Ancaq bütün bunların heç biri olmadı və K.Lizqar hökumətdə nazir
vəzifəsini tutmağa layiq görüldü.
Məhz 22 dekabr 1918-ci ildən 1919-cu ilin 14 aprelinə qədər
ona ünvanlanan və “Çox hörmətli Konstantin Nikolayeviç”
müraciəti ilə başlayan məktub və teleqramlarda yalnız eəmiyyətin
fəaliyyəti, yaxud şəxsi məsələlər barəsində deyil, həmçinin torpaq
nazirliyinipn fəaliyyəti ilə bağlı problemlərdən də söhbət açılırdı.
Ancaq nədənsə, istintaq materiallarında əsasən birinci qrup, yəni
cəmiyyətin gündəlik işlərinə aid olan yazışmalara yer ayrılıb.
Əslində burada təəecüblü bir şey yoxdur, çünki Lizqar tutduğu
vəzifə postundan bolşeviklər əleyhinə mübarizə məqsədilə istifadə
etməmişdi və edə də bilməzdi. Cəmiyyət sədri kimi isə o. Könüllü
ordu və müttəfiq qoşunlar komandanlığı ilə sıx əlaqələr yaratmış,
Rusiyanın çar hakimiyyəti dövrü əraziləri də daxil olmaqla əvvəlki
üsul-idarəsinin bərpası uğrunda çalışmışdı. Bu yazışmalarda
söhbətin cəmiyyət üzvlərindən kimlərinsə harasa ezam olunması,
qəzet çıxarılması və s. istintaq üçün əhəmiyyətli, hətta əhəmiyyətsiz
məsələdən bəhs edilməsindən asılı olmayaraq, Lizqann ittihamı
prosesində bu yazışmalara istinad olunmuş, onlar diqqət mərkəzində
saxlanılmışdır.
Belə məktublardan birində Tiflis ali qadın kurslarının tarix-
dil fakültəsinin dekanı N.Dubrovin “Çox hörmətli Konstantin
Nikolayeviç”ə müraeiəti ilə onun Tiflis şöbəsinə təsir göstərmək
üçün buraya gəlməsi zərurətindən danışır və cəmiyyət üçün qəzet
çıxarmaq məsələsinin nə yerdə qaldığını soruşur (24 dekabr 1918- ei
il).
Lizqara E.Kleynin 29.12.1918-ci ildə yazdığı məktubda da
söhbət həmin qəzetin yaradılmasından gedir. Elə bir qəzet ki:
“...məşhur rus qəzeti olsun, məqsədi bir tərəfdən Zaqafqaziyada rus
əhalisinin maraqlarına xidmət etmək, digər tərəfdən Rusiya
dövlətçiliyi maraqlarını həyata keçirmək və müdafiə etmək
olmalıdır... Mənə elə gəlir ki, elə bir orqan lazımdır ki, müstəqil və
cəsarətli olaraq bu platformada dayansın və Yeni Qafqazın
əsaslarının yaradılıb, möhkəmləndirilməsinə xidmət etsin. Belə
orqan bizdə yoxdur. Nə “Qafqazskoe slovo”, nə “Yedinaya
Rossiya”, nə də “Tiflisskiy vestnik” belə orqan deyil.
Onu elə
161
tam həmrəyliyə gəldik. İndi hakimiyyətin konstruksiyası prosesi
gedir. Xalq maarifi naziri vəzifəsinə mənimlə bərabər sizin
namizədliyiniz də irəli sürülüb. Burada öz orqanının çapı
ilə məşğul
olarsan. Əgər 400-500 min toplaya bilsən bu da çoxdur. Hələlik 300
000 rubl var. Bu miqdarla qəzet çap etməyə dəyərmi. Artıq bir illik
kağız, mətbəə və yığım üçün lazım olan avadanlıq var”.
K.Lizqarın Könüllü ordunun və Müttəfiq Dövlətlərin Fransa
ordusunun nümayəndəsinə göndərdiyi məktublarda cəmiyyətin
Qafqaz respublikalarının müstəqilliyinə münasibətdəki mövqeyini
bütün çılpaqlığı ilə ortaya qoyur: “Zati Alilərinizin arzusunu nəzərə
alaraq, “Slavyan-rus cəmiyyəti”nin Qafqazdakı hazırkı tezislərini
Sizə göndərir və bu prinsiplər Rusiyanın bütövlüyünün bərpa
edilməsinin və xalq kütlələri tərəfindən dəstəklənən, möhkəm
hökumətin yaradılmasının yeganə imkanı kimi təklif edilir. Ümumi,
vahid dövlət orqanının bərpası Ümumrusiya Müəssislər Məclisi
vasitəsilə baş verə bilər. 23 noyabr 1918-ci il.”
Müttəfiq Dövlətlərin Fransa ordusunun nümayəndəsinə:
“Slavyan-rus cəmiyyətinin Şurası sizin şəxsinizdə Rusiyanın keçmiş
səmimi müttəfiqi Fransa qoşunlarının Rusiya ərazisinə gəlməsini
alqışlayır və ümid edir ki, siz rus maraqlarını və onun Qafqazdakı
hüquqi vəziyyətini müdafiə etməklə qardaşlıq bağlarım daha da
möhkəmləndirəcəksiniz. 4 dekabr 1918-ci il”.
Yəqin oxucu da razılaşar ki, artıq K.Lizqarın kimliyi
barəsində bir qədər də geniş məlumat vermək məqamı çatıb. Əslində
taleyini müəyyən mənada Azərbaycanla bağlamış, milli
hökumətimizin üzvü olmuş bir şəxsin barəsində nisbətən geniş
informasiya verilməsinə haqqı da çatır.
MTN arxivində saxlanılan PR 12174 saylı istintaq işində
Lizqar Konstantin Nikolayeviçin tərcümeyi-hal ilə əlaqədar
aşağıdakılar qeyd olunub: “ 1882-ci ildə anadan olub. Orta təhsilli,
1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazaların sahibi olub,
1914-cü ildə praporşik rütbəsi ilə orduya çağrıhb. 499-cu səhra
hospitalının nəzarətçisi, Tiflis avtomobil komandasında poruçik
rütbəsində xidmətdə olmuş, sonra isə 1917-ci ilin fevralına qədər
Türküstanda xidmət etmişdir.
Xüsusi Zaqafqaziya
163