Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   33   34   35   36   37   38   39   40   ...   90

Xosrov bəyin bu komitəyə sədr təyin edilməsi sözsüz ki, onun 
bütün Zəngəzur və Qarabağda böyük nüfuz sahibi olması ilə bağlı 
idi  və  yəqin  bolşeviklər  ilk  günlərdə  milli  münaqişələrin  hər  an 
alovlana  biləcəyi  belə  mühüm  bir  bölgəyə  təsadüfi  adamı  təyin 
etmək istəmirdilər. Bəlkə də bu təyinatda X.Sultanovun bir vaxtlar 
Nərimanovla dost olması da müəyyən qədər rol oynamışdı. Ancaq 
bütün  bunlara  baxmayaraq,  1  may  1920-ci  il  qərarının  müvəqqəti 
xarakter daşımasını 11 gün sonrakı həbs tədbiri sübuta yetirdi. 
Ali İnqilabi Tribunalın istintaq şöbəsinin 1 avqust tarixli 1762 
saylı blankından: 
“Azərbaycan  SSR  (Staro-Poliçeyskaya  d.№  23.)  İnqilabi 
Komitənin 22 may və Xalq Ədliyyə komissarlığının kollegiyasının 
29  may  qərarı  ilə  keçmiş  qubernator  Rəfıbəyov  və  general- 
qubernator  Sultanov  (onların  hər  ikisi  eyni  gündə  həbs 
olunmuşdular - L,Ş.) Ali İnqilabi Tribunalın məhkəməsinə veriliblər 
və onlar haqqındakı iş mənim icraatımdadır. Mənə çatan məlumata 
görə  FK müstəntiqi  Səfıkürlüdə də X.Sultanova  qarşı ittihamedici 
materiallardan  ibarət  iş  var.  Yuxarıda  göstərilən  iki  qərarla  bağlı 
Komissiyadan  xahiş  edirəm:  1.  Keçmiş  general-  qubernator 
Sultanovun ittiham olunması ilə əlaqədar işi və bütün ittihamedici 
materiallan və əgər varsa, Rəfıbəyovun əksinqilab- da iştirakı barədə 
materialları  da  mənə  göndərsin.  2.  Hər  iki  müttəhim  Ali  İnqilabi 
Tribunalın  müstəntiqinin  öhdəsinə  verilsin  və  bu  barədə  mənə 
məlumat çatdırılsın.” Həbs edilənlərlə əlaqədar tərtib olunan xüsusi 
arayışdakı  künc  möhüründən  aydın  olur  ki,  blank  Bakı  şəhərində 
tərtib edilib. 
X.Sultanovun işi ilə (12 may - 9 avqust 1920-ci il (Pr. 20584) 
MTN arxivi) bağlı 14 may 1920-ci ildə XI ordunun İnqilabi Hərbi 
Şurası  yanında  xüsusi  şöbənin  hərbi  müstəntiqi  M.Səfıkürdlü 
tərəfindən aparılan dindirmə əsasında aşağıdakı məzmunda Protokol 
tərtib olunur: 
“Mən  XI  ordunun  İnqilabi  Hərbi  Şurası  yanında  xüsusi 
şöbənin  hərbi  müstəntiqi  Səfikürdlü  may  ayının  14-də  əksinqilabi 
işdə  ittiham  olunan  Xosrov  Paşa  oğlu  Sultanovu  dindirdim.  O, 
Xarkovda institutun tibb fakültəsində oxumuş, inqilaba qədər 
116 


Bibiheybət  xəstəxanasında  həkim  işləmişdir.  Hazırda  Qarabağ 
İnqilabi Komitəsinin sədridir. Sonuncu il Şuşada yaşayıb.” 
X.Sultanov  Protokolu  oxuyub:  “Özümə  qarşı  irəli  sürülən 
ittihamı qəbul etmirəm” qeydini edir. 
Əlbəttə, iki gün qabaq Müvəqqəti Qarabağ İnqilabi Komitəsi 
tərəfindən Mandat alaraq İnqilabi Komitənin işlərini yerinə yetirmək 
səlahiyyətlərinə malik  olan bir şəxsin  ona qarşı sürülən ittihamlan 
qəbul etməməsi təbii idi. Yeri gəlmişkən, istintaq işində saxlanılan 
Azərbaycan  Sovet  Respublikası  Müvəqqəti  Qarabağ  İnqilabi 
Komitəsi tərəfindən Şuşa şəhərində İnqilabi Komitənin sədri, katibi, 
işlər üzrə icraçısının qol çəkərək öz imzalan ilə təsdiqlədikləri 150 
saylı 10 may 1920-ci il tarixli mandatda göstərilirdi ki: 
“Bu  mandatın  daşıyıcısı  Qarabağ  İnqilabi  Komitənin  sədri 
X.Sultanov Xalq Komissarları sədrinin tələbi ilə İnqilabi Komitənin 
işləri iİə bağlı Şuşa şəhərindən Bakıya gedir”. 
Aneaq bir həqiqət də vardı ki, bolşeviklər Azərbaycanda milli 
dövlət quruculuğunda iştirak etmiş şəxslərin, xüsusilə də X.Sultanov 
kimi  ADR-in  yüksək  vəzifə  sahiblərinin  sovet  hökumətinə  xidmət 
göstərəcəyinə qəti inana bilməzdilər və əslində bu inamsızlıqlarında 
onlar  tamamilə  haqlı  idilər.  Ona  görə  də  adı  hər  hansı  şəkildə 
müstəqil Azərbaycanla bağlı olan şəxslərin taleyinə tez-gec qaranlıq 
çökməli  idi.  X.Sultanov  isə  bu  yolda  mütləq  birincilər  sırasında 
olmalıydı. Çünki onun müstəqil Azərbaycan dövlətinin qurulması və 
möhkəmləndirilməsində böyük əməyi olmuşdu və yenidən eüzi bir 
məqam  yaranacağı  təqdirdə  o,  öz  xalqı  qarşısında  yeni  xidmətlər 
göstərməyə  hazır  idi.  Buna  görə  də  Azərbaycanda  hakimiyyəti 
əslində  zorla  ələ  almış  bolşeviklər  istənilən  an  onun  barəsində 
məmuniyyətlə ən ağır cəzaya layiq görülməsi ilə bağlı qərar çıxara 
bilərdilər. Və doğrudun da X.P.Sultanov haqqında belə bir qərarın 
çıxarılması ərəfəsində idi. 
Qərar:  “Mən,  Azərbaycan  FK-nın  müvəkkili  M.Səfıkürdlü 
1920-ci  il  avqust  ayının  9-da  Xosrov  Sultanovun  Ali  Tribunalın 
məhkəməsinə  verilməsi  ilə  bağlı  İnqilabi  komitənin  22  may, 
həmçinin Ədliyyə Komissarlığının 22 may qərarlarına uyğun 
117 


olaraq və Ali İnqilabi Tribunalın 1 avqust tarixli 1762 saylı qərannı 
nəzərə  alaraq  Xosrov  Sultanov  haqqında  bütün  materialları 
Azərbaycan SSR Ali Tribunalına təhvil verirəm.” 
X.Sultanov haqqında Azərbaycan SSR Ali Tribunalının hansı 
qərarı qəbul etdiyi, yaxud onunla bağlı işin nə üçün dayandırıldığı 
barədə istintaq işində heç bir qeyd yoxdur. İşdəki növbəti sənəd isə 
Arxiv qeydiyyat şöbəsinin 20 sentyabr 1954-cü il tarixli arayışıdır. 
Moskva  şəhərinə,  Baş  Hərbi  Prokurorun  müavini  general-mayor 
Kitayevə göndərilmiş həmin arayışda deyilir: 
“SSRİ Prokurorluğunun nümayəndəsi yol. Bazenkonun xahişi 
ilə  Sultanov  Xosrov  Paşa  oğlunun  1225  saylı  arxiv-istintaq  işini 
tanış  olmaq  üçün  göndəririk.  İstifadə  edildikdən  sonra  işi  bizə 
qaytarmağınızı  xahiş  edirik.  Qoşma:  mətn  üzrə  1  cild,  21  səhifə. 
Azərbaycan 
SSR 
Nazirlər 
Kabineti 
yanında 
DTK-nm 
qeydiyyat-arxiv  şöbəsinin  rəis  müavini  podpolkovnik  Qnezdov, 
3-cü bölmənin rəisi mayor Subbotin. 18.9.54”. 
Arayışın ruhundan görünür ki, onu Stalinin ölümündən sonra 
sovet cəza orqanları tərəfindən repressiyalara məruz qalmış şəxslərə 
bəraətlərin  verildiyi  dövrdə  hazırlamış,  ancaq  X.Sultanovun  ADR 
hökumətinin  rəhbərlərindən  olduğunu  nəzərə  alaraq,  heç  bir  qərar 
qəbul etməmişlər. 
Yeri  gəlmişkən,  X.Sultanovun  kiçik  qardaşı  Rüstəm  bəy 
Sultanov və Rüstəm bəyin oğlu İskəndərbəy Sultanov da sovet cəza 
orqanları tərəfindən həbs edilmiş və repressiyaya məruz qalmışlar. 
Rüstəm bəyin istintaq işi (PR 6399) ilə bağlı bir qədər ətraflı söhbəti 
Cümhuriyyət dövrünün başqa görkəmli şəxsiyyətləri haqqında bəhs 
edərkən  açacağıq.  İndilik  isə  təkcə  onu  bildiririk  ki.  Rüstəm  bəy 
həbs  edilərkən  doldurulmuş  anketdə  göstərilir  ki,  o,  1875-ci  ildə 
Qurd  Hacı  kəndində  anadan  olub.  Bakıda  Mahgin  küçəsi  ev  2-də 
yaşayıb. Həyat yoldaşı Zeynəb 60 yaşmdadır. “Türk xalqı uğrunda 
mübariz”  və  sovet  hakimiyyətini  devirməyə  çalışan  şəxs  kimi 
ittiharn olunmuş İskəndərhəy isə XDİK orqanlan tərəfindən 1935-ci 
ildə  həbs  edilmişdir.  M.Cəfərli  “Siyasi  terror  və  Azərbaycan 
almanlarının taleyi” (Bakı 1998) kitabında yazır: “Az.SSR XDİK-in 
sədri  Sumbatovun  və  Xüsusi  şöbənin  rəisi  Avanesyanm 
imzaladıqları “Az.SSR-də alman 
118 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə