bərpası ilə məşğul olub. “Milli nəğmələr” kitabında şerləri dərc
edilib (1919-1920-ci illər)”
Kütləvi cəza tədbirlərinə görə, bir sıra şəxsləri ittiham etmiş,
guya həmin cəllad hərəkətlərinin yalnız ayrı-ayrı adamların əməlləri
olduğunu göstərmiş rejim öz əsl mahiyyətini gizlədə bilmir, tarixi
şəxsiyyətlərimiz barəsində həqiqətlərin bir sıra mühüm faktlarım
yenə də onların mənsub olduqları xalqdan gizlədirdi. Ensiklopediya
kimi ciddi bir nəşrdə Camo bəy Hacmskinin Cümhuriyyət
hökumətinin. Parlamentinin üzvü olduğu, 1922-26-cıvə 1937-ci
illərdə sovet hakimiyyəti tərəfindən repressiyalara məruz qaldığı
göstərilmir, hətta onun doğum tarixi və avtobioqrafıyası ilə bağlı
digər faktlar təhrif edilirdi. Müqayisə üçün başqa bir mənbəyə
müraciət edək:
“Camo bəy Süleyman oğlu Hacmski (1888-1942) - AR-in
dövlət və siyasi xadimi. Peterburq Universitetinin hüquq fakültəsini
bitirib (1914). “Kaspi” qəzetinin müxbiri olub (1907). 1914-1915- ci
illərdə Batumda və Bakıda qaçqın müsəlmanların işi üzrə komitənin
səlahiyyətli nümayəndəsi olub. 1917-ci ilin aprel-iyul aylarında
OZAKOM-un səlahiyyətli nümayəndəsi. Zaqafqaziya seymində
Müsəlman sosialist blokunun və Azərbaycan parlamentində sosialist
fırqəsinin üzvü. F.Xoyski kabinetində Dövlət nəzarətçisi (iyun
1918), N.Yusifbəylinin birinci və ikinci hökumət kabinəsində poçt
və teleqraf naziri (aprel 1919 - mart 1920). Sovet Azərbaycanında
xalq ədliyyə komisarhğında işləyib, “Köybirliyi”, “Azərittifaq”da.
20-30-cu illərdə siyasi motivlərə görə həbs olunub. Həbsdə ölüb.
(“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920-ci
illər” məcmuəsi)
Azərbaycanda müstəqil dövləti devirdikdən sonra öz zorakı
hakimiyyətini hər vasitə ilə möhkəmləndirməyə çalışan bolşeviklər
bütün potensial siyasi əleyhdarlarını tədricən məhv etmək yolunu
tutdular. İlk zərbə milli ideyaların daşıyıcısı, müstəqil Azərbaycanın
ideoloji dayağı olan “Müsavat” partiyasına endirildi. “Müsavatf’m
ardınca isə vaxtilə onlara münasibətdə loyal və hətta müttəfiq olmuş,
indi isə nisbətən təhlükəli sayılan partiyalara, o cümlədən eserlərə
qarşı müvafiq tədbirlər görüldü. Siyasi rəqiblərini
məhv etmək üçün
cəza tədbirlərindən tutmuş.
187