nümayəndələri
tərəfindən
Andronikin
hərbi
hərəkətləri
dayandırması tələbinə inanan müsəlmanlar ermənilərin qarşısını
kəsdikləri mövqeləri tərk etmiş evlərə dağılışmışlar. Bundan istifadə
edən quldur Andronik Türkiyə və yerli ermənilərdən ibarət dəstəsinə
qonşu müsəlman kəndlərinə qəfil hücumlar etməyi əmr etmişdir. Bu
siqnalla bütün ermənilər silaha sanimış, yaxınlıqdakı müsəlman
kəndlərinə basqın etmiş və yaşma, cinsinə fərq qoymadan əhalini
qırmış, meyidləri təhqir etmişlər; öldürdükləri qadınların döşlərini
kəsib südəmər körpələrin ağzına soxmuşlar; əyləncə məqsədilə iki
qadını lüt soyundurmuş və buraxmışlar. Dekabrın 9-da on ikidən çox
kəndi yandırmışlar. On nəfər qadın hazırda ermənilərin əsiridir.
Qoşun göndərilməsi barədə sərancam verməyinizi xahiş edirəm.
Zəngəzur qəza rəisi Məlik-Namazəliyev, 11 dekabr 1918-
ci il.”
Zəngəzurda və Qarabağda yaranmış vəziyyətlə əlaqədar
müəyyən məsləhətləşmələrdən sonra Azərbaycan hökumətinin
1919-cu il 29 yanvar tarixli iclasında “Cəvanşir, Şuşa, Cəbrayıl və
Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında
DİN-in məruzəsi” dinlənildi və aşağıdakılar qərara alında:
1 .Xosrov bəy Sultanov general-qubernator təyin edilsin;
2.
Nazirliyin 20 milyonluq fondundan general-qubematorlu-
ğun ehtiyacları üçün 5 milyon manat ayrılsın;
3.
Həmin məbləğdən 1 milyon manatın general-qubernatorun
sərancamına indi buraxılması, ondan isə 728 min 300 manatın
qubernatorluğun ştatının saxlanılması, 600 nəfərlik süvari dəstəsinin
təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın
isə gözlənilməz, təcili tədbirlərə xərxclənilsin;
4.
Yuxarıda qeyd olunan dəstənin sayının 3000 nəfərə
çatdırılmasının mümkünlüyünü etiraf etməklə bunun hökumətin
xüsusi göstərişi ilə həyata keçirilməsi təmin edilsin.
Yeni vəzifəyə təyin olunduqdan sonra X.Sultanov hələ Bakıda
ikən general-qubematorluğun təşkili ilə əlaqədar olan bəzi işləri
görmüş, 1919-cu il 12 fevralda Şuşaya gələrək öz vəzifəsinin
icrasına başlamışdı. ADR hökumətinin bu addımı azərbaycanlı
101
əhali tərəfindən böyük ümid və razılıqla qarşılanmışdı. Çoxsaylı
arxiv sənədləri və materialları (İ.Şaxdin, T.Svyatxovski və b.)
araşdırmalan sübut edir ki, ADR hökuməti tərəfindən Zəngəzur
qəzasını da əhatə edən Qarabağ general-qubernatorluğunun
yaradılması və xüsusilə də X.Sultanovun oraya başçı təyin olunması
Ermənistanı xeyli təşvişə salmış və onun diplomatik- hərbi fəallığını
artırmışdı. R.Hovannesyan bu barədə belə yazırdı: “Acıqlanmış
ermənilərin özləri üçün təhqir üstündən təhqir hesab etdikləri bir də
bərk qorxduqları məşhur armenofob Xosrov Sultanovun Tomson
tərəfindən hər iki ərazinin qubernatoru təyin edilməsi idi”. Qeyd
edək ki, general-qubernatorun müavini bolşevik Çingiz İldınm təyin
olunmuşdu.
ADR Nazirlər Şurasının torpaqlarımızın bir hissəsində -
Zəngəzur və s qazalarda general-qubematorluq təşkil etməsi qərannı
Ermənistan hökuməti özünün etiraz notaları ilə qarşıladı.
Ermənistanın xarici işlər naziri S.Tiqranyan 1919-cu ilin yanvarında
ADR hökumətinə göndərdiyi teleqramda hər iki bölgəyə dair irəli
sürülən
ərazi
iddialarını
davam
etdirərək
yeni
general-qubematorluğun yaradılmasına etirazını bildirmiş, bunu
“Ermənistanın ərazi hüquqlanna” qəsd kimi qiymətləndirmişdi.
Bu dövrdə daşnak hökumətinin Azərbaycandakı diplomatik
nümayəndəsi olan T.Bekzadyan Britaniya komandanlığının
nümayəndələri ilə görüşlərində müttəfiqlərin bölgələrin məsələsini
Erməistanm xeyrinə həll etməyəcəyi təqdirdə, heç olmazsa, burada
müvəqqəti ingilis general-qubernatorluğu yaradılmasına çalışırdı.
ADR hökuməti Ermənistanın əsassız ərazi iddialanna və
bölgələrimizin idarə olunmasına müdaxiləsinə biganə qalmadı.
Xarici İşlər nazirini əvəz edən A.Ziyadxan 1919-cu il yanvarın
31-də Ararat Respublikasının XİN-nə göndərdiyi 178 saylı
teleqramda bildirirdi ki, Azərbaycanın Zəngəzur və digər
rayonlannda müvəqqəti general-qubematorluğun yaradılmasına hər
hansı bir etiraz əsassızdır; çünki həmin ərazilər ADR-in ayrılmaz
tərkib hissələridir. Daha sonra teleqramda yazılırdı ki, öz
torpaqlarında qayda-qanun yaratmaq, milliyətindən asılı olmayaraq
bütün vətəndaşlarının ləyaqətini və əmlakını məsuliyyətsiz şəxslərin
özbaşınalığından müdafiə etmək
102
Azərbaycan hökumətinin nəinki hüququ, hətta mənəvi vəzifəsidir.
A.Ziyadxan general-qubernatorun təyin edilməsi barədəki qərarm
heç də Ermənistanın ərazi hüquqlarına qəsd olmadığını, əksinə onun
hökumətinin etirazını isə daxili işlərimizə qanşmağa cəhd
göstərməklə süverenliyimizə qəsd kimi qiymətləndirirdi.
Tomsonun 1919-cu ilin yanvar ayının ortalarında Qarabağın
və
Zəngəzurun
Azərbaycan
Respublikasının
müvəqqəti
idarəçiliyinə verildiyini bəyan etməsi, həmin bölgələrdə müvəqqəti
general-qubernatorluğun
yaradılmasına obyektiv münasibət
bəsləməsi də Ennənistan rəhbərliyini xeyli çaşdırmış və narazı
salmışdı. O, ermənilərin bununla bağlı etirazlarına cavab olaraq
demişdi: “Məsələ bundadır ki, bəzi ermənilər Azərbaycanm
Britaniya tərəfindən tutulmasından intiqam məqamı kimi istifadə
edə bilmədiklərindən çox mütəəssir olmuşlar. Onlar başa düşməyə
borcludurlar ki, məsələni hərbi qüvvələr deyil. Sülh konfransı həll
edəcəkdir” (T.Svyataxovski. Rusiya Azərbaycanı. 1905-1920- ci
illər. “Azərbaycan” jurnalı 1989 № 11, səh 137.) (İ.Musayev
“Azərbacanm Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və
xarici dövlətlərin siyasəti (1917-1921-ci illər)” səh. 117-118).
Müttəfiqlərin
komandanlığının
müvəqqəti
general-
qubematorluğun təşkilini himayə etməsini onun tərəfindən 1919- cu
ilin fevralında Şuşaya göndərilən mayor Mak-Mossenə və xüsusi
komissiyaya verilən təlimatdan da görmək olar. Həmin təlimatda
Azərbaycan tərəfi üçün müəyyən mə’na və əhəmiyyət kəsb edən
bəzi məqamlara nəzər salaq. TəTimatda göstərilirdi ki. Zəngəzur və
Qarabağın Azərbaycana və Ermənistana mənsub olması məsələsi
yerlərdə həll oluna bilməz, komissiya da bu işə heç bir təsir
göstərmək imkanına məlik deyildir və onun yoluna qoyulması yalnız
Sülh konfransı vsitəsilə mümkündür. Burada daha sonra doktor
Sultanovun bölgələrin general-qubernatoru tə’yin edilməsi bildirilir,
onun: 1. “modus vivende” tapmaq; 2.vilayəti qüvvə tətbiq
olunmadan idarə etmək; 3. ərazi iddiaları haqqında məsələ
qaldırmaqdan çəkinmək kimi vəzifələri sadalanır və bunları həyata
keçirməkdə ona hərtərəfli yardım göstərilməsi tapşınhrdı.
Komissiyanın qarşısında qoyulan və təlimatda öz əksini tapan
vəzifələrdən biri sənədin 4-cü bəndində yazılmiidi. Həmin bəndə
103
Dostları ilə paylaş: |