Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   22   23   24   25   26   27   28   29   ...   90

Cəfərovun  mənzilinə  getdim.  Üç  dəfə  onun  mənzilində  oldum. 
Dəqiq deyə bilməsəm də, biz orada xeyli oturduq, təqribən gecə saat 
10-11-ə qədər. 
Sual:  -  Siz  birinci  dəfə,  ikinci  və  üçüncü  gecə  Cəfərovun 
mənzilində nədən söhbət edirdiniz? 
Cavab:  -  Məmməd  Yusif  Cəfərovun  xahişi  ilə  mən  İranda 
inqilab və Kiçik Xanla inqilabçıların apardıqları iş barədə danışdım. 
10-15 gün sonra Babayev məni yenidən Məmməd Yusif Cəfərovun 
xahişi  ilə  onun  mənzilinə  apardı.  Bu  dəfə  də  yenə  Cəfərovun  iki 
qardaşı da orada idi. İkinci gecə Məmməd Yusif mənə sübut etməyə 
çalışırdı  ki,  bolşeviklər  İranda  inqilabı  necə  boğdular  və  sonra 
buraya  gəlib  bütün  ziyaldan  güllələdilər.  Söhbət  yenə  gecə 
yarasmadək  çəkdi.  Üçüncü  dəfə  Cəfərovun  mənzilində  25  gün 
keçmiş oldum. O, söhbəti yenə əvvəlki mövzunun üstünə gətirərək 
dedi  ki,  siz  mühacirlər  bolşeviklərdən  yaxşı  heç  nə  gözləməyin, 
yaxşı olar birlikdə işləyək. İranda olan mühacirlər qoy bizimkilərlə 
işləsinlər.  Burdakılar  da  bizimlə  işləsinlər.  Türkiyədə  bizim  öz 
adamımız Məmməd Əmin Rəsulzadə var. Onun vasitəsilə çox şey 
Kanstintanipoldan  gəlir.  Təşkilatın  İranın  bütün  şəhərlərində  öz 
adamları  var.  Mühacirlərlə  birlikdə  apnlan  iş  yaxşı  nəticələr  verə 
bilər. Mən bir neçə gün sonra Babayev vasitəsilə cavab verəcəyimi 
bildirdim. Sonra onunla əlaqə saxlamadım. 
Sual:  -  Sonra  siz  haradasa,  nə  vaxtsa  Cəfərovla  görüşmüsü- 
nüzmü? 
Cavab:  -  Bundan  sonra  Əbdüləli  yenə  yanıma  gəlib  məni 
Məmməd  Yusifin  də’vət  etdiyini  bildirdi.  Ancaq  mən  qəti  imtina 
etdim. Orda heç bir işim yoxdur, biz ayn-ayn əqidənin sahibləriyik, 
dedim. Bir neçə gün keçmiş küçədə Məmməd Yusiflə görüşdüm. O, 
iki  nəfər  müsəlmanla  dayanmışdı.  Soruşdu  ki,  niyə  onun  yanın 
gəlmirəm.  Dedim  başım  qarışıqdır,  sonra  soruşdu  ki,  mənim 
adamlarımdan  kimsə  İrana  getmir.  Dedim  bəli,  mən  öz  adamım 
Rzanı  Nərimanın  qayığında  İrana  göndərirəm.  Məmməd  Yusif 
yanındakı adamları göstərib bu iki nəfəri də İrana keçirmək lazımdır, 
yoxsa  onları  həbs  edərlər.  Onları  mənə  təqdim  etdi.  Yadımda 
qaldığına görə onlardan birinin adı Abbasqulu, o birinki 
82 


Məmməd  Əli  idi.  Onunla  bir  də  8  ay  sonra  hərbi  komissarlıqda 
görüşdük.  Kök  bir  müsəlmanla  söhbət  edirdi,  deyəsən  yol. 
Musabəyovun katibi idi. 
Sual: - Məmməd Yusif, Hacı Əhməd doğrumu danışır? 
Cavab: - Bütün bunlar yalandır.” 
Qayıqla  Müsavatçılan  İrana  keçirdiklərinə  görə  Qasımovlar 
ailəsindən  bir  neçə  adamı  həbs  edirlər.  Onlardan  Nəriman  Qasım 
oğlu və onun oğlanlarından biri Aliman Qasımovun günahsız olduğu 
barədə sübutlar toplandıqdan sonra 1926-cı il yanvann 4- də həbsdən 
buraxmaq  haqqında  qərar  qəbul  edilir.  Məhz  həmin  ərəfədə  artıq 
istintaq  M.Y.Cəfərovun  əleyhinə  ifadə  vermiş  şəxslərin  nə  üçün 
yalan ifadə vermələrini təftiş edirdi. İstintaqın birdən-birə “həqiqət 
tərəfdarı”  cildinə  girməsi,  M.Y.Cəfərova  qarşı  münasibətin  bu 
şəkildə  dəyişilməsi  nə  ilə  izah  oluna  bilər?  Bu  suala  işin  sonrakı 
gedişində  cavab  verildiyini  nəzərə  alıb  əlavə  təfərrüata  varmır, 
yalnız  bir  faktı  qeyd  edirik  ki,  M.  Y.Cəfərovun  sonrakı  taleyində 
həmin münasibət dəyişikliyi müstəsna rol oynayıb. Ən ağır cəzanın 
bir addımhğmda dayanmış sabiq müsavat naziri və ictimai xadim nə 
qədər qəribə də olsa həbsdən azad edilib və sürgünə göndərilməyib. 
1925-ci  il  yanvarın  31-də  Babayev  Əbdüləlini  yenidən 
dindirirlər:  “Sual:  -  Hacı  Əhməd  sizinlə  birlikdə  Məmməd  Yusif 
Cəfərovun mənzilinə gedibmi? 
Cavab: - Xeyr getməyib. 
Sual: - Nə üçün siz əvvəlki ifadənizdə deyirdiniz gedib. 
Cavab: - Məni Hacı Əhməd öyrətdi ki, de gedib. Mən dedim 
lazım  deyil,  onda  soruşarlar  ki.  Məmməd  Yusifin  neçə  otağı  var, 
giriş haradandır, o dedi eybi yoxdur. 
Sual:  -  Siz  Hacı  Əhmədə  demisinizmi  ki,  Cəfərov 
müsavatçıdır və Müsavat hökumətində nazir olub? 
Cavab:  -  Mən  Cəfərovun  nazir  olduğunu  demişəm,  ancaq 
müsavatçı olduğunu deməmişəm. O, məndən soruşurdu ki, əvvəllər 
Məmməd  Yusif  Cəfərov  kim  olub.  Mən  dedim  Dövlət  Dumasının 
üzvü, Tiflisdə komitənin sədri, nazir olub. 
Bir il sonra eyni gündə dindirilən Hacı Əhməd üzləşdirmədə 
Məmməd Yusif Cəfərovun mənzilində olduğu barədə yalan dedi 
83 


yini boynuna alır və bunu özünün müsavatçılarla, əksinqilabçılarla 
əlaqədə günahlandırıldığı üçün etdiyini söyləyir. 
Az.  FK  İƏH  əks-kəşfiyyat  şöbəsi  1-ci  “B”  qrupu  müvvəkil 
köməkçisi Pevzner 1925-ci il yanvarın 21-də 894 saylı həbs işi üzrə 
ittihama baxaraq qərara alır: 
“1. Babayev Məmməd Əlieəbryıl oğlu Bakı quberniyası Zirə 
kənd  sakini  47  yaş,  savadsız,  bitərəf,  ailəli,  Cəfərovun  gizli 
“Müsavat” təşkilatında işini gizlətməkdə və kömək göstərməkdə və 
Bakıdan  gizli şəkildə qayıq vasitəsilə Müsavat  partiyası  liderləri  - 
Abbasqulu  Kazımzadəni  və  Məmməd  Əli  Rəsulzadəni  İrana  yola 
salmaqda  günahlandırılaraq  Az.SSR  CM-in  68-ci  maddəsi  ilə 
ittiham olunur. 
2.
 
Əmirbəy Məşədi Əlağa oğlu 31 yaş, savadsız, muzdur. Zirə 
kənd  sakini,  ailəli  gizli  şəkildə  qayıq  vasitəsilə  Müsavat  partiyası 
liderləri  -  Abbasqulu  Kazımzadəni  və  Məmməd  Əli  Rəsulzadəni 
İrana  yola  salmaqda  günahlandırılaraq  Az.SSR  CM-  in  68-ci 
maddəsi ilə ittiham olunur. 
3.
 
Qasımov  Orucqulu  Nəriman  oğlu  23  yaş,  savadsız.  Bibi 
Heybət mədənlərində fəhlə, eyni ittihamla. 
1922-ci  ildə  Cəfərov  Məmməd  Əli  Babayevə  deyib  ki,  iki 
nəfəri İrana göndərmək üçün necə olur-olsun yelkənli qayıq tapmaq 
lazımdır.  Babayev  uzun  axtarışdan  sonra  bu  məqsədlə  dayısı 
Nərimanın qayığından istifadə etmək barədə onunla razılaşıb. Zirə 
kəndində  onun  qohumu  Əmirbəy  Məşədi  Əlağa  oğlunun  evində 
gizlənən həmin şəxslər İrana yola salınıblar.” 
Sənədə Pevznerlə yanaşı “razıyam” qeydi ilə əks-kəşfiyyatın 
rəisi Qolikov qol çəkmiş, İƏH rəisinin köməkçisi Nikolayev və Az 
FK sədrinin müavini Qaber-Kom təsdiq etmişlər. 
1925-ci il fevral ayının 1-də FK əməkdaşı Pevzner agentura 
işi üzrə 129, həbs işi üzrə 582 və 894 saylı işlərə baxaraq növbəti 
qərar qəbul edir: 
“Cəfərov Məmməd Yusif Hacıbaba oğlu 45 yaş, ali təhsilli, 
keçmiş Dövlət Dumasının üzvü, keçmiş xarici işlər naziri, meşşan 
ailəsindən,  ailəli,  bitərəf,  həbs  olunana  qədər  Azod.  ZXK-da  şöbə 
rəisinin müavini işləyən Az.SSR CM-in 61 və 68-ci maddələri ilə 
gizli  şəkildə  qayıq  vasitəsilə  Müsavat  partiyası  liderlərini  - 
Abbasqulu Kazımzadəni və Məmməd Əli Rəsulzadəni İrana yola 
84 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə