Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

nümayəndələri 
tərəfindən 
Andronikin 
hərbi 
hərəkətləri 
dayandırması  tələbinə  inanan  müsəlmanlar  ermənilərin  qarşısını 
kəsdikləri mövqeləri tərk etmiş evlərə dağılışmışlar. Bundan istifadə 
edən quldur Andronik Türkiyə və yerli ermənilərdən ibarət dəstəsinə 
qonşu müsəlman kəndlərinə qəfil hücumlar etməyi əmr etmişdir. Bu 
siqnalla  bütün  ermənilər  silaha  sanimış,  yaxınlıqdakı  müsəlman 
kəndlərinə  basqın  etmiş  və  yaşma,  cinsinə  fərq  qoymadan  əhalini 
qırmış,  meyidləri  təhqir  etmişlər;  öldürdükləri  qadınların  döşlərini 
kəsib  südəmər körpələrin ağzına soxmuşlar; əyləncə məqsədilə iki 
qadını lüt soyundurmuş və buraxmışlar. Dekabrın 9-da on ikidən çox 
kəndi  yandırmışlar.  On  nəfər  qadın  hazırda  ermənilərin  əsiridir. 
Qoşun göndərilməsi barədə sərancam verməyinizi xahiş edirəm. 
Zəngəzur qəza rəisi Məlik-Namazəliyev, 11 dekabr 1918- 
ci il.” 
Zəngəzurda  və  Qarabağda  yaranmış  vəziyyətlə  əlaqədar 
müəyyən  məsləhətləşmələrdən  sonra  Azərbaycan  hökumətinin 
1919-cu il 29  yanvar tarixli  iclasında “Cəvanşir, Şuşa, Cəbrayıl və 
Zəngəzur  qəzalarına  general-qubernator  təyin  edilməsi  haqqında 
DİN-in məruzəsi” dinlənildi və aşağıdakılar qərara alında: 
1 .Xosrov bəy Sultanov general-qubernator təyin edilsin
2.
 
Nazirliyin  20  milyonluq  fondundan  general-qubematorlu- 
ğun ehtiyacları üçün 5 milyon manat ayrılsın; 
3.
 
Həmin məbləğdən 1 milyon manatın general-qubernatorun 
sərancamına  indi  buraxılması,  ondan  isə  728  min  300  manatın 
qubernatorluğun ştatının saxlanılması, 600 nəfərlik süvari dəstəsinin 
təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın 
isə gözlənilməz, təcili tədbirlərə xərxclənilsin
4.
 
Yuxarıda  qeyd  olunan  dəstənin  sayının  3000  nəfərə 
çatdırılmasının  mümkünlüyünü  etiraf  etməklə  bunun  hökumətin 
xüsusi göstərişi ilə həyata keçirilməsi təmin edilsin. 
Yeni vəzifəyə təyin olunduqdan sonra X.Sultanov hələ Bakıda 
ikən  general-qubematorluğun  təşkili  ilə  əlaqədar  olan  bəzi  işləri 
görmüş,  1919-cu  il  12  fevralda  Şuşaya  gələrək  öz  vəzifəsinin 
icrasına başlamışdı. ADR hökumətinin bu addımı azərbaycanlı 
101 


əhali  tərəfindən  böyük  ümid  və  razılıqla  qarşılanmışdı.  Çoxsaylı 
arxiv  sənədləri  və  materialları  (İ.Şaxdin,  T.Svyatxovski  və  b.) 
araşdırmalan  sübut  edir  ki,  ADR  hökuməti  tərəfindən  Zəngəzur 
qəzasını  da  əhatə  edən  Qarabağ  general-qubernatorluğunun 
yaradılması və xüsusilə də X.Sultanovun oraya başçı təyin olunması 
Ermənistanı xeyli təşvişə salmış və onun diplomatik- hərbi fəallığını 
artırmışdı.  R.Hovannesyan  bu  barədə  belə  yazırdı:  “Acıqlanmış 
ermənilərin özləri üçün təhqir üstündən təhqir hesab etdikləri bir də 
bərk  qorxduqları  məşhur  armenofob  Xosrov  Sultanovun  Tomson 
tərəfindən  hər  iki  ərazinin  qubernatoru  təyin  edilməsi  idi”.  Qeyd 
edək ki, general-qubernatorun müavini bolşevik Çingiz İldınm təyin 
olunmuşdu. 
ADR  Nazirlər  Şurasının  torpaqlarımızın  bir  hissəsində  - 
Zəngəzur və s qazalarda general-qubematorluq təşkil etməsi qərannı 
Ermənistan  hökuməti  özünün  etiraz  notaları  ilə  qarşıladı. 
Ermənistanın xarici işlər naziri S.Tiqranyan 1919-cu ilin yanvarında 
ADR hökumətinə  göndərdiyi  teleqramda hər iki  bölgəyə dair irəli 
sürülən 
ərazi 
iddialarını 
davam 
etdirərək 
yeni 
general-qubematorluğun  yaradılmasına  etirazını  bildirmiş,  bunu 
“Ermənistanın ərazi hüquqlanna” qəsd kimi qiymətləndirmişdi. 
Bu  dövrdə  daşnak  hökumətinin  Azərbaycandakı  diplomatik 
nümayəndəsi  olan  T.Bekzadyan  Britaniya  komandanlığının 
nümayəndələri ilə görüşlərində müttəfiqlərin bölgələrin məsələsini 
Erməistanm xeyrinə həll etməyəcəyi təqdirdə, heç olmazsa, burada 
müvəqqəti ingilis general-qubernatorluğu yaradılmasına çalışırdı. 
ADR  hökuməti  Ermənistanın  əsassız  ərazi  iddialanna  və 
bölgələrimizin  idarə  olunmasına  müdaxiləsinə  biganə  qalmadı. 
Xarici  İşlər  nazirini  əvəz  edən  A.Ziyadxan  1919-cu  il  yanvarın 
31-də  Ararat  Respublikasının  XİN-nə  göndərdiyi  178  saylı 
teleqramda  bildirirdi  ki,  Azərbaycanın  Zəngəzur  və  digər 
rayonlannda müvəqqəti general-qubematorluğun yaradılmasına hər 
hansı  bir  etiraz  əsassızdır;  çünki  həmin  ərazilər  ADR-in  ayrılmaz 
tərkib  hissələridir.  Daha  sonra  teleqramda  yazılırdı  ki,  öz 
torpaqlarında qayda-qanun yaratmaq, milliyətindən asılı olmayaraq 
bütün vətəndaşlarının ləyaqətini və əmlakını məsuliyyətsiz şəxslərin 
özbaşınalığından müdafiə etmək 
102 


Azərbaycan  hökumətinin  nəinki  hüququ,  hətta  mənəvi  vəzifəsidir. 
A.Ziyadxan  general-qubernatorun  təyin  edilməsi  barədəki  qərarm 
heç də Ermənistanın ərazi hüquqlarına qəsd olmadığını, əksinə onun 
hökumətinin  etirazını  isə  daxili  işlərimizə  qanşmağa  cəhd 
göstərməklə süverenliyimizə qəsd kimi qiymətləndirirdi. 
Tomsonun  1919-cu ilin  yanvar  ayının ortalarında Qarabağın 
və 
Zəngəzurun 
Azərbaycan 
Respublikasının 
müvəqqəti 
idarəçiliyinə verildiyini bəyan etməsi, həmin bölgələrdə müvəqqəti 
general-qubernatorluğun 
yaradılmasına  obyektiv  münasibət 
bəsləməsi  də  Ennənistan  rəhbərliyini  xeyli  çaşdırmış  və  narazı 
salmışdı.  O,  ermənilərin  bununla  bağlı  etirazlarına  cavab  olaraq 
demişdi:  “Məsələ  bundadır  ki,  bəzi  ermənilər  Azərbaycanm 
Britaniya  tərəfindən  tutulmasından  intiqam  məqamı  kimi  istifadə 
edə bilmədiklərindən çox mütəəssir olmuşlar. Onlar başa düşməyə 
borcludurlar ki, məsələni hərbi qüvvələr deyil. Sülh konfransı həll 
edəcəkdir”  (T.Svyataxovski.  Rusiya  Azərbaycanı.  1905-1920-  ci 
illər.  “Azərbaycan”  jurnalı  1989  №  11,  səh  137.)  (İ.Musayev 
“Azərbacanm Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və 
xarici dövlətlərin siyasəti (1917-1921-ci illər)” səh. 117-118). 
Müttəfiqlərin 
komandanlığının 
müvəqqəti 
general- 
qubematorluğun təşkilini himayə etməsini onun tərəfindən 1919- cu 
ilin  fevralında  Şuşaya  göndərilən  mayor  Mak-Mossenə  və  xüsusi 
komissiyaya  verilən  təlimatdan  da  görmək  olar.  Həmin  təlimatda 
Azərbaycan  tərəfi  üçün  müəyyən  mə’na  və  əhəmiyyət  kəsb  edən 
bəzi məqamlara nəzər salaq. TəTimatda göstərilirdi ki. Zəngəzur və 
Qarabağın  Azərbaycana  və  Ermənistana  mənsub  olması  məsələsi 
yerlərdə  həll  oluna  bilməz,  komissiya  da  bu  işə  heç  bir  təsir 
göstərmək imkanına məlik deyildir və onun yoluna qoyulması yalnız 
Sülh  konfransı  vsitəsilə  mümkündür.  Burada  daha  sonra  doktor 
Sultanovun bölgələrin general-qubernatoru tə’yin edilməsi bildirilir, 
onun:  1.  “modus  vivende”  tapmaq;  2.vilayəti  qüvvə  tətbiq 
olunmadan  idarə  etmək;  3.  ərazi  iddiaları  haqqında  məsələ 
qaldırmaqdan çəkinmək kimi vəzifələri sadalanır və bunları həyata 
keçirməkdə ona hərtərəfli yardım göstərilməsi tapşınhrdı. 
Komissiyanın qarşısında qoyulan və təlimatda öz əksini tapan 
vəzifələrdən biri sənədin 4-cü bəndində yazılmiidi. Həmin bəndə 
103 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə