yaş, təhsili orta, ixtisası zabit, neft sənayesi sahəsində işləyir, ailəli”
deyə isnad edilən K.Lizqar həbs edildi.
Elə həmin gün K.Lizqarın Qorçakovsk küçəsində 14 saylı
evində axtarış aparan Çeka əməkdaşları, Petrosyan və Vikentyev
aşağıdakıları götürürlər: 21 min rubl pul, 2 brilyanth boyunbağı, 1
ədəd qızıl boyunbağı, gümüş kəmər və xəncər, 12 ədəd gümüş giliz,
3 ədəd metal saat, qızıl sancaq 5 daşla, 1 ədəd qızıl boyunbağı, 1
ədəd qızıl qolbağ, 1 ədəd gümüş pul qabı, 1 ədəd almazla işlənmiş
qızıl xaç, ftıtlyarda gümüş qələm və karandaşlar, gümüş çaynik və
11 ədəd qaşıq, gümüş desert qaşığı 11 ədəd, gümüş bıçaq və
çəngəllər və s.
Müstəntiq Qubinin tərtib etdiyi anketdə o, belə təqdim
olunurdu “ictimai mənşəyinə görə mülkədar olan, kommersiya
müəssisəsində işləyən, ailəli, bitərəf, hazırkı vaxtda bolşeviklərin
hakimiyyətini tanıyan, 1882-ci il təvəllüdlü, orta təhsilli, 1914-cü ilə
qədər Bakıda və Vladiqafqazda mağazaları olan, 1914-cü ildə
praporşik rütbəsi ilə orduya çağrılan 499-cu səhra hospitalının
nəzarətçisi, Tiflis avtomobil komandasının poruçiki Lizqar
Konstantin Nikolayeviç” 1917-ci ilin fevralına qədər Türküstanda
xidmət edib. Xüsusi Zaqafqaziya komitəsində, yollar üzrə
komissiyanın kargüzarı, yollar komissarlığında xüsusi tapşınqlar
məmuru, 1918-ci ildən “Slavyan-rus cəmiyyəti”ndə. Torpaq
nazirliyinin xüsusi tapşırıqlar üzrə məmuru, Azərbaycan
Respublikasının ərzaq naziri, (Rılskinin kantorunda işləyib).
Sona qədər oxumağa adamın nəfəsi çatmır.
Nəhayət K.Lizqar dindirilir:
Sual: “Slavyan-rus cəmiyyəti” siyasi sahədəki çıxışları ilə
hansı məqsədlər güdürdü?
Cavab: Bu suala “Slavyan-rus cəmiyyəti”nin 1918-ci ilin 10
dekabrında işlənib hazırlanmış və bizim siyasi fəaliyyətimizin
əsasında duran bəyannamə cavab verə bilər.
Sual: Bu bəyannaməni kim hazırlamışdı?
Cavab: Viktor Viktoroviç Klenovski hazırlamış və təsdiq
üçün M.N.Vinoqradov, V.V.Klenovski, V.K.Oloqrop, V.Krav-
çenkov, S.M.Mixaylovdan və məndən ibarət olan “Slavyan-rus
cəmiyyəti”nin rəyasət heyətinə təqdim etmişdi.
170
Sual: “Slavyan-rus cəmiyyəti”nin Könüllü ordu ilə əlaqəsi
vardımı?
Cavab: Könüllü ordu ilə siyasi əlaqə yox idi, ancaq oraya
nümayəndələr göndərilmişdi ki, Könüllü ordu Bakıya hücum
etməsin.
Sual: “Slavyan-rus cəmiyyəti”nin ingilis komandanlığı ilə
əlaqəsi vardımı və bunda hansı məqsədlər güdülürdü?
Cavab: Əlaqə 1924-cü ilə qədər Azərbaycan hökumətinin
Rusiyanın bütövlüyü çərçivəsində yaradılması sahəsində vardı.
Sual: Zaxarvin və Kravçenkov cəmiyyətdə hansı işləri yerinə
yetirirdilər?
Cavab: Zaxarvin barəsində yalnız onu deyə bilərəm ki, o,
cəmiyyətin katibi və Parlament üzvü idi, Kravçenkov parlament
üzvü idi. Zaxarvinin siyasi fəaliyyəti barədə bilmirəm, Kravçenkov
Könüllü ordunun ondan yayman hər hansı rusun hərbi sərha
məhkəməsinə veriləcəyi barədəki əmrinə əhəmiyyət verməməyi
məsləhət görürdü”.
