mühəndis Vinoqradovla tanış oldum. O biləndə ki, mənim mənzilim
yoxdur, onunla və Lizqarla bərabər qalmağı təklif etdi. Mən onların
yaşadığı Telefon küçəsindəki Musa Nağıyevin evinə köçüb onlarla
çox tez yaxınlaşdım. Lizqar dəfələrlə mənə AR hökumətində nazir
işləmək arzusunu bildirmişdi. Onun arvadı Tamara Aleksandrovna
məni də özününkü sayaraq, deyirdi ki, Lizqara qardaşı Stepan Rılski
də bu işdə köməklik göstərir, çünki onun bu vəzifəyə gəlməsi
firmanın işlərində gərək ola bilər. O, yeni adam kimi mənə izah etdi
ki, onlar müharibəyə qədər çox varlı yaşayırmışlar və Vorontsov
küçəsində şəxsi evləri varmış. Hökumət formalaşdırılanda Lizqar
ərzaq naziri oldu. Vəzifəyə gələn kimi öz yaxınlarını ən mühüm
ştatlara təyin etdi. O, Rılskilərin firmasında müdir işləyən
Suxarjevskini hüquq məsləhətçisi təyin etdi. Mən bu barədə
Klenevski ilə fikir mübadiləsi apararkən o, “görək axırı nə ilə
qurtanr” dedi. Lizqar Rılskilərlə buğda gətirilməsi ilə bağlı
sövdələşməyə girmişdi, arvadı deyirdi ki, əgər bu iş baş tutsa, o, öz
payını alacaq. Bir dəfə mənim yanımda Lizqar Stepan Rılskiyə bir
neçə sistem kerosini Tiflisə aparmasını necə təşkil etdiyi barədə
Vinoqradova danışmışdı. Tezliklə onun buğda gətirilməsi ilə bağlı
hökumətin xeyrinə olmayan 10 milyon rubldan yuxan miqdarda
formal bankla sövdələşməyə girdiyi məlum oldu.”
“Slavyan-rus cəmiyyəti”nin sədri K.Lizqar 21 iyul 1919-cu
ildə AR parlamentinin mandat komissiyasına müraciətlə hansısa
(çox güman ki, bu araşdırma ilə əlaqədar) məsələ barəsində
müzakirənin onun müvafiq sənədləri göndərməsinə qədər
yubadılmasını xahiş edir.
Ancaq bütün bu təhqiqatların nə ilə nəticələndiyi barəsində nə
istintaq işində, nə də arxiv materiallan arasında ikinci bir sənədə rast
gəlmədik. Göıiinür, K.Lizqarm sədri olduğu cəmiyyətin nüfuzu,
ölkə daxilində və xaricində yaranmış vəziyyət, həmçinin digər
amillər nəzərə alınmaqla bu araşdırmalar dayandırılmış, ona heç bir
cəza verilməmişdir.
Azərbaycanın 4-cü hökumət kabinəsi təşkil edilərkən
Cəmiyyətin parlament fırqəsi K.Lizqarm eyni posta namizədliyini
167
yenidən irəli sünnək qərarında olmuş və bu barədə ona aşağıdakı
məktubu göndərmişdir:
“Əziz Konstantin Nikolayeviç, “Slavyan-rus cəmiyyəti”nin
Azərbaycan şöbəsinin parlament fırqəsi Sizdən fırqənin səhər (ikinci
gün 25 mart) keçiriləcək iclasında iştirak etməyi xahiş edir. Günorta
saat 1-də fırqənin tapşırığı ilə (Parlamentdə) Sizin Ərzaq naziri kimi
namizədliyinizin irəli sürülməsi ilə hağh məlumat xarakterli məruzə
olacaqdır. Hörmətlə Vinoqradov. 24 mart 1919- cu il.”
K.Lizqarın Bakıda Müttəfiq qoşunlann komandanı Şatevorta
yazdığı məktubdan aydın olur ki, yeni hökumətin təşkili həvalə
olunmuş N. Yusifbəyli bu təklifi qəbul etməmişdir: “Bu ilin 21
aprelində Sizin dəvətinizlə “Slavyan-rus cəmiyyəti”nin Parlamentdə
elan olunmuş bəyanatı ilə bağlı danışıqlar aparmaq üçün yanınızda
olmuşduq. Danışıqlar vaxtı Siz qeyd etdiniz ki, Hökumətin Sədri
Sizə bizim cəmiyyətlə birgə işləmək istəmədiklərini bildirib.
Bununla əlaqədar cəmiyyətin Şurası özünün aşağıdakı qərarı barədə
Sizə məlumat vermək istəyir: Parlamenti müsəlman çoxluğundan
ibarət yaratmaq istədiklərinə görə, ermənilərə 21, ruslara 10,
“Slavyan-rus cəmiyyəti”nə cəmi 5 yer təklif olunmuşdur.”
Görünür bu amilləri nəzərə alan Cəmiyyət sədrinin özü də,
onun nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi təklifinin
müzakirəyə çıxarılmasını məsləhət bilməmiş, yaxud təklif
keçməmişdir. N.Yusifbəyli tərəfindən formalaşdırılan yeni
hökumətdə nazir portfeli almayan K.Lizqar bir müddət, təqribən
may-iyul aylarında Azərbaycandan kənarda yaşamış və bu vaxt
ərzində respublikala baş verən proseslər barəsində cəmiyyətin Şura
üzvləri vasitəsilə məlumat almışdır.
Parlament və Cəmiyyətin üzvü M.Vinoqradova: “Bu il iyun
ayının 5-də parlament iclasında Könüllü ordu haqqında məsələ
müzakirə edilib. Bu məsələ barəsində bu vaxta qədər cəmiyyət
Şurasına məlumat vermədiyiniz üçün, həmin məsələ ilə bağlı ancaq
qəzet məqaləsindən öyrənmək mümkün oldu. Bununla yanaşı Şiz bu
vaxta qədər cəmiyyət Şurasına həmin məsələ ilə bağlı nəyə görə səs
vermədiyiniz barəsində izahat verməmisiniz
168
və nə üçün Parlament iclasında fraksiyanın qalan üzvləri iştirak
etməyiblər. Bundan sonra Şuranın 5-i və 14-ü iyun iclasları olub və
Siz onlardan heç birinə gəlməmisiniz. Xahiş edirəm ən qısa
müddətdə Şuranın yığıncağında aydınlaşdırılmaq üçün öz
izahatınızı təqdim edəsiniz. Sizin tərəfinizdən izahatın verilməməsi
bu məsələnin Şuranın qərarı ilə təyin edilmiş 27 iyunda keçiriləcək
ümumi yığıncağa çıxarılması məcburiyətini yaradacaq.”
Şura üzvü N.Dubrovskiyə: “Şuranın qərarı ilə Siz
Azərbaycanda siyasi vəziyyət barəsində informasiya toplamaq üçün
general Erdelinin qərargahına ezam olunursunuz. Qayıdanda ətraflı
məruzə təqdim etməlisiniz. Sədr K.Lizqar, 5 iyun 1919-cu ü”. Eyni
gündə Şuranın digər üzvü V.Ollenqren də general Erdelinin
qərargahına eyni məqsədlə ezam olunur.
Eyni zamanda Rusiya daxilində və Azərbaycana qonşu
ərazilərdə baş verən hadisələr və həyata keçirilməsi nəzərdə tutulan
tədbirlər barəsində Cəmiyyət üzvlərinə xəbər çatdırılır, onların
qarşısında duran vəzifələr bildirilirdi. Belə məlumatlardan biri 10
avqust 1919-cu ildə Cəmiyyət Şurasmm üzvü Vinoqradova
ünvanlanmışdır. “Şuraya onun Moskva nümayəndələri tərəfindən
Qafqaza Bütün Rusiyanın patriarxı müqəddəs Tixonun müraciətinin
göndərildiyi barədə məlumat çatdırılmışdır”.
Təbii ki, bu müraciətdə söhbət məhz Rusiyanın bütövlüyü və
bölünməzi iyindən, bu yolda mübarizə aparmaq zərurətindən
danışılırdı. Həmin çağrışlar ilk növbədə bolşeviklərin əleyhinə
yönəlsə də, “böyük vətəndə - Rusiyada” bu işlər yerinə yetirildikdən
sonra məqsəd Zaqafqaziya respublikalarının, o cümlədən
Azərbaycanın müstəqilliyinə son qoymaqdan ibarət idi və bunun
üçün Könüllü ordu qüvvələri də tam hazır idilər. Bütün bunlardan
kifayət qədər hali olan bolşeviklər hakimiyyəti ələ alan kimi ilk
növbədə Cəmiyyətin ən radikal nümayəndələrini axtanb, həbs
etməyə başladılar və sözsüz ki, bu siyahılarda birinci yerdə sədr
K.Lizqar gəlirdi. Ona heç vəchlə aman verilə bilməzdi və belə də
oldu.
2 may 1920-ci il 11-ci ordunun İnqilabi Şurasının yanında
xüsusi şöbə tərəfindən 292 saylı həbs vərəqi imzalandı və “38
169
Dostları ilə paylaş: |