Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   37   38   39   40   41   42   43   44   ...   90

132 
 


mə’nada  Gəncə  əhalisinin  hansısa  problemindən  söhbət  açılır, 
dövrün hadisələrinə əsl ziyalı münasibəti göstərilirdi. 
M.S.Ordubadi 1911-ci ildə çapdan çıxmış “Qanlı illər. 1905- 
1906-cı  illərdə  Qafqazda  baş  verən  erməni-müsəlman  davasının 
tarixi” kitabında istinad etdiyi faktlann böyük bir qisminin haradan 
əldə  edilməsi  barədə  yazırdı:  “1905-ci  il  noyabr  ayının  birindən 
başlamış  hadisələri  Əli  Əkbər  bəy  Rəfıbəyov  cənabının  topladığı 
rusca bir jurnaldan və sairə məktublardan topladım.” 
Təsadüfi deyildi ki, Ələkbər bəy fəal siyasətlə məşğul olduğu 
üçün  1908-ci  il  iyulun  31-də  general-qubernatorun  əmri  ilə  5  il 
müddətinə Orenburq quberniyasına sürgün edilmişdi. Doğrudur, bu 
sürgün baş tutmamış, o, sərbəst buraıxılmışdı, ancaq hər halda bu bir 
xəbərdarlıq idi. Çünki Ələkbər bəy kimi bütün quberniyada böyük 
nüfuz sahibi olan bir şəxsin fəal siyasətə girişməsi çar hakimiyyəti 
üçün yaxşı heç nə vəd etmirdi və bu yolla onun qarşısına müəyyən 
səd  çəkmək,  gələcəkdə  hansı  tale  ilə  üzləşə  biləcəyini  göstərmək 
istəmişdilər. 
Oğlu (Ələkbər bəyin başqa bir övladı, qızı Sura vaxtsız vəfat 
edib)  doğma  şəhərə  general-qubernator  təyin  edildiyi  ərəfədə  bu 
əvəzedilməz insanın dünyasının dəyişməsi onu tanıyanların hamısını 
sarsıtmış, bütün Gəncəni yasa boğmuş, Azərbaycanın hər yerindən 
Ələkbər bəyə qəni-qəni rəhmət oxunan, Xudadat bəyə uca tanrıdan 
səbr  diləndiyi  bildirilən  teleqramlar  daxil  olmuşdu.  Mustafa  bəy 
Əlibəyov  Gəncə  vağzalından  Xudadat  bəy  Rəfıbəyova  vurduğu 
teleqramda (19 saylı) yazırdı: “Hürriyyət qəhrəmanı, millətin fəxri 
babamız  Ələkbər  bəyin  darülbəqaya  rəhmət  aparmasını  Sizinlə 
bahəm ağlayıram. Fəqət o nurlu, yumşaq qəbrin nurla dolmasını arzu 
edirəm”. 
Hökumətin  başçısı  Nəsib  bəy  Gəncə  Milli  Komitəsində  öz 
keçmiş həmkarının ölümünə ürəkdən acıyırdı: “Azərbaycan xalqına 
və mənim qəlbimə əziz olan böyük ictimai xadim və Azərbaycanın 
namuslu vətəndaşı istəkli Ələkbər bəy Rəfibəyovun vəfatı ilə bağlı 
dərin kədər hissiylə başsağlığı verirəm.” 
Parlamentin  sədri  Həsən  bəy  Ağayev  Bakıdan  öz  kədərəni 
belə ifadə edirdi: “Milli itkiylə əlaqədar olaraq dərindən sarsıldım. 
133 


Sənin dərdinə və ümumi bədbəxtliyimizə səmimi-qəlbdən şərik 
oluram.” 
Nəzərəliyevin Bakıdan vurduğu teleqramda isə hüzn 
aşağıdakı şəkildə ifadə olunmuşdur: “Son dərəcə dəyərli və 
əvəzedilməz insan, ictimai xadim olan Ələkbər bəyin vəfatından 
kədərlənir, dərin hüznlə başsağlığı verirəm”. 
Bakıdan Əhməd bəy 
Pepinovun 1919-cu il aprel 
ayının 10-da Xudadat bəy 
Rəfibəyova 
vurduğu 
teleqramda və onlarla başqa 
telqamlarda da Ələkbər bəyin 
vəfatından dərin hüznlə 
başsağlığı verildiyi bildirilir
onun barəsində tam layiq 
olduğu “millət fədaisi”, “uca 
şəxsiyyət”, “hamımızın 
ağsaqqalı”, “İslam aləminin ən 
dəyərli mücahidi”, “türk islam 
övladını vəfatıyla ağladan”, 
“unudulmaz 
insan, 
əvəzedilməz dost” və s. 
ifadələr işlədilirdi. 
Ələkbər bəyin xalq, Vtən 
qarşısında xidmətlərinin nədən 
ibarət olduğunu bu 
teleqramlardan daha konkret 
şəkildə ifadə etmək bəlkə də 
mümkün deyil. 
“Elizavetpolskie qubemskie vedomosti”nin 1909-cu il 24 may 
buraxılışında 1909-1913-cü illər şəhər dumasına seçilmiş qlasnilar 
arasında  Ələkbər  bəy,  Xudadat  bəylə  yanaşı  daha  6  nəfər 
Rəfıbəyovların  (Gəncə  şəhər  Dövlət  Dumasının  60  üzvü  vardı) 
adlan  var.  Ümumiyyətlə,  Rəfıbəyovlar  nəslində  sayılıb-seçilən 
şəxsiyyətlər az olmamışdı. Bütün bunları qeyd etməkdə məqsədimiz 
Xudadat bəyin necə bir nəslin nümayəndəsi, necə 
 
X-A.Pac^^u&f
eH.uı 
MSlHlICTp 
134 


bir  atanın  oğlu  olduğunu,  hansı  kök  üstdə  bitdiyini  göstərməkdən 
daha  çox  Vətəninin,  millətinin  layiqli,  gərəkli  övladları  olmuş 
insanları  bir  daha  yada  salmaqla,  onların  unudulmasına  yol 
verməmək  istəyidir.  Nə  qədər  acı  da  olsa  etiraf  etməliyik  ki, 
Azərbaycanın  ötən  əsrlərdə  yaşamış  Ələkbər  bəy  kimi  neçə  uca 
şəxsiyyəti  barəsində  sonrakı  nəsillər  lazımi  məlumatlar  əldə 
etmədiklərindən  bu  gün  onların  çoxunu  tanımırıq.  Beləliklə  də, 
nəsillər  arasında  əlaqənin  qırılması  milli  yaddaşımızda  boşluqlar 
yaradır, itirdiklərimiz milli genofondumuza çətinliklə bərpa edilən 
yaralar vurur. 
Xudadat  bəyin  uşaqlıq  və  ilk  gənclik  illəri  həmyaşıdı  olan 
digər ziyalı, imkanlı ailələrin uşaqlarının həyatından bir o qədər də 
fərqlənmirdi.  Valideynləri  onun  da  mükəmməl  təhsil  alması,  öz 
xalqı ilə yanaşı, Avropa musiqisindən və mədəniyyətindən xəbərdar 
olması  və  bir  neçə  xariçi  dil  bilməsi  qayğısına  qalmağa 
çalışmışdılar.  Bu  ümumi  ssenari  ilə  həyata  hazırlanan  yeniyetmə 
1888-ci  ildə  Gəncədə  rusdilli  klassik  gimnaziyasının  hazırlıq 
şöbəsinə daxil olur, iki il burada oxuduqdan sonra birinci sinfə qəbul 
edilir və 8 il gimnaziyada təhsil alır. 1898-ci ildə 20 yaşı tamam olan 
Xudadat artıq təhsilini Xarkovda imperator Tibb Universitetinin tibb 
fakültəsinin  cərrahlıq  şöbəsində  davam  etdirirdi.  1904-cü  ildə  ali 
tibbi  təhsil  görmüş  bu  gənc  Xarkovda  qalaraq  təyinat  üzrə  3  il 
hospitalda  ordinator  işləyir.  Sərbəst  həyata  atılan  və  öz  yolunu 
müəyyənləşdirməyə  qadir  olan  Xudadat  burada  işlədiyi  vaxt, 
1905-ci  ildə  yaxın  qohumu  Mirzə  bəyin  qızı  Cəvahir  xanımla  ailə 
qurur və 1907-ci ildə ailəlisi ilə birlikdə Gəncəyə qayıdır (onların 3 
uşaqları olub Kamil, Rəşid, Nigar). Bəlkə də 30 yaşlı, hər cəhətdən 
tam yetkinləşmiş bu gənc həmyaşıdları arasında yeganə şəxslərdən 
idi  ki,  onun  yolunu  bir  ailə,  bir  nəsil  deyil,  az  qala  bütün  şəhər 
gözləyirdi.  Çünki  ölkədən  min  kilometrlərlə  uzaqda  təhsilini  başa 
vurmuş  həmin  gənc  Ələkbər  bəyin  oğluydu  və  onun  atasının 
əməllərinin  davamçısı  olacağına  həmyerliləri  çox  böyük  ümidlər 
bəsləyirdilər. 
1907-ci il noyabrın 15-də 30 yaşlı Xudadat bəy qubernatorun 
əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına direktor təyin 
edilir. Əlbəttə, bu faktın özü təkcə onun biliyinə, təşkilatçı və 
135 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə