komitəsində, yollar üzrə komissiyanın kargüzarı, yollar
komissarlığında xüsusi tapşınqlar məmuru vəzifəsində işləmişdir.
1918-ci ilin mart ayında “Slavyan-rus cəmiyyəti”ni yaradanlardan
biri olmuşdur. Azərbaycan hökumətində Torpaq nazirliyinin xüsusi
tapşırıqlar üzrə məmum və ərzaq naziri təyin edilmişdir”.
K.Lizqar bolşevik çekası tərəfindən
istintaqa eəlb edilməzdən
əvvəl də bir dəfə istintaqla üz-üzə dayanmışdı. 1919- cu ilin
payızında baş vermiş həmin hadisə onun fəaliyyəti barəsində
Azərbaycan hökumətinin apardığı xüsusi araşdırma ilə əlaqədar
olmuşdu. Bu araşdırmaların aparılması Müxtəlif idarələrdə
sui-istifadənin təhqiqatı ilə məşğul olan Xüsusi İstintaq- təftiş
Komissiyasına həvalə edilmiş, istintaq qrupu tərəfindən onun özü ilə
yanaşı, bir neçə şahid dindirilmişdi. Məsələnin başlanğıcı isə daha
əvvəlki tarixlərə, Lizqann nazir işlədiyi dövrlərə gedib çıxırdı.
9 fevral 1919-eu ildə AR Ərzaq nazirliyindən Nazirlər
Kabinetinin sədri F.Xoyskiyə 4 saylı məktub göndərilmişdi: “İskra”
qəzetinin bu ilin 7 fevral sayında “Adamlar var” başlıqlı yazının
məzmunu barədə məqaləni göndərməklə, məTumat venuəyi özümə
borc bilirəm. Flam mənim tərəfimdən nazirliyin nəzarət şöbəsinə
üzləşdirmə aparan mühasib
kimi nəzarətçi təyin olunub,
ancaq onun
keçmiş Ərzaq komissarlığından şərab aldığı barədə bilən kimi azad
etmişəm. Suxarjevsk mənim tərəfimdən hüquq məsləhətçisi dəvət
edilib, çünki mən onun haqqında ancaq yaxşı hüquqi savada,
qüsursuz fəaliyyət göstərmiş yaxşı hönuət qazanmış şəxs kimi
məlumatlar almışam. Rılskilərin firmasında xidməti barədə mənə
məlumdur, ancaq onun həmin firmada fəaliyyəti yalnız hüquqşünas
kimi olmuşdur. 3.K.Qafafov mənim tərəfimdən təcrübəli
hüquqşünas, qanunvericilik işlərindən başı çıxan şəxs kimi hüquq
məsləhətçisinin müavini qəbul edilmişdi. O, 24 yaşında Ədliyyə
nazirliyində işləyirdi. Sonralar Moskva Məhkəmə Palatası
prokurorunun müavini idi. 1916-cı ilin martından 1917-ci ilin
iyununa qədər Daxili işlər nazirliyi Şurasının üzvü olmuş.
Müvəqqəti hökumət tərfindən istefaya göndərilmişdi. 4.İvanov
mənim tərəfimdən təerübəli və qabiliyyətli işçi kimi Torpaqşünaslıq
İdarəsinin rəis müavini götürülmüşdü...
Məqalənin
164
sonunda qeyd olunur ki, guya mən ölkənin ərzaq təminatında
Rılskilər firmasına üstünlük verirəm. Məqalənin bu hissəsi də doğru
deyil, çünki mənim tərəfimdən bu işdə heç bir tərəfgirlik
göstərilməyib, sadəcə ona görə ki, ikinci bir təklif yox idi. Həmin
firmanın xidmətlərindən imtina edilməsi isə mənim tərəfimdən
üzərimə qoyulan vəzifələrin yerinə yetirilməməsi demək olardı.”
“Slavyan-rus cəmiyyəti”nin yaradıcılarından və ən fəal
üzvlərindən biri, Azərbaycan parlamentinin üzvü ixtisasca dəri
mühəndisi olan Mixail Nikolayeviç Vinoqradovun yaxın dostu
K.Lizqar barəsində 1919-cu ilin sentyabr ayında Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin dövründə adı çəkilən Xüsusi İstintaq-
təftiş Komissiyasına verdiyi ifadədə onun tərcümeyi-halının bir sıra
gizli məqamları barədə məlumatlar açıqlanmışdır. Bu məlumatların
doğruluğunu Bakı dairəsi məhkəməsinin prokurorunun müavini,
zədagan D.Zaxarinin eyni Komissiyaya ifadəsi də təsdiqləyir.
AR parlamentinin üzvü, 38 yaşlı, provaslav, dəri mühəndisi,
Bakı ş. Torqovı küçəsi 8, mənzil 6-da yaşayan M.Vinoqradov
Xüsusi İstintaq-təftiş Komissiyasının üzvü K.Izdebski tərəfindən
şahid qismində dindirilərkən bildirir ki: “K.Lizqan mən 1918-ci- ilin
martından Tiflisdən tanıyıram. Əvvəllər onunla dostluq münasibəti
saxlamışam. Arvadının dediyinə görə, o, 15 il qabaq Bayıl
türməsində özünü asan neftin ötürülməsində və cinayətin
gizlədilməsi məqsədilə üç nəfər ləzginin öldürülməsində
günahlandırılan milyonçu Rılskinin qeyri-qanuni oğludur. Onu da
bilirəm ki, Rılski onu öz oğulları ilə bir yerdə böyüdüb və Lizqar
Stepan Rılskini başqa cür yox, qardaş adlandırır. Rılskinin
ölümündən sonra Lizqara varis kimi pay düşdü və o, ticarət işinə
qoyduğu 1 milyondan çox pul aldı. Ancaq tezliklə müflisləşib,
Vladiqafqaza gəldi və yenidən ticarət işlərinə başladı.
Tiflisdə o, ehtiyac içərisində yaşayırdı və bir xidmətçi ilə
kifayətlənmişdi, yeməyi tez-tez arvadı hazırlayırdı, Bakıda da Ərzaq
naziri tə’yin edilənə qədər eyni vəziyyət idi. Pulsuzluq- larını onunla
izah edirdilər ki, S.Rılski Lizqarın hərəkətsizliyindən narazı qaldığı
üçün onlara çox az pul verir. Bu vəziyyət Lizqarı Bakıda iş
axtannağa məcbur etmişdi və oktyabrın
əvvəllərində
165