3.
Köçərilərin bütün arandan təcrid olunmaları;
4.
Qarabağın itirilməsi ehtimalı.
Zəngəzur qəza rəisi Məlik-Namazəliyev, 11 dekabr 1918-
ci il.”
X.Sultanovun 1919-cu il iyunun 25-də general Şatelvortla
Qarabağ məsələsinə dair söhbətində aşağıdakı konkret problemlər
ətrafınada fikir mübadiləsi olmuşdu: ingilislərin Qarabağ
məsələsində üzərlərinə götürdükləri öhdəliklər və onlara əməl
edilməməsi; Azərbaycan hökuməti nümayəndələrinin bu sahədəki
tədbirləri; bölgələrdəki dörd aylıq birgə fəaliyyətin və ingilis
siyasətinin nəticələri.
İngilislərin köməyi ilə Qarabağın sakitləşdirilməsi və burada
Azərbaycan hakimiyyətinin həyata keçirilməsi işinin bu müddət
ərzində nə qədər irəliləməsi məsələsinə toxunan X.Sultanov
bildirmişdi ki, general Tomsonun Mak Mossenə verdiyi təlimata
uyğun olaraq o, məlum dörd qəzanın general-qubernatoru təyin
edilmişdi və mayor həyatın dinc axarının bərpasında ona kömək
göstərməli idi.
Razılaşdarılmış siyasətə və xəttə uyğun olaraq ingilislər bu
kimi tədbirləri görməyi öz üzərlərinə götürmüşdülər:
1.
Ermənilər tərəfindən atəşə tutulan Ağdam-Füzuli və erməni
rayonlarından keçən Şuşa-Füzuli yollarının açılması;
2.
X.Sultanovun Şuşadakı ingilis missiyası ilə birgə işləyib
hazırladığı və erməni Milli Şurası tərəfindən qətiyyətlə rədd edilən
“modus vivende” formulasmın reallaşdırılması;
5.
Dağlaq Qarabağda Azərbaycan hakimiyyətinin bərqərar
olunmasının
təmin ediləcəyi;
d.Andronikin və onun dəstəsinin Ermənistana Yevlaxdan
keçirilməsi;
5.
Azərbaycan hakimiyyətinin bərqərar olunması üçün ingilis
dəstəsinin ardınca Azərbaycan qoşunlarının
Gorusa gətirilməsi;
6.
Ermənistan hökumətinin Qarabağ məsələsində əli
olmasınm (Azərbaycanı tanımamaq haqqında
Qarabağ ermənilərinə
yardım mənasında) sənədlərlə müəyənləşdiriləcəyi təqdirdə
Ermənistana qarşı ölçü götürüləcəyi.
Bütün bunlar üzrə ingilislərlə müəyyən razılıq əldə
edilməsinə baxmayaraq, həmin vaxtadək
onlar bəzi istisnalarla,
110
demək olar ki, həyata keçirilmişdi. General-qubernator Azərbaycan
hökuməti nümayəndəsinin öz üzərinə götürdü}^! öhdəlikləri yerinə
yetirməsinə dair faktlardan
bəhs edərkən bildirmişdi ki,
1.
Şuşa-Yevlax yolunda birinci ayda tam qayda-qanun
yaradılmış
və təhlükəsizlik təmin olunmuş;
2.
İkinci ayın sonuna yaxın Şuşa-Gorus yolunda da
təhlükəsizlik
bərpa edilmiş;
3.
Əhalini ucuz taxılla tə’min etmək üçün general-
qubematorluğun hüdudlanndan kənara taxıl çıxaniması qadağan
olunmuşdu.
Beləliklə X.Sultanov dörd aylıq birgə işin - ingilis
komandanhğmın yardımının nəticələrini yekunlaşdıraraq bildirirdi
ki, bir tərəfdən, ingilislər qəbul etdikləri qərarlann heç birini,
xüsusilə də Zəngəzur və Qarabağ ermənilərinin Azərbaycan
hakimiyyətini dinc yolla tanımalarını təmin edəcəklərinə dair
vədlərini yerinə yetirməmişlər. Digər tərəfdən isə Qarabağ
məsələsinin həlli ləngidilmiş. Zəngəzurun idarəçiliyi müvəqqəti
olaraq erməni Milli Şurasına verilmiş. Dağlıq Qarabağda
Azərbaycanın hakimiyyəti bərqərar edilməmiş, nəticədə də bölgədə
millətlərarası münasibətlər xeyli kəskinləşmişdi.
Bütün işlərində son dərəcə dəqiq və məsuliyyətli olan Xosrov
bəy Müvəqqəti Qarabağ general-qubernatorluğunun dəftərxanasının
işə düşdüyü 1919-cu ilin 5 fevralından 31 dekabnna qədərki apardığı
pul əməliyyatlannm illik hesabatlarına qədər bütün sənədləri
saxlamışdır. 5 yanvar 1920-ci il. Şuşa şəhərində tərtib olunmuş
həmin
illik
hesabata
görə
Müvəqqəti
Qarabağ
general-qubematorluğuna;
“Bakı şəhər xəzinədarlığından fevralın 1-də 1 saylı orderlə bir
milyon rubl, aprelin 7-də 19 saylı orderlə 1 milyon 560 min rubl,
iyunun 12-də 38 saylı orderlə 2 milyon 140 min rubl, iyulun 16-da
Şuşa xəzinədarlığı vasitəsilə 2 milyon rubl vəsait ayrılıb”.
Bundan əlavə özünün xüsusi qəzetini çıxarmaq məqsədi olan
General-qubematorluğa bu məqsədlə qəzet kağızma 5460, yazı
makinalarına (Reminqton, Kontinental, Smist-Premyer adlı
makinalara) 11 min, şrift və mətbəə üçün kassalara 34919 rubl pul
ayrılıb. 100 ədəd milli bayraq üçün 4250 rubl ayrılıb. Bu kimi
111