Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   45   46   47   48   49   50   51   52   ...   90

“Slavyan-rus  cəmiyyəti”  vahid,  bölünməz  Rusiya  uğrunda 
mübarizə  məqsədilə  Tiflis  şəhərində  yaradılmışdı.  Cəmiyyətin 
birinci  ümumi  yığıncağının  (1918-ci  il  11  mart)  sədri  K.Lizqar, 
katibi  M.Kozlov  seçilmişdi.  Bu  yığıncaqda  cəmiyyətin 
nizamnaməsi qəbul edilmiş və mart ayının 18-də təkrar toplaşmaq 
qərarına gəlinmişdi. 
Cəmiyyətin  Tiflis  dairə  məhkəməsinin  qeydiyyat  şöbəsində 
1918-ci  ilin  14  martmda  qeydiyyatdan  keçmiş  nizamnaməsində 
deyilirdi;  “Cəmiyyət  slavyan  və  rus  əsilli  və  xristian  məzhəbli 
vətəndaşların  birliyi  üçün  təsdiq  olunur.  Birləşmə  aşağıdakı 
məsələlər üzrə birgə işlə həyata keçirilir: milli,  elmi,  dini, məişət, 
texniki, tədris-tərbiyəvi. 
Bu məqsədlərə nail olmaq üçün cəmiyyət mövcud qanunlan 
rəhbər tutaraq, hər cür müəssisələr açır: 
müxtəlif tipli (pratiki və ümumtəhsil) məktəblər, yaşlılar və 
uşaqlar üçün bazar günü dərsləri, peşəkarlıq kursları, uşaq baxçaları, 
kitabxanalar  və  oxu  zalları,  uşaqlar  üçün  yasli  və  yetimxanalar, 
kilsələr, ambalatoriya və müalicə müəsisələri, klublar, koopertivlər, 
kredit  idarələri,  həkim,  hüquqşünas,  repatitor,  tibb  bacılan 
dəməkləri, cəmiyyət üzvdəri üçün işaxtarma bürolan, ağıllı əyləncə 
yerləri, mətbu orqanlar, mətbəə fəaliyyəti. 
Cəmiyyət  milliyətindən  asılı  olmayaraq  hamıya  mədəni- 
maarifçilik və xeyriyyə köməyi göstərir.” 
“Slavyan-ms  cəmiyyəti”  vahid,  bölünməz  Rusiya  uğrunda 
mübarizəyə  başlayanda  Rusiyada  bir  neçə  ay  qabaq  hakimiyyət 
gəlmiş bolşeviklər vətəndaş müharibəsi ilə üzləşmiş, Zaqafqaziyada 
müstəqil  respublikalar  hələ  yaranmamışdı.  Əslində  general 
Denikinin və Antanta qüvvələrinin gizli himayəsi ilə təsis edilmiş və 
gələcək fəaliyyətində buna bel bağlayan cəmiyyət bolşeviklərin öz 
ideyalarını keçmiş milli ucqarlarda yaymaları və burada hakimiyyəti 
ələ  almalarına  qarşı  mübarizə  məqsədi  güdürdü.  Bu  məqsədlə  də 
bütün slavyan və rus mənşəli şəxsləri öz ətrafına toplamağa çalışır, 
onları  çar  Rusiyasının  hansı  formadasa  yenidən  bərpası 
istiqamətində  vahid  güc  mərkəzində  təşkilatlandırmağa  səy 
göstərirdilər.  Təsadüfi  deyildi  ki,  cəmiyyətdə  bütün  zümrələrin 
nümayəndələri təmsil olunmuşdular və onlann arasında onlarla 
158 


yüksək  rütbəli  zabit  və  bir  neçə  general  var  idi.  Lizqarm  istintaq 
işindəki  sənədlərə  istinadən  deyə  bilərik  ki,  general-leytenant 
Gennadi  Nikolayeviç  Tarxanov,  general-mayorlar:  Mixayil 
Fyodoroviç  Ananyu,  İvan  Mixayloviç  Vasilçenko,  Aleksandr 
Dmitryeviç Boltunov və başqaları “Slavyan-rus cəmiyyəti”nin üz\öi 
olublar.  Hətta  həmin  generallardan  bir  nəfəri  -  general-mayor 
Marian Savitski 1918-ci ildə Zaqafqaziya Yollar nazirinin müavini 
işləyib. Ona cəmiyyətin 682 saylı qeydiyyat vərəqi verilib. Rusiyada 
ağqvardiyaçı  hərəkatda  böyük  nüRıza  malik  olan  başqa  bir 
Savitskinin  bu  şəxslə  hansısa  qohumluq  əlaqəsi  olub-  olmadığını, 
yaxud  eyni  soyadı  təsadüfən  daşıdığım  hələlik  müəyyənləşdirə 
bilməmişik. 
Sözsüz ki, geniş sosial bazaya, hərtərəfli maliyyə imkanlanna 
malik  belə  bir  cəmiyyətin  sədri'  olmaq  Lizqarı  birdən-birə 
Zaqafqaziya  siyasi  arenasına  çıxarmış,  təmsil  etdiyi  cəmiyyətin 
hesabına onu az-çox nüfuz sahibinə çevirmişdi. 
Taleyin hökmünə bax ki, Lizqara nüflız, şöhrət və hökumətdə 
yüksək  post  qazandıran  cəmiyyətin  sədrliyi,  həm  də  onu  bolşevik 
ölüm maşınının pəncəsinə sürükləyən ən başlıca səbəb sayılacaqdı. 
Ancaq hələ ki, Azərbaycanda ərzaq naziri Lizqarm da daxil olduğu 
milli  hökumətin  öz  bəyannaməsinə  əsasən  üzərinə  götürəcəyi 
vəzifələri  yerinə  yetirməsinə  və  qanlı  bolşevik  istilasının 
reallaşmasına  xeyli  müddət  qalmışdı.  Hələ  ki,  pomçik  Lizqar 
Zaqafqaziya  Xüsusi  komitəsinin  sərancamında  idi  və  onun  sədri 
olacağı cəmiyyət də yaradılmamışdı. 
1918-ci  ilin  fevral  ayı  idi  və  Zaqafqaziya  ərazisində  qanmıi 
qüvvəyə  malik  Hərbi  hökumətin  Xüsusi  Zaqafqaziya  komitəsi 
Lizqara bu komitənin üzvü M. Y.Cəfərovun (müstəqillik dö\TÜndə 
Azərbaycanın  xarici  işlər  naziri.  Parlamentin  sədr  müavini. 
Gürcüstandakı  diplomatik  nümayəndə  -  L.Ş.)  imzaladığı  belə  bir 
vəsiqə təqdim etmişdi: “Bu vəsiqə Zaqafqaziya Xüsusi komitəsinin 
sərancamında olan poruçik Lizqara verilir, ondan ötrü ki, o Xüsusi 
Zaqafqaziya  komitəsi  tərəfindən  Göyçay  icraiyyə  komitəsinin  və 
komissar  Süleymanovun  hərəkətlərini  təhqiq  etmək  üçün  Bakı 
quberniyasına  ezam  olunur.  Bütün  vəzifəli  şəxslər  və  müəssisə  və 
idarələr göstərilən şəxsə qanuni köməklik göstərməlidirlər.” 
159 


Növbəti tapşınqla o, tamamilə başqa istiqamətə göndərilirdi. 
Belə tapşırıqlardan  biri isə K.Lizqara Zaqafqaziya komissarlığının 
ticarət  və  sənaye  işləri  üzrə  komissarı  L.Behbudov  tərəfindən 
verilmişdi: “Bu tapşırığı alan kimi Ticarət və sənaye işləri üzrə Sizə 
verilmiş  təlimata  uyğun  olaraq  dərhal  Batuma  gedin.  Təlimatda 
göstərilən işləri 25 fevrala qədər yerinə yetirmək lazımdır.” 
Lizqar  aldığı  tapşırıqlan  məmuniyyətlə  və  lazımı  qaydada 
yerinə  yetirir,  öz  siyasi  məqsədlərinə  doğru  inadla  irəliləməkdə 
davam  edirdi  və  bu  yolda  onunla  həmfikir,  həmməslək  olan, 
gələcəkdə Azərbaycanın siyasi səhnəsinə çıxacaq bir neçə şəxs də 
vardı. 
Lizqar Bakıya torpaq naziri Xosrov Paşa Sultanovun çağrışı 
ilə,  1918-ci  ilin  oktyabr  ayında  gəlib.  Bu  barədə  həmin  ilin  16 
oktyabrında  AR-in  Gürcüstandakı  diplomatik  nümayəndəsi 
M.Cəfərov “Slavyan-rus cəmiyyəti”nin sədri K.Lizqarm AR Torpaq 
nazirliyinin  çağrışı  ilə  Tiflis  şəhərindən  Bakıya  getməsini  təsdiq 
edən  vəsiqə  imzalayıb.  Bu  vəsiqə  və  Xosrov  Paşa  kimi  nüfuzlu 
dövlət  adamı  tərəfindən  çağıniması  onun  Azərbaycanın  hakim 
dairələrinə yaxınlaşmasına imkanı verən yaşıl işıq idi və çevik insan 
olan  Lizqar  bu  imkandan  məharətlə  istifadə  etdi.  Həm  də  bunun 
nəticəsi  idi ki,  təqribən iki  ay sonra onun hökumətdə topaq naziri 
kimi son dərəcə məsul vəzifə tutması məsələsi qaldırılanda müəyyən 
tərəddüdlər  səslənsə  də,  heç  bir  ciddi  etiraz  eşidilməmişdi. 
Doğrudur,  bunu  həm  də  hökumətin  koalisiyalı  əsaslarda 
fonualaşdırılması və hər hansı ictimai-siyasi qurumun özünün irəli 
sürdüyü nümayəndəsinə cavabdehlik daşıması ilə izah etmək olar. 
Ancaq belə bir amil də nəzərə alınmalıdır ki, hökumətin təşkili üçün 
parlamentdə  mandat  almış  hər  hansı  partiya,  yaxud  təşkilatın 
hökumətdə təmsil olunmasına etiraz edilməsə də, hər hansı konkret 
namizədin  yüksək  vəzifələrə  təyinatı  ilə  bağlı  belə  etirazların 
eşidilməsi və müvafiq qaydada ölçü götürülməsi mümkün idi. Yəni 
K.Lizqann  yerinə  cəmiyyətin  digər  üzvünün  namizədliyinin  irəli 
sürülməsi məsələsinin qaldırılması da istisna edilə bilməzdi və onun 
cəmi iki aydan bəri Azərbaycan hüdudlarında yaşaması faktı da əsas 
gətirilə bilərdi. 
160 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə