cü  ilə 
aid  idi.  Xudadat  bəy  həmin  il  həmyerlisi,  ondan  əvvəl  Moskva 
Universitetinin  Tibb  fakültəsini  bitinniş  və  sonralar  Azərbaycan 
Milli Şurasının və Parlamentinin sədr müavini olmuş doktor Həsən 
bəy  Ağayevlə  birgə  Gəncədə  “Yelizavetpol  tibb  cəmiyyəti”ni 
yaradıb, özü sədr, Həsənbəy isə katib olmuşdur. Azərbaycanın ikinci 
hökumətində himayə və dini işlər, beşinci hökumətində səhiyyə və 
ictimai himayə naziri olmuş Musa bəy Rəfiyev də həmin cəmiyyətin 
üzvü idi. 
136 


Xudadat bəy 1909-cu il iyulun 1-dən (18 dekabr əmri ilə) 3 
illik  Yclizavetpol  Mahal  məhkəməsinin  fəxri  barışıq  hakimi  - 
mirovaya sudya təyin edilir. 1916-eı il mayın 10-da Qafqaz ordusu 
baş  komandanın  əmri  ilə  Qırmızı  Xaçın  Yelizavetpoldakı  idarə 
heyətinin  üzvü  kimi  çəkdiyi  zəhmətlərə  görə  3-cü  dərəcəli 
Müqəddəs Stanislav ordeni ilə təltif olunur. 
Onun xalq arasında nüfuzunun dunuadan yüksəlməsini görən 
və  bu  nüfuzdan  öz  mənafeləri  üçün  istifadə  etməyə  çalışan  yerli 
hakimiyyət  1915-ci  ildə  Xudadat  bəyi  kollej  müşaviri  vəzifəsinə 
irəli  çəkir.  Sonrakı  illərdəki  fəaliyyəti  bir  daha  göstərdi  ki,  çar 
hökumətinin  yerli  vassallarının  onun  nüfuzunun  artmasından  öz 
məqsədləri  naminə  belə  yararlanmaq  cəhdləri  səbəbsiz  deyildi. 
Ancaq  Azərbaycanı  əbədi  müstəmləkə  zəncirində  saxlamaq 
istəyənlər  məhz  Xudadat  bəy  kimi  şəxsləri  hansısa  rütbələr, 
imtiyazlarla  şirinikdirib  öz  tərəflərinə  çəkəcəklərinə  ümid 
bəsləməkdə yanılmışdılar. 
Xudadat  bəy  o  şəxs  idi  ki,  son  nəfəsinə  qədər  Azərbaycan 
istiqlalına  sadiq  qalmış,  vətənin  ona  e’tibar  etdiyi  yüksək  postu 
özünü  fəhlə-kəndli  hakimiyyəti  adlandıran  bolşevik  qaragüruhuna 
təhvil verəndə də təmkinin itirməmiş, hər işi qanun çərçivəsində və 
əsl  zədanganlara  layiq  amiranəliklə  yerinə  yetirmişdi.  1920-ci  ilin 
27 aprel  çevrilişinin səhəri  günü onun evinə təşrif buyuran Gəncə 
bolşeviklərinin  liderləri  hakimiyyəti  onlara  təhvil  veiTnəsini  tələb 
etdikdə, Xudadat bəy belə cavab vermişdi ki, mən əvvəlcə Bakıya 
zəng vuıum, əgər siz deyən düzdürsə, gəlin qubernatorluğa dövlət 
vəzifəsini məndən qanun-qayda ilə təhvil  alın. Bakıya zəng vurub 
vəziyyəti  rəsmən  öyrəndikdən,  hakimiyyətin  Parlament  iclasında 
bolşeviklərə  təhvil  verildiyini  bildikdən  sonra  da  tələsməmiş,  öz 
vəzifə borcunu hələ iki gün də şərəflə icra etmişdi. O, yalnız aprelin 
30-da  Nuxa,  Ağdaş,  Zəyəm,  Gəncə  qəza  rəislərinə  teleqram 
yollayaraq hakimiyyətin bolşeviklərə təhvil verildiyini bildirdikdən, 
öz müavini, məşhur Xoyskilər nəslindən olan. Fətəli xanın qardaşı 
Hüseynqulu  xan  Xoyski  ilə  lazımi  sənədləri  imzaladıqdan  sonra 
qubernatorluğu  Gəncə  inqilab  komitəsinin  sədri  İbrahim  Əliyevə 
venuişdi. 
137 


Gəncənin  baş  valisinin  öz  postunu  tərk  etməzdən  əvvəl 
imzaladığı 66 saylı son əmr onun iş və insani keyfiyyətləri barəsində 
dolğun  təsəvvür  yaradır.  Bu  əmrində  Xudadat  bəy  Gəncə 
quberniyasının  idarə  heyətinə,  qubernator  dəfətərxanasmm 
qulluqçulanna,  polis  məntəqələrinin  işçilərinə  tapşınlan  vəzifələri 
vicdanla  yerinə  yetirdikləri,  quberniyada  əmin-amanlığın,  sülhün, 
sakitliyin bərqərar olmasında ona hərtərəfli köməklik göstərdikləri 
üçün  təşəkkür  etmiş,  Azərbaycan  Respublikasının  çiçəklənməsi 
naminə vəzifə borclarını bundan sonra da vicdanla və səylə yerinə 
yetirəcəklərinə əmin olduğunu bildirmişdi. 
Bəli,  qondanna  sovet  respublikasının  deyil,  məhz 
“Azərbaycan Respublikasının çiçəklənməsi naminə”. Rəfıbəyovlar 
nəslinin nümayəndəsi, 1918-ci il yanvarın 9-12-si arasında Şəmkir 
yaxınlığında. Dəllər dəmiryol stansiyasında Aslan bəy Səfıkürdski, 
Şəfi bəy Rüstəmbəyovla birlikdə Qafqaz cəbhəsindən geri qayıdan, 
lakin özlərini azğmcasma aparan 9 eşolon rus əsgərlərini qarşılayıb, 
onların  tərksilah  edilməsinə  nail  olmuş  bir  şəxs  başqa  cür  yaza 
bilməzdi.  Yeri  gəlmişkən,  həmin  silahlar  sonralar  milli 
qüvvələrimizə verilmişdi. Bu hadisə ilə bağlı xüsusi qeyd edilməyə 
layiq  və  iftixar  hissi  doğuran  faktlardan  biri  Xudadat  bəyin  içdiyi 
Hippokrat  andına  sadiq  qalaraq,  atışma  zamanı  yaralanmış  rus 
əsgərlərinə şəfqət bacıları ilə birlikdə tibbi yardım göstərməsidir. 
Xudadat  bəy  Vətənə,  millətə  təmənnasız  xidmət  göstərmək 
üçün  yaranmış  insan  idi.  Bu  onun  hansısa  vəzifə  tutması,  yaxud 
səlahiyyət  sahibi  olub-olmaması  ilə  bağlı  deyil,  necə  deyərlər 
qanından, genindən gəlirdi. Bu idi Xudadat bəyi heç vaxt ətrafında 
baş  verən  hadisələrə  biganə  qalmağa  qoymayan,  öz  ölkəsinin 
həqiqətən də böyük vətəndaşına çevirən. Bəzən konkret vəzifə tutan 
şəxslər  ola-ola  o,  hansısa  problem  barəsində  təcili  tədbirlər 
görülməsi  ilə  bağlı  məsələ  qaldırır,  kiminsə  xoşuna  gəlib- 
gəlməyəcəyini nəzərə almadan əhalinin düşdüyü vəziyyətindən çıxış 
yollarını  göstərirdi.  O,  1919-cu  ilin  martında  hələ  yeni  vəzifəyə 
təyin  edilməmiş  Bakıya,  Daxili  İşlər  nazirinə  müraciət  edərək 
bildirirdi;  “Cəvanşir  qəza  rəisi  və  Ağdam  pristavı  teleqram 
göndəriblər ki, ermənilər hücum ediblər. Əsas hücum Əsgəranadır. 
Şuşa şəhərinin yolunun qarşısını kəsiblər. Hələlik yalnız 
138 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə