görə Mak-Mossen və komissiya qoşunların tərxis olunması
haqqında təlimatı Andronikə çatdırmalı, onun hərbi hisssələrinin
Yevlaxa daşınması, orada isə ləğv olunduqdan sonra dəmiryolu ilə
Ermənistana ötürülmələri, qaçqınlann bu yazda öz vətənlərinə
göndərilmələri üçün lazımi sərancamlar verməlidirlər; Şuşaya gedən
iki erməni nümayəndəsi isə onlara hərtərəfli köməklik göstərməli
idi. Komissiyanın ardınca isə X.Sultanovun general- qubernator
təyin edilməsi 1919-cu il aprelin 3-də polkovnik Şatelvortun
bəyanatı ilə müttəfiqlərin komandanlığı tərəfindən rəsmən tanındı
və təsdiq edildi.
Vəzifəsinin icrasına başlayarkən X. Sultanovun ilk gördüyü
işlərdən biri xalqa müraciət edərək onlan yeni yaranmış və ərazinin
idarəedilməsi məsələlərini yoluna qoyacaq bir qurumun rəhbəri kimi
onlan məlumatlandırması olur. Aşağıdakı arxiv sənədi bu baxımdan
xüsusi
əhəmiyyət
daşıyır.
Həmin
sənəd
“Müvəqqəti
general-qubernator X.P.Sultanovun Zəngəzur, Şuşa, Cəvanşir və
Cəbrayıl qəzalannm əhalisinə müraciəti (11 fevral 1919-cu il)”
adlanır. Tarixi dəyərini nəzərə alaraq onu olduğu kimi oxuculara
çatdırırıq:
“Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur,
Şuşa, Cəvanşir və Cəbrayıl qəzaları xüsusi general-qubemator- luğa
ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli
gəlmişdir: Azərbaycanın təqribən yarasında - onun ən yaxşı hissəsi -
4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi
firavanlığı yüksək idael sayan məsuliyyətsiz elementlərin rəhbərliyi
altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini
qırır, on minlərlə ynrdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür,
yuxanda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən
ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini
güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən
milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət
göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı
hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqil
104
liyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məs’uliyyəti və əmlak
toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır.
... General-qubernatorluğun ərazisindəki rayonlarda yeganə
hakimiyyət general-qubernatorun şəxsində Azərbaycan hökumətinə
məxsusdur və hamı ona tabe olmağa borcludur. Qayda-qanunun hər
hansı şəkildə pozulması, anarxiyaya aparan hər hansı hərəkətin kim
tərəfindən törədilməsindən asılı olmayaraq, qanunun bütün qüvvəsi
ilə fövqəladə mühafizəyə əsasən məhkəməyə verilməklə qarşısı
almacaqdar. Qanun qarşısında hamı bərabərdir. Bununla yanaşı
qaçqınlara ərzaq, tibbi köməklik göstərilməsi üçün geniş tədbirlər
görülür. Kasıbların ehtiyaclan mənim qəlbimə yaxındır, mənim
qapılarım hər vaxt hər kəsin ehtiyac və şikayətini eşitmək üçün
açıqdır. Dərindən inanıram ki, öz maraqlarını hər şeydən üstün
tutanlar istisna olmaqla hamı sülh, fırəvanhq və dinc yanaşı yaşamaq
arzulayır. Əhalinin mənə olan inamına ... və general-qubernatora
verilən səlahiyyətlərdən istifadə edərək mənə həvalə olunmuş
müvəqqəti general-qubematorluğun ərazisində. Zəngəzur, Şuşa,
Cəbrayıl və Cavanşir qəzalarında qayda-qanun, sakitlik və xoş
münasibət yarada biləcəyəm.
Müvəqqəti
general-qubernator
X.
b.
Sultanov”
(“Azərbaycan” qəzeti, 11 fevral 1919-cu il).
General-qubernatorluğun yaradılması və onun idarəçiliyi
məsələsi general Tomsonun Ermənistan hökumətinin üzvləri ilə
İrəvanda 1919-cu il martın 28-də və aprelin 6-da keçirilən
müşavirələrdə ermənilər tərəfindən bir daha qaldırıldı. Birinci
müşavirədə Ermənistan rəhbərliyi Tomsona verdiyi məktubda
Qarabağın dağlıq hissəsinin Ararat Respublikasının aynimaz tərkib
hissəsini təşkil etməsi fikrini təkrarlayaraq, vilayətin idarəçiliyinin
əhalinin iradəsinə uyğun olaraq Milli Şuranın əlində qalması, bu işə
nəzarətin isə ingilislər tərəfindən həyata keçirilməsi şərtlərini irəli
sürdü.
İkinci müşavirədə Xatisyan doktor Sultanovun general-
qubernator təyin edilməsinə kəskin etirazını bildirdikdə Tomson
onun namizədliyini diplomatcasma müdafiə edərək demişdi:
“Sultanov ingilis zabiti Mak-Mossenə tabe olacaqdır”.
105
Uzunsürən müzakirə və mübahisələrdən sonra ingilislər
nəhayət ki, bu məsələdə güzəştsiz mövqe tutaraq ermənilərdən
müttəfiqlərin komandanlığının qərarlarına tabe olmağı, Qarabağda
və Zəngəzurda ADR-in hakimiyyətini tanımağı tələb etdilər.
Zəngəzurda yaranmış ağır vəziyyət, xüsusilə də qaçqınlar
problemi Azərbaycan parlamentinin 1919-cu il yanvann 16-da
keçirilən iclasında bir daha müzakirə olundu.
Qəza rəisləri və ictimai xadimlərinin X.Sultanovun sədrliyi
ilə 1919-cu il fevralın 15, 16 və 17-də keçirilən ümumbölgə
müşavirəsində Zəngəzurda indiyədək 166 kəndin dağıdılması,
onların əhalisinin 30 faizinin məhv edilməsi qeyd olunaraq,
Andronikin silahlı dəstəsinin tərkibi barədə məlumatlar verilməklə
onun mahaldan çıxarılması məsələsi qətiyyətlə qoyuldu.
Azərbaycan hökumətinin 1919-cu il martın 26-da bu məsələ ilə
əlaqədar keçirilən iclasında Daxili İşlər nazirinin Qarabağa dair
mə’ruzəsi müzakirə edildi.
Azərbaycan ordusu 1-ci piyada diviziyasının komandiri
ADR-in hərbi nazirinə “Andronikin dəstəsində siyasi vəziyyət və
əhval-ruhiyyə
haqqında”
raportunda
Qarabağ
general-
qubernatorundan aldığı 1919-cu il 28 fevral tarixli məlumata əsasən
yazırdı ki, Andranikin dəstəsi 1300 nəfər piyadadan, 500 at və
artilleriyadan ibarətdir.
X.Sultanov ADR DİN-nin 1919-cu il 9 aprel tarixli
teleqramına özünün 13 aprel 1919-cu il cavabında bildirirdi ki, o,
hələ Bakıda ikən Britaniya missiyasından Andranikin Gorusdan
getməsi və Sisyanda olmasına dair məlumat almışdır.
Həmin vaxtlarda X. Sultanov həmçinin idarə etdiyi general-
qubematorluğun hüdudlarında vəziyyət və oradakı milli ordu
hissələrinin statusu, onunla hərbi hakimiyyət arasındakı
münasibətlərin xarakteri ilə bağlı Azərbaycan hökuməti qarşısında
müəyyən məsələlər qaldırmışdı.0,1919-cu il aprelin 2-də Nazirlər
Şurasının sədrinə məktubunda yazırdı: “Belə ağır anda general-
qubematorluğun hüdudlannda tam siyasi məsuliyyət daşıdığı halda
hərbi hissələrin onun hakimiyyətinə tabe olmaması, bir tərəfdən,
mahalda ikihakimiyyətlilik yaradır, digər tərəfdən də general-
qubematom lazım gəldikdə silahlı qüvvədən əməli surətdə istifadə
106
Dostları ilə paylaş: |