bacarıqlı olmasına (3 illik iş yerindən aldığı zəmanət) verilən qiymət
deyildi, hansı ailədən çıxması da öz rolunu oynamışdı. Ancaq
Xudadat bəy ömrünün sonuna qədər bu və ona göstərilən başqa daha
böyük etimadlardan sui-istifadə etmədi, əksinə nə qazandığı
biliklərlə, nə təcrübə ilə kifayətləndi, infkan düşdükcə öz elmi
səviyyəsini, tibbi və başqa sahələrdəki təcrübəsini yüksəltməyə,
soyadına layiq olmağa çalışdı. Tibbi təcrübəsini artırmaq
imkanlarından birindən o, 1912-13-cü illərdə Sankt- Peterburqda
İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı
12 ixtisas kursunun dinləyicisi olarkən bəhrələnmişdir. O zaman öz
dinləyicilərinə dünya cən'ahlıq elminin ən qabaqcıl təcrübəsinin
mənimsədilməsinə cəhd göstərilən bu institutda çox məşhur alimlər,
cərrah həkimlər mühazirələr oxuyurdular.
Xudadat bəy sevimli sənəti ilə məşğul olmaqla yanaşı, şəhərin
və ümumən quberniyanın ictimai həyatından da geri qalmırdı.
Üzərinə tale tərəfindən çətin ziyalı missiyası qoyulmuş bu
millətsevər insan doğma atasından əxz etdiyi tükənməz eneıjisi,
coşub-qaynayan fəallığı ilə xalqın maariflənməsi, tibbi savadının
yüksəldilməsi üçün müxtəlif tədbirlərə əl atır, əhalinin sağlamlığı
keşiyində durmaqla öz vəzifə borcunu bitmiş hesab etmirdi. Xudadat
bəyin yaxından iştirakı ilə Gəncədə dünya ədəbiyyatının korifeyi,
dahi şair Nizami Gəncəvinin məqbərəsinin bərpası məqsədilə xüsusi
bir cəmiyyət yaradılmışdı. Eyni zamanda həmin illərdə Gəncədə
fəaliyyət göstərən “Aktyorlar cəmiyyətf’nin rəhbərlərindən biri olan
Xudadat bəyin dövrü mətbuatda şəhərin mədəni, ictimai həyatına aid
çoxlu məqalələri dərc edilmişdir. Nəhayət, onun ictimai
xadim kimi
xüsusi yer ayırmaq istədiyimiz xidmətlərindən biri də 1914-cü ilə
aid idi. Xudadat bəy həmin il həmyerlisi, ondan əvvəl Moskva
Universitetinin Tibb fakültəsini bitinniş və sonralar Azərbaycan
Milli Şurasının və Parlamentinin sədr müavini olmuş doktor Həsən
bəy Ağayevlə birgə Gəncədə “Yelizavetpol tibb cəmiyyəti”ni
yaradıb, özü sədr, Həsənbəy isə katib olmuşdur. Azərbaycanın ikinci
hökumətində himayə və dini işlər, beşinci hökumətində səhiyyə və
ictimai himayə naziri olmuş Musa bəy Rəfiyev də həmin cəmiyyətin
üzvü idi.
136