Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   36   37   38   39   40   41   42   43   ...   90

fərlidir. Nədənsə səhvə yol verilərək, burada atasının adı Ağa kimi 
göstərilmiş,  təvəllüdü  isə  bir  il  artırılmış,  onun Gəncədə  antisovet 
üsyanı yatınidıqdan sonra həbs edildiyi qeyd olunmuşdur. Müqayisə 
üçün deyək ki, başqa mənbələrə - görə, (R.Hüseynov “Rəfibəylilər” 
Bakı  “Azərbaycan”  nəşriyyatı,  1996.),  (İ.Əlyarh,  T.Behbudov 
“Müstəqil  Azərbaycan  polisinin  yaranması  və  fəaliyyəti 
(1918-1920-ci illər)” Bakı “Qismət” nəşriyyatı 1998.) Xudadat bəy 
1877-ci ildə Gəncənin Balabağban məhəlləsində məşhur xeyrij^əçi 
Ələkbər  bəy  Rəfıbəylinin  ailəsində  doğulub.  Ancaq  tədqiqatçı 
Mövsüm Əliyev “Odlar yurdu” qəzetinin 8 aprel 1989-cu il sayında 
dərc  etdirdiyi  “Xudadatbəy  Rəfıbəyov”  adlı  məqalədə  həmin 
mənbədəki  kimi  Xudadat  bəyin  1878-ci  ildə  anadan  olduğunu 
yazmışdır. 
Bir qədər irəli gedib deyək ki, Xudadat bəyin Gəncəyə nə vaxt 
qubernator  təyin  edilməsi  faktının  özü  də  mübahisəlidir.  Bir  neçə 
mənbədə yuxarıdakı kimi 1919-cu ilin may ayı kimi göstərilmiş bu 
tarixin  bəzi  arxiv  sənədlərinə  istinadən  fevral,  mart  aylarına 
düşdüyünü iddia etmək də mümkündür. 
Xudadat bəy 1919-cu il may ayının 6-da AXC hökumətinin 
qərarı  ilə  Gəncə  şəhərinin  general-qubernatoru  təyin  edildiyini, 
qubernator kimi rəsmi qaydada atasının yasının qırxı çıxdıqdan, may 
ayının 17-dən sonra fəaliyyətə başlamasını istintaq prosesində özü 
də təsdiq edib. Məhz həmin gün - 17 iyunda Gəncə, Nuxa, Qazax, 
Ərəş  qəza  rəislərinə  və  Gəncə  polismeystrinə  teleqram  göndərən 
Xudadat  bəy  bu  tarixdən  etibarən  qubernator  kimi  vəzifəsinin 
icrasına başladığını bildirmişdi. 
Ancaq qeyd etdiyimiz kimi əlimizdə olan bə’zi məlumatlar, 
xüsusilə  bir  arxiv  sənədi  bu  təyinatın  bir  qədər  əvvələ  gedib 
çıxdığını  deməyə  də  müəyyən  əsas  verir.  Bu  sənəd  Gəncə 
qubernatorunun  qəza  rəislərinə  və  polismeysterlərə  ingilis 
aviasiyasının  zabitlərinə  Azərbaycan  ərazisində  hava  bazası 
yaratmaqda köməklik göstərilməsi barədə əmridir (20 fevral 1919). 
Arxiv materialları arasından əldə etdiyimiz bu əmrdə deyilir: “Daxili 
işlər nazirinin dəftərxanasının mənə bildirdiyi kimi tezliklə ingilis 
aviasiyasının  zabitləri  yaxın  gələcəkdə  Britaniya  aeroplanlarınm 
enməsində istifadə etmək üçün Qafqazın 
128 


 


