əvvəldən başlanmışdı və milli hökumətin devriləcəyi təqdirdə məhz
Gəncədə həyata keçiriləcək belə kütləvi etiraz aksiyasının
planlaşdırılması Xudadat bəydən gizli saxlana bilməzdi. Əksinə vali
kimi sözsüz ki, o, bütün bunlar barəsində ən birinci və daha müfəssəl
şəkildə məlumatlandırılmışdı.
Nağı bəy Şıxzamanh xatirələrində yazırdı: “Bir həftə Gəncə
ətrafındakı kəndlərdə dolaşdıq. Hər yerdə qızğın hazırlıq gedirdi.
Gəncə şəhəri və kəndləri bolşeviklərə qarşı üsyana hazırlaşırdılar.
Böyük toplantı. Hər kəs fikrini söyləyir, qərarlar qəbul edilirdi.
Şəhərdəki Gəncə alayının komandiri mərhum Cahangir bəy də
yığıncaqda iştirak edirdi.”
Xudadat bəy haqqında 298 saylı cinayət işinin 1990-cı il iyul
ayının 2-də Az.SSR prokurorluğu tərəfindən ləğvində, onun bəraət
almasında qohumu, əməkdarvhüquqşünas Akif Rəfiyevin gərgin
zəhməti olub.
Xudadat bəyin özü kimi bu nəslin neçə-neçə başqa
nümayəndəsi də Azərbaycan istiqlalı yolunda sədaqətlə xidmət
etmiş, müstəqilliyimizə düşmən kəsilən qüvvələrə qarşı banşmaz
mövqe tutmuşlar. Onlardan böyük bir hissəsi azadlıq və millətsevər
Rəfibəylilər nəslinin axırına çıxmaq istəyən rejim tərəfindən vətəndə
repressiyalara məruz qalmış, bir hissəsi isə həbsdən canmı güclə
qurtarıb xaricə mühacirət etmişdir. Sonuncu qrupa aid şəxslərdən
ikisi, Xudadat bəyin əmisi oğlanları - Əyyub bəy və Səməd bəy
haqqında xüsusi bəhs etmək istərdik. Ömürlərinin daha böyük
dövrünü qardaş Türkiyə dövlətində, mühacirətdə keçirmək
məcburiyyəti qarşısında qalmış bu iki mücahid vətəni Azərbaycanda
milli hökumətin devrildiyi aprel çevrilişi baş verəndə tərk etmişdilər.
Onda Əyyub bəyin 30, Səməd bəyin isə 28 yaşı vardı. Ancaq xeyli
gənc olmalarına baxmayaraq, onların hər ikisi artıq ölkədaxili
mürəkkəb siyasi-ictimai proseslərdə kifayət qədər bərkimiş və bütün
Gəncə quberniyasında ad-san qazanmış şəxsiyyətlər idilər.
Əyyub bəy Məşədi bəy oğlu Rəfibəyov - Əyyub Sayqm
(1890-1979) 1920-ci il Gəncə üsyanının fəal iştirakçılarından biri
olmuşdur. İlk təhsilini rus dilli litseydə alan Əyyub qubernatorun
1909-cu il 17 sentyabr tarixli 116 saylı əıiıri
ilə Yelizavetpol
151
üsyanında iştirak etmiş və həmin ilin iyun ayında üsyan
məğlubiyyətə uğradıqdan sonra Türkiyəyə keçmişdir. Bu zaman
Türkiyədə bÖ3dik Atatürkün başçılıq etdiyi
milli qurtuluş qüvvələri
gənc respublikanı yaşatmaq uğrunda ölüm-dirim savaşı apanrdılar.
Bir sıra döyüşlərdə iştirak edən Səməd bəyin
sərkərdəlik qabiliyyəti
Qars və Sarıqamışda gedən vuruşmalar zamanı bütün parlaqlığı ilə
üzə çıxır. Onunla tanış olan Atatürk: “Bu cür gənc yaşda polkovnik
almaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən
götürməlidir”, deyir. Hərbi şücaətlər göstərdiyini nəzərə alaraq, ona
paşa rütbəsi verilir və Səməd bəy İstanbulda süvari dəstəsinin 2-ci
şöbəsinin rəisi təyin edilir. Bu igid sərkərdəni böyük Atatürk tanıyır
və çox sevirdi. Təsadüfi deyildi ki. Səməd bəy Türkiyənin birinci
dərəcəli ordeni “İstiqlaf’la təltif edilmişdi. 1948-ci ildə isə
Türkiyənin ali Hərbi Şurası Səməd bəyi hərbi xidmətlərinə görə türk
ordusunun paşası (tam generalı) rütbəsi ilə təltif etmişdi. Çox
sayıldığı və nufuz sahibi olduğu üçün Səməd bəy Əbdülsəməd bəy
Sayqm adı almışdı. Səməd bəy qardaşından düz bir il sonra - 1980-ci
ilin eyni günündə - yanvarın 19-da vəfat etmişdir.
Bir vaxtlar Səməd bəy Bərdədən Gəncəyə əmisi oğlu Xudadat
bəy Rəfıbəyova teleqram vurub Saranın səhhətini və Cəmilənin
vəziyyətini soruşurdu. Onun həssas ürəyi öz doğmalan ilə bağlı
narahatlıq keçirirdi. Ancaq tale elə gətirdi ki, o da, qardaşı Əyyub
bəy də Vətəndən, istəkli qohumlardan və dostlardan aynidılar və bir
daha Azərbaycana dönmək onlara qismət olmadı. On illərlə
Azərbaycandan bir xəbər öyrənə bilmədilər. Xudadat bəy
güllələndikdən sonra uzun illər onun iki övladının, başqa simsarların
və dostların taleyindən bixəbər qaldılar. Onlar Vətən həsrəti ilə
qovruldular, vətəndə isə bir çox yaxın qohumlar kütləvi
repressiyalara məruz qaldılar. Xudadat bəyin qızı Nigar xanım,
başqa yaxın qohum-əqraba isə sovet rejiminin təqibləri, nəzarəti
altında yaşamağa məcbur edildilər. Bu əzab-əziyyətlərdən, sıxma-
boğmalardan şairə Nigar xanımla yanaşı, böyük şair Rəsul Rzanın
da payına az düşmədi. Şair ömrünün bəlkə də bir on ili bahasına başa
gəldi Rəfıbəyovlarla bu qohumluq. Ancaq bu adi seçim yox.
153