Bolşevik müstəntiqin diqqətindən heç nə yayınmırdı. O, ən
kiçik, əhəmiyyətsiz sayılacaq detalları da işə əlavə edir və
Cəmiyyətin antibolşevik fəali}^ətini bütün çılpaqlığı ilə sübuta
yetirməyə çalışırdı. Əslində müttəhimin nəinki inkar etmədiyi, hətta
tamamilə boynuna aldığı bir ittihamı əlavə dəlillərlə
zənginləşdirilməsinə heç bir ehtiyac da yox idi.
İstintaq üçün nə dərəcədə əhəmiyyətli olduğu bilinməyən,
ancaq materiallara əlavə edilmiş sənədlərdən birində göstərilir ki, 10
dekabr 1918-ci ildə Himayə nazirliyi kargüzarlığmın kargüzarı
Yevgeniya Ştamm “Slavyan-rub cəmiyyəti”nin üzvlüyünə qəbul
olmaq barədə ərizə verib.
Yəqin Lizqarın “ 1924-cü ilə qədər Azərbaycan hökumətinin
Rusiyanın bütövlüyü çərçivəsində yaradılması” ifadəsi əziz
oxucunun da diqqətindən yayınmadı. Bu ifadə açıq-aydın göstərir ki,
Bakıda yerləşmiş müttəfiq qoşunlar komandanlığını da general
Denikin,
“Slavyan-ms
cəmiyyəti”
kimi
Azərbaycanın
müstəqilliyindən daha çox vahid, bölünməz Rusiya düşündürüb.
Həmin planların həyata keçirilməsinə isə yalnız bolşeviklərin
nəzərdə tutulan müdaxiləni dörd il tez reallaşdırmaları olub. Əslində
nəticə
171
etibarı ilə Rusiya imperiyasının başqa formada bərpasına xidmət
göstərən bolşeviklər mahiyyətcə rusiya millətçilərindən az
fərqlənirdilər. Ən azı ona görə ki, hər iki qüvvə vaxtı ilə çar
Rusiyasının tərkibində olmuş başqa xalqların müstəqil yaşamaq
istəklərinə qarşı çıxırdılar.
Ancaq hələlik yollar aynimışdı və bir-birinə düşmən kəsilmiş
bu qüvvələr vahid məqsədə müxtəlif siyasət yeritməklə çatmaq
məcburiyyətində idilər. Gələcək Rusiyanın qarşısıda hansı yarlığın,
çar, yaxud bolşevik yarlığı asılması o qədər əhəmiyyəti deyildi.
İndilik isə yollar ayıridığı və bolşeviklərin diktə etməsi səbəbindən
K.Lizqar və cəmiyyətlə hansı şəkildəsə bağlı olan bütün şəxslər
yoxlamalara, izlənmələrə məruz qalır, bölünməz Rusiya ideyasını
bolşeviklərə qarşı mübarizə ilə eyniləşdirənlər isə dərhal həbs
olunurdular.
9 dekabr 1918-ci ildə “Slavyan-rus cəmiyyəti”nin üzvlüyünə
daxil olmaq barəsində ərizə yazan Kotilevski yalnız ona görə həbs
edilməli idi ki, o, ərizəsində “mövcud siyasi vəziyyətlə əlaqədar
tezislərlə tanış olduqdan” ifadəsi işlədib və onun namizədliyi
V.Klenovski tərəfindən irəli sürülüb. Buna görə Kotilevski
ərizəsinin arxasında Lizqann işi ilə əlaqədar həbs edilməlidir qeydi
edilib.
Cəmi iki həftədən az müddətdə istintaqı başa çatdıran
müstəntiq belə bir Qərar çıxarır: “Mən FK-nm müstəntiqi Qubin
1920-ci il mayın 15-də əksinqilabi fəaliyyətdə ittiham olunan Lizqar
və Kravçenkonun işlərinə baxaraq, müəyyən etdim: Azərbaycan
Respublikasının keçmiş ərzaq naziri Kosnstantin Lizqar 1917-ci
ildən özünün əksinqilabi fəaliyyətinə başlamış, Beynəlmiləlin
yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə “Slavyan- rus cəmiyyəti”ni
yaratmış və sədr kimi onun Sovet Rusiyasına qərşı fəal mübarizə
sahəsindəki işinə rəhbərlik etmişdir. Bütöv, vahid, bölünməz
Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü ordu, İngiltərə
və Amerikanın nümayəndələri ilə əlaqəyə girmişdir. Özünün
əksinqilabi ideyalarını geniş surətdə yaymaq üçün Lizqar qəzet nəşr
etməyə başlamış və Könüllü ordunu, general Denikini, “Slavyan-rus
cəmiyyəti”ni tənqid edən qəzetlərlə bolşeviklərlə mübarizə aparan
bu şəxslərə qarşı tənqidi
172
Dostları ilə paylaş: |