məlumatlara  görə,  qoşun  qüvvəsi,  pulemyot,  top  olmadan  dəstəni 
məhv  etmək  mümkün  deyil...  Qubernator  əvəzinə  Buqatko” 
(ARDA, f.894, s.9, iş 6, s 4-6). 
Əlbəttə, mən bu tarixlər arasında birincinin, yəni may ayının 
doğruluğuna şübhə yaratmaq fikrindən uzağam, çünki bunu Xudadat 
bəy kimi şəxsiyyətin özü və Rəfıbəylilər barəsində çox dəyərli kitab 
yazmış  R.Hüseynov  da  göstərib.  Gözəl  publisist  “Rəfıbəylilər” 
kitabında (səh 132-133) bu barədə yazır: “Xudadat bəy vəzifəsinin 
icrasına  mayın  17-də  başlayıb.  Həmin  gün  Gəncə  quberniyasının 
idarəçiliyini  yerinə  yetirən  və  elə  Xudadat  bəy  kimi  hökumət 
tərəfindən mayın 6-dan yeni vəzifəyə - Baş qərargahın baş idarəsinin 
topoqrafıya  şöbəsinə  müdir  təyin  edilmiş  general-mayor  Vəkilov 
imazaladığı son əmrlə vali kürsüsünü təhvil verib”. 
Xudadat  bəy  Rəfıbəyovun  atası  Ələkbər  bəy  1884-88-ci 
illərdə  Nuxa  qəzasının  Bum  sahəsində,  Yelizavetpol  qəza  polis 
sahəsində  və  Ərəş  qəzasının  1  saylı  sahə  polisində  pristav 
vəzifəsində  işləmiş,  1890-cı  ildə  Yelizavetpol  qubematomnun  17 
sentyabr 1890-cı il 42 saylı əmri ilə Yelizavetpol qəzasının pristavı 
təyin  edilmişdir.  1895-ci  ilin  dekabrından  1896-cı  ilin  yanvarına 
qədər  isə  Yelizavetpol  şəhərinin  pristavı  olmuşdur.  Ələkbər  bəy 
xidməti işdəki uğurlanna görə. Müqəddəs Vladimir ordeni ilə təltif 
edilmiş, saray müşaviri rütbəsinə layiq görülmüşdür. 
Milli hökumətdə “Əksinqilab ilə mübarizə təşkilatf’nm sədri 
olmuş  N.Şıxzamanh  Türkiyədə  çap  etdirdiyi  xatirələrində  yazırdı: 
“Ələkbər  bəy  70  yaşlı,  uzunboylu,  enli  kürək,  sərt  baxışlı,  ciddi 
görkəmli, məntiqli və yerli-yerində danışan, mədəni, cəsarət sahibi, 
xalqın sevimlisi olan bir şəxsdir. Bütün milli problemlərimizin həll 
olunmasını da öz üzərinə götürmüşdür. Eyni zamanda Azərbaycan 
tarixində şah əsərlər yaradan gizli “Difai” fırqəsinin fəxri sədri idi. 
Bütün  xalqımız  kimi  düşmənlərimiz  də  onunla  hesablaşmaq 
məcburiyyətində idilər” (“Nağı bəyin xatirələri” səh 50-51). 
Ələkbər bəy sözün tam mənasında Gəncənin ağsaqqalı idi. Bu 
böyük şəhərdə elə bir tədbir, elə bir iş ola bilməzdi ki. Ələkbər bəyin 
məsləhəti və xeyir-duası olmadan keçirilsin. Təbiətən 
130 


xeyirxah, mərd, son dərəcə ağıllı və tədbirli insan olan bu şəxsə el 
ağsaqqalı  kimi  yüksək  nüfuz  qazandıran  səbəblərdən  biri  də  onun 
təmənnasız  səxavəti,  ehtiyac  içərisində  yaşayanlara  əl  tutması, 
xalqın  dərd-səri  ilə  yaşaması  idi.  80-ci  illərin  əwələrində 
Peterburqda (qardaşı Hadi bəylə, kürəkənləri Mirzə bəylə birlikdə) 
ziraət üzrə təhsil almış Ələkbər bəy haqqında Şəfi bəy Rüstəmbəyov 
yazırdı: “Savadlı, rus və türkcəni kamil bilən Ələkbər bəy mətin bir 
inadla  öz  təhsilini  artırmağa  səy  göstərmiş,  ictimai  elmlərlə 
maraqlanmış,  biliklərinin  çərçivəsini  kenişlən-  dirən,  ona  həyatın 
bütün məsələlərindən xəbərdar olmaq imkanı verən müxtəlif toplantı 
və iclaslarda iştirak etmiş və bununla da dəfələrlə Gəncənin ictimai 
həyatının axarını düzgün məcraya yönəltməyə nail olmuşdur.” 
Bəli  məhz  “düzgün  məcraya  yönəltməyə”,  çünki  ilahi 
tərəfindən fitri ağıl verilmiş bu insanın qismətinə tək öz əqrabasınm 
deyil,  bütün  bir  elin  yükünü  çəkmək  düşmüşdü  və  onun  səhv 
etməyə,  nəyisə  diqqətdən  qaçırmağa  haqqı  yox  idi.  Tanrının 
seçdikləri onlan bu seçimə layiq görmüş qüdrətin adına yaraşan işlər 
gömıəli və bunun üçün əsla qürrələnməməlidirlər. 
Bəlkə elə buna görəydi Ələkbər bəyin bir ömrə deyil, neçəsinə 
yetəcək  qədər  xeyirxah  əməlləri  və  bu  əməllərə  təməl  olan  özəl 
xüsusiyyətləri  vardı.  Onun  xalq  yolunda  göstərdiyi  xidmətlər 
saymaqla  qurtarası  deyildi.  Ən  başlıcası  belə  xeyirxah  əməllərinin 
arasında  yadda  qalanları  unudulanlardan  qat-qat  çoxdur.  Ömrünü 
millətə xidmət yolunda şam kimi əritmiş bu böyük insanın həyatında 
“Difai” partiyasının üzvü olması. Nəsib bəy Yusifbəyli ilə bərabər 
Gəncə Milli Komitəsinə rəhbərlik etməsi kimi və onlarla başqa bu 
cür millətsevərlik, vətənsevərlik nümunəsi sayılacaq əməllər... Yeri 
gəlmişkən. Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy 
Səfıkürdski, Məmmədbağır və Nağa bəy Şeyxzamanhlar, Sarı Hacı 
Ələkbər, Molla Məhəmməd Pişnamazzadə, Əhməd Cavad və başqa 
məşhur şəxslər Gəncə Milli Komitəsinin üzvü olublar. Ayrılıqda hər 
biri  bütün  Azərbaycan  üçün  əziz  sayılan  genefondumuzun  bu 
əvəzsiz incilərini bir yerə yığmaq və onlara ağsaqqallıq etmək asan 
bir hünərdimi? 
131 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə