Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   30   31   32   33   34   35   36   37   ...   90

imkanından  məhrum  edir.  Və  hətta  ermənilərin  hücumları  baş 
verdikdə hökumətlə ilkin əlaqə yaratmadan (teleqramın çatdıniması 
ilə  bağlı  çətinliklər  xüsusilə  nəzərə  alınmaqla)  silahlı  qüvvələrdən 
istifadə etməyin qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə sala 
bilər.” 
Burada  daha  sonra  qeyd  edilirdi  ki,  qanuna  görə  general- 
qubernatorun  hakimiyyəti  Baş  komandanın  hakimiyyətinə  bərabər 
tutulur  və  hərbçi  olmasa  da  general-qubematorluğun  ərazisindəki 
silahlı hissələr də onun tabeçiliyinə keçməlidirlər. 
Sultanovun  bu  təklifi  ADR  hökumətinin  1919-cu  il  4  aprel 
tarixli  iclasında  müzakirə  edildi.  Nazirlər  Şurası  sədrinin  müvafiq 
mə’ruzəsi  və  fikir  mübadiləsindən  sonra:  a)general-qubematorluq- 
da  yerləşən  hərbi  hissələrin,  hərbçi  olmadığına  görə,  general- 
qubernatora tabe etdirilməsinin qeyri-mümkünlüyü
b)qanunda  nəzərdə  tutulduğu  kimi  ona  yalnız  fövqəladə 
hallarda  silahlı  qüvvələrin  köməyindən  istifadə  etmək  hüququnun 
verilməsi; 
v)general-qubematorluğun  hüdudlarındakı  hərbi  hissələrin 
hər  cür  hərəkəti  və  say  tərkibinin  dəyişdirilməsinin  yalnız  onun 
tələbi və razılığı ilə həyata keçirilə bilməsi qərara alındı. 
Hökumətin bu qəran ilə kifayətlənməyən general-qubernator 
yenidən DİN-ə yolladığı 1919-cu il 6, 7, 14 aprel tarixli, Azərbaycan 
hökumətinin başçısına ünvanladığı 14 aprel tarixli məktublarda öz 
mövqeyində  qaldığını  təkrarlayırdı.  0,1919-cu  il  aprelin  14-də 
DİN-nə  yazdığı  məktubunda  Qarabağ  qubematorlu-  ğuna  aid 
ərazilərin,  yə’ni  Zəngəzurun  da  məsələsinin  qəti  həlli  üçün  2000 
nəfər əsgərin və kifayət qədər hərbi sursatın lazım olduğunu söyləyir 
və  məhz  bu  məqsədlə  də  bölgələrdəki  hərbi  hissələrin  onun 
tabeçiliyinə  keçirilməsini,  əks-təqdirdə  isə  istefaya  buraxılmasını 
xahiş  edirdi.  Buna  görə  də  ADR  hökumətinin  1919-  cu  il  aprelin 
19-dakı  iclasında  Nazirlər  Şurasının  sədri  X.Sultanovun  rəhbərlik 
etdiyi  qubematorluqdkı  hərbi  hissələrin  ona  tabe  olması  haqqında 
əlavə  vəsadətinə  dair  məruzə  ilə  çıxış  etdi.  İclasda  Qarabağ 
general-qubematorluğunun  hüdudlarında  yerləşən  hərbi  hissələrin 
Xosrov  bəyin  icazəsi  və  razılığı  ilə  hərəkət  etməsi,  buna  görə  də 
onun silahlı qüvvələrdən istifadə 
107 


edilməsinə dair öz sərancamlarına görə məs’ul olması qərara alındı. 
N.Yusifbəyli bu qərara müvafiq olaraq hərbi nazirliyə məktubunda 
X.Sultanovun  vəsadətini  yerinə  yetirməyi  və  bu  sahədə 
general-qubernatora kömək göstərməyi tapşırdı. 
X.Sultanovun “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq 
yaranmış  vəziyyət  və  həmin  vəziyyəti  ləğv  etmək  üçün  zəruri 
tədbirlər” 
adlı 
məlumat-məruzəsində 
Qarabağ 
general- 
qubernatorluğuna daxil olan bölgələrin, o cümlədən də Zəngəzurun 
Azərbaycan  üçün  ərazi  və  ümumsiyasi  baxımlardan  kəsb  etdiyi 
mühüm  əhəmiyyəti  açıqlanırdı.  Onun  fikrincə  Qarabağın 
ermənilərin əlinə keçməsi torpaqlarımızın ən yaxşı hissəsinin, digər 
tərəfdən  Naxçıvan  və  Ordubadın,  ümumiyyətlə  isə  bütün 
Azərbaycanın  itirilməsi  demək  idi.  Naxçıvan  və  Ordubada 
yiyələnməklə  Ermənistan  Azərbaycana  öz  şərtlərini  diktə  etdirə, 
dövlətimizin siyasi qüdrətini və mövcudluğunu təhlükə altına qoya 
bilərdi.  Məruzədə  general-qubernatorun  4  aylıq  fəaliyyəti  ərzində 
ingilislərsiz  bir  addım  belə  atmamasma  baxmayaraq,  onların 
verdikləri vədlərin heç birinə əməl etmədikləri dolayısı ilə bildirilir, 
X.Sultanovun Şatelvortla söhbətində ikincinin bu halın təkzibi üçün 
qətiyyən əsas tapmadığı aydın olur. 
İngilislərin  məsələnin  həllini  yubatmaqla  Azərbaycan  üçün 
əlverişsiz  şərait  yaratdığını  gördükdə  qəti  tədbirlərə  əl  atan 
general-qubernator  müttəfiq  qoşunları  komandanlığının  heç  bir 
hüquqi  və  mənəvi  əsası  olmayan  ultimatum  səciyyəli  və  ahəngli 
tələbləri  ilə  qarşılaşmışdı.  Hətta  ingilislər  Qarabağ  məsələsində 
onların  ziddiyətli  siyasətləri  ilə  razılaşmayan,  ADR-in  xəttini 
qətiyyətlə  yeridən  X.  Sultanovun  vəzifəsindən  kənarlaşdınimasmı 
tələb  etmişdilər.  İngilislər  general-qubernatoru  səhlənkarlıqda 
günahlandırmağın  əsassız  olduğunu  yaxşı  bildiklərindən  öz 
hökumətinin  siyasətini  düzgün  aparan  və  bununla  da  ermənilərin, 
onların Milli Şurasının Qarabağda möhkəmlənməsinə mane olan bir 
şəxs kimi işdən uzaqlaşdırmağa çalışırdılar. 
Zəngəzurla  bağlı  hadisələrə  toxunan  X.Sultanov  ingilislərin 
öz vədlərinə xilaf çıxaraq bu bölgədə hakimiyyəti Azərbaycana yox. 
Erməni Milli Şurasına verdiklərini, Ermənistan hökumətinin 
108 


agentləri  olan  Arzumanovun,  Çilingərovun  ingilis  bayrağının 
himayəsi altında buraya pul və təlimatlar gətirmələrinə dair faktlan 
qeyd edirdi. 
Xosrov  bəy  yerli  şəraiti  bilməsinə  əsaslanan  dərin  inamını 
belə ifadə edirdi: 
1.
 
Qarabağ-Zəngəzur məsələsinin həllində ingilis köməyindən 
qətiyyətlə imtina etmək lazımdır; 
2.
 
İngilislər bu işdə bizə yalnız maneçilik törədirlər; 
3.
 
Nə  qədər  ki,  daşnakların  partiyası  orada  iş  aparır, 
məcburedici  tədbirlər  görülməzsə, 
ermənilər 
Azərbaycan 
hökumətinin tabeçiliyinə razı olmayacaqlar; 
4.
 
Bu  məsələni  bir  ay  da  həllsiz  qoymaq  əhalini  hökumətin 
gücsüzlüyünə  inandırmaq,  müsəlman  hissəsində  anarxiyaya  səbəb 
olmaq və bölgələrdən həmişəlik əlini üzmək deməkdir. 
Yaranmış mövcud təhlükəli vəziyyəti düzgün qiymətləndirən 
X.  Sultanov  ondan  çıxış  yolunu  bu  kimi  təcili  tədbirlərin  həyata 
keçirilməsində görürdü: 
a.
 
Təxirə  salmadan  hərbi  hissələri  Zəngəzura  yeritmək,  eyni 
vaxtda  da  ermənilərin  İrəvandan  Azərbaycan  torpaqlarına 
hərəkətinin qarşısını kəsmək; 
b.
 
Dağlıq  Qarabağa  Azərbaycanın  hakimiyyətin  tanımaq 
barədə ultimatum vermək və altı gün vaxt qoymaq
v.Eyni  zamanda  bütün  ermənilərə  müsəlman  rayonlanndan 
getməyi  təklif  etmək  və  ultimatum  müddətinədək  onlarla  hər  cür 
əlaqələrin kəsiləcəyini bildirmək
q.Şuşa şəhəri üçün istisna ediləcəyini göstərmək
d. Azərbaycan hökuməti tanınmazsa altı gündən sonra hərbi 
əməliyyatlara başlamaq və bunun məs’uliyyətinin tamamilə erməni 
əhalisi başçılannm üzərinə düşəcəyini bildirmək. 
General-qubernator onun təklif etdiyi tədbirlərin ləngidilməsi 
və ya qəbul olunmaması şəraitində bölgələri nələrin gözlədiyini belə 
yekunlaşdırmışdı: 
1  .Ermənilərin  Zəngəzurdan  irəliləməsi  və  Dağlıq  Qarabağ 
erməniləri  ilə  birləşməsi  və  onlann  pulla,  döyüş  sursatı  ilə  təchiz 
olunmaları; 
2.
 
Müsəlman rayonlarında anarxiya; 
109 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə