etmək bacarığını sübut üçün neçə-neçə belə tutarlı dəlil tapmaq
mümkündür.
Ölkənin taleyi ilə bağlı problemlərdən əslində başı açılmayan
X.Rəfıbəyovun Gəncənin mədəni həyatında yaxından iştirakına da
qibtə etməmək olmur. Müəllimlər İttifaqı idarə heyəti sədrinin ona
yazdığı məktubdan aydınlaşır ki, o, belə tədbirlərdən heç vaxt
kənarda qalmırdı. Həmin məktubda sədr acizanə xahiş edir ki,
Müəllimlər İttifaqının oğlan gimnaziyasının zalında 26 fevralda
tamaşaya qoyulmuş Naydyonovun “Vanyuşinin uşaqları” pyesində
iştirak etməsi ilə onları şərəfləndirsin.
Xudadat bəyin istintaq işində Ədliyyə nazirliyi üzrə 4 iyun
1919-cu il tarixli əmrin surəti saxlanılır. Bu əmrdən aydın olur ki.
Ədliyyə naziri A.Səfıkürdlünün 1 iyun 1919-cu il, 2694 saylı əmri
ilə 1 yanvar 1919-cu ildən etibarən aşağıda adları çəkilən bir qrup
şəxs Gəncə dairəsi Dairə məhkəməsinin fəxri hakimləri təyin
ediliblər və həmin əmrin surəti məlumat üçün Gəncə dairəsi Dairə
məhkəməsinin fəxri hakimi doktor Xudadat bəy Rəfıbəyova
göndərilib.
Təyin edilənlər arasında bu gün də adları Azərbaycanın
tanınmış şəxsiyyətləri, görkəmli dövlət, elm, mədəniyyət xadimləri
arasında fəxrlə çəkilən unudulmaz insanlar var:
1 .Böyük bəy Ağasıbəyov;
2.
Gəncə qubernatoru
ibrahim ağa Vəkilov
3.
Torpaq işləri üzrə rəis İsmayıl bəy Hacıyev
4.
Cavad bəy Cuvarlinski
5.
Gəncə xəstəxanasında
həkim Həmzə bəy Zeynalov
6.
Məmməd Xan Ziyadxanov
7.
Gəncə kişi gimnaziyasında direktor İoseliani
8.
Volqa-Kama bankının müdiri A.Kolakovsk
9.
Qafqaz bankının müdiri A.A. Kələntərov
10.
Mirzə bəy Qazıyev
11.
Himayə nazirliyi, səl. nüm.
Həsən bəy Fəttahov
12.
Doktor Xudadat bəy Rəfıbəyov
13.
Qarşılıqlı kredit üzrə kommersiya cəmiyyətinin sədri
Məşədi Əli Rəfiyev
14.
Gəncə dairə məhkəməsinin baş notariusu Rıbin
142
15.
Doktor Ağalar bəy Səfıkürdski
16.
Gəncə qubernatorunun köməkçisi Hüseynqulu Xan
Xoyski
17-Mirovoy hakim ehtiyat.
Mürsəl bəy Şahmahyev
IS.Nuxa qəzasının mülkədarı Adil Xan Yesaullu
19.
Nuxa kişi gimnaziyasının
direktoru Məmməd bəy
Rəşid bəy oğlu Əfəndiyev
20.
Doktor Məmməd Rza Vəkilov
21.Seminariyanın direktoru
Firudin bəy Köçərli
Zənnimcə, Xudadat bəylə yanaşı Azərbaycan ədəbiyyat
tarixinin ən böyük tədqiqatçısı, ədəbiyyatşünaslığımızın banisi
Firudin bəy Köçərlinin, görkəmli generallarımız və dövlət
xadimlərimiz ilk müstəqil respublikamızın Daxili İşlər naziri işləmiş
İbrahim ağa Vəkilovun və Gəncə qubernatorunun köməkçisi
Hüseynqulu Xan Xoyskinin, dövlət və ictimai xadim. Aslan bəyin
qardaşı Ağalar bəy Səfıkürdskinin adlarını çəkmək kifayətdir.
Xudadat bəy Vətənin hansı bölgəsində baş verməsindən asılı
olmayaraq, daim ümummilli problemlərin həllinə çalışdığı, bu
sahədə əsl vətənpərvərlik nümunəsi göstərdiyi üçün nəinki
qubernator olduğu Gəncədə, bütün Azərbaycanda hörmət və nüfuz
sahibi idi. Müvəqqəti Naxçıvan hökumətinin adından həmin
hökumətin sədri 5 iyul 1919-cu ildə Xudadat bəy Rəfıbəyova
yazırdı: “Naxçıvan, Şərur və Ordubadın bütün əhalisi Naxçıvan
hökumətində həqiqi xidmətdə hesab edilirlər. Siyasi və hərbi
mülahizələrlə onların hamısı təcili vətənə qaytarılmalıdırlar. Həmin
rayonları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab
edərək və Zati alilərinizə müraciətlə aşağıdakıları xahiş edirəm:
yuxarıda göstərilən rayonların Bakı-Batum istiqamətində hərəkət
edən bütün sakinlərini istisnasız saxlamaq üçün Gəncə stansiyasında
xüsusi məmur tə’yin edəsiniz, onlardan bütün sənədləri və yaşayış
vasitələrini almaq, qaçmağa hər hansı cəhdin qarşısının kəsilməsi
üçünsə onlarda olan pullan cüzi xərclik saxlanılmaqla, qol çəkərək
təhvil götürmək. Naxçıvan rayonları sakinlərinin tanınması üçün
Naxçıvan Milli Komitəsinin üzvü Məşədi Məmmədəli Rəhimzadəni
Zati alilərinizin sərancamına
143