imkanından məhrum edir. Və hətta ermənilərin hücumları baş
verdikdə hökumətlə ilkin əlaqə yaratmadan (teleqramın çatdıniması
ilə bağlı çətinliklər xüsusilə nəzərə alınmaqla) silahlı qüvvələrdən
istifadə etməyin qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə sala
bilər.”
Burada daha sonra qeyd edilirdi ki, qanuna görə general-
qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyətinə bərabər
tutulur və hərbçi olmasa da general-qubematorluğun ərazisindəki
silahlı hissələr də onun tabeçiliyinə keçməlidirlər.
Sultanovun bu təklifi ADR hökumətinin 1919-cu il 4 aprel
tarixli iclasında müzakirə edildi. Nazirlər Şurası sədrinin müvafiq
mə’ruzəsi və fikir mübadiləsindən sonra: a)general-qubematorluq-
da yerləşən hərbi hissələrin, hərbçi olmadığına görə, general-
qubernatora tabe etdirilməsinin qeyri-mümkünlüyü;
b)qanunda nəzərdə tutulduğu kimi ona yalnız fövqəladə
hallarda silahlı qüvvələrin köməyindən istifadə etmək hüququnun
verilməsi;
v)general-qubematorluğun hüdudlarındakı hərbi hissələrin
hər cür hərəkəti və say tərkibinin dəyişdirilməsinin yalnız onun
tələbi və razılığı ilə həyata keçirilə bilməsi qərara alındı.
Hökumətin bu qəran ilə kifayətlənməyən general-qubernator
yenidən DİN-ə yolladığı 1919-cu il 6, 7, 14 aprel tarixli, Azərbaycan
hökumətinin başçısına ünvanladığı 14 aprel tarixli məktublarda öz
mövqeyində qaldığını təkrarlayırdı. 0,1919-cu il aprelin 14-də
DİN-nə yazdığı məktubunda Qarabağ qubematorlu- ğuna aid
ərazilərin, yə’ni Zəngəzurun da məsələsinin qəti həlli üçün 2000
nəfər əsgərin və kifayət qədər hərbi sursatın lazım olduğunu söyləyir
və məhz bu məqsədlə də bölgələrdəki hərbi hissələrin onun
tabeçiliyinə keçirilməsini, əks-təqdirdə isə istefaya buraxılmasını
xahiş edirdi. Buna görə də ADR hökumətinin 1919- cu il aprelin
19-dakı iclasında Nazirlər Şurasının sədri X.Sultanovun rəhbərlik
etdiyi qubematorluqdkı hərbi hissələrin ona tabe olması haqqında
əlavə vəsadətinə dair məruzə ilə çıxış etdi. İclasda Qarabağ
general-qubematorluğunun hüdudlarında yerləşən hərbi hissələrin
Xosrov bəyin icazəsi və razılığı ilə hərəkət etməsi, buna görə də
onun silahlı qüvvələrdən istifadə
107
edilməsinə dair öz sərancamlarına görə məs’ul olması qərara alındı.
N.Yusifbəyli bu qərara müvafiq olaraq hərbi nazirliyə məktubunda
X.Sultanovun vəsadətini yerinə yetirməyi və bu sahədə
general-qubernatora kömək göstərməyi tapşırdı.
X.Sultanovun “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq
yaranmış vəziyyət və həmin vəziyyəti ləğv etmək üçün zəruri
tədbirlər”
adlı
məlumat-məruzəsində
Qarabağ
general-
qubernatorluğuna daxil olan bölgələrin, o cümlədən də Zəngəzurun
Azərbaycan üçün ərazi və ümumsiyasi baxımlardan kəsb etdiyi
mühüm əhəmiyyəti açıqlanırdı. Onun fikrincə Qarabağın
ermənilərin əlinə keçməsi torpaqlarımızın ən yaxşı hissəsinin, digər
tərəfdən Naxçıvan və Ordubadın, ümumiyyətlə isə bütün
Azərbaycanın itirilməsi demək idi. Naxçıvan və Ordubada
yiyələnməklə Ermənistan Azərbaycana öz şərtlərini diktə etdirə,
dövlətimizin siyasi qüdrətini və mövcudluğunu təhlükə altına qoya
bilərdi. Məruzədə general-qubernatorun 4 aylıq fəaliyyəti ərzində
ingilislərsiz bir addım belə atmamasma baxmayaraq, onların
verdikləri vədlərin heç birinə əməl etmədikləri dolayısı ilə bildirilir,
X.Sultanovun Şatelvortla söhbətində ikincinin bu halın təkzibi üçün
qətiyyən əsas tapmadığı aydın olur.
İngilislərin məsələnin həllini yubatmaqla Azərbaycan üçün
əlverişsiz şərait yaratdığını gördükdə qəti tədbirlərə əl atan
general-qubernator müttəfiq qoşunları komandanlığının heç bir
hüquqi və mənəvi əsası olmayan ultimatum səciyyəli və ahəngli
tələbləri ilə qarşılaşmışdı. Hətta ingilislər Qarabağ məsələsində
onların ziddiyətli siyasətləri ilə razılaşmayan, ADR-in xəttini
qətiyyətlə yeridən X. Sultanovun vəzifəsindən kənarlaşdınimasmı
tələb etmişdilər. İngilislər general-qubernatoru səhlənkarlıqda
günahlandırmağın əsassız olduğunu yaxşı bildiklərindən öz
hökumətinin siyasətini düzgün aparan və bununla da ermənilərin,
onların Milli Şurasının Qarabağda möhkəmlənməsinə mane olan bir
şəxs kimi işdən uzaqlaşdırmağa çalışırdılar.
Zəngəzurla bağlı hadisələrə toxunan X.Sultanov ingilislərin
öz vədlərinə xilaf çıxaraq bu bölgədə hakimiyyəti Azərbaycana yox.
Erməni Milli Şurasına verdiklərini, Ermənistan hökumətinin
108
agentləri olan Arzumanovun, Çilingərovun ingilis bayrağının
himayəsi altında buraya pul və təlimatlar gətirmələrinə dair faktlan
qeyd edirdi.
Xosrov bəy yerli şəraiti bilməsinə əsaslanan dərin inamını
belə ifadə edirdi:
1.
Qarabağ-Zəngəzur məsələsinin həllində ingilis köməyindən
qətiyyətlə imtina etmək lazımdır;
2.
İngilislər bu işdə bizə yalnız maneçilik törədirlər;
3.
Nə qədər ki, daşnakların partiyası orada iş aparır,
məcburedici tədbirlər görülməzsə,
ermənilər
Azərbaycan
hökumətinin tabeçiliyinə razı olmayacaqlar;
4.
Bu məsələni bir ay da həllsiz qoymaq əhalini hökumətin
gücsüzlüyünə inandırmaq, müsəlman hissəsində anarxiyaya səbəb
olmaq və bölgələrdən həmişəlik əlini üzmək deməkdir.
Yaranmış mövcud təhlükəli vəziyyəti düzgün qiymətləndirən
X. Sultanov ondan çıxış yolunu bu kimi təcili tədbirlərin həyata
keçirilməsində görürdü:
a.
Təxirə salmadan hərbi hissələri Zəngəzura yeritmək, eyni
vaxtda da ermənilərin İrəvandan Azərbaycan torpaqlarına
hərəkətinin qarşısını kəsmək;
b.
Dağlıq Qarabağa Azərbaycanın hakimiyyətin tanımaq
barədə ultimatum vermək və altı gün vaxt qoymaq;
v.Eyni zamanda bütün ermənilərə müsəlman rayonlanndan
getməyi təklif etmək və ultimatum müddətinədək onlarla hər cür
əlaqələrin kəsiləcəyini bildirmək;
q.Şuşa şəhəri üçün istisna ediləcəyini göstərmək;
d. Azərbaycan hökuməti tanınmazsa altı gündən sonra hərbi
əməliyyatlara başlamaq və bunun məs’uliyyətinin tamamilə erməni
əhalisi başçılannm üzərinə düşəcəyini bildirmək.
General-qubernator onun təklif etdiyi tədbirlərin ləngidilməsi
və ya qəbul olunmaması şəraitində bölgələri nələrin gözlədiyini belə
yekunlaşdırmışdı:
1 .Ermənilərin Zəngəzurdan irəliləməsi və Dağlıq Qarabağ
erməniləri ilə birləşməsi və onlann pulla, döyüş sursatı ilə təchiz
olunmaları;
2.
Müsəlman rayonlarında anarxiya;
109
Dostları ilə paylaş: |