Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

zəngin ictimai-siyasi fəaliyyətinin öyrənilməsinə, bu istiqamətlərdə 
ciddi araşdımıalar aparılmasına ehtiyac vardır. Cəmi 35 il yaşamış 
bu  insanın  elmi,  elmi-kütləvi  məqalələrinin,  çıxışlarının  toplanılıb 
bir kitabça halında çap etdirilməsi də bu işin tərkib hissəsi olmalıdır. 
Behbudağa Cavanşirin həyatı ilk müstəqillik dövrü hökumətimizin 
repressiyaya  məruz  qalmış  ilk  nümayəndələrindən  biri  kimi  də 
böyük  maraq  kəsb  edir.  Doğrudur,  o,  bolşevik  rejiminin  amansız 
cəza  tədbirləri  tətbiq  etdiyi  Azərbaycandan  kənarda  1918-ci  ilin 
mart  soyqırmında  fəal  iştirak  etmiş  daşnak  Misaq  Toplaqyan 
tərəfindən  güllə  ilə  arxadan  vurularaq  öldürülmüşdü.  Ancaq  bu 
sui-qəsdin kim tərəfindən törədilməsindən asılı olmayaraq mahiyyət 
dəyişmirdi.  Behbudağa  Cavanşiri  N.Nərimanovun  tapşırığı  ilə 
1920-ci ilin sonlarında Almaniyaya müasir neft avadanlığı alınması 
üçün göndərildiyi bu ezamiyyətdən geri qayıtdıqdan so'nra da eyni 
tale  gözləyirdi.  Çünki,  Azərbaycana  qarşı  ümumi  siyasət 
yeridilməsində  daşnaklarla  eyni  mövqedə  dayanan  bolşevik  rejimi 
müstəqil  hökumətə,  onun  qumcularma  qarşı  münasibətdə  daha 
amansız idi. 
Sonda  bir  daha  Behbudağa  Cavanşirin  bir  qədər  müəmmalı 
ölüm  tarixi  ilə  bağlı  hələlik  məlum  olan  faktlara  qayıdırıq. 
Azərbaycan üçün hələ çox işlər görməyə potensial imkanı olan bu 
yüksək intellekt sahibinin həyatını yarıda qıran o məşhum hadisə isə 
belə baş vermişdi. 1920-ci ilin sonlannda Almaniyaya getməli olan 
Behbudağa Cavanşir yolüstü İstambulda dayanır və qısa bir müddət 
o  vaxtlar  Malta  adasında  sürgündə  olan  həmyerlisi  Əhməd  bəy 
Ağayevin  evində  yaşayır.  Bir  gecə  evdən  çıxıb  küçə  ilə  gedərkən 
öldürülür.  Ə.Ağayevin  oğlu  Səməd  Ağaoğlunun  (1909-1982) 
“Babamın  arkadaşları”  (İstanbul,  1957)  kitabında  göstərildiyinə 
görə  bu  hadisə  1921-ci  ilin  yanvar  ayının  axınnda  və  ya  fevralın 
əvvəlində baş vermişdir. 
183 


Camo bəy Hacmski 
1923-cü il mart ayının sonlannda Azərbaycan SSR Fövqəladə 
Komissiyasının sədri Bağırovun və FK-nın daha iki nəfər ən yüksək 
vəzifəli şəxsinin imzası ilə Moskva Baş Dövlət Siyasi İdarəsinə tam 
məxfi qrifli belə bir məlumat göndərildi: “Sizin 24 mart 1923-cü il 
teleqramınıza uyğun olaraq əlavə edilən siyahı ilə birlikdə eserlərin 
Bakı prosesinin 19 nəfər üzvünü sərəncamınıza göndəririk. Az. FK 
sədri Bağırov, SOÇ rəisi Qaber-Kom, SEKO rəisi Milov.” 
Həmin  19  nəfər  siyasi  məhbusun  arasında  Azərbaycanın 
görkəmli dövlət və ictimai xadimi, publisist, maarifçi və incəsənət 
bilicisi  Camo  bəy  Flacınski,  həmçinin  haqqında  başqa  materialda 
söhbət  açdığımız  Aslan  bəy  Səfıkürdski  də  vardı.  Azərbaycanda 
Eser  (Sosialist  inqilabçılar)  partiyasının  Zaqafqaziya  təşkilatının 
liderləri  olmuş  bu  şəxslər  sovet  hakimiyyətinə  qarşı  əksinqilabi 
fəaliyyətdə  günahlandırılmış  və  ASSR  Ali  İnqilabi  Tribunalı 
tərəfindən  müxtəlif  müddətlərdə  həbs  cəzasına  məhkum 
edilmişdilər.'Bütün bu materialların toplandığı 75 və 130 səhifəlik 
istintaq  işləri  də  həbs  olunanların  özləri  ilə  birlikdə  Moskvaya 
göndərilmişdi. 
Moskva  DSİ  Xüsusi  Şöbəyə  göndərilmiş  tam  məxfi  qrifli 
başqa bir sənəddən isə hər iki dövlət xadimimizin ilk dəfə nə vaxt 
həbs olunduqları aydınlaşır; “Az.FK Bakı eserlərinin prosesi 
184 


ilə bağlı mühakimə olunmuş şəxslərin həbs edildiyi tarixlərlə 
əlaqədar bildirir: “Hacınski 7 aprel 1922-ci ildə, Səfıkürdski 8 
aprel 1922-ci ildə həbs ediliblər. Azərbaycan FK sədrinin müavini 
Qaber-Korn, SEKO rəisi Quliyev. 14 04.24-cü il”. 
11 aprel 1923-cü ildə Moskva şəhəri 1 saylı islah əmək 
evindən BDSİ-nin sərəncamına göndərilən siyasi məhbusların 
siyahısından isə aydın olur ki, Eser partiyasının üzvləri: Ştern 
Yakov, Mixayil Osintsev, Avramiy Fonştyen, Qaraşarlı Rza Bala 
oğlu, Olqa Somarodova, Nikolay Anoşin, Səfıkürdski Aslan Ağalar 
oğlu, Flacınski Camo Süleyman oğlu, Dimitri Sorokin, Anton 
Fionkin, Nikandor Sizov, Nikolay Çvanov, Kərim Feyzullayev, 
Maksim Zaytsev, Feodor Pletnev, Mixayil Qalamazov, Kandrati 
İvanov, Nikolay Kleşapov, İvan Kritavkin Moskvaya aprel ayının 
birinci ongünlüyündə 
gətiriliblər. 
5 gün sonra isə XDİK 
DSİ Məxfi şöbə rəisinin 
köməkçisi 
Butırsk 
həbsxanasının növbətçi 
komendantına müraciət edir: 
“Xahiş edirəm Bakıdan 
göndərilmiş 19 nəfər eser 
məhbusu qəbul edəsiniz. 
Onları eyni kamerada 
yerləşdirmək 
olar... 
16.04.1923-cü il.” 
Camo bəyin çox 
keçməkeşli və sözün tam 
mənasında şərəfli ömür yolu 
barədə hərtərəfli məlumat 
əldə etmək üçün onun MTN 
arxivində saxlanılan PR 27275 
saylı istintaq-arxiv işi ilə 
tanışlıqla sözsüz ki, 
kifayətlənmək olmazdı. Çünki 
həmin qovluqlarda bu 
 
185 


vətənpərvər ziyalının fəaliyyətinin daha çox ona qarşı ittihamlar irəli 
sürülməsinə imkan verən tərəflərinə, xüsusilə siyasi mövqeyinə aid 
materiallar toplanıb. Onun çoxşaxəli yaradıcılığı, millətin tərəqqisi 
və  istiqlalı  naminə  gördüyü  işlər  təbii  ki,  imperiya  cəlladlarını 
düşündürmür, əksinə onları Camo bəy kimi şəxsiyyətlərimizə qarşı 
daha amansız olmağa təhrik edirdi. 
20-ci illərdə Azərbaycan istiqlalının birinci Cümhuriyyət dövrünün 
hökumətində təmsil olunaraq, poçt və teleqraf naziri 
 
• 
W ..
 . .. 

 
“bi
; ' 
 
zr 
 
 

 
 
 
m İF^.» "> ’< 'VH
 
< ;/i
 
/•-, j
 
 
postunu  tutmuş  şəxs  kimi  ittihamlara  məruz  qalan  Camo  bəy 
haqqında  “Azərbaycan  Sovet  Ensiklopcdiyasf’nm  10-cu  cildində 
(səh. 156) yazılırdı: “Camo bəy Süleyman bəy oğlu Hacınski 1887- 
ci  ildə  Qubada  anadan  olub.  1912-ci  ildə  Peterburq  universitetini 
bitirib.  Çar  dövründə  məşhur  publisist,  teatr  tənqidçisi  və 
incəsənətşünas olub. Mədəni-maarifçi “Nicaf ’ cəmiyyətinin işində 
iştirak edib, Müsəlman dramatik cəmiyyətinin təşkilatçılarından biri 
olub.  “Türk  yurdu”  cəmiyyətində  Azərbaycan  incəsənətindən 
mühazirələr oxuyub. “Qubalı” təxəllüsü ilə Azərbaycan və rusdilli 
mətbuatda müntəzəm çıxışlar edib. Ü.Hacıbəyovun teatr tamaşaları. 
Nəcəf bəy Vəzirovun pyesləri  və b. müəlliflərin  əsərləri haqqında 
resenziyalar yazıb. Sovet dövründə mədəniyyət və maarif sahəsində 
işləməkdə davam edib, tarixi abidələrin 
186 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə